Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

17

alimləri  öz  məzhəblərində  təəssübkeşlik  göstərmişdilər.  Onlar  öz 



məzhəblərinin  nüfuzu  sayəsində  yaşayır,  hörmət  sahiblərinə  çevrilir‐

dilər.  Bu  alimlərə  əmirlər  və  hökmdarlar  tərəfdar  çıxır,  xalqı  itaətdə 

saxlamaq,  düşüncə  azadlığına  aparan  yolları ümmətin  üzünə  bağlamaq 

üçün onlardan kömək istəyirdilər. 

Bu,  hökmdarların  müstəbidliyinin  davamlılığına  kömək  edir, 

arzuladıqları  fitnə‐fəsad  və  pozuculuğun  özünə  yer  etməsinə  şərait 

yaradırdı. 

Çünki  ümmətin  alimləri  yekdilliklə:  “Haqq  olan  budur,  bu  da 

onun  dəlilidir!”  –  desəydilər,  rəhbər  şəxs  onların  fikrinə  əməl  etməyə 

məcbur olacaqdı. 

Xüsusi  zümrələr  birləşərsə,  adi  insanlar  və  ya  kütlə  onların 

arxasınca  gedər,  –  məhz  bu,  rəhbərlərin  müstəbidliyinə  mane  olmağın 

yeganə yoludur. Din əmr edir ki, parçalanma və çəkişmə olmasın, birlik 

ipindən tutulsun. Pak Allah buyurur:  

“Hamılıqla  Allahın  ipinə  (dininə,  Qurana)  möhkəm  sarılın  və 

(firqələrə bölünüb bir‐birinizdən) ayrılmayın!” (Ali‐İmran, 103); 

“...Bir‐birinizlə  çəkişməyin,  yoxsa  qorxub  zəifləyər  və  gücdən 

düşərsiniz...” (əl‐Ənfal, 46). 

Peyğəmbər də (Ona Allahın xeyir‐duası və salamı olsun!) deyib: 

“Məndən sonra, bir‐birinin boynunu vuran kafirlərdən olmayın!”

1

 

Ancaq  biz  bütün  bu  əmrlərə  müxalif  olduq,  parçalandıq,  bir‐



birimizlə  çəkişdik,  din  adı  altında  bir‐birimizlə  müharibələr  apardıq. 

Çünki  fərqli‐fərqli  qruplara  bölünmüşdük.  Hər  bir  qrup  öz  görüşündə 

təəssübkeşlik  göstərərək,  dininə  xidmət  göstərdiyini  iddia  edərək 

müsəlman  qardaşları  ilə  düşmən  oldu.  Halbuki,  həmin  qrup,  müsəl‐

manların  birliyini  parçalamaqla  öz  din  qardaşını  köməksiz  qoyurdu. 

Sünnilər  şiələrlə  vuruşur,  şiələr  ibazilərə  müharibə  elan  edir,  şafeilər 

monqol‐tatarları  hənəfilərə  qarşı  qızışdırır,  hənəfilər  də  şafeiləri 

zimmilərlə  müqayisə  edirdilər.  Daha  sonra  təqlidçi  xələflər  peyda 

oldular və onlar da sələflərin yolu ilə gedənlərə cəbhə açdılar. 

Məgər  bunu  onlara  Allah  və  peyğəmbərimi  (Ona  xeyir‐dua  və 

salam olsun!) əmr etmişdi? Məgər müctəhid imamlarmı belə göstərişlər 

vermişdilər? Əsla!!! 

Əksinə,  aralarındakı  bu  çəkişmənin,  ədavətin  səbəbi  doğru 

yoldan sapıb şeytana uymaları idi”. 

                                                 

1

 Hədis “Kütubi-Sittə” hədis toplusunda rəvayət edilib. 




 

18

 



 

 

İxtilafların irsiliyi axmaqlıqdır 

 

 



Saf  qəlbin  və  sağlam  zehniyyətin  ortaya  qoyduğu  hər  hansı  bir 

görüşü düşməncəsinə və nifrətlə qarşılamaq doğru deyildir. 

Müxtəlif  rəy  və  məzhəbləri  zamanın  öhdəsinə  buraxıb  onları 

uzun‐uzadı  tənqid  edib  və  araşdırdıqda  əsassız  olanlar  öz‐özünə  yox 

olacaqdır. 

Odur ki, mən hər hansı bir rəhbərin həll etmək məqsədilə əsasını 

işə  salıb  ixtilaflara  burnunu  soxmasının  yolverilməzliyini  bir  daha 

vurğulayıram. 

Müxtəlif  əsrlər  boyu  rəhbərlərimiz  şəxsi  istəkləri  üçün  ixtilafları 

donuq hala gətirmişlər. 

Məsələn,  mən  heç  cürə  başa  düşə  bilmirəm  ki,  şeytanı  müqəd‐

dəsləşdirən  yezidiyyə  necə  olub  ki,  hələ  də  öz  mövcudluğunu  qoruyub 

saxlayıb. Allahın əmrlərini yerinə yetirən rəhbərləri müqəddəs elan edən 

druzilik  də  həmçinin!  Böyük  islam  güruhu  daxilində  düşüncə  müba‐

diləsi  və  mədəni  xəlitələşmə  baş  verib  müxtəlif  cərəyanlar  nəinki  illər, 

hətta  əsrlər  boyu  bir‐birinin  içərisində  itib  batsa  da,  bu  firqələr  öz 

mövcudluqlarını qoruyub‐saxlamışdır.  

İslam  dəvətinin  eyniadlı  dövlətdən  ayrı  salınması  yalnız  və  yal‐

nız öz mənafeyini düşünən hökumətlərin yaranmasına imkan verdi. Bu 

hökumətlər isə dinə necə xidmət göstərməli olduqlarından bixəbər idi. 

İxtilafların  at  oynatdığı  bir  vaxtda  sünniləri,  şiə  və  xariciləri 

özündə birləşdirən parlament yaradılarsa, – bunu edənləri bəzən axmaq 

yerinə  qoyurlar  –    düşünürəm  ki,  onlar  döyüş  meydanlarında  qılıncla 

üz‐üzə  gəlmələrindən,  sonrakı  nəsillərə  heç  bir  ağla  və  imana 

əsaslanmayan  ədavət  və  intiqam  hissi  miras  buraxmaqdan  daha  çox 

islama  yaxın  olarlar!  Bu  üç  dəstə  vaxtı  ilə  islamın  eyni  səfdə  yer  alan 

övladları olmuş, sonralar isə aralarında bölünmə vaqe olmuşdu. 

Elə isə soruşuruq: Döyüş və söyüşə ehtiyac varmı? 

İxtilaf  bəzi  məsələlərdə  təbii  formada  ortaya  çıxdığı  zaman  onu 

təqdir və üzrxahlıqla qarşılamaq lazımdır.  

Müsəlmanlar  vahid səfdən  çıxışetmə  məqamlarına, imkanlarına 



 

19

sahibdirlər. Gündəlik beşvaxtlıq namaz, ramazan və həcc. 



Həmçinin,  onlar  qarı  düşmənin  hiyləsi  ilə  üz‐üzədirlər;  bu  düş‐

mən  əlinə  fürsət  düşərsə,  müsəlmanları  məhv  edib  onlara  əziyyət 

etmədə zərrə qədər tərəddüdə yol verməz. 

Bütün bunları nəzərdən necə qaçırmaq olar axı?! 

Bəzən  sual  verirlər  ki:  “İnsanları  eyni  fikir  və  ya  mahiyyətcə 

yaxın  görüşlər  ətrafında  bir  araya  gətirsək  və  bundan  sonra  ixtilafa  zor 

gücü ilə də olsa son qoysaq, bu, islam ümmətinin xeyrinə olmazmı?” 

Cavab  veririk  ki:  “Xeyir!  Bu,  şəfaverici  dərman  deyildir.  Belə     

ki,  əcdadlarımız  “füruat”  (dinin  ikinci  dərəcəli,  törəmə  məsələləri  – 

mütərcim)  fiqhində  mövcud  olan  ixtilafların  çoxluğundan  sıxılaraq, 

ictihad  qapısını  bağlamaq  qərarına  gəldilər.  Düşündülər  ki,  insanları 

dörd  hakim  məzhəb  üzrə  bir  arada  cəm  etmək  olar...  Habelə,  əhli‐nəss

 



sələfilərlə mö`təzililərin arasındakı vahiməli ixtilaflar əcdadlarımıza ağır 

gəlmiş  və  nəticədə  meydana  Əbülhəsən  əl‐Əş`əri

∗∗

  çıxmışdı.  Sonuncu 



hər  iki  tərəfə  münasibətdə  mötədil  olan  məzhəbi  ilə  ümməti  bir  araya 

gətirə bilmişdi. 

Bütün  bunlar  digər  kəlam  və  fiqh  məzhəblərinə  təsir  etmiş,  itən 

itmiş, qalanları da təsirsiz hala gəlmişdi. 

Ancaq bu, problemləri həll etməmişdi. 

“Füruat”  fiqhi  ibadət  və  sosial  münasibət  (müaməlat)  məsələlə‐

rini  özündə  birləşdirir.  Hansı  isə  bir  dövrün  insanlarını  xüsusi  mülki‐

mədəni münasibətlərə təhkim etmək mümkün olsa da, bu, bütün dövrlər 

üçün xarakterik deyildir.  

Birdəki,  axı  nə  üçün  yalnız  bu  dörd  məzhəb  dirçəliş  və  davam‐

lılıq üçün seçilməlidir? 

Eyni  ilə  bu  məzhəblər  kimi,  varisliyə  və  təqdirə  layiq  başqa 

ictihadlar da mövcuddur. 

Bu,  fiqh  sahəsində  belədir.  Əqidə  məsələlərinə  dair  araşdırma‐

lara gəlincə, islam üsul elminin yeganə təmsilçisi – əş`ərilik, nədənsə xoş 

qarşılanmır. 

Odur  ki,  müsəlman  zehniyyəti  bütün  bu  problemləri  adlamaq 

üçün hərəkətə keçməlidir. 

                                                 

  Əhli-nəss:  (ərəb. Ayə  və  hədis tərəfdarları). Orta əsr islam düşüncəsi sistemində ortaya 



çıxmış ehkamçı  məktəb olub vəhy-ağıl münasibətlərində üstünlüyü birinciyə verir, ayə  və 

hədislərin rasional izahını qəbul etmirdi – tərcüməçinin qeydi

∗∗

 Əbülhəsən Əli ibn İsmayıl əl-Əş`əri: sünni kəlam elminin qüdrətli nümayəndəsi və əş`əri 



kəlam məktəbinin qurucusu – tərcüməçinin qeydi.    


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə