Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

34

Şeyx  əl‐Kövsəri  sözünə  davam  edir:  “Bu  hədisi  mötəbər 



sayanlara  tövsiyə  olunur  ki,  Allahın  elçisinin  (Ona  xeyir‐dua  və  salam 

olsun!) nə demək istədiyi barədə, açıq‐aydın dəlil olmadan dərhal hökm 

çıxarmasınlar.  Deməyimiz  vacibdir  ki,  xilas  olan  firqə  –  səhabələrin 

(Allah  onlardan  razı  qalsın!)  və  böyük  əksəriyyətin  zəruri  olaraq  əməl 

etdikləri  dini  təsbitlərdən  yapışan  firqədir.  Qalanlar  isə  zəlalət  içəri‐

sindədirlər.  Firqələrə  bölünmə  bəşər  tarixi  durduqca  davam  edəcəkdir. 

Odur  ki,  say  məsələsini  yalnız  bir  qəbil  firqə  ilə  və  yalnız  bir  dövrlə 

məhdudlaşdırmaq  doğru  olmazdı.  Axı,  bu  aləmdə  nə  qədər  ki,  bəşər 

həyatı  davam  edəcək,  bir  o  qədər  də  şəxsi  fikirlər  ortaya  atılacaq,     

rəylər yaranacaq. Bütün firqələr barəsində, “say məhdudluğu” söhbətini 

kənara  qoyaraq  danışsaq,  (kimi  isə  nəyəsə)  təhkim  etməkdən  özümüzü 

qorumuş olarıq. Və bunun (“say məhdudluğu” söhbətinə sonqoymanın) 

sayəsində islama aidiyyəti olmayan lağlağıların masqarasına alət olmaq‐

dan qurtulmaq mümkündür. 

İbn Həzm “əl‐Fəsl” kitabının “İman” bölümündə “Ümmətin yet‐

miş üç firqəyə bölünməsi” hədisi haqda yazır: 

“(Bəziləri)  Peyğəmbərdən  (Ona  Allahın  xeyir‐duası  və  salamı 

olsun!)  belə  bir  hədis  nəql  etmişlər  ki,  qədərilər

∗∗

  və  mürcilər  bu 



ümmətin  atəşpərəstləridir.  Habelə,  rəvayət  olunmuşdur  ki,  bu  ümmət 

yetmiş  və  bir  neçə  firqəyə  parçalanacaq,  biri  çıxılmaqla  hamısı  cəhən‐

nəmə  girəcəkdir.  Əbu  Məhəmməd  deyib:  “Bu  iki  hədis  istinad  baxı‐

mından  səhih  deyildir.  Bu,  ahad  xəbərləri  təsdiqləyənlərə  görə  dəlil  ola 

bilməz, qaldı ki, ahad xəbərləri, ümumiyyətlə qəbul etməyənlər olsun!” 

İbn  əl‐Vəzir  “əl‐Əvasim  vəl‐Qəvasim”  əsərində  yazır:  “Nəbadə, 

səni (hədisə) əlavə edilmiş “Biri istisna olmaqla hamısı cəhənnəmlikdir” 

sözləri  aldatsın.  Çünki  o,  fitnə‐fəsad  çıxaran  əlavədir.  Dinsizlərin  hoq‐

qabazlığı  olması  ehtimalından  da  uzaq  deyildir.  İbn  Həzm  də  deyib  ki, 

bu hədis səhih deyildir.” 

Əş‐Şəms Məhəmməd ibn Əhməd əl‐Bəşari əl‐Müqəddəsi “Əhsən 

ət‐Təqasim” kitabında firqələri sadalayıb “Yetmiş iki firqə cənnətlik, biri 

isə  cəhənnəmlikdir”  və  “Yetmiş  iki  firqə  cəhənnəmlik,  biri  isə  xilas 

olandır”  hədislərini  qeyd  etdikdən  sonra  deyir:  “Sonuncu  hədis  geniş 

yayılıb məşhur olsa da, birincisi istinad baxımından daha səhihdir”

1



                                                 

∗∗

 Qədərilər: insanın öz hərəkətlərinin yaradıcısı olduğunu iddia edən dini-rasional cərəyanın 



mənsublarına verilmiş ad – tərcüməçinin qeydi.  

1

 Şeyx əl-Kövsəri. Kitab ət-təbsir fid-din, səh., 7-8. 




 

35

 



 

 

Və nəhayət... 

 

 

 

Artıq  cəmiyyətin  ümumi  leksikonuna  daxil  olmuş  şiə  və  sünni 



islamı ifadələrini xatırladıqca ürəyim ağrıyır.  

 

Məgər  ümmətimizin  islamı  ikidir?!  İslam  islamdır  və  ziyadə 



təsvir və qeyri‐ənənəvi əlavələrdən xalidir. 

 

Şübhəsiz,  Allah  islamı  bizə  din  olaraq  seçmiş,  peyğəmbərlərin 



atası  Həzrəti  İbrahim  də  (Ona  salam  olsun!)  yeddi  min  il  əvvəl  bizi       

bu  gözəl  adla  çağırmışdır.  Daha  sonra  peyğəmbərlərin  sonuncusu 

Məhəmməd  ibn  Abdullah  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!) 

tarix  səhnəsinə  çıxmış,  bizə  doğru  yol  bəxş  etmiş,  neməti  tamamlamış, 

bizlərə  vəhy  və  hidayət  miras  buraxmışdır.  Biz  onun  mirasından 

yapışmışıq,  bu  hənif  islamla  ayaqüstündəyik,  onunla  şərəf‐izzət  tap‐

mışıq; ondan üz çevirib başqasına yönəlmərik, heç yönəlməmişik də! 

 

Müsəlmanlar bir çox məsələdə fikir ayrılığına düşmüşlər. Ancaq 



heç  bir  müsəlman  islamdan  qeyri  adla  çağırılmasına  razı  olmaz;  bu 

görkəmli  və  üstün  adı  kənara  qoyaraq  başqa  ada  meylini  salmaq  onun 

üçün yolverilməzdir. 

 

Elə isə nə baş verir? Həqiqət bundan ibarətdir ki, dini və ümməti 



üçün  Allahdan  qorxmayan  insanlar  şayiə  və  zənnin  qara  buludlarını 

ətrafa  yaymışlar.  Söhbət  elə  şayiə  və  zəndən  gedir  ki,  onlar  müsəl‐

manları  pərən‐pərən  salan,  beyinləri boş  təsəvvürlərlə,  ardınca  da  qəlb‐

ləri sapqın hisslərə dolduran gizli səbəb rolunu oynamışdır. 

 

Xalq kütlələri, çox təəssüf ki, əsası olmayan müştərək yalanların 



qurbanıdır. 

 

Hər  gün  bir  yalanın  üstü  açılır,  həqiqət  ortaya  çıxır;  bu  yalanın 



səbəbkarları, ona alət olanlar vaxt gələcək qüssələnəcəklər. 

 

Əgər əvvəlkilər belə bir acı zəhəri içmişlərsə,  onda biz nə üçün 



bu zəhəri içməyə bu şəkildə həris olduq? 

 

Bir dəfə yanıma sıravi birisi gəlmişdi. Yaman acıqlı idi. Soruşdu: 



–  Necə  ola  bilər  ki,  Əzhər  şeyxi

1

 şiəliyin  də  digər  məşhur 



məzhəblərdən sayılması haqda fitva çıxarıb? 

                                                 

1

 Şeyx Mahmud Şəltut nəzərdə tutulur – müəllif




 

36

Ondan soruşdum: 



– Şiələr haqda nə bilirsən? 

Bir qədər susdu və birdən dilləndi: 

– Dinimizdən olmayan insanlardır onlar! 

Ona dedim: 

–Ancaq  mən  görmüşəm  ki,  onlar  da  bizim  kimi  namaz  qılır, 

bizim kimi oruc tuturlar. 

Kişini heyrət bürüdü: 

– Bu, necə ola bilər axı? 

Cavab verdim: 

–Qəribəsi  budur  ki,  onlar  da  bizim  kimi  Quran  oxuyur, 

Peyğəmbərə təzim göstərir, həccə gedirlər. 

–Mənə  isə  demişdilər  ki,  onların  başqa  bir  quranı  var  və  onlar 

Kə`bəyə onu yandırmaq üçün gedirlər.  

Halına acıyaraq ona baxdım: 

–Sənin  üzr  yerin  var!  Bəzilərimiz  digərləri  haqda  şayiə  yayırlar 

ki,  onlar  Kə`bəni  dağıtmağa,  şanını  ləkələməyə  çalışırlar.  Sanki  mü‐

səlmanlar  eyni  ümmətin  övladları  deyillər,  ruslar  və  amerikalılar  kimi 

bir‐birinə ədavət bəsləyən xalqlar mislindədirlər.  

 

Mən  bəzi  alimlər  arasında  çəkişmələrin  mövcudluğunu  inkar 



etmirəm. Ancaq bu çəkişmələr əsas vermir ki, ümməti parçalamaq, onun 

indisi  və  gələcəyi  üçün  baş  ağrısına  çevrilmək  baxımından  onları 

(çəkişmələri – mütərcim) ümumi həyata sirayət etdirmək lazımdır. 

 

Tutaq  ki,  əbləhlər,  kütbeyinlər  belə  bir  səhvə  keçmişdə  yol 



veriblər,  ancaq  bəs  kimin  sayəsində  bu  şər  ayaqda  durub?!  Bütün 

müsəlmanlar  bunun  acısını  çəkir.  Bu  şəri  kim  yaşadıb  ki,  axırda  bir 

əcnəbi gəlib sual edir ki, sünni və şiə islamı həqiqətənmi mövcuddur?  

 

Allah  Nadir  şahdan  müsəlmanları  birləşdirmək  cəhdlərinə  görə 



razı  qalsın!  Ancaq  dövrümüzdə  məzhəbləri  bir‐birinə  yaxınlaşdırma 

vəzifəsi liderlərdən qabaq alimlərin üzərinə düşməlidir. 

 

Doğrudur, çəkişmələr siyasi zəmində başlanmışdı; hökmdarların 



istəkləri,  hakimlərin  məqsədləri  onu daha  da  qəlizləşdirmiş,  mürəkkəb‐

ləşdirmişdi.  Siyasətçilər sələflərinin səbəbkar olduqları fitnə‐fəsadı islah 

etməli,  keçmişdə  parçalanmaya,  dağınıqlığa  sərf  etdikləri  güclərini  indi 

vəhdət və birləşdirmə üçün cəm etməlidirlər. 

 

Ancaq  indiki  dövrdə,  dediyim  kimi,  bu  iş  alimlərin  vəzifəsidir. 



Çünki  elm  daima  hakimiyyətin  nəzarəti  altında  olub,  tədqiqatlar 

hökmdarların  arzusuna  uyğun  məcrada  aparılıb;  mənfəətpərəst  hökm‐




 

37

dar  getmiş,  aldadılmış  elm  əhli  isə  qalmışdır.  Mən  burada  ümumu  və 



onlara bənzəyənləri nəzərdə tuturam. 

 

Bizlərin  –  islam  yükünü  çiyinlərində  daşıyanların  vəzifəsi  – 



vəziyyəti düzəltmək, dedi‐qodunu ortadan qaldırmaqdır.  

 

Düşünürəm  ki,  böyük  alim  Şeyx  Mahmud  Şəltutun  fitvası  bu 



istiqamətdə böyük məsafə qət edən addımdır. Bu, elm və hakimiyyətdən 

olan  ixlaslı  (səmimi)  insanların  cəhdlərinin  yenidən  gündəmə  gətiril‐

məsidir;  şərqşünasların  “Bu  ümmət  bir  bayraq  altında  birləşənədək 

nifrət və kin‐küdurət onu həzmi‐rabedən keçirəcəkdir!” iddiasının puça 

çıxardılmasıdır. 

 

Bəli,  bu  fitva,  düşünürəm  ki,  yolun  ilk  qədəməsi,  işin  baş‐



lanğıcıdır. 

 

Yolun ilk qədəməsi Allahın tamamladığı və bizə din olaraq seçib‐



bəyəndiyi islamın möhtəşəm adı altında birləşməyimizə pəncərədir. 

 

İşin  başlanğıcı  isə  müsəlmanların  şanı‐izzəti  və  aləmlərə  lütf 



olmalarını ifadə edən birləşdirici ilahi missiyaya – risaləyə aparan yolun 

əvvəlidir. 

 

Zənn,  xurafat,  mövhumat  sünni  və  şiələri  kütləvi  surətdə  məhv 



edir... 

 

İfrat  gerilik  isə  onları  Allahdan  və  həyatın  həqiqətlərindən 



uzaqlaşdırır. 

 

Dünya  sürətlə  dəyişir,  xalis  maddi  tərəqqi  nərdivanı  ilə  qalxır, 



sanki yad məxluqlarmış kimi, geridə qalmış cəmiyyətlərə çəp‐çəp baxır. 

 

Belə sapqınlığın əlacı yalnız islamdadır. Ancaq hansı islamda? 



 

Ariflərin  qardaşlaşdığı,  aqillərə  dözümlülük  ruhu  bəxş  edən 

islamda! 

 

Cəhalət  və  boşluq  etiqadın  əsaslarını  sarsıdar,  əhəmiyyətsiz  və 



puç nəsillər yetişdirər. Od‐alov barəsində yalan uydurub onun yandırıcı 

olmadığını  iddia  etməklə  kökümüzün  və  pöhrələrimizin  yanaraq  məhv 

olmasına necə icazə verə bilərik axı?! 

 

İş  yaxıngörənlərin  təsəvvür  etdiyindən  də  çox  gecikibmiş. 



Düşünürəm ki, yol olduqca uzundur... 

 

Ancaq  biz  bu  yolu  tapmışıq,  onu  qət  etməyə  başlamışıq.  Kəsə 



yolla gedən mənzil başına tez yetişir! 

 

 



*** *** *** 


 

38

 



Təfriqə  və  parçalanmağa  qəsdən  baislik  etmək  necə  də 

nifrətəlayiq əməldir. 

 

Ola  bilsin  ki,  hansı  isə  bir  problemə  baxışda  nöqteyi‐nəzərlər 



müxtəlif  olsun  və  insanlar  həmin  problemə  münasibətdə  fərqli 

mövqelərdən, məzhəblərdən çıxış etsinlər...   

 

Ancaq  o  yerdə  ki,  ağızlar  müxtəlif  fikirlər  söyləmir,  baxışlar 



fərqlənmir,  –  orada  bəzi  insanlar  firqə  yaratmağı,  onu  real  həyata 

dürtməyi özlərinə necə də rəva bilirlər. 

 

Haqlı  və  ya  haqsız  olmalarına  əhəmiyyət  verməyən  bəzi  şəxslər 



məndə  təəssüf  hissi  yaradır.    Əfsuslar  olsun  ki,  sağa‐sola  ittiham 

yağdıran  və  bu  ittihamların  nə  ilə  nəticələnəcəyini  vecinə  almayan  bəzi 

insanlar  belə  bir  xəstə  əxlaqla  islam  düşüncəsi  meydanına  daxil  olmuş, 

islama və ümmətə pislikdən başqa heç bir şey bəxş etməmişlər. 

 

Bir  dəfə  belə  insanlardan  birinin  elmi  toplantıların  birində 



şiələrin  ayrıca  qurana  sahib  olduğunu  və  bu  quranın  məlum Qurandan 

ayələrinin  əskikliyi  ilə  fərqləndiyini  iddia  etməsinin  şahidi  oldum. 

Ondan soruşdum ki: “Dediyin həmin quran harada saxlanılır?” 

 

Həzrəti Məhəmmədə (Ona Allahın xeyir‐duası və salamı olsun!) 



peyğəmbərliyin  verilməsindən  indiki  dövrədək  olan  zaman  kəsiyi 

ərzində üç qitəyə hakim kəsilmiş islam dünyası 14 əsrdir ki, yalnız bir – 

əvvəli  və  sonu  bəlli  olan,  ayə  və  sözləri  konkret  sayda  tərtib  olunmuş 

Quran  nüsxəsini  tanıyır!  Elə  isə  mövcudluğu  iddia  olunan  quran 

haradadır? 

 

Bəs, belə bir uzun dövr ərzində bircə insanın belə, nə üçün həmin 



“quran”ın bir nüsxəsi ilə tanış olmaq ağlına gəlməyib? 

 

Nə üçün bu iftira ortaya atılıb? 



 

Kimin sayəsində belə şayiələrə qəsdən imza atılır? Öz qardaşları 

barədə  bədgümana  düşsünlər  deyə,  –  onsuz  da  onların  kitabları  haqda 

xoş  düşünmürlər  –  təcrübəsiz  naşılar  arasında  belə  şayiələri  yayanlar 

kimlərdir? 

 

Qahirədə çap olunmuş Quranla Nəcəfdə və ya Tehranda şiələrin 



müqəddəs  saydıqları Quran  eynidir. Şiələr  də  Quranı  evlərində  istifadə 

edir  və  onun  barəsində  nə  isə  qəribə  şeyin  olduğunu  ağıllarına 

gətirmirlər;  ona,  onu  nazil  edənə  –  Şanı  Uca  Olana,  onu  insanlara 

çatdırana (Ona Allahın xeyir‐duası və salamı olsun!) pərəstiş edirlər. Elə 

isə nə üçün bu insanlar və onların kitabı barədə yalan uydurulur?! 

 

Bu böhtançılardan elələri də vardır ki, şiələrin Əlinin, sünnilərin 



isə  Məhəmmədin  davamçıları  olmaları  fikrini  yayırlar.  Onlar  iddia 


 

39

edirlər  ki,  şiələrə  görə  Əli  peyğəmbər  olmalıymış,  ancaq  səhvən 



peyğəmbərlik başqasına verilib! 

 

Bu, iyrənc cəfəngiyyat, biabırçı saxtakarlıqdır. 



 

Ancaq  bu  cəfəngiyatın  doğru  qəbul  edilməsi  ümmətin  sünni  və 

şiə  övladları  arasında  vaqe  olmuş  rüsvayçı  qırğınlara  imza  atmış,  din 

qardaşları  sayılan  bu  insanları  bir‐birinin  ətini  yeməyə  sürükləmişdir. 

Necə də alçaldıcı bir haldır! 

 

Şiələr  Həzrəti  Məhəmmədin  (Ona  Allahın  xeyir‐duası  və  salamı 



olsun!) peyğəmbərliyinə  inanır və Həzrəti Əlini ona mənsub olub onun 

sünnəsinə sarıldığı üçün şərəfli sayırlar. 

 

Onlar  da  digər  müsəlmanlar  kimi,  heç  kəsi  Həzrəti  Məhəm‐



məddən  üstün  tutmur,  itaətkarlıqda  onu  ən  layiqli  insan  hesab  edirlər. 

Elə isə necə olur ki, onlara iyrənc böhtan atılır? 

 

Reallıq  bundan  ibarətdir  ki,  müsəlmanları  bir‐biri  ilə  çəkişən 



qruplara  bölmək  istəyənlər  bölünmə  üçün  ağlabatan  bəhanə  tap‐

madıqları  zaman  təfriqə  “səbəblər”i  uydurdular.  Düzgünlük  meydanı 

daraldığından yalan meydanı onlar üçün gen olub! 

 

Mən  şiələrlə  sünnilərin  arasında  fiqhi  və  nəzəri  ixtilafların 



olmasını  inkar  etmirəm.  Bu  ixtilafların  bəzisi  əhəmiyyətsiz,  bəzisi  də 

ciddidir. Ancaq bu ixtilaflar sözügedənlərin arasındakı soyuqluğa səbəb 

olacaq  gücdə,  həcmdə  deyildir.  Sünni  məzhəblərinin,  hətta  onlardan 

birinin  davamçıları  arasında  belə,  fiqhi  və  nəzəri  ixtilaflar  mövcuddur. 

Buna  baxmayaraq,  ağıllı  insanlar  bu  ixtilafların  gizli  və  ya  aşkar 

düşmənliyə çevrilməsinə imkan verməyiblər. 

 

Sünnilərin Əhli‐beyti sevib Əhli‐beyt üzvlərinə yamanlıq etmək‐



dən  ifrat  dərəcədə  çəkindiklərini  başa  düşmək  şiələrin  xeyrinə  olub. 

Sünnilərin də mənfəətindəndir ki, onlar şiələrin Peyğəmbərin sünnəsinə 

əməl etməyi özlərinə lazım bilib ondan sapmağı zəlalət saymalarını başa 

düşmüşlər. 

 

Baş vermiş fiqhi və ya nəzəri ixtilaflar xüsusi elmi mənbələri olan 



nöqteyi‐nəzərlərə çevrilməməlidir. Belə ixtilafların daşıyıcılarının niyyəti 

Allah üçündür və onlar yanılsalar da, doğru desələr də savab qazanarlar. 

 

Bəzən  bir  qrup  insan  sərtlik  nümayiş  etdirərək  başqaları  haqda 



deyirlər:  “Onlar  yəqinliklə  xətaya  düşmüşlər!”  Qoy,  düşsünlər,  ancaq 

bunun qəlblə, imanla nə əlaqəsi var?! 

 

Tutaq  ki,  natiq  hansı  isə  bir  sözün  deyilişində,  yazıçı  da  onun 



yazılışında,  mühasib  rəqəmlərin  qeydində,  tarixçi  də  faktların  dəqiq‐

ləşdirilməsində səhv edib. Hesab et ki, bunların hamısı baş verib. Ancaq 




 

40

bunun  dinin  mahiyyətinə,  kafir  və  ya  mömin  olub‐olmamağa  nə  dəxli 



var? 

 

Əgər  bir  insan  mənim  kimi,  Allahın  kitabına  və  Peyğəmbərin 



sünnəsinə  (Ona  xeyir‐dua  və  salam  olsun!)  inanırsa,  hər  gün  beşvaxtlıq 

namazını  qılırsa,  hər  il  Ramazan  orucunu  tutursa,  imkan  düşdüyündə 

həccə  gedirsə,  onda  mən  onun  kafir  adlandırılmasını  özümə  necə  rəva 

bilərəm  axı?!  Olsa‐olsa,  həmin  insan  bəzi  problemləri  səhv  anlayıb,  bir 

qrup şəxs barəsində də yanlış fikrə düşüb! 

 

Qoy, bu və ya digər şəxslər həqiqi xətalara yol versinlər. Halbuki, 



ən böyük səhv mövcud yanlışlıqları etiraf etməməkdir.  

Axı  nə  üçün  fiqhi  və  nəzəri  problemlərin  yeganə  həlli  sayılan 

zaman  əlac  olaraq  seçilmir?  Təəssüf  ki,  insanlar  əlacı  mübahisə 

mərəkələrində  görürlər  və  bu  mərəkələrdə  polemiklər  vicdanlarını, 

saflıqlarını itirirlər. Ya da döyüş meydanlarına həll yolu gözü ilə baxılır 

və belə meydanlarda imanın isməti zay edilir, şeytanın nəriltisi hər yeri 

bürüyür. 

 

Bir  çox  məsələdə  yaranmış  fiqhi  və  ya  nəzəri  ixtilaflar  gündəlik 



yeyilən  çörək  loğmasına  oxşamır  ki,  onları  da  əcələ  ilə  hezmi‐rabedən 

keçirmək mümkün olsun. Ancaq sözügedən çəkişmələrə zəmin yaradan 

problemlərin müsəlmanlar tərəfindən bir kənara atılması və unudulması 

qeyri‐mümkün  iş  də  deyildir.  Bu  problemlərlə  məşğul  olmaq  əvəzinə 

qurub‐yaratmaq,  təqvalı  insanlara  və  yaradıcı  cəhdlərə  Allah  üçün 

dayaq olmaq lazımdır. 

 

Köklü və əsassız ixtilaflarla baş qatmaq islamla uyuşmur. 



 

Kimlər ki, belə işlərə hərisdirlər, onlar heç bir şeydə Allah adamı 



deyillər. 

 





Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • 02.pdf
    • Страница 1
  • last4.pdf
    • Страница 1
    • Страница 2
    • Страница 3
    • Страница 4

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə