Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

Devid yatmağa çox tez gedir. Gecə yarısı itlərin səsinə oyanır. İtlərdən biri heç bir səbəb olmadan fasiləsiz 
hürməyə başlayıb, o birilər də ona qoşulublar.  
Hər gecə belə olur. - səhər o, Lüsidən soruşur.  
Bir müddət sonra öyrəşirsən. Bağışla – qızı cavab verir  
O, başını bulayır. 
 
VIII 
 
Devid Şərqi Keyptaun yaylalarında səhərlərin necə soyuq olduğunu unutmuşdu. Lazımi geyimləri 
gətirməyib: Lüsidən bir sviter almaq lazım gələcək.   
O, əlləri cibində güllərin arası ilə gəzir. Kenton yolunda gözdən itən maşının uğultusu havada yubanır, 
səmada qazlar qatarlanıb uçurlar. Boş vaxtının necə keçirsin?  
- Gəzmək istəyirsən? – Lüsi arxasında dayanıb soruşur.   
Özləri ilə birlikdə üç it götürürlər: Lüsinin cilovla gəzdirdiyi iki cavan doberman və tərk edilmiş dişi 
buldoq.  
Buldoq qulaqlarının qaldırıb, qarnını boşaltmağa çalışsa da, bacarmır.  
Çətinlik çəkir- Lüsi deyir. – Müalicə eləmək lazım gələcək.  
Buldoq dilini çıxarıb, kiminsə görəcəyindən utanırmış kimi ora-bura baxa – baxa gücənməyə davam edir.  
Yoldan çıxıb kolluqların arası ilə sonra isə seyrək şam meşəsinin içi ilə addımlayırlar. 
Qızla münasibətlərin – Lüsi deyir – ciddi idi?  
Rozalinda sənə danışmayıb? 
Təfərrüatı ilə yox.   
Demək olar ki, o da buralardan Corcdandır. Dərs dediyim qruplardan birinin tələbəsi idi. Ortabab tələbə 
olsa da, çox cəlbedicidir. Ciddi idimi? Bilmirəm. Hər halda, nəticəsi çox ciddi oldu.  
Artıq hər şey bitib? Hələ də onun üçün darıxırsan?  
Bitibmi? Hələ də darıxırmı?   
Bir–birimizlə əlaqəni kəsmişik – o deyir.  


Niyə səndən şikayət elədi?  
Səbəbini deməyib. Soruşmaq imkanım olmayıb. O, çətin vəziyyətdə idi. Cavan bir oğlan- məşuqu, ya da 
keçmiş məşuqu onu incidirdi. Dərsləri ilə bağlı çətinlikləri var idi. Sonra valideynləri nəsə eşidib 
gözlənilmədən Keyp-tauna gəldilər. Gərək ki, həddindən böyük təzyiq altında olub.  
Bir tərəfdən də sən.  
Hə bir tərəfdən də mən. Mən də o qədər asan adam deyiləm.  
Üstünə “Sappi İndastriz” yazılmış darvazaya çatırlar. “Kənar şəxslərin daxil olması qadağandır”. Geri 
qayıdırlar. 
Sən öz cəzanı çəkmisən. – Lüsi deyir. - Bəlkə də, səni nifrətlə xatırlamayacaq. Qadınların mərhəməti 
təəccüblü dərəcədə genişdir.     
Araya səssizlik çökür. Lüsi- uşağı ona qadının nə demək olduğunu izah etmək fikrinə düşüb?!  
Yenidən evlənmək istəmirsən?  
Yəni öz yaşıdımla? Mən ailə adamı deyilmişəm, Lüsi. Özün də bilirsən.  
Hə, amma –  
Amma nə? Uşaqların ardınca qaçmaq ləyaqətsizlikdir?   
Belə demək istəmirdim. Yəni vaxt ötdükcə, sənin üçün daha çətin olacaq.  
Birinci dəfədir ki, Lüsi ilə onun intim həyatı barədə danışırlar. Sən demə, asan iş deyilmiş. Amma qızı ilə 
də danışa bilməsə, ürəyini başqa kimə aça bilər? 
Bleyk yadındadır? Coşğun ehtirasları boğmaqdansa, beşikdəki körpəni öldürmək yaxşıdır. 
Niyə bunu mənə sitat gətirirsən?  
Boğulmuş arzular qocalarda olduğu qədər cavanlarda da çirkin görünə bilər.  
Yəni?  
Yaxınlıq etdiyim hər bir qadın mənə özüm haqqında yeni nəsə öyrədib. Bu baxımdan onlar məni daha 
yaxşı bir insana çeviriblər.  
Ümid edirəm, əksinə də iddialı deyilsən. Yəqin deməzsən ki, səni tanımaq qadınları daha yaxış insanlara 
çevirib.  
O, diqqətlə qızına baxır. Lüsi gülümsəyir. - Zarafat eləyirəm – deyir.  
Qudronlu yola qayıdırlar. Fermaya dönən yolda daha əvvəl nəzərinə çarpmayan bir lövhə asılıb: 
DƏRİLMİŞ GÜLLƏR, SAQO PALMALARI. Altından isə ox çəkilib.   


Saqo palmaları? – o soruşur. – Elə bilirdim, saqo palmalarını satmaq qanunla qadağandı.   
Yabanıları qazıb çıxarmaq qadağandı. Mən onları toxumdan yetişdirmişəm. Sənə göstərərəm.  
Yollarına davam edirlər, azad olmaq istəyən cavan itlər cilovlarını dartırlar, buldoq tövşüyə-tövşüyə 
arxalarınca gəlir.  
- Bəs sən? Həyatdan istədiyin elə budu? - Devid əli ilə bostanı və gün işığının altında damları parıldayan 
evləri göstərir.    
- Bəsdi- Lüsi sakitcə deyir. 
Şənbə bazara getmək günüdür. Lüsi onu razılaşdıqları kimi saat 5-də, əlində qəhvə fincanı ilə oyandırır. 
Hava soyuqdur, möhkəm bürünüb bostana gedirlər. Petras artıq halogen lampalarının işığı altında gülləri 
kəsir.   
Devid Petrasa işini davam etdirməyi təklif edir, lakin tezliklə barmaqları o qədər donur ki, dəstə bağlaya 
bilmir, kəndiri Petrasa qaytarıb, gülləri büküb yeşiyə yığmaqla məşğul olur. Saat yeddiyə yaxın, günün 
şüaları təpələrə toxunmağa başlayanda, itlər oyanmağa başlayırlar, artıq hər şey hazırdır. Maşını gül 
yeşikləri, kartof, soğan, kələm kisələri ilə yükləyirlər. Sükanın arxasına Lüsi keçir. Petras evdə qalır. 
Maşının qızdırıcısı işləmir. Lüsi maşının buğ bağlamış şüşələrindən diqqətlə baxa-baxa Qrehemstaun 
yoluna çıxır. Devid yanaşı oturacaqda əyləşib qızının hazırladığı buterbrodları yeyir. Burnunun suyu 
damcılayır, kaş Lüsinin diqqətindən yayınaydı. 
 Beləliklə, bir vaxtlar maşınla məktəbə, balet kurslarına, sirkə apardığı qızı indi atasını gəzintiyə çıxarır, 
ona tanış olmayan naməlum dünyanı, həyatı göstərir.   
Donkin meydanında alverçilər artıq piştaxtaları qurub, malları üzərinə düzürlər.  
Havada yanmış ət qoxusu var. Şəhəri soyuq duman bürüyüb. İnsanlar əllərini ovuşdurur, ayaqlarının yerə 
döyür, lənət oxuyurlar. Bir-birləri ilə mehriban münasibətləri var. Lakin Lüsinin onlarla məsafəli rəftarı 
Devidi sevindirir.  
 Onların yeri bazarın ərzaq satılan hissəsindədir. Sol tərəflərində üç afrikalı qadın süd və yağ satır: nəm 
parça ilə örtülmüş vedrəyə isə şorba üçün sümük yığılıb. Sağ tərəfdə  Lüsinin Myems xala və Koos dayı 
adlandıraraq salamlaşdığı afrikalı qarı və qoca, yaşı ondan çox olmayan balaca köməkçiləri dayanıb. Lüsi 
kimi onlar da satmağa kartof-soğan, bankalarda cem və mürəbbə, quru meyvələr, otlarla, sədəfotu çayı 
ilə dolu kiçik kisəciklər gətiriblər.  
Lüsi iki parusin kətil gətirir, ilk müştərini gözləyə-gözləyə termosdan çay süzüb içirlər.     
İki həftə əvvəl o, auditoriyada can sıxıntısından üzülən cavanlara fel formaları arasındakı fərqi izah edirdi. 
Felin hərəkət bildirən bitmiş tərzi. İndi o, bunlardan necə də uzaqdır: Mən yaşayıram, mən yaşayırdım, 
mən yaşadım. 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə