Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   2   3   4   5   6   7   8   9   ...   20

GÖYLƏR AĞLADI  
 
Dərdimiz ağırdır, səbrimiz yüklü,  
Basılan torpaqlar hər gün ağlayır. 
Onlar da dözməyir qəribçiliyə, 
Ağlaya-ağlaya sinə dağlayır. 
Ağlayıb, ağlayıb saçını yolur, 
Orda ahıl yaĢlı qocaman çinar. 
Dözməyib naqisin etdiklərinə 
O da, həzin-həzin içində yanır. 
Qarlı qıĢ günündə, sazaqlı gündə 
Küləklər Xocalı deyib ağlayır. 
Qəfil bir güllənin qurbanı olan 
Körpə NiĢanənin gözün bağlayır. 
Rəhm edilmədi qoca-cavana 
Ġnsanlar gülləyə sipər oldular, 
Yandı Xocalının buludları da, 
Dönüb qan-yaĢlara yağmur oldular! 
DəhĢətlər, ağrılar, acılar o gün 
YaĢayan qəlblərə bir yara oldu. 
Neçə el oğlunun, həm el qızının 
Sitəmdən qəlbinə möhür vuruldu! 
Qisas qiyamətə demiĢlər, qalmaz  
Axar bulaqların gözü tutulmaz, 
Dərdə dayaq olub Tanrının ozü 
Zaman deyəcəkdir, sonda son sözü! 
  
 
 
 
 
 
 


AĞLA, QƏRƏNFĠLĠM 
 
Ağla, qərənfilim, Ģəhidlər üstə, 
Sənin göz yaĢların bitməz, tükənməz! 
Dağla sinəsini ürəksizlərin, 
ġəhidsiz Azadılq, qədrin bilinməz! 
ġəhidlər ürəklər yarası oldu, 
Tarixdə silinməz bir iz qoyuldu! 
ġəhidlik qəlblərdə qala daĢıdır, 
Ġgidlik zirvəsi qan yaddaĢıdır! 
Ağla, qərənfilim, Ģəhidlər üstə 
Ağla, ağlayıram, mən də, səninlə! 
Baxaraq qan rəngli ləçəklərinə 
Sızlayıb hey yanır ürək sinəmdə 
Ağla, qərənflim, ġəhidlər ustə! 
 
 
  
 
 
 
 
 


YOLLAR 
 
Məni sənə aparan yollar, 
Səni məndən qoparan yollar. 
Ah, yollar, yollar! 
Vüsalları hicran edib 
Həsrətlərə qovuĢan yollar. 
Gedirəm, yollardır çağıran məni, 
Gedirəm, gedirəm, sonu görünmür. 
Hardasa dayanıb üzü küləyə 
Yolların sonunda əksin görünür. 
 
Əlimi verirəm, amma nədənsə 
O titrək əllərim heç sənə çatmır. 
Yollara küsgünəm, yollar vəfasız! 
Yolların hicranı qəlbimə yatmır. 
Yollar hicranımla həmsirdaĢ olub, 
Məni həsrətinlə təklikdə qoyub! 
Sən demə ən böyük vüsalı ilə 
Yollar sevənlərin qəlbinə dolub. 
 
 
  
 
 
 


UNUTMAQ OLURMU 
 
Həsrətlə gözündə güman axtardım, 
O süzgün gözlərdə payızı gördüm. 
Ürəyimdə sözüm, özümdə dözüm, 
Unutmaq olurmu, unudulurmu!? 
 
Yalqız səhralarda qalmıĢ kimiyəm, 
Dəryalarda yolun azmıĢ gəmiyəm. 
O yarsız dünyadan köçmüĢ kimiyəm, 
Unutmaq olurmu, unudulurmu!? 
 
Mən atdıqca addım o, uzaqlaĢdı, 
Uzaqdan-uzağa nazlı baxıĢla 
Həsrətin közünə bir həsrət qatdı. 
Unutmaq olurmu, unudulurmu!? 
 
Hissim, həyəcanım dilə gələrək, 
Köksümdə ürəyi dinləməyərək, 
Yanıb qovruldular pərvanələrtək. 
De, necə unudum, unudulurmu!? 
 
O, könül evimin yarası oldu, 
BaxıĢı gözümün bəlası oldu, 
Ömürlük sevdamda qalası oldu, 
Unutmaq olarmı, unudularmı! 
 
 
 


MƏNDƏN SORUġ 
 
Qara buludlartək ömrüm yağıĢlı, 
Bağlanan qapılar arxasındayam. 
Hey əlləĢib, çalıĢıram  
Əzablardan, acılardan mən qurtaram. 
Uzaqdan gəl arama,  
Taleyimdən soruĢ məni. 
 
Üzüm gülsə, gözümdə qəm, 
O dəm qəlbim ağlayacaq. 
Tənhalığın yasın tutub, 
Hey sızlayıb öz sevgisin arayacaq. 
Sevgini gəl, sən axtarma, 
Taleyimdən soruĢ məni. 
 
Dörd divarın kədərilə, 
Səadətsiz çox günlərlə. 
Ümidsiz həsrətlər ilə, 
AçılmamıĢ çox düyünlə. 
Sən kədərdən deyil, ancaq 
Taleyimdən soruĢ məni. 
 
Çox ağlayıb, çox sızladım, 
Kipriyimə Ģəbnəm qondu. 
Dumanda aydınlıq, bir yol axtardım, 
 
Taleyim azdırdı, bədgüman oldum. 
Gəl özgədən deyil, yalnız 
Taleyimdən soruĢ məni. 
 
Gözlərim həsrətlə yoluna baxdı, 


Boynumu burmuĢam bir qərib kimi. 
Hey axtardı, hey aradı, tapmadı 
Hicranın qəlbimi yandırdı-yaxdı  
 
Gözlərimə gəl sən baxma, 
Taleyimdən soruĢ məni. 
Sən ozgədən deyil, amma 
Gəl özümdən soruĢ məni! 
 
 
  
 
 
 
 
 
 


DOSTUM... 
 
Hər seyin təzəsi, dostun köhnəsi. 
Qərinədən gəlmiĢ, söylənmiĢ misal. 
Dosta ürəyini ver, qadasın al. 
Dostun nə köhnəsi, təzəsi olmaz, 
Dostsuz insanlığın dəyəri qalmaz! 
 
Dost dosta tən gərək, – bu bir həqiqət
Dost dostun qəlbinə mehman olmalı. 
Dostluq sevgi istər, bir də sədaqət, 
Dostun ürəyinə can tək dolmalı. 
Dostu mərd olanın kədəri olmaz! 
 
Dostum, sən dost deyib çox sevinirsən. 
Bu dostluq illərin sınağındandır. 
Görürəm, dostlara çox güvənirsən, 
Bu inam dostların saflığındandır. 
Dosta sədaqətin əvəzi olmaz! 
 
  
 
 
 
 
 
 
 


BOYNUBÜKÜK SARI GƏLĠN 
 
Dumanında yolu itən 
Gözlərində yaĢ süzülən 
Dolanbacda yolu bitən 
Boynu bükük Sarı gəlin. 
 
Çiçəklərin ən gözəli,inciyi 
BənovĢə ömrünü,yaĢadı hər an 
Axtardı, gözlədi bahar çağını 
Ömründə qıĢ fəsli əbədi qonaq. 
 
Həsrətinə vardır neçə sualı 
Onun bu günləri, onunçün dünən? 
Yollar uzaq oldu o isə atlı 
Taleyindən küsən ömründən küsən 
Boynu bükük Sarı gəlin. 
 
 
  
 
 
 
 
 
 
 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə