20
Demək olar ki, dövrümüzün bütün alimləri həmrəydirlər ki,
ictihad azadlığı təkcə fiqhin törəmə məsələlərini əhatə etməməlidir.
İctihad azadlığı həm də Allaha və peyğəmbərliyə aid məsələlərdə olmalı,
məfhum və hökmlər qeyri‐məhdud şəkildə tədqiq olunmalıdır.
21
Əbu Hamid əl‐Qəzali –
məzhəblərarası yaxınlaşma hərəkatının banisi kimi
Əlacımız budur ki, ortaq məsələlərdə həmrəy olub ixtilafa
vardığımız problemlərdə də bir‐birimizi üzrlü sayaq. Ortaq nöqtə‐
lərimiz, məqamlarımız hədsiz çox olduğu halda ixtilafa düşdüyümüz
problemlər ədavət doğurmayacaq qədər cüzidir.
Dinin əsasları (üsul) və törəmə məsələlərində (füruat) hansı isə
bir məzhəbə inanıb ona təəssübkeşlik göstərmək və başqalarına nifrət
etmək dinin rədd etdiyi xüsusdur. Bu, islam ümmətinə badalaq vurmaq,
onun övladlarının nəfəsini kəsmək, onları boğazlamaqdır. Tarix bu işə
şahiddir.
İmam Əbu Hamid əl‐Qəzali ümmətin müxtəlif qollarını bir yerə
cəm edib məzhəblərinin ixtilafına rəğmən, onları bir səfdə birləşdirəcək
ictihad növlərinə dair qiymətli fikirlər söyləmişdir. Oxuyuruq:
“Birisi iddia etsə ki, əş`əri və ya mö`təzili, yaxud hənbəli, ya da
digər məzhəblərə müxalif olmaq küfrün dərəcələrindəndir, bil ki, o,
təqlidin qurbanına çevrilmiş kütbeyin təcrübəsizdir.
Həmin kəsin düşmən münasibəti qarşılığında onun ağzını
yumdurmaq üçün sənə bircə dəlil kifayətdir. Bircə dəlil ona görə
kifayətdir ki, bu şəxs bir məzhəblə digəri arasında heç fərq görmür.
Ola bilsin ki, sənin dostun əş`əriliyə meyllidir və iddia edir ki,
ona müxaliflik açıq‐aşkar küfrdür. Ona sual et: “Həqiqətin əş`ərilikdə
cəm olmasını haradan bilirsən ki, hətta əl‐Baqillani kimi böyük alimə
kafirlik hökmü kəsirsən?” Bu, həmin Baqillanidir ki, Böyük Allahın
“baqilik” atributunun mənaları baxımından Əş`əri ilə razılaşmayaraq
demişdir: “Bu (“baqilik” atributu – mütərcim), Allah təalanın zatına
(substansiyasına) əlavə edilmiş atribut deyildir.”
Necə olur ki, Əş`əri Baqillaniyə müxalif olduqda kafir olmur,
amma Baqillani Əş`əri ilə razılaşmadıqda kafirlikdə ittiham olunur?!
Elə isə nə üçün həqiqət bu iki nəfərin yalnız birində təcəlli
etməlidir?
Görəsən, bu, onların birinin digərindən qabaq yaşaması iləmi
22
əlaqədardır? Belədirsə, Əş`əridən də qabaq başqa mö`təzili alimləri
yaşayıblar. Onda, həqiqət gərək bu mö`təzili alimlərinin birində əks
olunsun!
Yoxsa bu, elm və fəzilət baxımından fərqlərə görədir? Belədirsə,
onda, onlar fəziləti hansı tərəzi ilə ölçüblər?
Həmin şəxs Baqillaninin barəsində danışmaqdan aciz qalıb:
“Mən Baqillaniyə Əş`əri ilə razılaşmamaq icazəsi verirəm”, – deyərsə,
ona söylə: “Yaxşı, onda nə üçün elmdə və fəzilətdə onun (Baqillani
nəzərdə tutulur – mütərcim) kimilərini qəbul etmirsən? Baqillani ilə əl‐
Kirabisinin, əl‐Qəlanisinin və qeyrilərinin arasında nə fərq var ki?!”
(Qəzali davam edir:) Bəlkə də sən insaflı davransan, bilərsən ki,
həqiqəti yalnız həmin insanların məzhəblərindən biri ilə məhdud‐
laşdıran kəs küfrə daha yaxındır. Çünki o, bu məzhəbin tərəfdarlarını
günahlardan qorunmuş (məsum) peyğəmbər səviyyəsinə qaldırmışdır.
Peyğəmbərlə razılaşmaq iman, ona müxaliflik isə küfrdür.
Bundan sonra, ola bilsin ki, sən insanı ümmətdən xaric edən
küfrün nə olduğunu öyrənmək istəyərsən. Sənə elə bir səhih göstərici
haqda danışacağam ki, onu qavrasan, cahillikdən şüurlu formada
uzaqlaşacaqsan. Sənin cahilliyin isə islam məzhəblərini kafirlikdə
ittiham etməyindədir. Bəli, dediklərimdən sonra, səmimiyyətlə “lə iləhə
illəl‐lah, Muhəmməd rəsulullah” deyən və bu sözlərin mənasına zidd
hərəkət etməyən məzhəblərlə fikirlərin üst‐üstə düşməsə belə, onlar
haqda hərzə‐hədyan danışmaqdan əl çəkəcəksən.
Deyirəm: “Küfr – Peyğəmbərin (Ona salam olsun!) gətirmiş
olduğu bir şeyi təkzib etməkdir. İman isə onun gətirdiyi hər bir şeyi
təsdiqləməkdir. Yəhudilər və xristianlar Peyğəmbəri (Ona Allahın xeyir‐
duası və salamı olsun!) təkzib etdikləri üçün kafirdirlər. Bərhəmilər
1
də
kafirdirlər. Çünki onlar Peyğəmbərlə (Ona Allahın xeyir‐duası və salamı
olsun!) yanaşı, bütün müsəlmanları da inkar etmişlər. Dəhrilər
2
isə
bəhrəmilərdən də kafirdirlər. Onlar Peyğəmbərlə (Ona Allahın xeyir‐
duası və salamı olsun!) yanaşı, Pak Allahın mövcudluğunu qəbul
etməmişlər. Hər bir kafir Peyğəmbəri təkzib edəndir. Peyğəmbəri təkzib
edən hər bir kəs də kafirdir. Bu, ümumi qaydadır.
1
Bərhəmilər Allahın yalnız İbrahimi peyğəmbər kimi göndərdiyinə inanır və yalnız
sonuncunun peyğəmbərliyini qəbul edirlər –
müəllif.
2
Dəhrilər: zamandan (ərəb. “dəhr”) qeyri heç nəyin mövcudluğunu qəbul etməyənlər –
müəllif.