Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

26

onun  mövcudluğu  yuxarıdakı  dərəcələrdən  birinə  uyğun  gələcəkdir. 



Şərt  deyil  ki,  bu,  dərketmə  baxımından  ən  asan  olan  və  yuxarıdakı 

birinci varlıq dərəcəsi olsun. 

Peyğəmbər  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!)  deyib: 

“Qiyamət  günü  ölüm  qoyun  surətində  gətirtdirilər.  Cənnətlə  cəhən‐

nəmin  arasında  kəsilər.  Bir  səs  eşidilər:  “Ey  cənnət  əhli,  ölümsüz  həyat 

(var)!  Ey  cəhənnəm  əhli  ölümsüz  həyat  (var)!”  (İmam  Əhməd,  İbn 

Macə). 

Bəzi  alimlər  bu  hədisi  dəlil  kimi  gətirərək  bildirmişlər  ki,  ölüm 



“ərəz”dir  (aksidensiyadır),  maddi  deyildir.  Elə  isə  ölüm  maddi  olan 

üçündür,  aksidensiyalar  üçün  deyil.  Çünki  aksidensiyanın  cisim  kimi 

hərəkəti qeyri‐mümkündür. 

Bu  səbəbdən  hədisi  belə  yozmuşlar:  nəzərdə  tutulan  şey  budur 

ki,  Qiyamət  günü  insanlar  ölüm  olduğu  zənn  edilən  surət  görəcəklər. 

Əslində, bu, onların hisslərində mövcud olacaq, obyektiv aləmdə deyil! 

Bu, varlığın yuxarıda qeyd edilmiş ikinci dərəcəsidir. 

Bəziləri  isə  bu  hədisə  əsasən  “ərəz”in  cövhər  (substansiya)  kimi 

hərəkətinin mümkünlüyünü söyləyərək deyirlər ki, ölüm də qoyun kimi 

hərəkət etdirilir və kəsilir. 

Belə  alimlərin  görüşü  həqiqətdən  uzaq  olsa  da,  biz  onlara  kafir 

deyə  bilmərik.  Çünki  onlar  hədisin  zahiri  mənasına  inanaraq  bu  fikrə 

gəlmişlər. Bunun isə, qarşıda söyləyəcəyimiz kimi, heç bir zərəri yoxdur. 

Allah təala buyurur: 

“...Allahın əli onların əllərinin üstündədir...” (əl‐Fəth, 10). 

Əlin hiss üzvləri ilə dərk edilən orqan olması dəlilinə əsaslanaraq 

Allah  təalanın  əlinin  olmamasını  düşünənlər  ayəni  belə  yozurlar  ki, 

nəzərdə tutulan şey hisslərlə deyil, ağılla dərk edilən əldir. 

Odur  ki,  deyilir:  “Unudulmamalıdır  ki,  əl  hərəkət  edir,  zərbə 

vurur,  verir,  mane  olur.  Deməli,  nəzərdə  tutulan  budur  ki,  Allahın 

qüdrəti onların gücləri üzərindədir”. 

Belə  bir  dəlilə  əsaslanmayanlar  isə  deyirlər:  “Allahın  həqiqi  əli 

var,  amma  o,  bizim  əlimiz  kimi  deyildir.  O,  mahiyyətini  yalnız  Allahın 

özünün bildiyi “eşitmə” və “görmə” kimi atributlar qəbilindəndir”. 

Habelə,  Peyğəmbər  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!) 

deyib: “Birinizin itirdiyi şeyi taparkən sevindiyi kimi, Allah da qulunun 

tövbə etməsini gördüyü zaman şad olur”

1



                                                 

1

 Səhih olan bu hədisi Əbu Hüreyrəyə istinadən Tirmizi və İbn Macə rəvayət etmişdir. 




 

27

Uca Allah buyurur:  



“...Allahın qəzəbinə düçar oldular...” (əl‐Bəqərə, 61). 

Pak  və  Uca  Allahın  sevinib  qəzəblənməyəcəyini  inkar  edənlərin 

dəlili  budur  ki,  fərəh  –  daxildə  baş  verən  bir  şeyə  görə  qəlbin  açılması, 

qəzəb isə qisas üçün qəlbdə qanın qaynaması, cuşa gəlməsidir.  

Fərəh və qəzəbi Allaha nisbət edənlər isə deyirlər: “Fərəh dedik‐

də  razılıq  nəzərdə  tutulur.  Qəzəb  isə  intiqam  istəyi  və  ya  intiqamın 

özüdür”. 

Belə  bir  isbatı  qəbul  etməyənlər  də  deyirlər:  “Allahın  fərəh  və 

qəzəb  atributlarının  olması  bir  əngəl  yaratmır.  Ancaq  biz  onların 

mahiyyətindən xəbərsizik”. 

Bunları  öyrəndikdən  sonra  bil  ki,  Hökmqoyanın  dediklərini 

yuxarıdakı  formalarda  yozanlar  doğru  danışanlardır.  Hökmqoyanın 

bildirdiyi  varlıq  dərəcələrinə  uyğun  şeyləri  inkar  etmək  və:  “Hökm‐

qoyanın  dediklərinin  heç  bir  mənası  yoxdur  və  o,  nəzərdə  tutduğu 

şeydən  insanların  diqqətini  yayındırmaq  üçün  uydurulmuş  xalis 

yalandır”, – demək isə yalançılıqdır. 

Elə isə kim ki, tə`vil edir (yozur), ona kafir demək olmaz. Tə`vilçi 

necə  kafir  adlandırıla  bilər  ki,  bütün  müsəlman  məzhəbləri  və  firqələri 

tə`vil  etməyə  məcbur  olmuşlar.  Hətta  insanları  tə`vildən  uzaqlaşdıran 

Əhməd  ibn  Hənbəl  belə,  tə`vil  etmişdir.  Mötəbər  hənbəli  alimləri 

demişlər ki, İmam Əhməd olduqca az məqamda tə`vilə baş vurmuşdur. 

Bəzi hənbəlilərə görə belə məqamların sayı üçdür. 

Buraya Peyğəmbərin  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!) 

bu  hədislərinə  dair  yozumlar  daxildir:  “Qara  daş  Allahın  yer  üzündəki 

sağ əlidir”;“Möminin qəlbi Rəhmanın iki barmağı arasındadır” (Müslim, 

Tirmizi, İmam Əhməd, İbn Macə). 

Mənanın  zahirən  başa  düşülməsi  qeyri‐mümkün  olduğu  zaman 

İmam Əhməd (Allah rəhmət etsin!) tə`vilə əl atmışdır. Belə ki, o, “Qara 

daş” hədisi haqda demişdir: “Bir kəsin hörmətini qazanmaq üçün adətən 

onun əli öpüldüyü kimi, əmrinə tabe olub Allaha yaxınlaşmaq məqsədilə 

Qara daş da öpülə bilər. 

Qara  daş  sağ  əl  kimidir,  amma  o,  mahiyyəti  və  xassələrinə  görə 

deyil, ərəz (aksidensiya) olmasına görə ələ oxşardır. Ərəzolma isə təzim 

göstərməklə əmr sahibinə yaxınlaşmaqda ifadə olunub.” 

Habelə,  “sinələrində  ürəklərinin  mövcudluğunu  hiss  edənlərin 

orada  hansı  isə  barmaqların  olduğunu  hiss  etməmələri”  dəlili  ilə  Allah 

təalanın qəlbləri oynadan iki barmağının mövcudluğunu qəbul etməyən 



 

28

İmam Əhməd əqli yozuma əl atmış və bildirmişdir ki, barmaqlar, əslində 



əşyaları bir haldan digərinə keçirmə qüdrəti deməkdir. 

Nəzərdə  tutulan  məna  budur  ki,  qəlblər  Pak  Allahın  əmri 

altındadır  və  O,  onlara  istədiyini  edər.  Mərhum  İbn  Hənbəl  geniş 

tə`villərə  baş  vurmayıb.  Çünki  o,  tə`vilə  baş  vurduğu  məhz  bu 

məqamlarda  zahiri  mənanı  qəbul  etməyib.  Rəhmətlik  özlərini  əqli 

müzakirələrlə  hədsiz  məşğul  edənlərdən  deyildi.  O  da  başqaları  kimi 

diqqətlə araşdırsaydı, doğru yozumlar edərdi. 

Pak və Uca Allahın səmada olması ayəsi də bu qəbildəndir:  

“(Ey  insanlar!)  Göydə  olanın  (Allahın)  yer  hərəkətə  gəlib 

çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!” (əl‐

Mulk, 16). 

Allahın  üçüncü  şəxsin  dördüncüsü,  dördüncü  şəxsin  beşincisi... 

olması kimi ayəni də yada salaq:  

“...Aralarında  gizli  söhbət  gedən  üç  adamın  dördüncüsü,  beş 

adamın  altıncısı  Odur.  Onlar  bundan  az  da,  çox  da  olsalar  və  harada 

olsalar, (Allah) yenə də onların yanındadır...” (əl‐Mücadələ, 7). 

Bu  səbəbdən  görürük  ki,  əş`ərilər  və  mö`təzililər  daha  çox  əqli 

müzakirələrə  əl  atmış,  bir  çox  ayə  və  hədisin  zahiri  mənalarını  tə`vil 

etmişlər. 

Məsələn,  əl‐Əş`əri  “Qiyamət  günü  ölüm  qoyun  surətində 

gətirtdirilər.  Cənnətlə  cəhənnəmin  arasında  kəsilər.  Bir  səs  eşidilər:  “Ey 

cənnət  əhli,  ölümsüz  həyat  (var)!  Ey  cəhənnəm  əhli  ölümsüz  həyat 

(var)!” və “Əməllər Qiyamət günü (mizan‐tərəzidə) çəkiləcəkdir” hədis‐

lərini  tə`vil  edərkən  deyib:  “Əməllər  dünya  ilə  sona  yetmiş  ərəzlərdir 

(aksidensiyalardır), (mizan‐tərəzidə) çəkilən isə əməllərin yazıldığı vərə‐

qələrdir”. 

Mö`təzililər  isə  mizan‐tərəzinin  özünü  tə`vil  etmişlər.  Onlar 

düşünürlər ki, hər bir kəsin əməlini aşkar edən şeyin ifadəsi üçün təşbeh 

olaraq  “mizan‐tərəzi”  sözü  işlədilir.  Bu  yozum  əş`ərilərinkinə  daha 

yaxındır. 

Yuxarıda  deyilənlərdən  öyrənirsən  ki,  zahiri  mənalarda  hədsiz 

mühafizəkarlıq  göstərənlər  olsa  da,  bütün  islam  firqələri  tə`vildən 

istifadə  etməyə  məcbur  olmuşdur.  Belə  olmasaydı,  onlar  kütbeyinlik 

həddini  adlaya  bilməz  və  deyərdilər  ki:  “Qara  daş  Allahın  həqiqi  sağ 

əlidir; ölüm ərəz olsa da, əslində cismə çevrilir.” 

Kim cahilliyin bu həddinə vararsa, deməli, ağıldankəmdir”. 




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə