Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   12   13   14   15   16   17   18   19   20

Gecələr 
sızıldayan 
qəlbimin 
ağrısının 
məlhəmi, 
gündüzlərsə  səni  arayan  gözlərimin  iĢıq  dolu  nuru  sən 
olaydın, sən! 
Həsrətindən  cadarlanan  dodaqlarımın  təĢnəsi,  döyünən 
ürəyimin  istisi,  alovu  olaydın!  Çatılan  qaĢlarımın  altında 
üzgün görünən gözlərimin nəĢəsi, sevinci olaydın!  
Gizlin-gizlin  yar  sorağında  olanda  bəxtimə  tuĢ  gələnim, 
mehriban düĢüncələrimin isti qucağında ovunmaq istərkən 
mənə  vüsal  dolu  anlar  bəxĢ  edənim  kaĢ  sən  olaydın,  ala 
gözlüm!  Pər-vanən  olub  eĢqinin  atəĢində  hey  yanaydım, 
səni də yandıraydım, kaĢ.  
Mənsiz  darıxan,  mənsizliyə  tab  gətirməyib  çılğınlıqla 
məni sevib arzulayan tək sən olaydın, cismində, varlığında 
arzularla  dolu  xəyallarında  yurd  salan  tək  mən  olaydım, 
ala gözlüm, tək mən olaydım...  
 
  
YUXUSUZ GECƏLƏRĠMĠN YEGANƏ HƏMDƏMĠ 
 
Nə  sakitsən  dəniz?  Yoxsa  sən  də  eĢidirsən,  yana-yana 
yandıran  qəlbimin  səssiz  harayını?  Gözlərimi  bağlayan, 
qəlbimi  qapayan,  ağlımı  çaĢdıran  bu  məzmunsuz 
eĢqimdən sən də halisən? Yoxsa sən də mənim bu yalqız, 
tənha həyatıma acıyırsan? Bəlkə qısqanırsan məni, dəlisov 
dalğalı  sirdaĢım  dəniz?  Səni  də  sevirəm,  qəlbimi  özüylə 
aparanı, onu da. Ġkinizi də sevirəm! 
Ürəyimlə  bacara  bilmirəm.  Həyatıma,  sevgimə  payız 
gətirən,  eĢqini  özüm  sandığım  könül  ehtizazımı  sevirəm. 
Sevdikcə  ona  daha  çox  bağlanıram.  O  isə  məndən 
uzaqlaĢır,  görünməz  olur,  sirli-sehirli  aləm  kimi... 
Ömrümə  yaraĢıq  bildiyim,  ruhumun  iĢığı  sandığım  görən 
hara­dadır? Susursan, neyləyəsən, nə deyəsən!  


Nə  sakitsən,  dəniz?  Dalğalanan,  dəniz!  Sənin  gözəlliyin 
dalğalanmaqdır.  Səni  təlatümsüz,  həyacansız  görmək 
istə­mirəm.  Heç  olmasa,  sən  mənim  bu  arzuma,  istəyimə 
etinasız olma. Yuxusuz gecələrimin yeganə həmdəmi, son 
ümidim,  Ģirin  xəyalım,  nəcib  arzum  sandığım  o,  saf 
hisslərimə,  sevib-sevilmək  eĢqilə  yanan  ürəyimə  payız 
gətirdi,  payız...  Ürəyimin  payızı  ardınca  qıĢı  gətirəcək  və 
bu qıĢdan sonra bahar bir daha gəlməyəcək.  
Gözlərin  yol  çəkir,  fikirlisən,  sahilləri  Ģıltaq  ləpəli  mavi 
dənizim.  Dözümünə  təəccüb  edirəm.  Mənsə  narahatam, 
çox narahatam. Ürəyimin payızı üçün! 
Sənə baxa-baxa fikirləĢirəm,  bütün  sevən ürəklərin payızı 
heç gəlməsin...  
 
  
 
GÜLÜM, AYRILIĞA YAMAN TƏLƏSDĠN 
 
Fikirliyəm, fikirlərin ağuĢunda xəyallara dalıram. Xəyalım 
məni sənin yanına, sən nəfəs alıb yaĢadığın mühitə aparır. 
Xəyalım  ancaq  orada  özünə  məkan  tutur,  lövbər  salır, 
orada  –  qərib  sahilin  kəna­rında.  Dənizdən  gələn  axĢam 
mehi  də  məni  xəyalımın  caynaqlarından  qopara  bilmir. 
Bircə  bu  aylı  gecədə  nəzərimi,  diqqətimi  ulduzların 
arasında  bədirlənmiĢ  ay  cəlb  edir.  Onun  sahilə  düĢmüĢ 
əksi  mənə  sənin  varlığını,  indiyə  qədər  sənə  açıqlaya 
bilmədiyim,  özümə  də  sirli  görünən  hisslərimi  və  onlarla 
yaĢadığımı anladır. Ay iĢığı mənə çox Ģeyləri xatırladır! 
Darıxdım,  baĢımı  qaldırıb  göyə  üz  tutdum.  Ulduzlar 
arasında  təzəgəlin  kimi  nazlanan  ayı  gördüm  və  bir  də... 
bir  də  onun  gözəl  çöhrəsində  gözümə  əksin  göründü. 
Sonra  da  ilk  görüĢ  yerimizdə  əllərimi  əllərinə  alıb 


gözlərimdən öpdüyün anı xatırladım! Yanaqlarımı isti göz 
yaĢları  yaladı,  yandırdı. Xəyallarım­dan ayrıldım. Sahildə 
tək  idim,  qərib  idim,  qərib  axĢamların  birində  qərib-qərib 
dalğalanan  dənizin  köksündə  səni  mənə  xatırladan  ay 
iĢığını  axtardım.  Qara  bulud  onun  gözəl  çöhrəsini 
gizləmiĢdi məndən.  
Bəlkə  də  ay  mənim  cavabsız  sevgimə,  hissimə  çarə 
tapmayacağını  duyub,  üzünü  gizləmiĢdi,  çəkilmiĢdi 
buludların arxasına. Bəlkə o da eĢidib ürəyimin yana-yana 
sızıldayan  səssiz  harayını,  bəlkə  o  da  duyub  gözlərimdən 
qəlbimə yol alan ağrılı kədərimi.  
Oradaca  söylədiyin  son  sözün  qulaq­larımda  səsləndi: 
“Gülüm ayrılığa ya­man tələsdin... ” 
Tələsdim,  ürəyində  istək  adlı  bir  duyğunun  olmadığını 
gözlərindən  duyub,  tələsdim.  Tələsdim,  ömrümün  nə 
vaxtsa gələcək baharı üçün.  
Bu  ayrılıq  üçün,  canım,  sən  öz  soyuqluğunla  yaman 
tələsdin! 
 
  
 
AYRILAMMARAM 
 
Səndən 
ayrılammaram.  Sənsizliyə  qatlanammaram, 
sənsizliyə  dözə  bilmərəm,  sənsiz  qala  bilmərəm,  bilirəm 
ki, dayana bilmərəm! 
Yalvarıram,  tərk  etmə  könül  evimi,  yal­qız  qoyma  məni, 
tənha etmə sənli hisslərimi. Səndən ayrılammaram, canım, 
ayrılammaram.  
ġirin  röyamsan,  dadlı  ümidimsən,  arzuladığım  Ģirin 
xəyallarımsan,  xoĢ  duyğularımsan,  varlığımda  yaĢayan 
özümsən, özüm! Vüsal dolu özüm! 


Canımda  dözümümsən,  sən  mənim  özüm­sən  özüm, 
özümsüz yaĢayammaram, canım, səndən ayrı olammaram! 
Məni sənsizliyə vadar edib ayrılıq adlı sonu bilinməyən bir 
səfərin yolçuluğunu bəxĢiĢ etsən də, bilə-bilə ki, bu ayrılıq 
sənin  gərəyindir,  sən  ona  təĢnəsən!  Yenə  ayrılammaram, 
yenə ayrılammaram! 
Canım,  qərib  etmə  duyğularımı,  izn  vermə  boynubükük 
bənövĢə tək nakam həsrətli qala sevgimiz. Ovundur, səslə 
sən  məni,  qoyma  gözü  yaĢlı...  Nigaran,  titrək  baxıĢala 
gözlərim  qalıb  yollarlndakı  izlərdə...  Mənə  ünvanlanan 
həsrət dolu baxıĢlarından ayrılmaram! 
Ömrümə  nübarımsan,  anlarımda  məna  dolu  yaĢantımsan. 
Sən  mənsən!  Mən  mənimdən  ayrılammaram,  canım, 
ayrılammaram!  PeĢiman  deyiləm,  sənli  günlərimi 
yaĢamağımçın.  Sonsuz  harayıma  tək,  tək  bircə  baxıĢın 
kifayətimdir.  
  
 
ƏLĠNĠN SIĞALINA  
MÖHTACAM, ANA 
 
Ağlayıram  içimdə,  için-için  yanıram.  Gözümün  peĢman 
dolu  nigaran  damlaları,  közə  dönmüĢ  ürəyimi  yandırır. 
Uğuruma  uğursuzluq  düçar  edənim  məni  yaman  inlətdi. 
Yaman inlədim ana, qəriblikdə, yaman inlədim! 
Dərdlərimin  ağır  yükünü,  çiyinlərimdə  tək  özüm 
daĢıyıram,  tək  özüm:  sənsizlikdə  ana,  tənhalıqda!  Sonda 
arzularımın,  ümidlə­rimin  sonu  olduğunu  mənə  anlatdı, 
məni sevən uğursuzum mənim. Gözləmədiklərim uğuruma 
çıxdı, olacaqlara susuram. Dayaq ol mənə, gözümün nuru, 
iĢığı  ana!  PəriĢan  saçlarım  əlinin  sığalına  möhtacdır  ana, 
möhtac! 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə