Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

12

edilən hədisdəki “xilas olacaq firqə” İslam ümmətinin qədim tarixi boyu 



xüsusi adla məşhur olmuş qruplarından biri deyildir. Bu firqəyə hər bir 

cəhətdən haqqa tərəf çıxanlar daxildirlər. Belələri səhv etsələr də, səmimi 

olduqları,  camaat  təşkil  etməyə  hərislik  göstərdikləri,  namaza,  cihada, 

“əmr  bil‐məruf  və  nəhy  ənil‐münkər”  (yaxşılığa  çağırma,  pis  işlərdən 

çəkindirmə) vəzifəsinə əməl etdikləri müddətcə üzrlüdürlər. 

Hədisdəki  “cəhənnəmlik  firqələr”ə  gəlincə,  bunlar  haqqı  söylə‐

sələr  də  niyyətləri  bəd  olanlardır;  belələri  müstəbidlik  göstərmiş,  ələ 

keçirdikləri  hakimiyyət  və  həzz  aldıqları  dünya  naminə  çəkinmədən 

qanlar axıtmış, Pak Allahın əmr və qadağalarına laqeyd yanaşmışlar. 

Mövzumuzla  əlaqədar  olaraq  Şeyx  Əbdülcəlil  İsanın  “İxtilafın 

doğru  olmadığı  məqamlar”  (Ma  la  yəcuz  fih  əl‐Xilaf)  kitabına  müraciət 

edək. Sonuncu yazır: 

“Şeyx  Cəmaləddin  əl‐Qasimi  əd‐Diməşqi  “Cəhmiyyə

  və 



mö`təzilənin

∗∗

  tarixi”  (Tarix  əl‐cəhmiyyə  və‐mötəzilə)  adlı  kitabının 



(“Dar əl‐Kütub”, “Tarix” bölməsi, əlyazması № 2842) bir fəslində bildirir 

ki,  mö`təzilə,  mürciə

∗∗∗

  və  digər  bir  çox  islam  firqəsinin  tərəfdarları 



ictihad  etmişlər.  Digər  müctəhidlər  kimi,  onlar  da  xətalarına  görə  üzrlü 

sayılıb savab qazanırlar. 

İctihad  dedikdə,  ənənəvi  olaraq  fiqhin  sahələri  yada  düşür. 

Habelə,  geniş  mənada  ictihad  Kəlam  elminin

∗∗∗∗

  problemlərinə  də  aid 



məsələdir.  

Elə  isə  biz  nə  üçün “üsul”  elminin  (Elm  əl‐Üsul)  müctəhidlərini 

ictihad  edənlər  qrupuna  aid  etməməliyik?  Axı  onlar  öz  iddialarında 

Quran  və  Sünnədən  dəlil  gətirirlər,  yalnız  bu  iki  mənbəyə  əsasən 

gəldikləri nəticələri haqlı sayırlar. 

                                                 

  Cəhmiyyə: Cəhm ibn Səfvanın yaratdığı  cərəyanın adı. Cəhmilər iddia edirdilər ki, insan 



heç bir iradəyə sahib olmayıb daşlar və minerallar kimi, cansız təbiətin bir parçasıdır. Habelə, 

cəhmilər düşünürdülər ki, cənnət və cəhənnəm əbədi deyildir – tərcüməçinin qeydi. 

∗∗

 Mötəzilə: islam fikir tarixində ilk rasional cərəyan. Banisi Vasil ibn əl-Əta (vəfatı – 749) 



olan bu cərəyan yarandığı ilk dövrlərdə  əcnəbi rasionalistlər qarşısında islamın müdafiəçisi 

kimi çıxış etsə  də sonralar öz rasionallığında ifrata varmaqla hamilik statusundan məhrum 

olmuş, mütəkəllim və üsul alimlərinin (fundamentalistlərin) hücumuna məruz qalmışdır – 

tərcüməçinin qeydi

∗∗∗


  Mürciə: VII əsrin axırlarında Suriyada yaranmış dini cərəyan. Mürciə  tərəfdarları 

düşünürdülər ki, iman etmiş insanlar yol verdikləri günahlara görə axirətdə  cəzalan-

dırılmayacaqlar. Çünki əsas olan şey iman gətirməkdir – tərcüməçinin qeydi.   

