Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

14

doğrudur?!  Birləşdirici  islam  qardaşlığı  qala‐qala,  ümməti  firqələrə 



parçalayan, müsəlmanları heydən salan – belə təhqiramiz adqoymalar və 

utandırıcı xudpəsəndlik deyilmi?!  

Əl‐Müqbili  özünün  “Ülvi  adlar”  (əl‐Ələm  əş‐Şamix)  kitabında 

mö`təzililərə ədalətli münasibət bəsləyərək yazırdı: “Nə mö`təzili, nə də 

əş`əriyəm

1

.  Özümü  İslamın  və  şəriət  sahibinin  (Məhəmməd 



peyğəmbərin  –  mütərcim)  davamçısı  sayıram.  Ancaq  buna  rəğmən, 

hamını qardaş və haqqa dayaq hesab edirəm”

2

.   


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                 

1

 Əş`ərilər: Sünni kəlam məktəblərindən  əş`əriliyin tərəfdarlarına verilmiş ad. Banisi 



Əbülhəsən Əli ibn İsmayıl əl-Əş`əri olan əş`ərilik mötəzilənin “ilahiləşdirilmiş” ağıl, Quranın 

sonradan yaradılması, ilahi müdaxilənin olmadığı  mütləq iradə azadlığı  və s. kimi iddialarına 

qarşı çıxaraq  bu iddialara meydan oxumuş və ağılın təkbaşına islamın ana prinsiplərini izah 

edə bilməyəcəyi ideyası ilə çıxış etmişdi – tərcüməçinin qeydi. 

2

 Şeyx Əbdülcəlil İsa. İxtilafın doğru olmadığı məqamlar, səh., 135-137. 




 

15

 



 

 

İslam düşüncəsinin harmonikliyi... 

Rəhbərlərin “fəaliyyət”i 

 

 



İslam öz mənsublarına geniş düşüncə azadlığı bəxş edib. Müsəl‐

manlar da bu azadlıqdan həm xeyirdə, həm də şərdə istifadə etmişlər.  

Onlar  materiyadan  tutmuş  ideyayadək,  reallıqdan  təxəyyülədək 

hər  şeyə  maraq  göstərdilər.  Sanki  gördükləri  hər  şey  barəsində  danış‐

maq, hökm vermək müsəlmanlar üçün zəruri idi. Odur ki, onlar mənasız 

problemləri ortaya ataraq, əhəmiyyətsiz hökmlər çıxarmağa başladılar. 

Təbii  ki,  meyarları,  sərhədləri  olmayan  belə  bir  abı‐hava  şə‐

raitində  ixtilaflar  özünü  göstərməli,  cərəyanlar  çoxalmalı,  şəxsi  istəklər 

vüsət kəsb etməli idi. 

Mən çoxəsrlik islam tarixini nəzərdən keçirir, onun geniş coğrafi‐

yasında yayılmış silsiləvi görüş və subyektiv fikirlər haqda düşünürəm, 

– heyrətə gəlirəm: düşüncə azadlığı bu minvallamı xaosa çevrilir? 

Sanki  islam  dünyası  sahibsiz  qalıb;  hər  bir  insan  istədiyini 

danışıb,  istədiyini  təbliğ  edib.  Görəsən,  digər  dinlər  də  bu  cür  azadlığa 

şərait  yaradıbmı?  “Xeyir!”  –  deyirik.  Məsələn,  ispanlar  Əndəlüs  torpa‐

ğına qədəm  basdıqdan sonra orada nə bir müsəlman, nə bir yəhudi, nə 

bir  pravoslav,  nə  də  bir  protestant  saxladılar,  –  hamını  katolik  olmağa 

məcbur etdilər.  

 

Allah  eləməsin,  mən  müsəlman  dövlət  adamlarından  kəsib‐



doğrama əsasında qurulmuş bu cür addımların atılmasını tələb etmirəm. 

Ancaq xalq kütlələrinə aşılanan onlarla bədxah məqalənin dağıdıcı təsiri 

qarşısında  rəhbərlərin  heç  nə  olmayıbmış  kimi  seyrçi  mövqe  tutma‐

larından, olanlara soyuq münasibət bəsləmələrindən dəhşətə gəlirəm. 

Hətta  mənə  elə  gəlir  ki,  ümmətin  parçalanması  qəsdli  bir 

niyyətin nəticəsidir! 

 

Bu məsələdə nəzərimi bir şey də çəkmişdi. Yadıma gəlir ki,  Misir 



ilə Suriyanın birləşdiyi dövrdə

 Qahirəyə, Əzhər universitetində oxumaq 



                                                 

 1958-ci ilin fevral ayında Misirin və Suriyanın birləşməsi nəticəsində Birləşmiş  Ərəb 



Respublikası yaradılmışdı. Paytaxtı Qahirə olan bu ittifaq dövləti üç il fəaliyyət göstərmiş

1961-ci ildə dağılmışdı – tərcüməçinin qeydi




 

16

üçün  Cəbəl  əd‐Druzdan  20  tələbə  gəlmişdi.  Gözlənilirdi  ki,  Əzhər 



rəsmiləri  bu  fürsətdən  istifadə  edərək,  həmin  tələbələri  ümumi  mənafe, 

camaat  tərbiyəsi  əsasında  yetişdirəcək  və  vətənlərinə  sülh  və  yaxın‐

laşdırma  elçiləri  kimi  yola  salacaqlar.  Ancaq  bu,  belə  olmadı:  heç  kim 

həmin  tələbələrlə  yaxından  maraqlanmadı,  onlara  xüsusi  qayğı  göstər‐

mədi. Onlar necə gəlmişdilərsə, elə də getdilər. 

 

Əzhər  universiteti  islam  dünyasının  tam  mərkəzində  donuq‐



laşdırdığı çox saylı dini qruplara münasibətdə rəhbərlərə və qeyrilərinə 

hakim kəsilmiş soyuqqanlılıqla belə bir məcra üzrə addımlayır. 

 

Suriyada  həm  ələvilər,  həm  yezidilər,  həm  druzilər,  həm  sün‐



nilər, həm də şiələr yaşayır. Mən ifadə azadlığına qarşı deyiləm. Ancaq 

parçalanma  səbəblərinin  müxtəlifliyinə,  bölünmələrin  əbədiləşdirilmə‐

sinə düşmən kəsilmiş birisiyəm. 

 

Əgər  Orta  əsrlər  boyu  İslam  bizə  əməlisaleh  və  adil  rəhbərlər 



bəxş  etsəydi,  hal‐hazırımız  ilə  müqayisədə  Orta  Şərqin  bütövlükdə  bir 

qəlbə, bir nöqteyi‐nəzərə çevrilməsi üçün əlimizdə min bir imkan olardı.  

 

Bu  gün  mən  ABŞ  prezidenti  Con  Kennedini  gözlərimin  önünə 



gətirirəm.  Qarşımda  Qərb  həyat  tərzini,  düşüncəsi  və  hisslərini  təmsil 

edən  bir  insanı  görürəm.  Eləcə  də  Xruşşovu  düşündüyüm  zaman 

xəyalımda sosialist həyat tərzi, sosializmin məqsədləri canlanır.  

 

Bu  şəxsləri  xalq  ona  görə  seçmişdi  ki,  sistemə  xidmət  edib, 



münasib  prinsipləri  reallaşdırsınlar.  Bəli,  bu  insanlar  layiq  olduqları 

üçün  vəzifə  başına  gətirilmişdilər.  Sələfi‐salihin  dövründə  müsəlman‐

ların da vəziyyəti belə idi.  

 

Hakimiyyət  həqiqi  simasından  məhrum  olduğu  zaman  müsəl‐



man  ölkələrində  dövlətin  malını  qəflət  içərisində  qəsb  edən  oğru 

rəhbərlər peyda oldular. Onlar hakimiyyəti layiq şəxslərin əlindən zorla 

qoparmışdılar. Bu rəhbərlərin məqsədi öz hakimiyyətlərini hər cür vasitə 

ilə  zəmanət  altına  almaq  idi.  Onları  nə  fiqh,  nə  ixlas,  nə  ilahi  missiya 

(risalə),  nə  də  bu  missiyanın  təlim  və  şüarlarının  möhkəmləndirilməsi 

maraqlandırırdı.  

 

Qeyd edim ki, hələ erkən tarixdə dəvət missiyası dövlətdən ayrı 



salınmışdı, ‐ məhz bu, ağır çəkişmələrə, ixtilaflara səbəb olmuşdu. 

 

Şeyx  Məhəmməd  Əbduh



∗∗

  yazır:  “İxtilaf  və  çəkişmə  ona  görə 

güclü  idi  ki,  cahillik  geniş  yayılmış,  cah‐calal  içərisində  yaşayan  saray 

                                                 

∗∗

  Məhəmməd  Əbduh (1845-1905): Misirli ziyalı, islam düşüncəsinin yenidən canlandı-



rılmasına əvəzsiz töhfələr bəxş etmiş islam mütəfəkkiri, novator – tərcüməçinin qeydi.  


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə