Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

Dərmə onu, gül özü də 
O, bülbül həsrətindədir. 
Sevgisini özü gizlər 
Xəyalını vüsal izlər. 
Qönçəsi də sevgi istər  
Bülbül sorağında gəzər! 
 
  
 
 
XOġ GƏLDĠN HƏYATIMA  
 
Gözlərinin giləsində iĢıq gördüm, 
O iĢığı, o Ģəfəqi sevdim mən. 
Məsum çöhrəndə təbəssüm gördüm, 
O gülüĢü, o nurunu sevdim mən. 
XoĢ gəldin həyatıma, gülüm, sən! 
Mənə oğrun-oğrun, qıyqacı baxan, 
Cismimi odlayan gözünü sevdim. 
O Ģirin dilinin mənə soyləyən, 
“Səni sevdim,” deyən sözünü sevdim. 
XoĢ gəldin həyatıma, gülüm, sən! 
Qəlbindən qəlbimə süzülüb gələn, 
O kövrək hissinin vüsalın sevdim. 
Könlüm səmasında sən ülkər oldun, 
GünəĢ tək verdiyin alovu sevdim. 
Saçlarıma sığal çəkən əlinin
ġəfqətini sevdim, sehrini sevdim. 
Ürəyini ürəyimdə hiss edib, 
Nəfəsində sevgi ətrini sevdim. 
Sən dünyaya açılan xoĢ günümsən, 
XoĢ gəldin həyatıma, gülüm, sən! 


 
 
  
DE, KĠMƏ LAZIM 
 
Gözümün iĢığı, dizimdə gücüm, 
Ürəyimdə odum, alovum, közüm, 
Sən idin könlümdə sevgili sözüm, 
Tənhalığa sirdaĢ de, kimə lazım! 
 
Kədər qova-qova etdi xar məni, 
Usanıb baxmadın saçımda dənə. 
Taleyim çaĢdırdı mən düĢdüm çənə, 
Qonağı qəm olan de, kimə lazım! 
 
Solğun bir çiçəyəm, ətrim duyulmaz, 
Bir tənha ağacam, barım barınmaz 
Bir közsüz ocağam, odum qalanmaz, 
Taledən kəm olan de, kimə lazım! 
 
Dövlətim, həm varım bu sevgim idi, 
Hədiyyəm hər zaman yanan hiss idi. 
Həsrətim vəfalı bir kölən idi, 
Vüsalı qul olan de, kimə lazım! 
 
Ġncitdin, küsmüĢəm özüm-özümdən, 
Əksini sildim mən sevən gözümdən. 
Etdim qəribliyi özüm özümdən 
Sevgisində qürbət de, kimə lazım!  
 
 
 


 
RAMĠL 
Ramil Səfərova həsr olunub 
 
Mərdlik amalında göstərdi özün, 
Məsum çöhrən almıĢ nuru günəĢdən. 
Doğrudur düĢüncən, dürüstdür sözün, 
Cəsarət vüqardır baxan gözündə. 
Necə mən söz deyim, necə yazım mən, 
El üçün köksündə yanar ürəksən. 
Ġstərəm danıĢım insanlığından, 
Qəlbində yurd salan xoĢ diləyindən. 
Bağlısan Vətənin Azərbaycana! 
Heç kim ayıra biməz səni diyardan 
Canından can verdin hər zaman cana 
Ramil sən ruh aldın, Ulu torpaqdan. 
 
 
  
 
 
 
SƏN DEMƏ 
 
Əritdin könlümü sən gilə-gilə, 
Həsrətin qəlbimdə külə dönübdür. 
Döndün daĢ qayaya, sən buz heykələ, 
Közərən ürəyim dilə gəlibdir. 
Belə soyuq olmaq ölümdən betər
Ġlahi, bu ağrı nə zaman bitər?! 
Sevgisiz qəlbini dərya bilmıĢdim 
Sən demə, boĢ ümid özü zülümmüĢ! 


Kölgə tək arxanca addımlayarkən, 
Ġtən illərimi varaqlayarkən, 
Gördüm, hissim-duyğum külə dönübdür. 
Soyuq əllərinin o buz ovucunun, 
Bir qərib qonağı könül evimdir. 
Ġsti nəfəsimlə, Ģirin sözümlə, 
Bilmirəm nədən 
Sevdirə bilmirəm özümü sənə! 
Közərən ocağı alov bilmiĢdim, 
Sən demə, xəyal da özü zülümmüĢ! 
 
  
 
 
 
 
UNUDANI UNUTMAZ 
 
Unutqanlıq sevən könlü ovutmaz 
Unudulan unudanı unutmaz, 
Yanar ürək sevən qəlbi ovutmaz 
Unutqanlıq qəlb alovun soyutmaz 
Keçən illər yanan hisslə ovunmaz, 
Günlər keçər, il illəri təzələr. 
YaddaĢlardan min xatirə süzülər
Xəbər gözlər unudanın dilindən. 
SoraqlaĢar onu dumandan, çəndən, 
DüĢünər hər zaman, o getdi nədən! 
Ġllər keçər, xatirələr qocalar, 
Ürək incik, keçən günü soraqlar! 
 
  


 
 
 
 
 
 
ÇOX DARIXDIM 
 
Bir sevgi gəzdim bu dünyada, 
O sevgimin özü oldun. 
Cahan gəzdim öz dünyamda 
O cahanın sehri oldun. 
Sevdim səni, səni sevdim! 
Ürəyimdə ürəyini hiss edərək 
Duydum səni, səni duydum, 
Nəfəsinlə baharımı gözləyərək. 
Çox darıxdım, darıxdım çox, 
Bir çağırsan sənə gəlləm. 
Ovucumda sevən ürək, tələsib çox, 
O görüĢə qaça-qaça mən gələrəm. 
 
  
 
 
 
 
 
 
ZOR SARĠ GELĠN 
 
Hasret, çile dolu bu aĢk yolunda 
Yol bulup iz sürmek zor, sarı gelin. 


Hele beklentinden haber de yok sa,  
Kalbini susturmak zor, zor, sarı gelin. 
Zaten ben yaralı, cok da yorgunum 
Yaramı koparma sən bir dayan dur, 
Gördüyün kabusudur bense doğrunum 
Seni benden almaq zor, zor sarı gelin! 
Kötü röyalardır konağın senin  
Yine de sen hayra yor, yor sarı gelin 
Her kese bir nasib kismet yazılıb 
Qara sevdalımsın zor, zor sarı gelin!  
 
  
 
 
 
 
 
 
 
 
ÜġÜDÜM 
 
Ağladıb kiridən gözün baxıĢında üĢüdüm,  
O, soyuq sözlərinin yağıĢında üĢüdüm. 
Donub kəm taleyə, qarğıĢında üĢüdüm, 
Bu qara sevdanın qar, qıĢıyla üĢütmə!!! 
 
 
  
 
 
 


 
 
KÜSDÜM 
 
Küsdüm ondan, ona küsdüm, 
Könlümü alsaydı bir baxıĢıyla, 
Ġztirab qəlbimdə sitəmə döndüm, 
QarĢıma çıxsaydı gül yağıĢıyla! 
Bu könül evimi virana gördüm. 
 
Duyğularım onsuz kövrəlib yaman. 
BağıĢladım onu mən küsdüyüm an! 
Onsuz nə an keçir, nə də ki, zaman, 
Küsdüm harayıma, ünümə küsdüm!!! 
 
  
 
 
 
 
 
AXġAMLARIN SƏHƏR GILEYI 
 
AxĢam zülmətiylə səhərə getmir, 
Bu zülmətin sabahları görünmür. 
Lal gecənin səhərləri gecikir, 
Bu səhərin dan ulduzu görünmür. 
Qaranlığın pərdəsi göy üzündə, 
SökülməmiĢ, sökülməyi sezilmir. 
Aydınlığa gedən yolların sonu, 
Dumanlıqda izi itmiĢ, bilinmir. 
AxĢamın səhərli gileyi bitmir! 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə