Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Bilir nağıl, həm Ģeir, 
Çoxunu əzbər deyir. 
 
Onun Ģıltaq sözləri, 
Təbəssümü iĢıqdır. 
Doğma gözəl ailəyə, 
Selin bala yaraĢıqdır. 
 
 
  
 
 
 
 
 
BALA BALDAN ġĠRĠNDĠR 
 
Bala baldan Ģirindir, 
SöyləmiĢlər babalar. 
Acısına qurbanlar 
DiləmiĢlər analar. 
Acısı da bal dadır, 
Ömrə bəzək, zinətdir. 
Körpə Tanrı payıdır, 
Əvəzsiz, xoĢ diləkdir. 
ġirin paydır körpələr
Noğula tay körpələr. 
Baba, nənə, analar, 
GülüĢündə dincələr. 
 
  
 


 
 
 
 
NƏNƏMĠN ġƏKƏRĠYƏM 
 
Mən nənəmin Ģəkəri, 
Babamınsa canıyam. 
Gözəl ata-anamın 
Nağıllar dünyasıyam. 
 
ġıltaq Ģirin sözümlə 
Əmim məni çox sevir. 
O qədər Ģirinəm ki, 
Hamı mənə bal deyir. 
 
Büzüləndə dodağım, 
Sanki dünya qaralır. 
Mən gülüb-danıĢanda 
Ətraf nura boyanır. 
 
  
 
 
 
BALAM GƏLĠR 
 
EĢitdim qonaq gəlir, 
Bu gün yanıma balam. 
XoĢ gəlir, səfa gəlir. 
Gəlsin, qadasın allam. 
Balamın qara gözü 


Qəlbimin Ģəfasıdır. 
Onun Ģirin sözləri, 
Arzumun səfasıdır. 
Hər o, nənə deyəndə
Gözlərim hey yol çəkər. 
Sevdiyini biləndə, 
Dərdim-qüssəm də bitər. 
Birdən qapının səsi 
Oyatdı xəyalımdan. 
Gözümü açdım bu dəm, 
Gördüm balam yanımda. 
Öpdüm hey gözlərindən 
Balamçün darıxmıĢam! 
Buraxmadım özümdən 
Onu dünyam sanmıĢam. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


SEVGĠ  
LÖVHƏLƏRĠ 
  
 
SEVGĠMĠ ĠTĠRMƏKDƏN 
 
Sevgini  itirməkdən  ehtiyat  edirəm,  qəlb  evimin  narahat 
anlarına  səpələ­nirəm.  Səpələnirəm  ki,  çəkdiyim 
narahatçılıqlar  sevgimin  qoruyucusu  olsun.  Səpələnirəm 
ömrümün  illərinə,  anlarına  bir  zərrəcik  kimi...  O 
zərəciklərdə  sən  varsan.  Sevgin  ürəyimin  qaynağında, 
özəyindədir...  
Yürüdüm  arxanca  göylər  ağlayanda.  Mən  də  ağladım 
onlarla  bərabər...  Amma  yoruldum,  dayandım.  Hələ  sənə 
deyil-məyən çox-çox sözlərim qaldı...  
Gücüm  yox, artıq ümid bəsləməyə. Məni hiss etməməyin 
dəli  küləklərin  uğultusu  kimi  batır  qulaqlarımda.  Sevgimi 
itirməkdən ehtiyat edirəm... çox, lap çox...  
 
  
 
SƏNĠ SEVMƏDĠYĠM ÜÇÜN BAĞIġLA 
 
Neynim  sənin  üçün  bahar  günəĢi,  gül-çiçək  ətiri  ola 
bilmirəm.  Neynim  ki,  odunla  yanan  bir  ocağın  alovu  ola 
bilmi-rəm. Bilmirəm...  
BağıĢla  ki,  ürəyinin  həyəcanlı  döyüntüsünə  qulaq  asmaq 
üçün  təmkinsizəm,  təmkinsiz!  Könlünün  arzularına, 
hisslərinin,  baxıĢlarının  yanğısına  harayına  səs  verə 
bilmirəm.  Qayğılı  çöhrəmə  ünvanlanıb  tuĢlanan  qara 
gözlərinə,  söylədiyin  Ģirin  kəlmələrinə,  məhəbbətinə 
canımdan  gələn  istiliyimlə  cavab  verə  bilmirəm,  zira 


cavab  verə  bilmirəm...  Niyə  sənə  yalan  daniĢim!? 
Yalanların boz dumanlığında sənin ayaq səslərini eĢitmək 
istəməzdim.  Məgər  yalanlarla  dolu  bir  eĢqin  gerçəkliyi 
sənə  gərəkmi?  Yox,  əsla  yox.  Bu  nə  sənə,  nə  mənə 
gərəkdir! 
DüĢünürəm  sakitliyin  sonsuzluğunda  düĢünürəm  səni! 
Səni  sevə  bilməyəcəyimi  anlayıram.  Ülvi  hisslərinə  necə 
könülsüz ürək verim! Söylə...  
Heç  ürəksiz  də  sevmək  olarmı!  BağıĢla  odlanan  qəlbin 
üçün  könlümü  ocaq  etmədim.  Təsəllin  olmadım!  Ay 
taleyimə gecikən məhəbbəti ilə qədəm qoyan bakirə hissli 
saf duyğulu aĢiqim...  
Nigaran  ürək  pıçıltılarımı,  könül  çırpıntılarımı  özümdən 
baĢqa  kimsəyə  söyləyə  bilmirəm.  Buna  cəsarətim  də 
çatmır.  Mənim  dolaĢıq  cığırlara  bənzər  sevdam, 
sevgimdən  bixəbər  olan  baĢaqa  birisinin  həsrətinə 
ünvanlıdır! BaĢqa birisinin...  
 
  
 
UNUDA BĠLMƏYƏCƏKSƏN 
 
Dünəninə əlvida deyə bilməyəcəksən, duyğuların boĢalıb, 
fikirlərin  baĢ  alıb  gedəcək,  yaddaĢından  məni  silmək 
istəyə-cəksən, ötüb keçənlərə bir dəfəlik sağ ol söyləməyə 
çalıĢacaqsan,  gücün  çatmayacaq.  Sən  məni  unuda 
bilməyəcəksən! 
Tənhalığınla  vuruĢub  küsüb  həyatında  yaranmıĢ  xəyal 
boĢluğunu tamamlamaqçın doldurmaqçın bir anlıq da olsa 
mənimlə olmaq istəyəcəksən!  
Mənli  fikirlərin,  mənli  hisslərin  sənə  qənim  kəsiləcək, 
ürəyin  məni  istəyəcək,  özünlə  bacara  bilməyəcəksən! 


Gecələrin  mürgü  dolu  istirab,  gündüzləri  yuxulu 
olacaqsan, elə sanacaqsan ki, nəfəsinə nəfəsimin ətri dolur 
yavaĢ-yavaĢ.  Məni  düĢünəcəksən,  bu  düĢüncələr  səni 
tənhalıqdan  qurtarmayacaq.  Özün  özlü­yündə  hiss 
edəcəksən  məni  –  unuda  bilməyəcəyini,  duyacaqsan  bu 
hissi... qovrulacaqsan...  
Hər  ötən  gözəldə  gülən  gözlərə  baxacaqsan.  Sənə  tanıĢ, 
sənə 
mərhəm 
baxıĢ 
axtaracaqsan, 
donacaqsan, 
üĢüyəcəksən, 
kiçiləcəksən 
özgə 
baxıĢlarıyla. 
Darıxa­caqsan ehtiras dolu gözlərim üçün, sən məni unuda 
bilməyəcəksən.  
Yorğun olduğun gecələrdə baĢını dizlərim üstə qoyub Ģirin 
röyalara dalmaq istəyəcəksən həmiĢə geniĢ sinənə sığınan 
titrək  çiyinlərimin  məlhəmliyi  istiliyi  üçün  darıxacaqsan. 
Unutmaq  istəyəcəksən,  yaddaĢından,  hisslərindən  məni 
silməyə çalıĢacaqsan, bacarmayacaqsan! 
Hicrana  dönən  hissin  həvəsini  ürəyindən  qoparıb  atmaq 
istəyəcəksən, adımı qəlbindən silmək istəyəcəksən...  
Yanaqlarında  dodaqlarımın  alovunu  istisini  duyacaqsan  - 
bu halına görə özünü danlayacaqsan. Məni unutmaq üçün 
özünü 
də 
unutmaq 
istəyəcəksən, 
sən 
bunu 
bacarmayacaqsan!  Ona  gücün  çatmayacaq.  Sən  məni 
unuda bilməyəcəksən! 
Səndən incik düĢüb kövrələndə biri-birinin ardınca mirvari 
dənələri  kimi  leysana  bənzər  küsgün  göz  yaĢlarımı 
əllərinin xəfif toxunuĢu ilə silmək üçün, məni ovundurmaq 
üçün qəribsəyəcəksən.  
Bir  gecə  düĢəcəyəm  yadına  dünyan  od  tutub  alıĢacaq, 
yanacaq 
xatirələr 
içərisində  fikirlərin  girdabında 
qovrulacaqsan...  
Mənli  duyğularını  qəlbində  boğub  ürəyinin  balaca 
küncündə  dəfn  edəcəksən,  sənə  dönməyəcəyimi  anlasan 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə