Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

Devid Rassulun sözünü sona çatdırmağına yol verə bilməzdi.  
Heç bir nüans yoxdur – o çımxırır.  
Geniş ictimaiyyətin hüququ var, - Rassul zəngin təcrübədən irəli gələn ustalıqla onun səsini batırıb 
sözünə davam edir – bilsin ki, Professor Luri məhz nəyi qəbul edir və o nəyə gözə cəzalandırılır.  
Matabane:- Əlbəttə, əgər cəzalandırılacaqsa.  
Əgər cəzalandırılacaqsa. Vəziyyəti tam dərk etməsək və ya öz tövsiyəmizdə Professor Lurinin nəyə görə 
cəzalandırılmalı olduğunu tam dəqiqliklə göstərə bilməsək, vəzifəmizi yerinə yetirmiş sayılmarıq.  
Doktor Rassul, məncə, biz vəziyyəti aydın başa düşürük. Daha vacib sual budur ki, Professor Luri özü nə 
etdiyini başa düşürmü?  
Tamamilə doğrudur. Mənim demək istədiyim də elə bu idi.  
Ən yaxşısı susmaq idi, o isə danışır.  
Fikrimin bulanıq və ya aydın olması, beynimdə nələrin baş verdiyi öz işimdir, Farodia, sizə dəxli yoxdur. 
Məndən gözlədiyiniz cavab yox, tövbə eləməyimdir. Tövbə eləmək fikrim yoxdur. Günahını etiraf 
eləmişəm və bu mənim hüququmdur. Bütün ittihamların həqiqət olduğunu bəyan edirəm, bundan 
artığına isə hazır deyiləm.  
Cənab sədr, etiraz eləmək məcburiyyətindəyəm. Rəsmiyyət sərhədləri aşılır. Professor Luri günahını 
etiraf edir, lakin mən özümdən soruşuram, doğrudanmı o təqsirini qəbul edir, yoxsa bu addımı sadəcə 
işin kağızların arasında atılıb qalacağı, hər şeyin zamanla unudulacağı ümidi ilə atır? Əgər belədirsə, ona 
ən ağır cəza verilməlidir.  
İcazə verin, bir daha xatırladım, doktor Rasul – Matabane deyir- cəza kəsmək bizim səlahiyyətimizdə 
deyil.  
O halda biz ən ağır cəzanı tövsiyə etməliyik. Professor Luri dərhal işdən çıxarılmalı, təqaüddən və digər 
güzəştlərdən məhrum edilməlidir.   
Devid? Bu dəqiqəyə qədər səssiz qalan Desmond Svarts dillənir. –O: Devid, doğru addım atdığınızdan 
əminsizmi? – deyib Matabaneyə tərəf dönür. – Cənab sədr, professor Luri otaqda olmayanda da dediyim 
kimi məncə, biz öz həmkarlarımızla soyuq rəsmi üslubda danışmamalıyıq. Devid, məsləhət almaq və bir 
az düşünmək üçün iclasın müəyyən müddətə qədər təxirə salınmasını istəməzdinizmi?      
Niyə? Nə haqda düşünməliyəm?  
Vəziyyətinizin, zənnimcə, tam dərk edə bilmədiyiniz ciddiliyi barədə. Açığını desəm, işinizi itirə bilərsiniz. 
İndiki zəmanədə zarafat deyil.  
-Bəs nə məsləhət görürsünüz? Doktor Rassulun yüngül istehza adlandırdığı çaları səsimdən yığışdırıb 
peşmanlıq göz yaşları axıtmağı? Nə məni xilas edə bilər?  


Devid, sizin üçün inanmaq çətin olsa da, bu stolun arxasında əyləşənlər düşmənləriniz deyil. Hamımızın 
zəif cəhətləri var, hamınız insanıq. Belə vəziyyətlə üzləşən ilk insan siz deyilsiniz. İşinizə davam etməyiniz 
üçün bir yol tapmaq istərdik.  
Hakim mülayim səslə söhbətə qarışır:  
Sizə kömək eləmək istərdik. Gərək ki, sizin üçün kabusa çevrilmiş bu vəziyyətdən çıxış yolu tapmaq 
istərdik.  
Dostları Devidi öz zəifliyindən xilas edib, gördüyü kabusdan oyandırmağa çalışır, onun küçələrdə 
diləndiyini yox, sinif otaqlarına qayıtdığını görmək istəyirlər.  
Mən bu xoşməramlı xorda qadın səsi eşitmirəm, - Devid deyir. Otağa səssizlik çökür. – Çox yaxşı. 
Danışım. Axşam idi, o qədər də uzaq olmayan tarix yadımda deyil. Kollecin bağında addımlayırdım, 
sözügedən qadın xanım İsaaks da təsadüfən orada idi. Yollarımız kəsişdi, bir neçə kəlmə kəsdik. Və o an 
şair olmadığım üçün təsvir etməyə çalışmayacağım nəsə baş verdi. Gərək ki, Erosun səhnəyə çıxdığını 
demək kifayətdir. O andan sonra mən daha əvvəlki adam olmadım.  
Necə yəni? – Biznes məktəbindən gələn qadın ehtiyatla soruşur.  
Özümdə deyildim. Mən daha boş-bekar dolanan, əlli yaşlı boşanmış bir kişi deyildim, Erosun əsirinə 
çevrilmişdim.  
Yəni bizə təklif etdiyiniz özünü bəraət elə budur? İdarə edilə bilməyən impuls?  
Özümə bəraət qazandırmıram. Eşitmək istəyirsiniz, mən də danışıram. İmpuls isə idarə edilə bilməyən 
deyildi. Bu cür impulsları keçmişdə çox boğmuşam və indi onları xatırladıqca utanıram.  
Sizə elə gəlmirmi ki, - Svarts deyir- müəllimlik öz mahiyyəti etibarilə müəyyən qurbanlar tələb edir. 
Ümumi rifah naminə bəzi zövqlərdən imtina etməli deyilikmi?  
Müxtəlif nəsillər arasında intim münasibətin yolverilməz olduğunu demək istəyirsiniz?  
Yox. Amma müəllim kimi biz tələbələr üzərində müəyyən hökmranlığa malikik. Gərək ki, bu qadağa 
iyerarxik münasibətlərə seksin qarışdırılması ilə bağlıdır.  
Farodia Rassul sözə qarışır: - Cənab sədr, yenə də başladığımız yerə qayıdırıq. Bəli, o günahını danmır, 
lakin biz təfərrüatları eşitmək istəyəndə, gənc bir qadından sui-istifadə etdiyini etiraf etmək, səbəb 
olduğu ağrıdan, uzun müddətli istismarının tarixçəsindən danışmaq əvəzinə müqavimət göstərə 
bilmədiyi adi bir impulsdan danışır. Ona görə də Professor Luri ilə müzakirəni davam etdirməyin mənası 
yoxdur. Biz onun etirafını olduğu kimi qəbul edib, tövsiyələrimizi də buna uyğun verməliyik.  
“Sui-istifadə” – o haqlılığın təsiri ilə titrək səslə deyilən bu sözü gözləyirdi. Görəsən, bu qadın Devidə 
baxanda nə görür? Onu bu qədər qəzəbləndirən nədir? Köməksiz balıqların arasına üzən akula? Bəlkə də 
Farodianın gözündə tamamilə başqa bir mənzərə canlanır: irisümüklü bir nəhəng kiçik bir qızcığazın 
üstünə sərilib, zingiltisini kəsmək üçün iri əlləri ilə qurbanının ağzını tutub.  


Doktor Rassulun sözləri ilə razıyam. – Biznes məktəbinin müəlliməsi deyir. 
Profesor Lurinin heç bir əlavəsi yoxdursa, məncə qərarımızı vermək vaxtıdır.  
Canab sədr, - Svarts deyir. – Sonuncu dəfə Professor Luriyə müraciət etmək istərdim. Rəsmi bəyanat 
verməyə hazırsınızmı?  
Niyə? Bəyanat niyə bu qədər vacibdir?  
Çünki bu, ictimaiyyətin getdikcə artan qəzəbini zəiflədə bilərdi. Biz bu məsələni mətbuatın diqqətindən 
kənarda saxlamaq istərdik. Lakin bu mümkün olmadı. Məsələ çoxlarının diqqət mərkəzindədir. Bu hadisə 
bizim nəzarətimizdən çıxaraq, çoxlu əlavə çalarlar qazanıb. Bütün gözlər, Universitetə çevrilib, bizim bu 
işi necə yoluna qoyacağımızı gözləyir. Devid, dediklərinizdən belə qənaətə gəlirəm ki, ədalətsizliyə 
uğradığınızı düşünürsünüz. Yanılırsınız. Komissiyanın üzvləri kimi biz sizi işdə saxlamağın yollarını 
axtarırıq. Özünüz üçün münasib hesab elədiyiniz bir məzmunda hər hansı ictimai bəyanat bizə daha 
mülayim tövsiyələr hazırlamağa imkan verər.  
Özümü alçaldıb, mərhəmət dilənməyə hazır olub – olmadığımı soruşursunuz?  
Svarts dərindən ah çəkir. - ... Devid, sizə kömək etməyə çalışan insanları masqaraya qoymaq lazım deyil. 
Heç olmasa, iclasın təxirə salınmasına razılıq verin ki, nə etmək istədiyinizi yaxşıca götür-qoy edə 
biləsiniz. 
Sizcə, mənim bəyanatımın mahiyyəti nədən ibarət olmalıdır? 
Haqsız olduğunuzu etiraf etməlisiniz. 
Mən artıq etiraf eləmişəm. Öz istəyimlə. Mənə qarşı qaldırılan bütün ittihamlara görə günahkaram. Bu 
sizi qane edir? Haqsız olduğumu etiraf etdim?  
Yox – Farodia Rassul deyir. – Bu düzgün deyil. Əvvəl Professor Luri bəyanat verməlidir. Sonra isə biz 
qərarlaşdırmalıyıq ki, bu bəyanat cəzanın yüngülləşdirilməsi üçün kifayətdirmi. Bəyanatın məzmununun 
müzakirəyə qoymalıyıq. Bəyanatı o özü yazmalıdır. Öz sözləri ilə. Yalnız bu zaman sözlərinin səmimi olub-
olmadığını anlaya bilərik.  
Sizcə, istifadə etdiyim sözlərə baxmaqla, səmimi olub-olmadığını anlaya bilərsiniz?  
Baş verənlərə münasibətinizi anlayacağıq. Başa düşməliyik ki, doğrudanmı əməlinizə görə peşmansınız. 
Çox yaxşı. Xanım İsaaksa münasibətdə tutduğum mövqedən sui-istifadə etmişəm. Pis hərəkət eləmişəm 
və buna görə təəssüf edirəm. Bu qədəri sizi qane edir? 
Söhbət mənim yox, sizin qane olmağınızdan gedir, Professor Luri. Dediklərinizdə səmimisizmi? 
O, başını bulayır. – Bu sözləri sizə lazım olduğu üçün dedim. İndi isə bundan da artığını, səmimiyyətimi 
sübut etməyimi istəyirsiniz. Absurddur. Qanuna ziddi. Kifayətdir. Gəlin, reqlamentə uyğun hərəkət edək. 
Günahımı boynuma alıram. Məndən bundan artığını gözləməyin.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə