75
təmir-bərpası;
2.3. Azərbaycanda müxtəlif səviyyələrdə beynəlxalq yarışların
keçirilməsi;
2.4. İdmançıların hazırlıq səviyyəsinin artırılması üçün kompleks tədbirlərin
həyata keçirilməsi;
2.5. Azərbaycanın və milli idman təşkilatlarının beynəlxalq aləmdə nüfuzunun,
idarəedici və təşkilati imkanlarının artırılması;
2.6. Ölkədə dayağı olmayan və ya tənəzzül etmiş idman növlərinin, o
cümlədən qış idmanının əsaslarının yaradılması və inkişaf etdirilməsi.
Avqustun 26-da İcraiyyə Komitəsinin İlham Əliyevin sədrliyi ilə ilk iclası məqsəd
və vəzifələrə tam aydınlıq gətirdi. Onun geniş ictimaiyyət arasında atdığı ilk ad-
dımlar əməllə sözün bütövlüyünün parlaq aynası oldu. Milli Olimpiya Komitəsinin
3-cü Baş Assambleyasında məruzəsi zamanı İlham Əliyev, 1997-ci ildə təşkilata
prezident seçilərkən qarşıya qoyduğu və reallaşdırdığı vəzifələrə belə qiymət
verdi: “Fəaliyyətimizin ilk günlərində biz Azərbaycan Olimpiya hərəkatının real
vəziyyətini öyrəndik, mövcud problemləri aşkara çıxardıq, işə əngəl törədən
amilləri müəyyənləşdirdik və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər
gördük. Bütün
bunlar nə qədər çətin olsa da, onların öhdəsindən gələ bildik.”
Çox keçmədi ölkənin tanınmış idmançıları, məşqçi və mütəxəssis korpusu
və idman rəhbərləri ilə görüşlərdə Azərbaycan olimpiya hərəkatı lideri olimpiya
təqaüdlərinin təsis edildiyini bəyan etdi. Bu olimpiadaya hazırlıq dövründə ardıcıl
addımların ən vaciblərindən idi. İdmançıların bütün mümkün problemlərdən uzaq
olması, ələlxüsus da maddi ehtiyaclarının tam ödənməsi əsas şərt idi. Beynəlxalq
Olimpiya Komitəsinin ölkəmizdən 9 perspektivli idmançıya verdiyi məbləğdən sa-
vayı, Milli Olimpiya Komitəsinin rəhbəri 38 idmançı və onların məşqçisinə xüsusi
təqaüdlər ayrılması barədə qərar verdi. Əsas ümidlər müəyyənləşdi və get-gedə
onların sırası genişləndi. Ümumən, 1998-2000-ci illərdə idmançılara və onların
məşqçilərinə 2 milyard 220 milyon 350 min manat təqaüd verildi. Az vaxtda ölkə
xaricində olan idman liderlərimizi geri qaytarmağa, onların hər bir şəraitlə təmin
edilməsinə başlanıldı.
Ölkədə istər dövlət, istərsə də ictimai idman qurumlarının vəhdət işinə nail
olundu. Hərəkata milli federasiyaların və müxtəlif idman təşkilatlarının qoşulması
Prezident İlham Əliyev və Olimpiya
çempionu Zemfira Meftəhəddinova
Müstəqil Azərbaycanın
qızıl Olimpiadaları
77
çoxşaxəli qolların vahid xətdə birləşməsinə kömək etdi. Belə bir dövrdə birlik va-
cib amildir. Çünki əsasını demokratik formalaşma prinsipləri təşkil edən Milli Olim-
piya Komitəsi, Olimpiya Xartiyasına görə, bir çox başqa idman birlikləri kimi, qeyri-
hökumət təşkilatıdır. Olimpiya hərəkatı isə yalnız və yalnız ictimai hərəkatdır. Bu
səbəbdən də onun qanun qəbul etmək, öz şərtlərini diktə etmək hüququ yoxdur
və bütün təşkilatlarla əlaqələrini qərar, qətnamələr əsasında qurur. Bununla belə,
bütün dünyada federasiyalar və digər təşkilatlar, hətta dövlətlərin idman struktur-
ları da əsas xətti məhz Olimpiya hərəkatı ilə birgə və ona uyğun qururlar. Çünki
olimpizmin mayası dönməz demokratik, plüralist meyarlardır. Uzun görünən belə
marafonu Azərbaycan qısa zaman kəsiyində ötüb keçdi. Bunun ən böyük və
başlıca səbəbi isə ölkədə hər bir gəncin, hər bir kəsin Milli Olimpiya Komitəsinin
və onun rəhbərinin
lider rolunu qəbul etməsi, ona inanması idi.
Prezident İlham Əliyev
Afina Paralimpiya Oyunlarının
qalibi İlham Zəkiyevi təbrik edir
Müstəqil Azərbaycanın
qızıl Olimpiadaları
83
Olimpiya hərəkatının şah əsəri, onun zirvəsi və xidmət etdiyi əsas amalla-
rın təzahürü Olimpiya Oyunlarıdır. Əzəmət və möhtəşəmliyinə görə dünyanın 7
möcüzəsindən bu günə gəlib çatmış yeganə nümunəsi - Misir ehramları ilə həyatda
çətin ki, nəyisə müqayisə etmək olsun. Amma onlar, sadəcə, tarixin daş yadda-
şı, yadigarıdır. Dövrün ab-havasını, onun hərəkət və inkişaf xəttini bütün çalarları,
cizgiləri, rəngləri ilə bizə çatdıra biləcək canlı hadisələrdən söz düşərsə, yəqin ki,
olimpiya hərəkatı və ələlxüsus da olimpiya oyunlarını çəkinmədən misal gətirmək
olar. Çünki olimpizm ideyaları ümumbəşəri mahiyyəti ilə mütərəqqi düşüncə tərzini,
təfəkkürünü, eləcə də milli-mədəni, sosial-ictimai baxışları birləşdirir. Hər 4 ildən
bir keçirilən olimpiadalar özündə bir dövrün, dünyanın müxtəlif regionlarındakı
hadisələrin annotativ təhlili və hesabatıdır. O, cəmiyyətimizdə baş verənlərin inika-
sı, zamanın sülh nəbzidir. Dəhşətli savaşlar, amansız silahların rəqabəti dövründə
yüksəlib ucalmış olimpiya oyunlarının ən böyük qələbəsi də elə budur - zamanın
meyarı, dövrün inkişaf aynası olmaq.
Olimpiya Oyunları bu zirvəyə gənc nəslin sağlamlığının və bu yolla əqidə,
düşüncə tərzinə, demək, tərəqqipərvər, hərtərəfli harmonik nəslin yetişməsinə,
bəşəri ideyaların tərənnümünə, onun saflığına xidmət göstərdiyi üçün çatdı. “Si-
tius, altius, fortius” - “daha sürətli, daha yüksəyə, daha güclü” devizi isə insanın
“daim irəli” əbədi hərəkət ideyalarının əksinə çevrildi. Niyə bu sırada Azərbaycan da
irəliləməsin? Öz möhkəm yerini tutmasın? Dəyərli sözünü deməsin? İdmançılarımı-
zın ustalığının artması, cərgələrinin genişlənməsi, eyni zamanda, idman nəticələrinin
daim yüksəlməsi Vətənin tərənnümü, təbliği, ürəklərdə qərar tutması deməkdir.
Bu, böyük missiya, əvəzedilməz hisslərdir. Məhz bu əsaslar MOK prezidenti İlham
Əliyevin olimpiya hərəkatındakı liderliyinin ana xəttini təşkil etdi və o cəmi 2 ildən
sonra keçiriləcək Sidney Olimpiya Oyunlarında uğurla çıxış etməyi bir vəzifə kimi
qarşıya məqsəd qoydu: “İstəyirəm ki, heç olmazsa, bir Azərbaycan idmançısı olim-
piadada qızıl medal əldə etsin. Əgər Azərbaycan himni Sidneydə səslənib, bayrağı-
mız dalğalanarsa, mən özümü qalib hiss edəcəyəm”.
Belə qısa müddətdə olimpiya uğuru? Həddən artıq böyük risk deyildimi?
Əlbəttə, bunun nə demək olduğu təkcə idmançı və məşqçiyə bəlli deyil. Oyunları
izləmiş sadə azarkeşlər də dəqiq bilir ki, 4 ildən bir keçirilən bu möhtəşəm idman
bayramına hər bir ölkə, xüsusən idmançılar özləri ciddi hazırlaşır, bütün qüvvə və
bacarıqlarını buna yönəldirlər.
1896-cı ildə vətəni Yunanıstanda keçirilmiş Olimpiya Oyunlarının qəhrəmanı kimi
ucalmaq üçün illərin sınağı, təcrübəsi gərəkdir. Bu gün iqtisadiyyatı ilə diqqəti çəkən
Yaponiya ötən əsrin 60-cı illərindən əsl idman ölkəsinə çevrilməyə başladı. Çin isə
ötən əsrin 80-ci illərindən sanballı və mütəmadi uğurları ilə irəliləməyə müvəffəq
oldu. Postsovet məkanı ölkələrinə nəzər yetirmiş olsaq, bütün nümunələr göstərir
ki, olimpiya oyunları iqtisadiyyatın təcəssümü, sosial-məişət rifahının göstəricisi və id-
manın cəmiyyətdəki statusunun tablosudur. 1998-ci ilədək Azərbaycan hələ böyük
yolun astanasında idi. Belə bir məqamda, qısa müddət ərzində ən yüksək zirvələri
fəth etmək məqsədini qarşıya qoymaq olimpiya hərəkatı liderliyini öz üzərinə
götürən şəxsdən böyük cürət tələb edirdi. Az vaxtda qüvvələr toplanmalı, nəticələr
çıxarılmalı, planlar ən sistemli və mütəmadi şəkildə qurulmalı, beynəlxalq arenaya
çıxılmalı, təcrübə qazanılmalı və ən əsası, bunlar hamısı bir yerdə mütəşəkkilliyin op-
timal sıx qrafiki ilə edilməli idi. Bəs bu deyilənlərə ölkəmizdə necə riayət olundu?
Diqqət yetirək: Oyunlara hazırlıq böyük təşkilati vüsət içərisində keçdi. Qayğı və
diqqəti ən adi, xırda tələblərdə belə hiss edən idmançıda ruh yüksəkliyi, gələcəyə
inam yaranmaya bilməzdi. Bu isə təbii ki, məsuliyyət hissi oyadır, onu Vətənə şərəflə
xidmətə,
mübarizəyə, qələbəyə kökləyir.
1997-ci ilin sonunda XXVII Yay Olimpiya Oyunlarına hazırlıq konsepsiyası hazır
Sidney: Həyəcanlı anlar