Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   12   13   14   15   16   17   18   19   20

“Axtarma  məni,  axtarma”  dedin,  elə  söylədin  ki,  ruhun 
belə  incimədi.  Axı  nə  üçün  də  inciyəydi?  Axı  nəyə  görə 
qəlbin 
qəhərlənsin, 
könlün  alovlansın,  kirpiklərin 
nəmlənsin,  gözlərin  kövrəlsin,  köksündə  ürəyin  qərar 
tutmasın?!  Sən  elə  o  sözü  bax  beləcə  də  söyləməli  idin: 
“Axtarma məni, daha gərəyim deyilsən! Bir gül idin artıq 
ətrindən  doymuĢam”.  Söylədiyin  o  kəlmən  ilə  iradəmi 
sanki  yuxudan  ayıltdın,  yuxudan.  Qəhər  içində  oyandım. 
Qaranlıqda iĢıq  yolu tapa bilməyən əlacsız bir insan kimi 
özümü  tək  gördüm,  tək!  Hisslərimə  payız  gəliĢinlə 
gələcəkdinsə, məni  niyə  özünə tanıtdın, niyə? Odlu  sevən 
ürək  vermiĢdim  sənə,  heyf,  sən  onu  sevə  bilmədin,  sənin 
gərəyin olmadı! 
Heyf,  bir  qızılgül  idim  sənin  üçün,  pardaqlanıb  çiçək 
açmıĢdım, ətrimi duya bilmədin. Qollu-budaqlı ağac idim, 
kölgəsində  dincəlmədin,  varlığı  məhəbbətdən  yoğrulan 
köks idim, sən qucağına sığınmadın.  
 
  
 
MƏNƏ ELƏ GƏLĠRDĠ KĠ 
 
Ġçimdə  o  qədər  qaranlıq  var  idi,  mənə  elə  gəlirdi  ki, 
onların hamısını iĢıqlandırmıĢdın sən.  
Çırpınan ürəyimi sakitləĢdirməyə çalıĢıram, özümdən asılı 
olmayaraq,  təmkinimi,  dözümümü  cilovlaya  bilmi­rəm. 
Sənə  qədər  düĢünmüĢdüm  küsgün,  dağlanan  qəlbim  bir 
daha  sevdalanmaz,  qəlb  evimə  gedən  yollar  bağlı  qalar 
keçilməz  olar.  Taleyin  hökmünə  bir  bax!  Nəsib  etdi  yeni 
sevda, yeni görüĢ. Amma oxĢar sevgi, oxĢar sevda. Tanrım 
bütün  qəmləri  sən  demə  mənə  əmanət  edibmiĢ,  bütün 
qəmləri. Üzüldüm. Dağı dağ üstündən çəkənim! 


Ağrılar, acılar içərisində sarsılan ürəyim fəryad  edir  – bu 
haraydır  sənə,  haray,  eĢidirsənmi?!  Məni  sarsıdanım, 
günah­karım mənim.  
Aydınlıq  dünyamı  qaraltmağa,  xoĢ  günümü  əzaba 
döndərməyə sənin nə haqqın var, söylə?! Məni ağlatmağa, 
göynətməyə  sənin  nə  haqqın  var,  bir  din,  danıĢ,  niyə 
susursan,  niyə?!  Axı  nə  danıĢasan!  Mənim  kimi  sinəndə 
qəlbin də dara çəkilib kaman kimi dillənməyib ki! Könlün 
yaralı  deyil  ki,  kədər  vurğunun  olmayıb  ki,  qəmlənəndə 
qəmin səni dünyadan ayrı salmayıb ki?!  
Axı  mənim  çəkdiyim  əzabların  acısı  sənin  üçün  yaddır, 
yad!  Taleyim  məni  çox  sınağa  çəkdi.  Ağrılar  içində 
yaĢadığım yetər, bəsdir!  
Bəsdir,  son  qoyuram  bəxtimə  düĢən  tale  sınaqlarına,  son 
qoyuram;  iradəmi,  gücümü  toplayıram  ki,  səni  unudam, 
sənin kimi etinasız, soyuq olam. Aman Allah, bacarmıram, 
qəhər məni boğur, nəfəsim daralır, heç olmasa, bir dəfə də 
olsa,  sənin  buz  kimi  səsini  isti  dodaqlarından  soyuq 
söhbətini  eĢitmək  ehtirası  ilə  alovlanıram,  yanıram. 
ÖyrəĢmiĢəm  sənə  artıq,  öyrəĢmiĢəm!  Bu  nə  əzabdır,  ya 
Rəbbi, bu nə əzab?...  
Niyə  çıxdın  uğuruma,  söylə,  niyə,  niyə  məni  məndən 
aldın,  mən  artıq  özüm  de­yiləm,  sən  olmuĢam,  sən! 
Korun-korun  sozalıram,  baxıĢlarım  yanır,  təzəli-köhnəli 
dərdlərim közərir içimdə, vüsalım yorğun düĢür.  
 Qəlbimin  köz  tutmuĢ  yarası  qanayır.  Axı  neyləmiĢdim 
sənə  mən?  Niyə  küskün  ürəyimin  könlünü  almırsan?  Heç 
kama çatmadım! 
 Dəniz  kimi  coĢub  çağladım,  buludlar  kimi  dolub 
boĢaldım. Puç oldu sənə olan gümanım. Həsrətindən artıq 
soyudum,  sənə olan istəyimdən doydum, vallah, doydum. 
Bəs  niyə  səni  qəlbimdən,  düĢüncələrimdən  silə  bilmirəm, 


niyə?  Ya  Rəbbim,  ürək  ağlaya-ağlaya  göz  gülərmiĢ,  ürək 
ələmdə  ikən  gülən  gözlərin  acı  damcıları  qəlbə  sızarmıĢ, 
qəlbə  axarmıĢ;  sən  mənim  sevincimə  ortaq  kədərim, 
hicranıma günah oldun.  
 Payızı  çox  sevirdim.  Lap  çox.  Özün  bilirsən  nə  üçün! 
Çünki  səni  mənə  payız  bağıĢlamıĢdı,  payız.  Ġndi  də 
payızdır. Həm  sevgimin  payızı,  həm  ömrümün, taleyimin 
payızı,  həm  də dünyanın payızı; səni  payızda da  itirirəm. 
Payız səni məndən alıb.  
Gözümün  yaĢına,  qəlbimin  ahına,  uzanan  əllərimə 
baxmadan səni zorla qoparır, ayırır məndən, ayırır.  
Sənə  tapındığı  üçün  gözlərimi  danlayıram,  ancaq 
gözlərimi!...  
 
  
 
ÜRƏKSĠZƏ ÜRƏK VERĠB  
AĞLAMA 
 
Gecdir  daha,  çox  gec.  Bu  yolun  yolçuluğundan  geriyə 
dönmək  çox  gec.  YaĢaya  bilmərəm  səni  sevmədən, 
anlayırsanmı?  Hicranından  bimar  oldum,  illər  xəstəsinə 
döndüm, soldum, solğun çiçəklərə bənzədim.  
Qurudu,  çatladı  dodaqlarım,  yandı  bağrım,  göynədi  içim, 
göynədi  ürəyim.  Soyuqluğun  yandırdı  məni,  elə  yandırdı 
ki,  taqətim  yox  söz  söyləməyə,  addım  belə  atmağa. 
Həyatıma  gəliĢini  heç  gözləmə­diyim  kimi,  bax  beləcə 
gediĢini  də  gözləmirdim.  Heç  ağlıma  da  gətirmirdim! 
Ağlıma belə gətirmirdim donuq baxıĢını, soyuq gözlərini, 
buz dodaqla­rını, hissiz ürəyinin unutqanlığını.  


Gözlərimin  hərarəti  ilə  ürəyimi  də  oğurladın,  elə  ilk 
görüĢdə.  Belə  deyildin  onda!  Məni  isti  nəfəsinlə, 
məhəbbətinlə çox əzizlərdin. Belə deyildin onda! 
Ġndi  isə  söyləyirsən,  tənhalıq  mənə  hər  Ģeydən  əzizdir, 
əzizim, könlüm təkcə tənhalığa vurğundur, tənhalığa.  
Sənin  o  sözün  mənə  ömrümün  sona  çatdığı  anı  xatırlatdı, 
qəlbimi,  ürəyimi  yandırdı.  Saçlarına  həsrət  qalan  əllərimi 
yandırdı!...  Bəlkə  də  söyləməzdin,  könül  evimi  viran 
qoymazdın.  Mənim  qəlbimin  istəyini  soyuq  ruzgarlara 
yoldaĢ etməz­din. Yox, sən onu etməzdin, etməzdin! 
Nə  qədər  çalıĢıram,  nə  qədər  düĢünürəm  ki,  sənə  nifrət 
edim,  səndən  uzaqlaĢım,  olmur  ki,  olmur.  Niyə  belə 
bağlanmıĢam  sənə,  ay  mənim  taleyimə  düĢən  bəxtsiz 
məhəbbətim.  
Bir  dəqiqəliyə  unutmaq  istəyirəm  səni,  susmuĢ  telefona 
baxa-baxa  xəyalım  məni  sənə  aparır,  istəmədən  sənin 
telefon  nömrəni  yığıram.  Telefondan  təmkinsizliyə  ağır 
zərbə olan donuq səsini eĢidirəm: “Hə, yenə sənmisən?”  
Bizi Yaradana səndən Ģikayət edirəm. Səbr istəyirəm, güc 
istəyirəm, səni unutmaq üçün kömək istəyirəm.  
Ey  vəfasız,  sevgini  sədəqə  istəmirəm,  səndən  istilik 
umuram, ancaq istilik. Ay ismi-pünhanım, belə soyuq olub 
yandı­rıb-yaxacaqdınsa,  niyə  özünü  qəlbimə  bu  qədər 
yaxın  buraxdın,  yaxın?  Axı,  sonda  tənha  qoydun, 
arzularıma,  istəklərimə,  saf  niyyətimə  ölüm  kabusu  bəxĢ 
etdin.  Nə  biləydim,  ürəyin  yox  imiĢ,  məhəbbətin 
tükənibmiĢ? Bütün  həyat sənin  üçün adicə bir oyun imiĢ. 
Bu oyunda alça­dılmıĢ hisslərim oyunçu oldu, oyunçu...  
Ağlama  gözlərim,  ağlama,  sənə  ürəyim  daha  çox  yanır. 
Axı,  sən  hardan  biləydin  ki,  görüb,  sevib-seçdiyin  ala 
gözlün səni heç vaxt sevməyib... O, ürəksizmiĢ, ürəksiz! 
 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə