Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   2   3   4   5   6   7   8   9   10   ...   20

SEVĠRƏM VƏTƏNĠMĠ 
 
Sevirəm Vətənim Azərbaycanı 
Onun hər güĢəsi könül bağımdır. 
Əzizidir Qız qalam, ĠçəriĢəhər, 
Çün onlar tarıxdən yadigarımdır. 
 
Vətən damarımda axan qanımdır, 
O, ruhumun gözü, Ģirin canımdır 
Həm dəvamdır, dərmanımdır, 
Mənə sadiq qalan tək cananımdır. 
 
Vətənim anam tək məni səsləyər, 
Qərib günlərimdə həyəcanımdır. 
O yad totpaqlarda özüm gəzsəm də, 
Ruhumun qidası torpağımdadır. 
 
  
 
 
 
 


QÜRBƏTĠ YAġADIM, ANA 
 
Gördüm səmasının maviliyini 
Gəzdim həm çölünü, həm çəmənini, 
Dərdim çəmənindən gül çələngini
ġehləndi çiçəklər göz yaĢalrımdan, 
Qürbətdə qürbəti yaĢadım, ana! 
 
Döndü gözüm yaĢı axan sellərə, 
Dağıtdı könlümü viran eylədi. 
Qəlbim də yas tutub hey alovlandı, 
Bu qurbət diyardan məlhəm dilədi, 
Ürəyim qan oldu, ana, inlədi! 
 
Səbrsiz hicranla közə dönmüĢəm, 
Bir qara torpağam, yağmura həsrət. 
Baxarkən hər Ģeyə mən kor imiĢəm, 
Dilimdə ay ana, sözüm donmuĢam, 
Qurbətdə qəribtək qalmıĢam, ana! 
 
SaralmıĢ yarpaqlar budaqda durmaz, 
Bunda küləklərin nə günahı var? 
Fikrim uzaqlarda dolaĢan zaman  
Sözün də bitdiyi dayanacaq var! 
Qürbətdə qərib tək yaĢadım, ana! 
 
  
 
 
 
 
 


SƏNĠN GÖRUġÜNƏ TƏLƏSĠRƏM 
 
Könlümdə həsrətin, qəlbimdə sözüm
Sənsiz keçən ana de, necə dözüm? 
Bu sənli həsrətə qurbanam özüm 
Sənin görüĢünə tələsirəm mən. 
 
Gül tək çiçək təkin bil ətirlisən, 
Ömrümə bir dünya nur gətirmisən 
ĠĢvəmə-nazıma çox səbrlisən, 
Sənin görüĢünə tələsirəm mən. 
 
Sevdim Ģirin olan söhbət, sözünü, 
Məni nazlandıran Ģövqlü gözünü, 
Bilmək istərdinmi deyim düzünü
Sənin görüĢünə tələsirəm mən. 
 
 
  
 
 
 
 


BU DÜNYA YAXġILAR DÜNYASIDIR 
Bir Ģam digər bir Ģamı alovlandırmaqla, iĢığından bir Ģey 
itirməz ... 
(Cəlaləddin Rumi) 
 
Doğuluruq bu dünyada, yaĢayırıq! 
Addım-addım biz atırıq 
Ömrün zirvə çağlarına 
YaxĢımızla, pisimizlə 
Can atırıq yaĢımızın Ģah anına. 
Dünya köhnə insanlarsa qəribə 
Yorğun cahan fırlanır öz təbi ilə. 
Bir-birini yaxın görüb doğma bilək 
Sevək insanlığı sevgi gözü ilə 
Açılsın ürəkdə min arzu dilək. 
Bu dünyamız yaxĢıların dünyasıdır 
Ġnsanlığa dəyər-qiymət 
Bu cahanın dühasıdır. 
Bu yaxĢılıq əlbət, hər an qalasıdır 
Ġtməz heç vaxt 
YaxĢılıqlar ürəklərin  
Bir möhtəĢəm qalasıdır! 
  
 
 
 
 


SAÇINA GÜLLƏR HÖRƏRƏM 
 
GülüĢündə səhər açılan yarım, 
Sevgidən saçına güllər hörərəm. 
Bir baxsan qıyqacı o baxıĢına, 
Sənə mən ömrümü, verrəm. 
 
Ġçımdə yığılmıĢ ağırlıqları 
Könül cənnətinlə sən dəyiĢdirdin. 
Həsrətini mənli yollara səpib 
Sən vüsal evimə xoĢ gün gətirdin. 
 
Yığaram, bənövĢə verərəm sənə, 
Sənin əllərini xoĢbəxt edərəm. 
Baxma, saçımdakı çoxalan dənə 
Ġstərsən, qəlbimi qurban verərəm. 
 
Yolunu gözlədim, onu bilirsən, 
Bu yollar nə yaman uzaqdayımıĢ. 
Məndən baĢqa hər Ģey, yalan deyirsən, 
Ürək ülfətinin arzusundaymıĢ. 
 
 
  
 
 
 
 
 


GECƏNĠN SƏSSĠZLĠYĠ 
 
Gecənin səssizliyi səninlə gedir hara? 
Səni alıb dünyadan de bir, aparır hara? 
Bəlkə sehirli dünya çəkir səni qoynuna? 
Bəlkə əngin göylərə – aya, günə qonaqsan? 
Yox, həyat səhifəmə yazılmamıĢ varaqsan! 
Səssizliyin içində sənin içindəki sən. 
Bu sakitlik içində görüĢürsən sənlə sən! 
DüĢünürsən, hara gedir bu ömürün karvanı? 
Gecənin səssizliyi kəsir əhdi-peymanı. 
Baxırsan, Yaradanın misilsiz əsərinə 
Dağlar sakit dayanıb, dənizlər təlatümdə. 
Ġçin sızlar bu dəm səhər dumanı kimi, 
Ġlk Ģəfəqlə dağılan bəyaz buludlar kimi, 
Fikrin uzaq sahildə səfil dolanan kimi, 
Bir ümid, bir xəyal aparar səni hara? 
Gecənin səssizliyi qəlbində dərin yara! 
 
  
 
 
 


ATAM 
Həyatın keĢməkeĢ dolanbacından 
Keçən bir ahılın gözlərində mən 
Bir günəĢi gördüm, bir qürub gördüm, –  
GünəĢin bizə verən, qürubun özü seçən! 
Ürəyimdə döyüntüm atam, gəl, qocalma sən! 
Anamın baĢının sən taxtı-tacı,  
Sevgini övladla bölüĢən oldun. 
Nəvələri sevib sən əzizlədin. 
Bizə sirdaĢ oldun, sən dayaq oldun. 
Ürəyimdə döyüntüm atam, gəl, qocalma sən! 
Səndə vüqar gördüm, əzəmət gördüm, 
Bu könül dünyamın təməli ata. 
Səndə sevinc gördüm nəvaziĢ gördüm 
Nəfəsimsən ata, canımsan ata! 
Ürəyimdə döyüntüm atam, gəl, qocalma sən! 
Əlini əlimdən gəl, buraxma sən, 
Sənin qürubunda ucalmıĢam mən. 
Sən yaĢlandıqca keçən illərdə 
Mənim uğurumdur saçlarında dən 
Ürəyimdə döyüntüm atam, gəl, qocalma sən! 
Həyatdır, insanın üzüntüsü çox. 
Bəzən düĢüncələr bizi bezdirir
Bu ahıl yaĢında qocaman atam 
Hər bir övladına təskinlik verir. 
Ürəyimdə döyüntüm atam, gəl qocalma sən! 
Sən qocaldıqca yaĢlanıram mən! 
 
 
 


MƏNĠM ƏZĠZ MÜƏLLĠMĠM 
Bu  Ģerimi  məni  həyata  bağlayan  Azərbaycanın  görkəmli 
ziyalıları F.Məmmədov, A.Kəngərliyə həsr etmiĢəm 
 
Mənim əziz müəllimim 
Mənim sizə sözüm vardır, 
Sevgi dolu qəlbinizdə 
Ġradəli dözüm vardır. 
Hər qayğılı baxıĢınız 
Ürəklərə, beyinlərə 
Qida verər. 
ġirin söhbət, amalsınız. 
Çox kəsləri düĢüncəli 
Həqiqətlər dünyasına apardınız, 
Bu həyata bağladınız. 
Vüqar dolu əzəmətli bir dağsınız, 
Mənim əziz müəllimim! 
Qəlbimizin qonağısız, 
Çətin günün pənahısız. 
Ürəklərdə, beyinlərdə,  
Siz Ģirin bir təbəssümlə 
XoĢ xatirə yaratdınız. 
Mənim əziz müəllimim! 
Ġnsanlığa dəyər verib 
 
Ġnsanları uca dağa tay etdiniz, 
Bilik, zəka ocağının açarını 
Qəlbinizin iĢığıyla  
Xəzinətək pay verdiniz! 
 
  
 
 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə