Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

20

Demək  olar  ki,  dövrümüzün  bütün  alimləri  həmrəydirlər  ki, 



ictihad  azadlığı  təkcə  fiqhin  törəmə  məsələlərini  əhatə  etməməlidir. 

İctihad azadlığı həm də Allaha və peyğəmbərliyə aid məsələlərdə olmalı, 

məfhum və hökmlər qeyri‐məhdud şəkildə tədqiq olunmalıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

21

 



 

 

Əbu Hamid əl‐Qəzali  

məzhəblərarası yaxınlaşma hərəkatının banisi kimi 

 

 



 

Əlacımız  budur  ki,  ortaq  məsələlərdə  həmrəy  olub  ixtilafa 

vardığımız  problemlərdə  də  bir‐birimizi  üzrlü  sayaq.  Ortaq  nöqtə‐

lərimiz,  məqamlarımız  hədsiz  çox  olduğu  halda  ixtilafa  düşdüyümüz 

problemlər ədavət doğurmayacaq qədər cüzidir. 

 

Dinin  əsasları  (üsul)  və  törəmə  məsələlərində  (füruat)  hansı  isə 



bir  məzhəbə  inanıb  ona  təəssübkeşlik  göstərmək  və  başqalarına  nifrət 

etmək dinin rədd etdiyi xüsusdur. Bu, islam ümmətinə badalaq vurmaq, 

onun  övladlarının  nəfəsini  kəsmək,  onları  boğazlamaqdır.  Tarix  bu  işə 

şahiddir. 

 

İmam Əbu Hamid əl‐Qəzali ümmətin müxtəlif qollarını bir yerə 



cəm edib məzhəblərinin ixtilafına rəğmən, onları bir səfdə birləşdirəcək 

ictihad növlərinə dair qiymətli fikirlər söyləmişdir. Oxuyuruq: 

 

“Birisi  iddia etsə  ki,  əş`əri  və  ya  mö`təzili,  yaxud hənbəli,  ya  da 



digər  məzhəblərə  müxalif  olmaq  küfrün  dərəcələrindəndir,  bil  ki,  o, 

təqlidin qurbanına çevrilmiş kütbeyin təcrübəsizdir. 

Həmin  kəsin  düşmən  münasibəti  qarşılığında  onun  ağzını 

yumdurmaq  üçün  sənə  bircə  dəlil  kifayətdir.  Bircə  dəlil  ona  görə 

kifayətdir ki, bu şəxs bir məzhəblə digəri arasında heç fərq görmür. 

Ola  bilsin  ki,  sənin  dostun  əş`əriliyə  meyllidir  və  iddia  edir  ki, 

ona  müxaliflik  açıq‐aşkar  küfrdür.  Ona  sual  et:  “Həqiqətin  əş`ərilikdə 

cəm  olmasını  haradan  bilirsən  ki,  hətta  əl‐Baqillani  kimi  böyük  alimə 

kafirlik  hökmü  kəsirsən?”  Bu,  həmin  Baqillanidir  ki,  Böyük  Allahın 

“baqilik”  atributunun  mənaları  baxımından  Əş`əri  ilə  razılaşmayaraq 

demişdir:  “Bu  (“baqilik”  atributu  –  mütərcim),  Allah  təalanın  zatına 

(substansiyasına) əlavə edilmiş atribut deyildir.” 

Necə  olur  ki,  Əş`əri  Baqillaniyə  müxalif  olduqda  kafir  olmur, 

amma Baqillani Əş`əri ilə razılaşmadıqda kafirlikdə ittiham olunur?! 

Elə  isə  nə  üçün  həqiqət  bu  iki  nəfərin  yalnız  birində  təcəlli 

etməlidir?  

Görəsən,  bu,  onların  birinin  digərindən  qabaq  yaşaması  iləmi 



 

22

əlaqədardır?  Belədirsə,  Əş`əridən  də  qabaq  başqa  mö`təzili  alimləri 



yaşayıblar.  Onda,  həqiqət  gərək  bu  mö`təzili  alimlərinin  birində  əks 

olunsun! 

Yoxsa bu, elm və fəzilət baxımından fərqlərə görədir? Belədirsə, 

onda, onlar fəziləti hansı tərəzi ilə ölçüblər? 

Həmin  şəxs  Baqillaninin  barəsində  danışmaqdan  aciz  qalıb: 

“Mən  Baqillaniyə  Əş`əri  ilə  razılaşmamaq  icazəsi  verirəm”,  –  deyərsə, 

ona  söylə:  “Yaxşı,  onda  nə  üçün  elmdə  və  fəzilətdə  onun  (Baqillani 

nəzərdə  tutulur  –  mütərcim)  kimilərini  qəbul  etmirsən?  Baqillani  ilə  əl‐

Kirabisinin, əl‐Qəlanisinin və qeyrilərinin arasında nə fərq var ki?!” 

(Qəzali  davam  edir:)  Bəlkə  də  sən  insaflı  davransan, bilərsən  ki, 

həqiqəti  yalnız  həmin  insanların  məzhəblərindən  biri  ilə  məhdud‐

laşdıran  kəs  küfrə  daha  yaxındır.  Çünki  o,  bu  məzhəbin  tərəfdarlarını 

günahlardan  qorunmuş  (məsum)  peyğəmbər  səviyyəsinə  qaldırmışdır. 

Peyğəmbərlə razılaşmaq iman, ona müxaliflik isə küfrdür. 

Bundan  sonra,  ola  bilsin  ki,  sən  insanı  ümmətdən  xaric  edən 

küfrün  nə  olduğunu  öyrənmək  istəyərsən.  Sənə  elə  bir  səhih  göstərici 

haqda  danışacağam  ki,  onu  qavrasan,  cahillikdən  şüurlu  formada 

uzaqlaşacaqsan.  Sənin  cahilliyin  isə  islam  məzhəblərini  kafirlikdə 

ittiham etməyindədir. Bəli, dediklərimdən sonra, səmimiyyətlə “lə iləhə 

illəl‐lah,  Muhəmməd  rəsulullah”  deyən  və  bu  sözlərin  mənasına  zidd 

hərəkət  etməyən  məzhəblərlə  fikirlərin  üst‐üstə  düşməsə  belə,  onlar 

haqda hərzə‐hədyan danışmaqdan əl çəkəcəksən. 

Deyirəm:  “Küfr  –  Peyğəmbərin  (Ona  salam  olsun!)  gətirmiş 

olduğu  bir  şeyi  təkzib  etməkdir.  İman  isə  onun  gətirdiyi  hər  bir  şeyi 

təsdiqləməkdir. Yəhudilər və xristianlar Peyğəmbəri (Ona Allahın xeyir‐

duası  və  salamı  olsun!)  təkzib  etdikləri  üçün  kafirdirlər.  Bərhəmilər

1

 də 


kafirdirlər. Çünki onlar Peyğəmbərlə (Ona Allahın xeyir‐duası və salamı 

olsun!)  yanaşı,  bütün  müsəlmanları  da    inkar  etmişlər.  Dəhrilər

2

 isə 


bəhrəmilərdən  də  kafirdirlər.  Onlar  Peyğəmbərlə  (Ona  Allahın  xeyir‐

duası  və  salamı  olsun!)  yanaşı,  Pak  Allahın  mövcudluğunu  qəbul 

etməmişlər. Hər bir kafir Peyğəmbəri təkzib edəndir. Peyğəmbəri təkzib 

edən hər bir kəs də kafirdir. Bu, ümumi qaydadır. 

                                                 

1

 Bərhəmilər Allahın yalnız  İbrahimi peyğəmbər kimi göndərdiyinə inanır və yalnız 



sonuncunun peyğəmbərliyini qəbul edirlər – müəllif

2

 Dəhrilər: zamandan (ərəb. “dəhr”) qeyri heç nəyin mövcudluğunu qəbul etməyənlər – 



müəllif


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə