Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   12   13   14   15   16   17   18   19   20

qurtarmır ki, qurtarmır. Sevdam ağlayır içimdə, həsrətimin 
boynu bükülü qaldı. Fəryadım sinəmi dəldi, dağladı, bəsin 
deyilmi?!  
Doymursan,  məni  incitməkdən,  doymursan?!  Əl  çək 
məndən,  qəm,  əlini  çək!  Qoy  əlçatmaz,  vüsalsız 
xəyallarım  məni  ağuĢuna  alsın  aparsın,  bəlkə  təskinliyimi 
onda taparam.  Əl çək məndən, əlini  çək,  amandı!  Ġradəm 
də  verdiyin  əzabların  qarĢısında  acizləĢir,  zəifləyir. 
Taqətim qalmır bir söz söyləməyə. Acizəm sənin qarĢında, 
aciz...  
Yumuram  gözlərimi  sənin  verdiyin  ağrılarına-acılarına, 
qəlbimin  qəribliyinə,  o  dəm  yaĢlı  didələrimdə  ümid  iĢığı 
azalır,  dünya  gözlərimdə  kiçilir,  kiçilir.  Sonda  sənin  ilə 
qalıram.  UzaqlaĢmaq  istəyirəm  səndən.  Uzaqlara,  lap 
uzaqlara getmək istəyirəm.  
Sən  orada  da  varsan,  orada  da!  Yalvarıram  qəm,  məndən 
əlini çək!  
 
UNUDA BĠLMĠRƏM 
 
GünəĢin  qürub  çağıdır...  Darıxıram.  Nə  üçün  belə 
darıxıram? 
Ürəyimlə 
bacarmıram! 
Daha 
onu 
anmayacağam,  daha  sevməyəcəyəm,  daha  onun  üçün 
qəlbimə  qubar  dolu  bir  hiss  yükünün  yaxınlaĢmasına  izn 
verməyəcəyəm! 
Axıtdığım  göz  yaĢlarıma  heyfim  gəlir  axı!  O  damlalar 
ürəyimin nurudur, közüdür, məlhəmidir, təskinliyidir.  
Yox,  ürəyimlə  bacara  bilmirəm,  o  məni  dinləmir.  Axı, 
mən  səni  niyə  unuda  bilmirəm,  ay  mənim  taleyimə  çıxan 
talesiz  məhəbbətim?!  Unuda  bilmirəm  məcnun  sevdalı, 
yanğılı  söhbətini,  həyəcanla  çırpınan,  xoĢ  hisslərimizi 
riqqətə  gətirən,  kövrək  duyğularımıza  qol-qanad  verən 


özümüz  üçün  kiçik  bir  sehirli  aləm  sandığımız  o  görüĢ 
yerini,  həzin  pıçıltı  ilə  söylədiyin  “gözlərini  çox 
sevəcəyəm,  çünki  məni  sənə  sevdirən,  o  qara  gözlərin 
olub” kəlmələrini. Unuda bilmirəm! 
ĠnanmıĢdım vəfana, sədaqətinə. Amma...  
Kədər  sevgimin  qapısını  lap  tez  tanıdı.  TanımıĢdı  kədər 
mənim taleyimi, bütün dərdlərini, acı sarsıntılarını qəlbimə 
dol-durmuĢdu.  Yaralı  ov  kimi  çırpınan,  büllur  ĢüĢə  kimi 
qırılan qəlbimi yükləmiĢdi ələm ilə, hüzn ilə.  
Etibar 
ummuĢdum 
sənintək 
vəfasızdan. 
Vəfasız 
etibarsızlığın  sındırdı  məni,  kövrək  duyğularımı  yerlə 
yeksan etdi.  
Hərarəti  azalmayan  yanan  qəlbim  sanmıĢdım,  nəvaziĢinlə 
çırpınan  ürəyimin  döyüntüsü  bilmiĢdim  səni.  Ay 
duyğularımızda  fəsilləri  vaxtsız  dəyiĢdirənim  mənim, 
sevgini  özüm  bilmiĢdim,  özüm.  Ən  çıxılmaz  anlarımda, 
tənhalığımda  duyğularıma,  fikirlərimə  səni  təsəlli  bilib 
məhəbbətinin  oduna  isinmiĢdim,  ovunmuĢdum.  Qəlbim 
qəlbindən  hərarət  ummuĢdu.  Hətta  gözlərimə  ayna 
qarĢısında  sənin  gözlərinlə,  ehtiras  dolu  baxıĢlarla 
baxırdım. Təəssüf!...  
Həyatım üçün bir anlıq gözqamaĢdırıcı ilğım olduğunu kaĢ 
o vaxt duya biləydim!!! 
GünəĢin qürub çağıdır. Yalqızam görüĢ yerimizdə. Tənha 
bitən, vaxtsız açan boynubükük bənövĢə kimi. Yoxluğunu 
hiss  edirəm,  artıq  mənim  yox,  baĢqasının  sevdalı 
duyğususan! 
Sənsizilik  bütün  vücudumu  əsdirir,  sənsızlikdə  əzilirəm! 
Ağlayıram! 
Nigaran,  qəmli  gözlərimin  həsrət  dolu  leysan  yağıĢını 
saxlaya bilmirəm. Unuda bilmirəm! Səni unuda bilmirəm, 
özüm də bilmirəm nəyə görə, nə üçün!...  


Bizim  üçün  qəribsəmiĢ  o  görüĢ  yerinə  son  dəfə  sönük 
ruhumla nəzər salıram və sonsuz fəryad tufanının ömürlük 
oldu-ğunu anlayıram! 
 
  
YOLLAR 
 
CəfakeĢim, həmdəmim yollar, sirdaĢım yollar, məni mənə 
qaytaran,  məni  ənsizləĢdirən  yollar,  səni  məndən  ayıran, 
uzaq-laĢdıran, sənsizləĢdirən yollar.  
Yollar,  nə  deyim  sizə:  Sizin  köksünüzdə  neçə-neçə  kədər 
aparan,  qüssə  gəzdirən  könüllər,  sevən,  sevgisilə  qəlbi 
çırpınan,  döyünən  insanlar  keçib  gedir.  Siz  bunların 
Ģahidisiniz.  Yollar,  kimə  ayrılıq,  kimə  vüsal,  kimə  hicran 
veririsiniz.  Mənim  isə  tale  payıma  ayrılıq  qismət  etdiniz. 
Ayrılıq, sonu görünməyən, bilinməyən heçlik...  
Ġnandım... Sevdim... Yanıldım... Ayrıldım!!! 
Ayrılığa  səbəb  nifrətim  oldu.  Deyirlər,  məhəbbətdən 
nifrətə  bir  addımlıq  yoldur.  Bu  yolu  keçmək  sevdamın 
nəsibi  oldu.  Məhəbbət  ülvi  hissdir,  inkar  etmək  olmaz. 
Məhəbbəti ucuz edən, dayazlaĢdıran, onunla oyuncaq kimi 
oynayıb atanlardır, bu ülvi hissi heç bir maneəyə dəyiĢmək 
olmaz.  Bunu  sevən  ürək  yaxĢı  duyur,  yaxĢı  bilir.  Lakin, 
sevən  qəlbinin  səsinə  qulaq  asma­yanlar,  sonda  tənha, 
sevgisiz, duyğusuz qalırlar.  
Bilirəm,  sənsizlik  mənə  çətin  olacaq.  Suya  təĢnə  torpaq 
kimi,  nəvaziĢə  həsrət  könül  kimi,  iĢığa  həsrət  zülmətdə 
olan  göz  kimi,  alovlanmağa  can  atan  köz  kimi... 
Təskinliyimi, tənha qaldıqda qubar dolu gözlərimdən axan 
göz  yaĢlarımda  axtarıram,  hey  axtarıram.  Nəsibim  nə 
olacaq,  bu  mənə  bəlli  deyildir.  Həmdəmim  yollar. 


CəfakeĢım 
yollar. 
Məni 
səndən 
ayıran 
yollar, 
sənsizləĢdirən yollar.  
 
  
 
AXTARMA MƏNĠ DEDĠN 
 
 Elə  soyuq,  elə  sakit,  elə  təmkinlə  söylədin  ki,  “Axtarma 
məni,  axtarma”.  Söylədiyin  bu  sözü  səndən  gözləyirdim 
də,  gözləmirdim  də.  Səni  sevəndə  də  tərəddüd  içərisində 
idim. Aydınlıqla qaranlıq arasında idim. Nə sənə “əlvida” 
deyə bilirdim, nə də səndən uzaqlaĢmaq istəyirdim. Sənin 
baxıĢlarından  da  bir  Ģey  anlaya  bilmirdim.  Ancaq 
duymuĢdum 
mənimlə 
etinasiz 
söhbətlərindən. 
Məhəbbətimdən 
doyduğunu  büruzə  verməsən  də 
duymuĢdum.  Axı,  sevən  ürək  həssas  olar!  Ürəyimə 
dammıĢdı elə ayrılacağımız günün yaxınlaĢmasının payıza 
təsadüf  etməsi.  Elə  də  oldu.  Kədərimin  tüğyan  etdiyi, 
dərdlərimlə  tənhalığımda  baĢ-baĢa  qaldığım  bir  payız 
səhərində  qarĢıma  çıxdın.  Çıxıdın  və  acılarımı  damla-
damla unutdurmağa mənə dayaq oldun. Amma... Sonda...  
Axı  hardan  biləydim,  acılarımın  dərd  yükünə  sən  öz 
soyuqluğunla  yeni  bir  ağrı  verəcəksən.  Bu  ağrı  mənə  o 
acılarımdan  da  artıq  dəhĢət  olacaqdır,  daha  dəhĢət!  Axı, 
hardan  biləydim  ki,  sən  beləymiĢsən,  sən  belə!  “Axtarma 
məni,  axtarma”  dedin.  Ġnandım  da  söylədiyin  bu  sözə, 
inanmadım  da,  üzümə  çırpılan  qara  taleli,  ağzı  qıfıllı 
qapılara  bənzədi  sənin  söylədiyin  bu  söz.  Ġnamım 
inancıma zülmət gətirdi, rəzil etdi məni, itirdim, həmiĢəlik 
itirdim inamımı.  
Ġlahi, bundan sonra inamsızmı yaĢa­yacağam, inamsızmı? 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə