Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   23   24   25   26   27   28   29   30   31
Covid-19-az

 

15. Xülasə 


35 

 

Bugünkü  reallıqlara  uyğun  olaraq  qeyd  etmək  lazımdır  ki, 

effektiv  peyvəndlərin 

hazırlanmasının və vurulmasının nə qədər vaxt aparacağı, epidemiyanın təkrar alovlanması   və 

ciddi  izolə  müddəti  və  ehtimalı,  habelə  son  iqtisadi  nəticələr  barədə  çox  məqam  aydın  deyil. 

Buna  baxmayaraq,  COVID-19-dan  sonra  beynəlxalq  nizamın  üz-üzə  qalacağı  qaçılmaz  halları 

vurğulamaq mümkündür. 

Birincisi

, beynəlxalq əməkdaşlıq xəstəliyin səbəbləri ilə bağlı səmərəli cavab tədbirlərinin təmin 

olunmasında  və  eləcə  də  onun  təsirlərinin  yumşaldılması    üçün  həyati  vacib  əhəmiyyətə  

malikdir.

   

 

İkincisi,



  Xüsusi  Karantin  tədbirləri  texnologiyanı  bilavasitə  məşğulluq,  istehlak,  təchizat, 

qarşılıqlı  əlaqə  və  çatdırılma  sektorunda  ön  plana  çıxardı.  Texnologiya  pandemiya  ilə 

mübarizədə    virusun  yayılmasının  proqnozlaşdırılması  və  simulyasiyasından  əlaqələrin 

izlənilməsinə qədər bir çox sahədə geniş istifadə olunur. Video konfranslar, onlayn iş mühiti və 

yeni sosial platformalar demək olar ki, bir saatda distant fəaliyyəti aktivləşdirdi  və bu tendensiya 

ola  bilsin  ki,    karantin  tədbirləri  bitdikdən  sonra  da  davam  edəcəkdir.  Onlayn  rejimdə  tele 

səhiyyədən  tutmuş  təhsilə,  nağdsız  pul  köçürmələri  və  həssas  insanları  dəstəkləmək  üçün  təcili 

yardımlara qədər xidmətlər sahəsində rəqəmsal kanallara keçid ölkənin pandemiyaya qarşı cavab 

tədbirləri  arasında  mühüm  yer  tutur.  Təmassız  ödənişlərə  tələbat    nağd  ödənişdən  rəqəmsal 

ödənişə keçidi sürətləndirir və biznes modellərinin və təchizat zəncirlərinin rəqəmsallaşdırılması 

ticarət  və  çatdırılma  formasını  dəyişdirir.  Texnologiya  yeni  inkişaf  mənbələri  yaratmaqda, 

məhsuldarlığı  artırmaqda,  işçilərin  və  müəssisələrin  yeni  dünyaya  keçidinə  və  adaptasiyasına  

həlledici rol oynaya bilər.  

Yüksək texnologiya ilə bağlı iş yerləri üçün  bacarıqların uyğunsuzluğunu azaltmaq  məqsədilə 

təhsil  və  təlim  sistemlərinə  uyğunlaşma  və  kadr  hazırlığına  ehtiyac  vardır.  Lakin,  bütün  işlərin 

evdən həyata keçirilməsi mümkün deyildir. . Pandemiya həmçinin aparılan bu mübarizədə məhz 

hansı  işçilərin-  məsələn  səhiyyə  sahəsində  ,  ahıllara  qayğı  göstərən  işçilər  kənd  təsərrüfatı  və 

ərzaq dükanlarındakıişçilərin  zəruriliyini,  eləcə də, onların qazanclarının   qeyri-sabitliyi və iş 

təhlükəsizliyi arasındakı uyğunsuzluğu da aşkar etdi.   Bu işçilərin və qeyri-formal iqtisadiyyatda 

çalışan saysız-hesabsız  digər insanların da üzləşdiyi  ciddi sosial müdafiədəki boşluqlar aradan 

qaldırılmalıdır. 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə