Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

23

Bil  ki,  qeyd  etdiklərimizin  dərin  mənası  vardır.  Çünki  hər  bir 



qrup özünə müxalif olanı küfrdə təqsirləndirir və onu Peyğəmbəri (Ona 

Allahın xeyir‐duası və salamı olsun!) təkzibdə ittiham edir. 

Məsələn,  bəzi  hənbəlilər  Əş`əriyə  kafir  deyirlər.  Onlar  iddia 

edirlər  ki,  Əş`əri  Allah  təalanın  fövqiliyi  və  ərşə  yüksəlməsinin 

təsbitində  Peyğəmbərə  (Ona  xeyir‐dua  və  salam  olsun!)  müxalif 

çıxmışdır. Bu isə Allahın bu kəlamı ilə ziddiyyət təşkil edir: 

“(Ey  insanlar!)  Göydə  olanın  (Allahın)  yer  hərəkətə  gəlib 

çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!” (əl‐

Mulk, 16). 

Bəzi  əş`ərilər  isə  bəzi  hənbəliləri  küfrdə  günahlandırırlar. 

Onların  dəlili  budur  ki,  hənbəlilər  Allaha  yaratma  baxımından  bəşəri 

keyfiyyətlər nisbət edir və bununla da aşağıdakı ayəyə müxalif olurlar: 

“...Ona bənzər heç bir şey yoxdur...” (əş‐Şura, 11). 

Habelə, əş`ərilər arasında mö`təzililəri kafir adlandıranlar tapılır. 

İddia olunur ki, mö`təzililər Allahın gözlə görülməsi məsələsində, bilmə 

(elm)  və  qadirlik  (qüdrət)  atributlarını  Allahın  zatından  (substansiya‐

sından)  ayrı  hesab  etməklə  onları  təsbit  edə  bilməməkdə  Peyğəmbərə 

(Allahın xeyir‐duası və salamı ona olsun!) qarşı çıxmışlar. 

Mö`təzililər  də  əş`ərilərə  kafir  deyirlər.  Onlar  mövqelərini 

bununla  əsaslandırırlar  ki,  əş`ərilər  əzəli  (qədim)  olanların  sayını 

çoxaltmaqla  əzəlilik  (qidəm)  atributunda  Allah  təalaya  şərik  qoşmuşlar. 

Onlar  deyirlər:  “(Əş`ərilərə  görə,)  Allahın  atributları  onun  var  olan 

zatına  aiddir.  Bu,  əzəlilikdə  kimisə  Allaha  ortaq  etməkdir  və 

Peyğəmbərin  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!)  dediklərini 

təkzibdir.  Çünki  sonuncuya  görə,  Allah  birdir,  yalnız  O  əzəlidir, 

əzəlilikdə ona heç nə oxşar deyildir və i.a.”. 

(Qəzali  davam  edir:)  Yalnız  və  yalnız  təkzib  və  təsdiqin 

dərəcələrinə bələd olmaqla bu qəliz vəziyyətdən xilas ola bilərsən. Onda 

sənə aydın olacaq ki, bu qruplar bir‐birini kafir adlandırmaqda necə də 

ifrata varıblar. 

Təkzib ilə təsdiqin arasındakı fərq haqqında təfsilata girməkdən 

qabaq  sənə  vacibdir  ki,  bu  kiçik  müqəddiməni  öyrənəsən.  Çünki  ona 

laqeyd yanaşa bilmərik. Hərçənd ki, o, adi oxucuya qəribə görünə bilər”. 

Biz  də  öz  növbəmizdə  Əbu  Hamidin  yuxarıdakı  qiymətli 

müqəddiməsinin  daha  da  anlaqlı  olub  asanlıqla  qəbul  edilməsi  üçün 

aşağıdakıları qeyd etmək istəyirik: 




 

24

“Allahın  kitabına  və  Peyğəmbərin  (Ona  Allahın  xeyir‐duası  və 



salamı  olsun!)  sünnəsinə  iman  gətirmədə  möminlər  eynidirlər.  Allahın 

kitabından  hansısa  ayəni  inkar  edən,  Peyğəmbərin  getdiyi  və  bizə  də 

getməyi  əmr  etdiyi  yoldan  bilə‐bilə  uzaqlaşan  bir  müsəlman  təsəvvür 

etmək çox çətindir. 

Habelə,  müsəlmanlar  fiqhi  məzhəblərinin,  siyasi  təmayülləri  və 

kəlami  görüşlərinin  müxtəlifliyinə  rəğmən,  eynidirlər.  Kim:  “Mən  filan 

ayəni qəbul etmirəm; ya əmr, ya da qadağan etdiyi işlərdə Peyğəmbərə 

qəsdən  tabe  olmayacağam”,  –  deyərsə,  yəqinliklə  islamdan  çıxar, 

ümmətdən ayrılar.  

“Aralarında  hökm  vermək  üçün  Allahın  (Allahın  kitabının)  və 

Peyğəmbərinin  yanına  çağırıldıqları  zaman  möminlərin  sözü  ancaq: 

“Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir...” (ən‐Nur, 51). 

Allaha  və  peyğəmbərinə  (Ona  Allahın  xeyir‐duası  və  salamı 

olsun!) yəqinliklə inam və itaət müsəlmanın ayrılmaz keyfiyyətləridir. 

Allahı  və  peyğəmbərini  fəhm  yolları,  tələb  olunan  riayətkarlıq 

formaları bəzən insanların intellektual xarakterindəki müxtəliflik səbəbi 

ilə  dəyişir.  Çox  vaxt  isə  belə  yol  və  formalar  linqvistik  mahiyyət  baxı‐

mından geniş yozum səbəbi ilə ortaya çıxmışdır. 

Əbu  Hamid  elə  müxtəlif    dini  həqiqətlərdən  danışır  ki,  insanlar 

onların səhihliyində deyil, onların başa düşülməsi və tətbiq edilməsində 

ixtilafa düşmüşlər. 

İxtilafa  düşmüş  hər  bir  fikir  sahibinin  öz  nöqteyi‐nəzəri  vardır. 

Fikirlər arasında fərqlərin olmasına rəğmən, həmin nöqteyi‐nəzəri qəbul 

etmək lazımdır. 

Linqvistik  fəhm  formalarına  uyğun  olaraq  imkan  daxilində 

rəbbinin  və  peyğəmbərinin  razılığını  qazanmağa  çalışan  hər  hansı  bir 

şəxsi yaralamaq doğru deyildir. 

Habelə,  buraya  “ahad”  hədislərin

,  onların  istinadlarındakı 



qətilik və zəiflik dərəcələrinin təshihindəki ixtilaf da aiddir.  

Fərqli tendensiyalara sahib islam düşüncəsi meydanını nəzərdən 

keçirən  Əbu  Hamid  Qəzalinin  özünəməxsusluğudur  ki,  o,  sözügedən 

düşüncə sistemini dinlə birləşdirəcək, fərqli düşüncə sahiblərini mömin‐

lər dəstəsinə aid edəcək açıq‐aşkar və gizli əlaqələr, münasibətlər haqda 

danışmışdır. 

                                                 

 Ahad hədis: rəvayətçilərinin  bir neçə nəsli üzrə hər nəsildən yalnız bir şəxsin rəvayət etdiyi 



hədis növü – tərcüməçinin qeydi. 


 

25

İnsanın  düşünmə  tərzinin  müxtəlifliyi  bu  böyük  alimin  ciddi 



mülahizəsi  idi.  Çünki  o,  insanların  mədəni  səviyyə  baxımından  bir‐

birindən fərqləndiklərini gözəl bilirdi”. 

İndi isə yenə qulaq verək, görək Əbu Hamid daha nə deyir: 

“Unudulmamalıdır ki, nicatverici təsdiq qəlblə itaətdir, mövcud‐

luğunu  (varlığını)  Allah  və  peyğəmbərinin  (Ona  Allahın  xeyir‐duası  və 

salamı  olsun!)  xəbər  verdiyi  hər  bir  şeyi  qəbul  etməkdir.  Bil  ki, 

mövcudluğun  (varlığın)  dərəcələri  vardır.  Kim  buna  diqqət  etməzsə, 

layiq olmayan şəxsləri küfrdə günahlandırma xətasına düşər. 

Birinci dərəcə varlıq (mövcudluq) subyekt olaraq alimlərin təsvir 

etdiyidir.  O,  xarici  aləmdə  öz‐özünə  mövcud  olan  dəyişilməz  şeydir. 

Səma  və  yer,  dənizlər  və  dağlar...  kimi.  Onların  mövcudluğu  insanın 

düşüncəsi və ağlından asılı deyildir. 

İkinci  –    hissi  varlıqdır  (mövcudluqdur).  Bu,  gözdə  əks  olunan 

şeyin mövcudluğudur. Yatan və ya xəstə insanın qəribə təsvirlər halında 

gördüyüdür. Halbuki, o, ayıq ikən belə təsvirlərin şahidi olmayıb. Və ya 

ola  bilsin  ki,  ayıq  halda  olan  şəxs  iki  qanadı  olan  at  qəbilindən  olan 

təsvirləri xəyalına gətirsin. (Belə təsvirlər də hissi varlığa aiddir).  

Üçüncüsü  xəyali  varlıqdır.  Bu,  gözlə  görüldükdən  və  qeyb 

olduqdan sonra şeyin xəyalda canlanmasıdır. Gözdən itən fil və ya atın 

surətinin dərk edilməsi kimi. 

Dördüncü  –    əqli  varlıq  adlanır.  O,  dəyişməz  mahiyyətə  malik 

şeyin  mövcudluğudur.  Ancaq  bu  varlıq  hiss  orqanları  ilə  deyil,  ağılla 

dərk  edilir.  Məsələn,  qabiliyyət,  iradə,  həyat  və  s.  Bunları  hisslə  deyil, 

ağılla qavramaq mümkündür. Ancaq onların bəzi əlamətləri hisslərlə də 

dərk edilir. 

Beşinci – “bənzədilən” mövcudluqdur. O, sözlə qeyd olunan şeyə 

aiddir.  Bu  şeyin  xarici  aləmdə  öz‐özünə  mövcud  dəyişilməz  varlığı 

yoxdur, o, hissi, xəyali və əqli təsvirə malik deyildir. Bu, atributlarından 

birinə görə başqa bir şeyə bənzədilən mövcudluqdur. Misal olaraq sənə 

Pak və Uca Allahı göstərə bilərik. 

Bu  dərəcələrə  bələd  olduğun  zaman  Allahın  kitabı  və  ya 

Peyğəmbərin  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!)  sünnəsindəki 

misallar sənə məlum olacaqdır. 

Kim  bu  dərəcələrdən  qafil  olarsa,  layiq  olmayan  şəxsləri  küfrdə 

günahlandırma xətasına düşər. 

Əgər  Hökmqoyan  (Allah  və  Peyğəmbər  nəzərdə  tutulur  – 



mütərcim) hansı isə bir şeyin mövcudluğu haqda xəbər vermişsə, deməli, 


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə