Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   12   13   14   15   16   17   18   19   20

GƏRƏYĠM OLDUN 
Həyat yormuĢdu məni. Qaçmaq istə­yirdim hər Ģeydən. Bu 
dünyadan qopub öz kicicik  dünyamda qalmaq istəyirdim. 
Amma  ürəyimlə  bacarmadım,  qəlbinin  ha­rayı  kövrəltdi 
məni. Harayını duyğularımın səsində axtardım!  
O  duyğularımı  imtahan  etdim,  hisslərimi  sınağa  çəkdim. 
Ürəyimdəki  əndi­Ģəli  səsinə  qulaq  vedim,  əzabların 
ənginliklərində  dolaĢan  gözlərimlə  könül  evimi  nəzərdən 
keçirtdim,  yoxladım,  axtardım  hey  axtar­dım...  Sənin 
əksindən,  nəvaziĢinin  izindən  baĢqa,  bir  də  Ģıltaq  sevda 
gördüm.  
Dözülməyən  dözümlük  də  harayıma  gəlib  səni  əvəz  edə 
bilməyəcək! Onu anlayıram.  
Sən  özün  də  heç  bilmədin  məni  səsləməyin,  sənə 
gərəkliyimi  anlatmanğın  mənə  nələri  verdi.  Ġstiliyin 
donmuĢ  tükənmiĢ  hisslərimə  yaĢantı,  Ģövqlü  gözlərinin 
mehriban  baxıĢı  titrək  kön-lümə  həyəcan  dolu  sərinlik 
gətirdi...  
Sən  elə  bir  gündə  gərəyim  oldun  ki,  ürəyimin  payız 
çağlarında  qıĢ  duyğulu  fikirlər  tüğyan  edirdi,  ümidlərim 
qırılıb,  arzularım  tükənmiĢdir,  könül  evim  yıxılmıĢdır. 
Yanaqlarıma,  saçlarıma  sığal  çəkən  nəfsinin  ətri,  istiliyi 
məni özümə qaytardı, səni mənə bağıĢladı. Özünə çağrıĢın, 
səsləməyin  azdığım  qatı  nifrət  dumanlığından  aydınlığa 
çıxartdı məni. Güc verdi, doğulacaq arzular - sehirli aləm 
müjdə etdi.  
Sənin  gözlərinin  dərinliyində  bərqərar  olmaq,  təsəlli 
dünyam  sandığım  geniĢ  sinənə  sığınmaq  dan  yeri 
qızartısına bənzər arzumun ilki - birinsici oldu.  
Qəlb  evimin  gözləmədiyi  sevgili  qonağı,  ömrüm  ikinci 
baharını  yaĢayır, özü də səninlə! ġıltaq, dəlisov dalğalara 
bənzər məhəbbətinlə həyatıma bahar gətirmısən! Baharına 


qurban,  sevgilim.  Sən  özündə  bilmədən  kövrək  hissim, 
həyat həqiqətim oldun! 
Bilsən  səni  nə  qədər  çox  sevirəm.  Hərdən  düĢünürəm  ki, 
səni  bu  qədər  sevdiyimi  duysan  özün-özünü  qisqanarsan 
bəlkə də!  
Gözümün arzu istəyi səninlə sevindi, səninlə güldü. 
Dalğalar  dənizə,  qürub  çağı  günəĢə  yaraĢıq  verdiyi  kimi 
sənin 
bahar 
nəfəsli 
məhəbbətin 
mənim 
ömrümə 
yaraĢığdır...  
MƏHƏBBƏTSĠZ SƏADƏT  
YOXDUR 
 
Yuxusuz  gecələrimin  yeganə  həmdəmi,  dadlı  ümidim, 
Ģirin xəyalım, nəcib arzum mənim.  
Bir sözüm  vardı sənə deyiləsi,  yalnız sənə deyiləsi.  Necə 
deyim? Deməyə cəsarətim çatmır axı?! 
Sevdiyim gözlərinə baxıb, qəlbimin harayını, çırpıntılarını 
gözlərimlə sənə söyləyəcəm. O, gözlərimlə ki, sənin əksini 
ömürlük  özündə  qoruyub  saxlayacaq,  o,  gözlərimlə  ki, 
səni hər bir vaxt, hər yerdə arayacaq, axtaracaq, axtaracaq.  
Ġnanmazdım,  əzizim,  taleyin  mənə bəxĢ etdiyi  möcüzəyə, 
təsadüfə,  bəxĢeyiĢə.  Səni  mənə  bəxĢ  etdiyi  üçün 
təsadüfləri  çox  sevirəm,  özü  də  çox.  Taleyimin  payız 
fəslinə  bahar  gətirdiyi  üçün  təsadüfə  minnətdaram,  çox 
minnətdaram.  Payıza  da  minnətdaram,  məni  mənə 
qaytardı, səni mənə bağıĢladı.  
Bir  danəm  mənim  gözlərinin  Ģöv­qündə,  sehrində  sənə 
olan  ürək  çırpıntılarımı,  həsrətli  baxıĢlarımı,  titrək 
duyğularımı  gördüm.  Özümü  tapdım,  məni  məndən  alan 
odlu baxıĢlarının leysanında.  
O, məna dolu  gözlərinin  dərinliyində olan sehrin hərarəti, 
sevdiyim,  özümünkü  bildiyim,  məni  mənə  qaytaran, 


kədərimə  son  qoyan,  mənasız  yaĢantılarıma  məna  bəxĢ 
edən, həyatı sevməyə sövq edən, o gözlərində mən özümü 
gördüm, özümü.  
Közərən  qəlbimi  alovlandıran,  sınıq  yaralı  ürəyimə 
məlhəm,  sirlərlə  dolu  gözlərində  mən  nələri  görmədim: 
ilıq  mərhəmlik,  sadəlik,  istilik  və  bir  də  sədaqətli 
məhəbbət.  
Əzizim,  etdiyin  Ģirin  söhbətlərinin  qoynunda  uyuyub, 
onun xoĢ təsirini hiss etdikcə özümü dünyanın ən xoĢbəxt 
insanı  hiss  edirəm.  Ömrümün  yaraĢığı,  ruhumun  qidası, 
əzizim.  Mən  istərdim  ürəyimizə  çökən  kədərimizi, 
ürəkdən gələn sevincimizi birlikdə bölək, ikilikdə.  
Canım  sevgilim,  mənə  elə  gəlir  ki,  yu­xularımda 
gördüyüm,  xəyallarımda  canlandırdığım  o  insan  sənsən. 
Ġlk  baxıĢdan  mənə  elə  gəldi  ki,  mən  səni  çoxdan,  lap 
çoxdan  tanıyıram,  çoxdanın  tanıĢısan.  TanıĢ,  xoĢ,  Ģirin, 
doğmaca  nəfəsinlə  qəlbim  gül  kimi  açılır,  könlümün 
nəĢəsi, arzusu, istəyi gülür.  
Sevgilim,  sən  mənim  pənahım,  sənə  olan  istəyim  isə 
ümidgahımdır.  Sənə  sonsuz  yalvarıĢımla  söyləyirəm: 
“Yanan  qəlbimin  səssiz  harayını  eĢit:  ürəyimlə  birlikdə, 
arzularımı,  görən  gözlərimi  sənə  təslim  etdiyim  üçün, 
mənim sənə qarĢı təmiz, saf duyğularımı mənim qarĢımda 
peĢman eləmə”.  
Varlığınla canımı  yandıran, yaĢadan bu sevdan illərlə xoĢ 
xəyallara,  kövrək  duyğulara  dönmüĢ  hisslərimi  oyatdı. 
Məni sən olmağa səslədi.  
Söyləyirsən  gözlərindir  mənə  məlhəm,  mənə  yaxın.  Axı 
sən bilmirsən əzizim, gül həsrəti çəkən bülbül kimi mənim 
məhəbbət  dolu  gözlərim,  sənin  o  gözlərinin  həsrətlisidir, 
dəlisidir.  Əzizim,  canım  sevgilim,  sənin  hər  görüĢün 
həyatdır  mənə.  O  günü  gözləyirəm,  sənin  mərhəm 


köksünə  sığınıb  illərlə  çəkdiyim  iztirablarımı  unudam. 
Səninlə sənli günlərimi yaĢayım, ancaq sənli günlərimi.  
 
  
 
KAġ SƏN OLAYDIN 
 
Sonu  bilinməyən  təmkinsiz,  hövsələsiz,  məni  məndən 
qoparan, uzaqlaĢdıran xəyallarıma, fikirlərimə təskinliyim 
sən olaydın. Dilimdə pıçıltıya dönən ürə­yimin sözü, gizli 
kəlməsi,  xoĢ  giziltisi  sən  olaydın,  ala  gözlüm,  kaĢ  sən 
olaydın! 
Tənhalığın girdabında mənə həmdəm olaydın. Həsrətindən 
qapanan bəbəklərimdən axıb, darıxıb yanaqlarımda donan, 
qalan göz yaĢlarım sən olaydın kaĢ, sən, ala gözlüm! 
PəriĢan  tellərimi  tumarlayan,  əllərimi  isti  ovucunda 
sığallayan,  yaĢ kipriklərim arasından süzülüb  yanaqlarımı 
yandıran  hicran  damlalarını  silən  sən  olaydın!  Vüsal 
həsrətilə  yanan  könlümə  dərman,  hisslərimə  iĢıq  dolu 
Ģəhvət! KaĢ sən olaydın, ala gözlüm! 
Bir  ani  baxıĢıyla  sevən  cismini  Ģam  kimi  əridənim, 
gözəlliyi  ilə  gözlərimi  sehrə  salıb  yandırıb  yaxanım  kaĢ 
sən olaydın. Məni mərhəm nəfəsilə vücudumu ətirləyənim 
kaĢ sən olaydın, sən! 
Sənin  ala  gözlərinin  tək  mən  olaydım  istəklisi,  sevən 
könlümlə  qəlbinə  hakim  kaĢ  mən  olaydım.  Nazla  dolu 
məlahətli  iĢvəmi  tək  sən  çəkəydin,  tək  sən  əhdinə  vəfalı 
olub,  ilqarına  düz  çıxaydın,  ilha­mını  yalnız  məndən, 
mənim  eĢqimdən  alay­dın,  alovlanaydın,  mənim  üçün 
yaĢayaydın  kaĢ,  tək  mən  üçün  ya-Ģayaydın,  tək  mənim 
üçün! 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə