Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə23/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 43 
 
2005-ci  illərdə  onun  göstəriciləri  müəyyən  qədər 
azalmışdır. Doğumun yüksək səviyyəsi ilə fərqlə-
nən Ağcabədi, Biləsuvar, Zərdab və Sabirabad ra-
yonlarında kənd əhalisi təbii artım hesabına daha 
sürətlə çoxalmışdır. Əksər inzibati rayonlarda onun 
vəziyyəti hər 1000 nəfərə görə 12-14 nəfər arasında 
dəyişmişdir. 
2005-ci ildən sonra doğum və təbii artım göstə-
riciləri əsasən sabit qalmış, bəzi inzibati rayonlarda 
artım qeydə alınmışdır. Lakin 1995-ci ildə və son-
rakı dövrlərdə doğulan uşaqların nikah yaşına çat-
ması ilə əlaqədar cavanların sayı azalır. Bu isə təbii 
artımın aşağı enməsinə gətirib çıxarır. Belə ki, öl-
kənin  kənd  əhalisi  arasında  hər  1000  nəfərə  görə 
təbii artım əmsalı 2011-ci ilə qədər davamlı olaraq 
artmışdır.  2002-2011-ci  illərdə  onun  kəmiyyəti 
9,6-dan 15,4-ə yüksəlmişdir. Son illərdə onun qiy-
məti azalmağa  meyil edir və 2014-cü ildə doğum 
əmsalı  20,1,  təbii  artım  əmsalı  14,3  səviyyəsində 
olmuşdur [1], (Şəkil 3). 
 
Şəkil 3.  İnzibati rayonlarda təbii artım 
əmsalları 
Eyni vəziyyət Aran iqtisadi rayonuna da aidir. 
2014-cü ildə iqtisadi rayonda kənd əhalisi arasında 
doğum əmsalı 21,0, təbii artım əmsalı 15,3 səviy-
yəsində olmuşdur [2]. Ölüm  əmsalı əksər inzibati 
rayonlarda azalsa da, təbii artımın kəmiyyətlərində 
ciddi dəyişikliklər getməmişdir. 2014-cü ildə Bilə-
suvar  (18,5),  Sabirabad  (18,3),  Hacıqabul  (18,1), 
Saatlı  və  Salyan  (17,5-17,6)  rayonlarında  kənd 
əhalisi arasında təbii artım yüksək olmuşdur. İnzi-
bati rayonların əksəriyyətində onun kəmiyyəti 12-
15  arasında  dəyişir.  Zəif  sosial-iqtisadi  bazaya, 
məşğulluğun  və  sosial-mədəni  xidmətin  aşağı  sə-
viyyəsinə  malik  olduğu  rayonlarda  təbii  artım  da 
azalmaqda davam edir.  
Aranda kənd əhalisinin mütləq təbii artımı son 
illərdə yüksəlir. Lakin onun səviyyəsi hələlik 1990-
cı  illərin  göstəricilərindən geri  qalır.  1991-ci  ildə 
iqtisadi rayon üzrə doğulanların sayı 28,3 min nə-
fər,  ölənlərin  sayı  5,7  min  nəfər,  təbii  artım  22,6 
min nəfər qeydə alınmışdır. 2000-ci ildə bu göstə-
ricilər müvafiq olaraq 17,6 min nəfər, 6,0 min nəfər 
və  11,5  min  nəfər  səviyyəsinə  enmişdir.  2014-cü 
ildə doğum 25,1 min nəfər, ölüm 6,8 min nəfər, tə-
bii artım 18,3 min nəfər olmuşdur (şəkil 2). 
Nəticə.  Aparılan  təhlillərə  əsasən  aşağıdakı 
nəticələrə gəlmək olar: 

Müstəqillik illərində keçid dövrünün çətin-
likləri  ilə  əlaqədar  kəndlərdə  yaşayan  ailələrdə 
uşaqların sayı, onun nəticəsi kimi doğum və təbii 
artım göstəriciləri azalmış, ölüm xeyli artmışdır. 

Kəndlərdə təbii artım göstəricilərinin azal-
ması  nəticəsində  şəhər  və  kəndlərdə  nisbi  göstə-
ricilər  arasındakı  fərqlərin  minimuma  enməsi  ilə 
yanaşı,  əhalinin  sayının  artım  tempi  də  aşağı  en-
mişdir. 

Kənd  əhalisinin  təbii  artımının  nizamlan-
ması üçün ölkədə fəal demoqrafik siyasətin aparıl-
ması, analara və uşaqlara dövlət qayğısının yüksəl-
dilməsi, kəndlərin iqtisadi və sosial-mədəni prob-
lemlərinin həlli üçün   tədbirlərin görülməsi zəruri-
dir. 
 
ƏDƏBİYYAT 
1. 
 Azərbaycanın demoqrafik göstəriciləri, 2014. 
Bakı: DSK, 2015, 472 s. 
2. 
Azərbaycanın əhalisi - 2014, Bаkı: DSК, 2015, 
134 s.  
3. 
Azərbaycan  Respublikası regionlarının sosial-
iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008-ci  illər). 
“Azərbaycan” qəz, Bakı, 2004, 13 fevral. 
4. 
Azərbaycan  Respublikası  regionlarının  2009-
2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. 
“Respublika” qəz., Bakı, 2009, 16 aprel. 
5. 
Azərbaycan Respublikasının Demoqrafik İnki-
şaf Konsepsiyası. “Azərbaycan” qəz, Bakı, 1999, 16 de-
kabr.  
6. 
Azərbaycan Respublikası əhalisinin 1999-cu il 
siyahıyaalmasının yekunları. I hissə. Əhalinin sayı, cins-
yaş tərkibi. Bакı: ДSК, 2000, 565 с. 
7. 
Azərbaycan Respublikası əhalisinin 2009-cu il 
siyahıyaalınmasının  yekunları.  I  hissə.  Əhalinin  sayı, 
yerləşməsi,  cins,  yaş  tərkibi  və  nikah  vəziyyəti.  Bакı: 
ДSК, 2010, 629 с. 
8. 
 Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çı-
raq, 2005, 560 s. 
9. 
N.Ə.Paşayev,  N.H.Əyyubov,  Z.N.Eminov. 
Azərbaycan  Respublikasının  iqtisadi,  sosial  və  siyasi 
coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.   
10.  Eminov  Z.N.  Azərbaycanda  əhalinin  məşğul-
luq problemləri //  AMEA-nın “Xəbərlər”i, Yer elmləri 
seriyası, 2006, № 4, s. 81-86.  
11.  Azərbaycanın  regionları  2013.  Bakı  2014, 
DSK, 778 s. 
12.  Kərimov  R.N.  Aran  iqtisadi  rayonunda  kənd 
əhalisinin məskunlaşması problemləri. AMEA-nın “Xə-
bərlər”i, Yer elmləri, seriyası 2009, № 2, səh. 65-68. 
  


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
44                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
NATURAL INCREASE OF RURAL 
POPULATION IN THE ARAN ECONOMIC 
REGION 
L.I.Aliyeva 
Difficulties of the transitional period, as well as the 
declines in living standards and employment  exerted a 
negative  influence  on  demographic  indicators.  During 
the  implementation  of  relevant  economic  reforms, 
positive changes and increase of quantitative indicators 
were observed. However, the birth rate and the natural 
growth rate still are lagging that of 1990. The birth rate 
and natural increase among the rural population decre-
ased much more. Consequently, differences between de-
mographic indicators fixed by urban and rural populati-
on reduced as well. Study of demographic data is impor-
tant  in  terms  of  regulation  of  demographic  processes. 
The  quality  of  rendered  welfare  services,  and  also  im-
provement of housing conditions are seen as necessary 
steps

 
ЕСТЕСТВЕННЫЙ ПРИРОСТ СЕЛЬСКОГО 
НАСЕЛЕНИЯ В АРАНСКОМ 
ЭКОНОМИЧЕСКОМ РАЙОНЕ 
Л.И.Алиева 
Трудности  переходного  периода,  снижение 
уровня жизни населения и занятости оказали отри-
цательное влияние на демографические показатели. 
За короткий период проведения экономических ре-
форм  в  этом  направлении  произошли  положитель-
ные  сдвиги,  отмечено  увеличение  количественных 
показателей. Вместе с тем, показатели рождаемости 
и естественного прироста все еще отстают от анало-
гичных  показателей  1990  года.  Рождаемость  и  ес-
тественный прирост сельского населения снизились 
более  высокими  темпами.  Поэтому  уменьшились 
разницы  между  демографическими  показателями 
городского и сельского населения. Исследование де-
мографических  показателей  имеет  большое  значе-
ние с точки зрения их регулирования. В первую оче-
редь необходимым видится повышение уровня ока-
зываемых  социально-культурных  услуг  и  улучше-
ние жилищно-коммунальных условий.
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə