Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   2   3   4   5   6   7   8   9   ...   20

üstünlük  təĢkil  edən  Ģeirləri  Ģairin  nə  qədər  ülvi  duyğu 
sahibi olduğunu hiss edirsən: 
 
Sevirsənsə, məni sev həmişəlik! 
Uyma yad baxışa, özgə gülüşə. 
Hissini qəlbində saxla ömürlük 
Qoyma, mən can atım yalan görüşə. 
Sevirsənsə, məni sən sev ürəklə, 
Ürəyin alovu bil, əvəzsizdir! 
Döyünsə, sevərək min bir diləklə, 
Ona gərəyəm mən o, bil, mənsizdir. 
 
ġairin ana, Vətən haqqında yazdığı Ģeirlərində də bu 
bağlılıq  öz  əksini  tam  Ģəkildə  tapmıĢdır.  Onun  Xocalı 
faciəsi  ilə  bağlı  Ģeiri  daha  diqqətçəkəndir.  Adətən 
ədəbiyyatımızda  ataya  həsr  edilmiĢ  Ģeirlərə  az-az  rast 
gəlinir,  Ġradə  xanım  böyük  məhəbbətlə  ataya  tərənnüm 
etdiyi  Ģeiri  də  öz  orijinallığıyla  seçilir.  Ġradənin  təfəkkür 
dünyası  öz  Ģeirlərində  bariz  nümunisəni  tapmıĢdır,  bu 
əminliyi  yaradan isə qələmə aldığı  yazıla­rıdır. ġairin hər 
hansı  Ģeirini,  yazısını  Ģərh  etmək  çətindir  bir  qədər,  bir-
birindən  mə­naca  ayrı,  eyni  zamanda  tamlıq  ifadə  edən 
mövzu  bunu  söyləməyə  əsas  verir.  Məsələn,  daha  bir 
Ģeirində yazır: 
  
Gör nələr istəyir könül bu səhər
Sənin əllərinin sakit tumarın. 
İsti baxışınla baxan gözünün 
Alovdan da güclü şirin xumarın. 
İstəyir köksünə sığına qəlbim 
Qəlbini hiss edib unutsun qəmi. 
Ona təsəllidir, ümidli sözün 
Sehrli qonaqdır gözümdə gözün. 


 
-  deyən  Ģairə,  ilahi  bütün  qadınlara  məxsus  istedad, 
məhəbbət dolu qəlb bəxĢ etmiĢdir. Mən inanıram ki, Ġradə 
xanım  ədəbi  səhifəmizdə  öz  yeni  Ģeirləriylə  daha  böyük 
uğurlara  imza  atacaqdır,  öz  yara­dıcılığıyla  daha  böyük 
nailiyyətlər  qazana­caqdır.  ġairə  bu  yolda  daha  böyük 
müvəffəqiyyətlər arzu edirəm. 
 
Həlimə Vəliqızı 
şair-publisist 
tənqidçi  
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


ġEĠRLƏR 
 
 
  
 
 
 
 
 
 
 
 
 


GƏZ MƏNĠ 
 
Gəzmə, həsrətin yolunda
Sən keç könül qapısından. 
Gəz nağılda, əfsanədə 
Gəz xəyalda, duyğularda 
Tapmasan öz xəyalnda 
Bütün gücünlə yüklənib 
Sən məni özündə axtar! 
 
 
  
 
 
 
 
 


DÖYÜNƏN BĠR ÜRƏYƏM 
 
BaxıĢında açılan bir qönçəyəm, 
Ətrimdən xəbərin yoxmuĢ. 
Əllərində döyünən bir ürəyəm
Alovumdan xəbərin yoxmuĢ. 
Nəfəsinlə gur yanan bir ocaq oldum 
Ġstisinə sığınmadın 
DüĢündüm ki, səbrin çoxmuĢ 
Pərvanə tək hey baĢına dolandığım, 
Hisslərimdə təlatümlü dəniz oldum... 
Həsrətinlə coĢub-daĢıb sahillərdə 
Ayaq altda mən qum oldum. 
Sevdalı könlümdən xəbərin yoxmuĢ. 
Artıq mən deyil, artıq mən sənəm
Anladım, atəĢi güman qəlbinəm! 
Gözümdə sitəmim, qəlbimdə qəmim, 
De ki, sənin elə bu sevgidən 
Xəbərin yoxmuĢ...  
Sənzizəm, sənsizəm, sənsiz, əzizim... 
 
 
  
 
 
 
 
 


YAĞIġ YAĞIR 
 
YağıĢ yağır narın-narın, 
Seyr edirəm, uzaqdan bir-birini 
Qovan, qaçan buludları. 
Bəlkə buludların bir dərdi vardır, 
Ağlayıb, ağlayıb sakitləĢirlər. 
Onlara sirdaĢdır əsən küləklər, 
Küləklər onlarla dərd bölüĢürlər. 
Bir anlıq qısqandım o buludları, 
Vardır külək təki dərd ortaqları. 
Sızlayıb ahu-zar eyləyən zaman, 
Vəfalı dostları onlara yanar. 
Onlar da ağlayıb yağıĢa dönər. 
Mirvari muncuq tək yerə tökülər. 
YağıĢ yağır, həsrətimin yağıĢıdır, 
Bu həsrətin pəncərəmdə izi qalır. 
YağıĢ yağır, tükənən arzuların 
Ürəkdəki qəm nisgilin aparır. 
 
 
  
 
 
 


MƏN SƏNƏ QAYIDACAĞAM 
Hər kəsə bir tale yazı yazılıb, 
Ömrümdən ömrünə Ģikayətim var. 
Sənin bu sevdana məzar qazılıb, 
Olan acılara dəyanətim var. 
Dərdlərinə ortaq olum deyirsən
Mən sənə qayıdacağam!? 
 
Dərin düĢüncələr apardı səni, 
Özünü itirib hara gedirsən? 
GediĢin yandırdı məndəki məni, 
Uzaq sevda yolun, sən ki, bilirsən. 
Kədərinlə paylaĢaraq deyirsən,  
Mən sənə qayıdacağam!? 
 
Döyülən qapılar bağlı qalmayır, 
Göylərə açılan əllər ümidli. 
Uzaqdan-uzağa vüsal olmayır 
Gözlərdən ürəyə yollar kədərli
Gözlərinə pənah salıb deyirsən,  
Mən sənə qayıdacağam!? 
 
Ürək ĢüĢə kimi sındısa əgər, 
Daha əvvəlki tək bütöv olmayır. 
Sevgisiz bir ürək yaĢarmı məgər? 
Vaxtsız açan gülün ətri qalmayır. 
Payızında baharını yaĢadaraq deyirsən,  
Mən sənə qayıdacağam!? 
 
 
 
 
 


BĠR ĠNSANA DOSTUM DEDĠM 
 
Bir insana dostum dedim, 
Dostum bilib könül verdim. 
Zaman belə, gərdiĢ belə. 
Mənə ürək gərək imiĢ, 
Ürəyimi verdim yelə… 
Baxdım gah sağıma, gahda soluma, 
DüĢündüm dostlardır, gücdür qoluma. 
Səbr etdim, əmr edib hissiyatıma, 
Ruhumu dinləyib, düĢdüm yoluma. 
Harda səhvim oldu, harda yanıldım, 
Bu qoca dünyanın dərdilə qaldım. 
Dosta ürək verdim, dosta can verdim, 
Sonda əzizlərim, ürəksiz qaldım. 
 
 
 
 
 
 
  
 
 
 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə