Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Əlimi tuturam uca Tanrıya 
Heç kimi heç zaman o unutmasın 
Məhbbətsiz günlər heç gəlməz saya 
Heç kəsi sevgisiz o, buraxmasın. 
Bu sevgi dünyanı yaĢadır deyə, 
Sevənlər söylərlər böyük eĢq ilə 
Dünyanın malını itirmək olar, 
YaĢamaq lazımdır məhəbbət ilə. 
Göylərdə buludlar toparlaĢanda  
GünəĢin önündə çarəsiz qalar, 
Sevən iki baxıĢ qarĢılaĢanda, 
Ali məhəbbətlə yaĢayar onlar! 
 
 
  
 
 
 
 
 
GƏTĠRDĠ ƏTRĠNĠ  
 
Gətirdi ətrini bu yaz səhəri. 
Darıxdım səninçün, yaman darıxdım. 
Əsdikcə baharın sakit küləyi 
Gözümü çəkmədən yollara baxdım. 
Gözlədim yolunu, bu dəm gözlədim, 
Bu yollar nə yaman uzaqdayımıĢ, 
Elə bil saçımı sənin əlin yox 
Bu bahar yelləri darayacaqmıĢ. 
Gətirdi ətrini yasəmən, nərgiz, 
Lalənin Ģehindən bir həsrət yağar. 


Bu yaz sərərində olsam da sənsiz
Sevən ürəyinə sədaqətim var! 
  
  
  
 
 
 
 
 
 
NĠGARANAM 
 
AxĢam oldu əsdi baharın yeli, 
Ġndi sevgilimin gözü yol çəkir. 
Gümanında o, saydıqca illəri 
Gözlərindən yollarıma nur səpir. 
BaxıĢında min bir dünya görürəm 
Bunu bilmir, ondan nigaranam mən! 
 
  
 
 
 
 
FĠKĠRLƏRĠN QARIġACAQ 
 
Mənsiz fikirlərin qarıĢacaqdır, 
Gündüzlər yuxulu olacaqsan sən. 
Hissin də od tutub alıĢacaqdır, 
Qara saçlarında yurd salacaq dən 
Mənsiz dünya sənə dar gələcəkdir. 


Təsəlli almaqçın tələsəcəksən 
AxĢamlar yuxun da qəm verəcəkdir. 
Mənli xatirəni yad edəcəksən, 
Mənsiz ürəyin də sözünə baxmaz. 
Arxanca gəzəcək incik gözlərim 
Yadına düĢərkən mənli günlərin,  
Dönüb qəmli neyə hey yanacaqsan 
Təskinlik axtarıb özgə gözlərdə 
Özgə baxıĢıyla damğalanassan!!! 
 
 
  
 
 
 
 
 
NƏFƏSĠNĠ KÖLGƏ KĠMĠ 
 
Nəfəsini kölgə kimi hiss edirəm, 
DüĢünürəm çox uzaqda deyilsən sən. 
Gözlərini baxıĢımda mən görürəm, 
Yar, könlümü aparmısan, bilirsən sən. 
Sığınmağa ürəyimdə bucaq oldun, 
Özüm də özümdən keçirtdim səni. 
Ġsinməyə səbr verən qucaq oldun, 
Ayrı qoyma, yarım, özündən məni. 
Duy, həzin pıçıltımda sözüm ilə 
Bu sevgidə hisslərimə sən həmdəm ol 
Sevdim səni, eĢq damlayan gözüm ilə 
Bir nur olub könlümə dol, gözümə dol. 
 


 
  
 
 
 
AY IġIĞI 
 
Dilləndir qəlbimi, tarın 
Yanıqlı bir simi kimi. 
Yandır atəĢdə qovrulan, 
Pərvanənin özü kimi. 
Səsləndir məni səhrada, 
Səsə möhtac bir ün kimi. 
Hara getsəm axtar məni ay ıĢığı! 
Hara getsən apar məni ay iĢığı! 
Qəhər dolub ürəyimin içində, 
Gözüm ağlamağa bəhanə gəzər. 
Dərd yükü cahandan, özümdən yekə. 
Göz bulağı bulandıqca dünyadan küsər. 
Belədir taleyin əmri, buyruğu, 
Açar sevinciylə, qəmiylə bükər. 
Hara getsəm sən tap məni, ay iĢığı! 
Hara getsən götür məni, ay iĢığı! 
 
 
  
 
 
 
 
 
 


 
DUY HƏZĠN PIÇILTIMI  
 
Duy həzin pıçıltımı, gedə bilməzsən
O, qəlbin səsidir, sənə gərəkdir. 
Ġstəsən silmək də – silə bilməzsən, 
Bəzi izlər var ki, o, ömürlükdür. 
 
 
  
 
DEYƏSƏN QOCALIRAM 
 
Aynaya baxdım orda tanıĢ üz gördüm, 
DanıĢdım, sözlərimdə tanıĢ bir söz gördüm. 
Sönən ocaqtək ürəyimdə köz gördüm, 
Həyatda dolanbac yolun səmtini gördüm. 
Ötən illərə döndüm, deyəsən qocalıram! 
Artıq alnımda ömrun qırıĢları var, 
Aynaya baxan çöhrəmdə 
Yorğun yaĢlı baxıĢlar var. 
Bu dünyanın ağuĢu dar, 
Bu dünyadan kam almağa can atıram. 
Ötən illərə döndüm, deyəsən qocalıram. 
Pəncərəmdən baxdım yaĢıd çinara 
Budağıyla o, göylərə pərvaz edər 
PıçıldaĢan yarpaqlarla, kölgəsiylə 
Ġnsanlara həzin-həzin 
Sevgi dolu bir sərinlik nübar edər. 
O da ömrün çox baharın, payızını yaĢadı, 
Mənim kimi tufanlarla, ruzigarla barıĢdı. 
Sonda həyat gerçəyinə qarıĢdı. 


Diqqət etdim pəncərəmdən neçə illər 
Yorduğum, tələsdiyim bu yollara. 
Yollar həmin, illər həmin, mən isə 
Keçənləri xatırladım, deyəsən qocalıram! 
Bu dəm yaĢıdım çinarda 
Ġki bülbül cəh-cəh etdi 
Yarpaqları qonaqlarçın çox sevindi. 
Çox axtardım, görəmmədim 
Bu an ürək qubar etdi, tez eynəyi gözlərimə, 
Gerçəyi qəlbimə taxdım: 
Gördüm sarı bülbülləri, amma 
Baxdım aynada gözümə, deyəsən qocalıram! 
Yaman yerdə axĢamladım, 
Zaman keçdi, deyilməmiĢ sözüm qaldı, 
Qocalıqla bu yaĢımda barıĢmadım 
Ömrün qürub günəĢini dumanlarla bulud aldı. 
Keçən gənclik həsrətində gözüm qaldı. 
 
 
BAYATILAR 
 
Bağın barı gözəldir, 
Heyva, narı gözəldir. 
Yarla keçən bir günüm  
Min bir gündən gözəldir. 
 
Mən aĢiqəm gəl bizə, 
Dolan yarım, gəl bizə. 
Gözləyirəm, gəlməsən 
Özüm gəlləm mən sizə. 
 
Su gələr axar dolmaz


Çəməni yaxar doymaz, 
Həsrət dolu gözlərim, 
Gözlərindən heç doymaz. 
 
Bülbül güldən olmasın, 
Tər çiçəyim solmasın, 
Sənsiz xiffət çəkirəm, 
Günüm sənsiz olmasın. 
 
Sellər, sular hey axar, 
Gün üfüqdən boylanar, 
Sənsiz kor olan gözüm, 
Yoluna baxar qalar.  
 
 
 
QIZILGÜLÜ 
 
Dərmə, yarım, qızılgülü, 
Onun həsrət yanğısı var. 
O, bülbülün Ģirin dili, 
Həm avazı, ağrısı var. 
O, budaqda tazə, tərdir, 
Ağ əllərdə qəfəsdədir. 
Dərmə onu, bu həvəsdir, 
O, bülbül həsrətindədir. 
Ah çəkərsə, yarpaqları 
Səpələnər otlar üstə. 
SolmuĢ olan ləçəkləri
Son ümid, son nəfəsilə, 
Açacaq gizli sirrini 
Sakit həzin küləklərə. 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə