Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Bu zülmətlə qəfil günəĢ doğarsa. 
Ömür karvanın yükü ağırsa, 
Səhərin gəlməsi sevinc cağırsa, 
Dünya dümağ iĢıqlanıb qalandır! 
 
 
  
 
 
 
 
 
 
 
QAYTARAMMARAM 
 
Dözməyən ürəyinin dözümünə, 
Baxıram uzaqdan sənə yanıram 
Çin çıxacaq yuxuların, 
Sabahına mən qurbanam. 
Qəfil ĢımĢək, bir yağıĢam 
Bir röyayam, bir gümanam 
Dözməz ürək bu həsrətlə 
Gəl gözləmə! 
Sən deyib, bu dözümünlə, 
Səni özümə qaytarammaram! 
 
  
 
 
 
BU SON VĠDAMIZ, SON GÖRÜġÜMÜZ 


 
Bu son vidamız, son görüĢümüz 
Gedirəm könlümdür sənə əmanət 
Sevəcəm nə qədər can var canımda 
O sənli günlərə etməm xəyanət. 
 
Ovçum naĢı olan zəif Ģikaram 
Sən mənim sevincim, həm göz yaĢımsan. 
Nə qədər ki, varsan, bil ki, mən varam 
Göylərdən verilmiĢ kədər payımsan. 
 
Bu son vidada kipriyim nəmli 
Mələyim, canımı qoyub gedirəm. 
Axsa da gözümdən son bahar seli 
Sevdamı əmanət edib gedirəm. 
 
Bilirəm son vida sənə çətindir, 
Titrək dodağında donubdur sözün. 
Bu son vidada qəmli gözünün 
Bir kövrək baxıĢı kifayətimdir!!! 
 
 
  
 
 
SƏNI HƏR AN GÖZLƏYIRƏM 
 
Bağrım baĢın qan eyləyən 
Könlüm səndən yaralıdır 
Səni görüb sevən gündən 
BaĢım yaman bəlalıdır. 
 


Səni görüb sevdalandım 
Sevdan mənə qübar oldu. 
Kədər nisgil ağrı-acı 
Bu yaz mənə nübar oldu. 
 
Gözümdə yaĢ qəlbimdə yaz 
Nübarın da mənə dərddir 
Yetər ağrın çəkkəmirəm 
Yalvarıram daha bəsdir. 
 
Diz çökürəm mən Tanrıya 
Səbr dözüm diləyirəm. 
Küsgün gülən gözlərimlə 
Gözlərini izləyirəm 
Səni hər an gözləyirəm! 
 
 
  
AXTARMA MƏNĠ 
 
Allahım, yarımın söylədiyi söz 
Sinəmdə qövr edən bir yaram oldu. 
Kölgələndi gözüm yaĢımla doldu 
Çiçəkkən gülüĢüm açmadan soldu. 
 
“Axtarma” dediyin bir kəlmən ilə 
Gözümdə dünyanın günəĢı söndü, 
Buludlandı çöhrəm, gözüm qaraldı, 
Köksümdə ürəyim lal daĢa döndü. 
 
“Axtarma sən məni, axtarma” dedin, 
Soyuq dodağından gəldi bu sözlər. 


Vaxt vardı dodaqlar yanardı mənçün 
Ġsti baxıĢ ilə baxardı gözlər. 
 
Ġndi baxıĢının mərhəmi soyuq 
Ġlğımdır gülüĢün, bir yalandır o. 
Çoxdandır duymuĢam sevgin də solub, 
Üzündə gözündə yazılıbdır o. 
 
“Axtarma sən məni, axtarma” dedin, 
Mən neynim, qəlbimə gücüm catmayır. 
Gözlərimin nəmi, qəlbimin ahı, 
Səni hey axtarır, səni arayır. 
 
 
 
Bilirəm, sənə də mənsiz çətindir 
Ayrılıq sənə də mənə də gərək 
Axtarma, dediyin bir bəhanədir, 
Sonu bilinməyən sevgidən keçək!!! 
 
  
 
 
 
RÖYAMDA ANALIQ HĠSSĠNĠ  
DUYDUM 
 
Bir kiçik qızcığaz girdi yuxuma, 
Sandım ki, bu yuxu bir röya deyil. 
Bir mələk sığındı koksümə mənim. 
Sanki mələk idi, insan deyildi. 
Ġstədim əbədi olsun bu röyam 


Möhkəmcə, lap möhkəm sıxdım gözümü 
Ġnandım yuxumun gerçəkliyinə 
Dünyanın xoĢbəxti sandım özümü! 
Bürüdü qəlbimi sonsuz bir kədər 
KaĢ ki, açmayaydı heçcə bir səhər... 
Körpə mələyimlə birgə qalaydım 
Ġsti nəfəsinə axıb dolaydım. 
Buna da Ģükürlər olsun Tanrıya 
Röyamda analıq hissini daddım. 
 
MƏNĠM UġAQLI DÜNYAM  
 
 
 
 
 
SÜLEYMAN BALAM 
 
GünəĢdən payım olan, 
Mənim Ģirin Ģəkərim. 
Gözləri nurla dolan, 
Nazın hər gün çəkərəm. 
Əziz balam, Ģirinsən, 
Ömrümə Ģad günümsən. 
Ata deyib, dillənsən! 
Mənə sevinc verərsən.  
Gözlərin qara gilas, 
Çöhrən Ģirindir baldan. 
Sən kiçicik bir fidan
Dəcəlim, sənə qurban. 
Sən mənim uca dağım, 
Açılan sabahlarım. 


Sən sevdiyim baharım, 
Tanrıdan Ģirin payım. 
Mənim Süleyman balam. 
 
  
 
 
 
 
 
MƏNĠM MƏHƏMMƏD BALAM 
 
Zərif yasəməndir, qönçə çiçəkdir, 
Güldən-gülə qonan bir kəpənəkdir, 
Həyat sevgisilə dolu ürəkdir, 
Mənim körpə quzum, Məhəmməd balam. 
 
Gözəl arzulardan tutubdu dəstə, 
Ġncə dodaqları ləbləbi, püstə, 
Bal-Ģəkər sözünə dedik «baĢ üstə». 
Mənim körpə quzum, Məhəmməd balam. 
 
ġirin qəhqəhəsi bəzək ömrümə
Bir dünya xoĢbəxtlik gətirib mənə. 
Onun sayəsində olmuĢam nənə, 
Mənim körpə quzum, Məhəmməd balam. 
 
 
  
 
 
 


BALACA ĠLAHƏNĠN DĠLĠNDƏN 
 
Anam çəkir nazımı 
Balaca, dəcəl qızam. 
Atam deyir göylərdə 
Ən parlaq bir ulduzam. 
 
Balaca qardaĢımsa 
Məni yaman qısqanır. 
Əmim məni öpəndə 
Ağlayır, acıqlanır. 
 
Əgər bilsəniz dostlar, 
Necə gözəl nənəm var! 
Babam bizə gələndə 
Mənə hədiyyə alar. 
 
Əzizlər məni dayım, 
Xalamsız necə qalım? 
Ailəmi çox sevirəm, 
Onlarla fəxr edirəm! 
 
  
 
 
RƏVAN 
 
Bu gözəl bala Rəvan, 
Bu fidan bala Rəvan
Nənəsinin balası, 
Nəslin Ģəkər parası, 
Dayısının canıdır. 


Əmisinin muradı, 
Bibisinin qanıdır. 
Ananın göz bəbəyi, 
ġirin, Ģəkər, balıdır, 
Gözləri qara gilas, 
Dodaqları bal-Ģəkər. 
Bizim Rəvan küsəndə 
BarıĢmağı çox çəkər. 
Amma dəcəl balamız 
Ürəklərə nur çilər, 
Hamıdan çox Rəvanın 
Nazını xala çəkər. 
Allahdan arzum budur, 
Ömrün, günün xoĢ olsun, 
Gözündən ürəyinə 
ĠĢıq dolsun, nur dolsun, 
ġirin balamız Rəvan! 
 
 
  
 
 
 
SELĠN BALA 
 
Selin incə kəpənək
ġirin arzu diləkdir. 
Selin göyçəkdən göyçək, 
Göydən enmiĢ mələkdir. 
 
QuĢları əzizləyir, 
O, gül-çiçəyi sevir. 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə