IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
815
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
onların ifadə etdikləri xarici səslənmə tiplərini aydınlaşdırmağa çalışmışdır. Gerçəklik səslərinin
differensial akustik parametrləri (instantlar, kontinuantlar, frekvantlar və onların müxtəlif növləri) və
onları dilin fonetik imkanları ilə uyğunluğu S.V.Voroninin tədqiqat işində əhəmiyyətli yer tutmuşdur.
S.V.Voronin səs təqlidi ilə səs simvolizmini səs təsviri adlanan eyni bir dil prosesinin tərkibi saymış
və bu prosesi dilin yaranması ilə inkişafının əsasında qoymuşdur (primar genetik motivləşmə).
Qeyd etmək lazımdır ki, fonosemantika nəzəriyyəsinin formalaşması və inkişafı haqqında bir sıra
dilçilərin əsərlərində xülasələr verilmişdir. Qismən geniş xülasə və şərh Ştefan Etzelin (Etzel 1983) və
Marqaret Maqnusun (Magnus 1998), A.B.Mixalyovun tədqiqatlarında yer almışdır. Azərbaycan
dilçiliyində fonosemantika sahəsində ilk dövrlərdə ümumi aspektli fikirlər verilmişdir. Sonralar
etimologiya və ilkin köklərin bərpası ilə bağlı işlərdə (A.Ələkbərov, V.Aslanov) fonosemantik inkişafa
müəyyən qədər toxunulmuşdur. F.Cəlilov Azərbaycan dilinin morfonologiyasına dair işlərdə fono-
emantik inkişaf məsələləri diqqət mərkəzinə çəkilmişdir. Azərbaycan dilinin leksikasının fono-
semantik inkişafı sahəsində Azərbaycan dilçiliyində ilk fundamentla tədqiqat işini prof. B.Ə.Xəlilov
aparmışdır. “Azərbaycan dilində fellərin fonosemantik inkişafı” adlı doktorluq dissertasiyasında və
“Fellərin ilkin kökləri” monoqrafiyasında müəllif fonosemantikanın leksikologiyaya tətbiqi məsələsini
də araşdırmış, eyni zamanda fonosemantik tədqiqatlarla bağlı çox qısa və yığcam xülasə vermişdir.
Amerika alimi Leonard Blumfild səslə məna arasında əlaqəyə də xüsusi yer ayıraraq yazmışdır:
“Nitq səslərini mənadan təcrid edilmiş şəkildə öyrənmək düzgün deyildir. Gerçəklikdə nitq səsləri
siqnallar kimi istifadə olunur. Biz dil formasının mənasını danışanın onu tələffüz etməsi və həmin
tələffüz olunanın dinləyəndə hansı reaksiya yaratması halı kimi təyin edirik.”
Səslə məna arasındakı əlaqə məsələsinə dair XX əsrdə aparılan tədqiqatlar yalnız səsin və dilin
yaranması, səsin və dilin təbiətini müəyyənləşdirmək müstəvisindən çıxaraq daha çox elmi səciyyə
almışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər fonosemantikaya dair işlərdə tədqiqatçıların irəli
sürdüyü fikirlər, gəldikləri nəticələr məhdud səciyyə daşıyırdı. Belə bir cəhət, qeyd olunduğu kimi, bir
tərəfdən məsələnin fəlsəfi köklərinə daha çox diqqət yetirilməsi, digər tərəfdən, mövcud faktların
azlığı, natamamlığı ilə bağlı olmuşdur. Eyni zamanda, aparılmış tədqiqatlarda fonosemantikanın elmi-
nəzəri əsasları, prinsipləri işlənməmişdi. XIX əsrin sonlarından başlayaraq V.El, V.Aston, V.Vundt,
M.Qrammon, H.Hilmer, K.Brokkelman, X.Marçand, N.İ.Aşmarin, N.K.Dmitriyev və başqalarının
əsərlərində fono-semantikanın nəzəri məsələləri daha geniş planda ifadəsini tapmışdır.
Fonosemantikaya dair XX əsrin əvvəllərindən başlayaraq aparılmış tədqiqat işlərində nida və
səstəqlidi sözlərin fonetik, struktur, semantik, sintaktik xüsusiyyətləri, səstəqlidi sözlərin fonetik,
struktur, semantik, sintaktik xüsusiyyətləri, səstəqlidi sözlərin təsnifi, səstəqlidinin funksional-
kommunikativ səciyyəsi, səstəqlidi sözlərlə onların denotatları arasındakı münasibət, səstəqlidi
sözlərlə imperativlər oxşar və fərqli cəhətləri və bir sıra digər məsələlər diqqət mərkəzinə çəkilmişdir.
XX əsrin əvvəllərində sözlərdə səs və məna uyğunluğu, səs təqlidi, səs simvolizmi, ümumiyyətlə
fonosemantikaya dair müxtəlif səpkili fikirlər səslənmişdir.
Leksik sistemin fono-semantik inkişafı bir sıra anlayışların təyini və bu cür tədqiqat üçün
materialın seçilməsini zəruriləşdirir. Azərbaycan dilinin leksik kateqoriyalarının fonosemantikası
üçün həmin məsələləri ümumi şəkildə nəzərdən keçirmək lazım gəlir.
CÜMLƏDƏ SÖZ SIRASININ POZULMASI – İNVERSİYA
Sona HƏSƏNOVA
Sumqayıt Dövlət Universiteti
sdu.qrup.974@hotmail.com
AZƏRBAYCAN
Cümlə bitmiş fikri ifadə edən ən böyük dil vahididir. Cümlənin fikir ifadə edə bilməsi üçün onun
müxtəlif sözlərdən, cümlə təşkil edən üzvlərdən ibarət olması zəruridir. Azərbaycan dilində ədəbi dil
normalarına uyğun olaraq cümlədə söz sırası mübtəda→xəbər formasında olur. Məs.Onlar tələbədir.
Bu sıra normal sıra adlanır. Lakin bəzən, nitq daha emosional və ekspressiv olduqda cümlədə söz
sırası dəyışır və qeyri – normal sıra yaranır. Cümlədə baş verən belə sintaktik hadisə inversiya adlanır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
816
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Inversiya söz sırasının pozulmasıdır. Qeyd etməliyik ki, “söz sırası” anlayışı ilə “cümlə üzvlərinin
sırası” anlayışı fərqlidir bunları eyniləşdirmək olmaz. Bəzən inversiyanı “cümlə üzvləri sırasının
pozulması” da adlandıranlar olur. Lakin bu fikrə münasibət olaraq demək olar ki, inversiyanı cümlə
üzvləri sırasının pozulması adlandırmaq düzgün deyildir. Çünki üzvlənmə zamanı söz hesab edilən
köməkçi nitq hissələrinin də yerdəyişməsi baş verir və bu hadisəni cümlə üzvlərinin yerdəyişməsi
adlandırmaq doğru hesab olunmaz. İnversiyaya əsasən şeirlərdə rast gəlinir. B.Vahabzadənin yazdığı
misralara diqqət edək:
Niyədir gecənin bu səssizliyi?
Bütün yatanlarmı dərdsizdir belə...
Burada yazılan “Niyədir gecənin bu səssizliyi” cümləsini nəzərdən keçirdikdə görünür ki, xəbər
cümlənin əvvəllində, mübtəda isə sonda işlənmişdir.Cümlə isə normalda “Gecənin bu səssizliyi niyədir?”
şəklində olmalıdır. İkinci cümlədə də həmçinin eyni söz sırası pozulmuşdur, yəni inversiya baş vermişdir.
Dilimizdə cümlə üzvü vəzifəsində işlənməyən sözlər də vardır. Bunlar köməkçi nitq hissələridir
ki, onların cümlədə yeri sərbəstdir. Məsələn modal sözlər istər cümlənin əvvəlində işlət, istər
cümlənin sonunda heç bir məna dəyişkənliyi yaratmayacaq. Köməkçi nitq hissələrinin cümlədə yeri
sərbət olsa da, nitqimizdə daha çox bu sözlərinin özünəməxsus yeri vardır. Məs:
Dost bilmişik biz sən demə
Pis günə yoldaş olanları...
Bu misrada olan “sən demə” modal sözü cümlənin sonunda işləndikdə daha obrazlı, ahəngdar
səslənir. Nitqimizdə isə biz bu cümləni daha çox bu şəkildə “sən demə, biz dost bilmişik” kimi işlənir.
Məhz bu məsələlərə görə inversiyaya “cümlə üzvlərinin yerini dəyişməsi” əvəzinə “söz sırasınım
pozulması” tərifini vermək daha düzgün olardı.
Yuxarıda qeyd etdiyimiz kimi inversiyada sözlərin sırası dəyişdikdə mənası dəyişmir. Dilçilikdə
söz sırasinın iki əsas funksiyası vardır: Bunlardan biri sintaktik-semantik funksiya, digəri uslubi
funksiyadır. Sintaktik-semantik funksiya adından göründüyü kimi cumlədə söz sırasının pozulması ilə
cümlənin mənasının dəyişməsi deməkdir. Bu hadisə bir sıra dillərdə olsa da Azərbaycan dilində yalnız
mübtəda ilə qeyri-müyyənlik vasitəsiz tamamlığın münasibətində özünü göstərir. Məs: Canavar insan
parçalayıb cümləsində mübtəda olan “canavar” tamamlıq vəzifəsində işlənən “insan” sözü ilə yerini
dəyişdikdə cümlə “ İnsan canavar parçalayıb” şəklini alır və həm məna dəyişir, həm də cümlə üzvləri
sintaktik vəzifəsini dəyişir. Bayaq cümlədə mübtəda vəzifəsində işlənən “canavar” sözü yerini
dəyişməklə “tamamlıq” oldu və cümlənin mənasını da dəyişdi.
Söz sırasının digər funksiyası olan üslubi funksiya isə sintaktik-semantik funksiyasının əksi olar-
aq söz sırası yerini dəyişdikdə məna dəyişmir. İnversiya məhz bu cür sintaktik hadisədir və şeirlərdə
ahəngdarığı artırır, oxucuya, dinləyiciyə bədii zövq verir. “Baxıram ətrafa böyüyüb hamı” (B.Vahab-
zadə) bu misrada mübtədanın xəbərdən sonra işlənməsi cümlədə emosionallıq, ifadəlilik yaradır və
inversiya öz funksiyasın yerinə yetirmiş sayılır. Biz qeyd edirik ki, inversiya əsasen şeirlerdə olur.
Yalnız bəzən yazıçı sözlərdən öz üslubuna uyğun şəkildə istifadə edir, hətta söz sırasını belə pozmaq-
dan çəkinmir. Nitqin təsir qüvvəsini artırmaq məqsədiylə sözlərin adi, normativ axarını dəyişir ki,
buna anakoluf deyilir. Məs: Ah İskəndər, İskəndər , axır ki gəldi İskəndər!
Ümumiyyətlə, inversiya hadisəsinin öyrənilməsi və tədqiqi həmişə aktual olan məsələlərdəndir.
Çünki şeir, sənət nümunələri yarandıqca inversiyaya müraciət artacaq və bəzən bu nümunələrin
emosional gücü, əsas qayəsi məhz inversiya ilə nəzərə çarpacaqdır.