∗∗∗∗


  Kəlam elmi:  əcnəbi, yad cərəyan və ideologiyalar qarşısında  İslamı müdafiə etmək 

məqsədi ilə dinin etiqad prinsiplərini rasional baxımdan izah edən elm sahəsi; islam 

sxolastikası – tərcüməçinin qeydi. 



 

13

Allahın gözlə görülməsi, insanın öz əməllərinin yaradıcısı olması, 



Quranın  yaradılıb‐yaradılmaması  kimi  məsələlərə  dair  ayə  və 

hədislərdəki qeyri‐müəyyənlik (mütəşabehlik) fərqli qrupların formalaş‐

masına  səbəb  olmuşdur.  Bu  qrupların  hər  biri  öz  nöqteyi‐nəzərinin 

Allahın kəlamına daha uyğun olmasını zənn edirdi. 

Bu səbəbdən bu insanlar müctəhiddirlər və haqqa yaxınlıqlarına 

görə  bir‐birlərindən  fərqlənsələr  də  ictihadlarından  dolayı  savab  əhli‐

dirlər. 

Odur  ki,  bu  firqələrin  mənsublarını  qətiyyən  məzəmmətləmək 

olmaz. Böyük mühəddislər onlara istinad etmiş, Peyğəmbərin sünnəsini 

onlardan  nəql  etməklə  özləri  ilə  Allahın  arasında  onları  dəlil  (babal) 

qoymuşlar. 

İmam  Buxari,  Müslim  və  qeyriləri  mö`təzililərin,  ibazi

∗∗∗∗∗

  və 


mürciə  əhlinin,  şiələrin  böyük  əksəriyyətindən  hədis  rəvayət  etmişlər. 

“Fəth  əl‐Bari  li  şərh  Səhih  əl‐Buxari”  (Buxarinin  “Səhih  hədisləri 

toplayan kitab”ının şərhində Allahın bəxş etdiyi fəth), “ət‐Tədrib fi şərh 

ət‐Təqrib  lis‐Süyuti”  (Süyutinin  “Yaxınlaşdırma”  kitabına  dair  təlim 

kitabı)  və  “Mizan  əl‐Etidal  liz‐Zəhəbi”  (Zəhəbinin  “doğru‐dürüst” 

tərəzisi)  kimi  kitablar  bu  qəbildəndir.  İmam  Əhməd  (Allah  ondan  razı 

olsun!) deyib: “Əgər mö`təzililərə istinadən etdiyimiz rəvayətləri kənara 

qoysaq, Bəsrə əhli məzhəbinin əksər hissəsindən imtina etmiş olarıq”. 

İmam  İbn  Teymiyyə  də  belə  deyib:  “Onların  arasından  çoxlu 

alim və bəndə çıxmışdı”. 

İmam Buxari və Müslim onlardan hədisləri öyrənmişlər. Düzdür, 

alimlər  arasında  belə  bir  görüş  yayılıb  ki,  hədis  rəvayətçilərinin  bidətə 

yol  verənlərinə  istinad  etmək  olmaz.  Ancaq  əl‐İraqi  bu  görüşə  etiraz 

edərək  bildirmişdir  ki,  Buxari  və  Müslim  həmin  firqələrin  mənsub‐

larından dəlil gətirmişlər.  

Məsələn,  Buxari  xarici  İmran  ibn  Həttandan,  Müslim  də  mürciə 

Əbdülhəmid ibn Əbdürrəhman əl‐Həmdanidən dəlil‐sübut gətirmişlər. 

Xülasə, bu firqələrin ictihad əhli olması onlara müctəhid məqamı 

qazandırır, – insaflı olan kəs bu məsələyə şəkk gətirməməlidir. 

Bütün  alimlər  həmrəydirlər  ki,  səhvə  yol  verən  müctəhid  üçün 

üzrxahlıq  və  savab  vardır.  Əgər  bir  müctəhid  xətasına  görə  günah 

qazanmırsa,  onda,  onu  təhqiramiz  adla  çağırmaq  nə  dərəcə  də 

                                                 

∗∗∗∗∗


 İbaziyyə: Abdullah ibn İbazın qurduğu cərəyan. Həzrəti Əliyə və əksər səhabələrə söyən 

ibaziyyə tərəfdarları bütün müxaliflərini kafir adlandırırdılar – tərcüməçinin qeydi




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə