Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   12   13   14   15   16   17   18   19   20

Ağlayan,  ağlamaqdan  doymayan,  pərtli­yini  hər  kəsdən, 
özümdən  də,  səndən  də  gizlədim,  narahat  gözlərim  sənin 
məlhəm baxıĢının mehrinə möhtacdır ana, möhtac! 
Həyatdan  küsgün  olanda,  hisslərimdə  aldananda,  sənin 
nəvaziĢinə möhtacam ana, tək sənin nəvaziĢinə möhtacam! 
Təkliyimdən  qəhərlənəndə,  kövrə­ləndə,  tənhalığa  çəkilib 
doyunca  ağlamaq  istə­yəndə,  fikirlərimdən  yorğun 
düĢəndə isti quca­ğına, doğma sinənə sığınmaq üçün sənə 
möhtacam ana, möhtac! 
Ġki  sevən  ürək  görəndə,  bir  körpə  qığıltısına  qulaq 
kəsiləndə,  xatirələr  çalarlarında  halıma  yananım,  gərəyi 
olanım  göz  yaĢlarına,  oxuduğun  həzin  laylana  möhtacam 
ana, möhtac! 
 
  
 
BAĞIġLA 
 
 Ürəyimin  çirpıntısını  həyəcanla  dinləndiyim  bir  aləmdə 
özümü  hiss  edirəm.  DüĢüncələrim  məni  uzaqlara,  lap 
uzaqlara  apardı.  Əlçatmaz,  ünyetməz  sehirli  məkanda  bir 
mənəm,  bir  də  mənim  yaralı  ov  kimi  gözlərimdən  axan 
yaĢa  bənzər  yarımçıq  qalmıĢ  sevgim.  Əzizim,  məni 
günahlandırma. Sənin xoĢbəxtliyin üçün mən öz səadətimi 
qurban  verdim.  Gözümün  nuru,  havam  mənim,  günəĢim 
mənim,  məni  günahlandırma,  etibarın  yoxdur  demə. 
Sevgimizə qurbanlıq mən oldum, mən, yalnız sənə görə.  
Kövrək,  incə  qəlbini,  büllur  ĢüĢəyə  bənzər  könlünü 
qırdığım üçün bağıĢla məni. Ümidini, mənimlə quracağın 
səadətini əlindən zorla qopardığım üçün bağıĢla məni.  
BağıĢla  məni,  görüĢünə  gələ  bilmirəm,  o  görüĢlərinə  ki, 
mən  o  anlarda  qayğısız,  lap  körpə  uĢaq  kimi  kövrək 


olurdum.  Hey  əzizlənmək,  əzizlənmək  istərdim.  O 
görüĢlərdə ki, əllərimi sıxan isti mərhəm əllərin mənə xoĢ 
günlərdən  müjdələr  vəd  edirdi.  O  müjdələrdə  mənim 
ürəyimcə  olan  hədiyyələr  var  idi,  özü  də  lap  çox.  O, 
hədiyyələrin  ən  qiymətlisi,  ən  əzizi  sən  idin,  sənin  mənə 
olan,  hamıdan,  hər  kəsdən  gizlətdiyin  sevgin.  Sevgini 
gizlətdiyin  kimi,  məni  də  hər  bir  kəsdən  gizlədirdin, 
qoruyurdun.  
Qısqanırdın məni özünə də, çünki bilirdin, hiss edirdin sən 
məni istədi­yin­dən də çox mən səni sevirdim, mən.  
Düzünü  desəm,  mən  də  bu  ayrılığın  nə  vaxtsa 
doğulacağından  qorxurdum.  Ürəyimizə  daman  baĢımıza 
gəldi. Məni məndən çox sevən istəkli yarım.  
Əzizim,  yalnız xəyallarımda səninlə görüĢürəm,  ürəyimin 
kədərini,  qəlbimin  sevincini  yalnız  yuxularımda  səninlə 
bölüĢürəm.  BölüĢürəm,  səninlə  yalqız  qalmıĢ  hisslərimin 
harayını, qəlbimin səsini, ününü.  
Bir  xoĢ  hiss  kimi  yalnız  və  yalnız  sən  mənim  könlümə 
girmisən.  Gözlərimi  bağlayan,  qəlbimi  qapayan,  ağlımı 
çaĢdıran  eĢqin,  ayrılığın  acısını,  ağrısını  mənə  dadızdırdı. 
Bu  ayrılıq  hər  ikimizə  gərək  və  hər  ikimizə  lazım  idi. 
Ölüm  qədər  ağır  olan  bu  addımı  atmağa  sənin  cəsarətin 
çatmadı.  Onu  mən  etməli  idim.  Zəhər  kimi  acı  olan 
ayrılığın, özü də ömürlük ayrılığın Ģərbətini mən özüm öz 
əlimlə  sənə  də,  özümə  də  içirdim.  Gilə-gilə,  damla-
damla!!! 
Ayrılığı  mən  saldım,  mən  bais  oldum  bu  iztirablara, 
özümün  acılarıma.  Bu  ayrılıq  ağır  olsa  da,  onun  gəliĢini 
hər ikimiz tezləĢdirməli idik, tezləĢdirməli! 
Bu ayrılıq bütün vücudumu, qəm yükü ilə dolu sən yüklü 
ürəyimi titrətdi! 
 


  
 
HƏR SÖZÜN YALAN ĠMĠġ 
 
GörüĢdük.  VədələĢdiyimiz,  sən  özün  sevib-seçdiyin 
salxım söyüdün  altında. Söylədin: “Həyatımsan,  sənsizlik 
mənə  əzab  verir.  Cahan  günəĢsiz,  göz  nursuz,  insan 
ürəksiz  yaĢamadığı  kimi,  mən  də  sənsiz  bir  heçəm,  ay 
mənim  gözlərimi  baxıĢları  ilə  bağlayan,  qəlbimi  qoparan, 
ağlımı çaĢdıran mələyim”.  
O  görüĢ  yerində  aylı-ulduzlu  axĢamın  sehirli  iĢığı  ilə  sən 
də  öz  yalanlarınla sehrlədin məni.  O gecə, mənim sevdalı 
ruhumu oxĢayan, könlümü dilə gətirən sevgi dolu gecə idi. 
Ġnandım  sənə.  Nə  biləydim  yalandır.  Deyirdin,  ürəkdən 
gələn  sevincimizi,  ürəyə  çökən  kədərimizi  bir  yerdə 
böləcəyik,  günlərimiz  bu  sevgimizin  hərarətindən  nəĢəli 
olacaqdır,  bizim  bu  sevdamızın  baharına  soyuq  yellər  əsə 
bilməz.  Qasırğalar,  fırtınalar  bu  ülvi  məhəbbətimizin 
yaxınına belə gələ bilməz. Ġnandım. Nə biləydim yalandır.  
GörüĢdük.  VədələĢdiyimiz  vaxt,  salxım  söyüdün 
kənarında,  aylı-ulduzlu  bir  gecədə.  Bu  gecənin  sakitliyini 
sən  öz  yalanlarınla  təlatümə  gətirdin.  Bu  gecə  sən 
baĢqaydın, tam baĢqa. Nələr söyləyirdin, ilahi! Mən nələr 
eĢidirdim,  nələr!  “Sən  mənim  üçün  bir  könül  oyuncağı 
idin”.  Ġnanmadım,  sənin  söylədiyin  bu  həqiqətə 
inanmadım!  Təəccübdən  böyümüĢ  gözlərimdə  yaĢım  da 
donmuĢdu, buza dönmüĢüdü! 
ġirin  yalan  bildiyim  acı  həqiqəti  necə  də  çətin,  necə  də 
əzablı imiĢ eĢitmək, duymaq. Ġlahi! 
Mənə elə gəldi ki, sən yalnız bu gecə mənə yalan söylədin. 
Sən demə... Hər sözün yalan imiĢ! 


Yalanlarla  dolu  o  görüĢ  yerimizdə,  salxım  söyüdün 
budaqlarının  solduğunu,  bu  gecə  içərisində  təravətini 
itirdiyini  gördüm,  gecənin  sehrinin  birdən-birə  yoxa 
çıxdığını duydum, hiss etdim.  
Ah!  Qəlbimin  ocağının  közündən  yanar  bir  alov  oldum, 
odumdan  xəbərsizsən.  Xəbərin  də  olmayacaq,  çünki 
ürəksiz insan bir qaya parçasıdır, qaya parçası.  
 
 
YALVARIRAM QƏM, SƏNƏ 
 
Günahım  nədir  ki,  məni  bu  qədər  yandırırsan,  niyə  külə 
döndərirsən, niyə? 
Yalvarıram  sənə,  qəm,  məndən  əlini  çək,  məgər  mənsiz 
qala  bilmirsənmi?  Nə  vermisən  mənə,  onu  məndən  ala 
bilmirsən?  Təvəqqe  edirəm,  qəm,  məndən  əlini  çək!... 
Uzaq ol məndən, unut mənim varlığımı! Sevgimi əlimdən 
aldın, canımı canımdan ayırdın, qəlbimdə həmiĢəlik yuva 
qurdun.  Bəsdir,  qəm,  məndən  əlini  çək!  Gözümün  yaĢını 
selə,  qəlbimin  odunu  külə  döndərdin,  arzularıma  soyuq 
yellər  əsdirdin,  könlümü  dondurub  daĢ  eylədin,  bəsin 
deyilmi?! 
Ümidlərimə  göz dikdiyin, dərdlərini sinəmə çökdürdüyün 
bəs  deyilmi?!  Odumu-ocağımı  söndürüb  külüm  ilə 
oynama.  Yalvarıram  qəm  sənə,  əlini  çək  məndən,  çək! 
Qönçəyə  bənzər  arzularımı  soldurdun!  Qəlbimin  ülvi 
hisslərini pərən saldın, dağıtdın!  
Gündüzümü  gecə kimi  qaranlıq etdin, gecələrimi isə  sək-
səkəli.  O  gecələri  ki,  Ģirin  röyalara  həsrətdir,  uyumağa 
zərif  bir  nəvaziĢə  möhtacdır,  möhtac.  DüĢün­cə­lərimi  də 
yalqız  etdin.  Bu  yalqızlıqda  təklənirəm.  Təklikdə  də 
səndən  uzaqlaĢmaq  üçün  hey  qaçıram,  ancaq  yollar 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə