Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

8

yazıb asini  də  cəzalandırması  mövzusunda  ixtilafa  düşməmişlər.  Çünki 



Allah  təala  özünün  əziz  kitabında  bizə  bunu  xəbər  verir  və  bu,  inanıl‐

ması və qəbul edilməsi baxımından zəruri dini borcdur. 

Vaxtı  ilə  mötəzililərlə  sünnilərin  arasında  bu  məsələdə  əhə‐

miyyətsiz mübahisələr yaranmışdı: görəsən, ağıl (əql) baxımından bunu 

etmək (Allahın itaətkara savab yazıb asini isə cəzalandırması – mütərcim

Allaha vacibdirmi?  

Bu,  xoşagəlməz  sualdır,  –  onun  barəsində  ixtilafa  düşmək  isə 

boşluq və hədər doğurur. Elə isə bu sayaq suallar əsasında məzhəb, firqə 

qurmaq olmaz. 

Odur ki, qətiyyətlə deyirik ki, müsəlmanlar Nil çayının ayrı‐ayrı 

qolları  kimi  fərqli  cəbhələrə  parçalanmayıblar;  dini  parçalanma  onlara 

qətiyyən sirayət etməyib! 

Belə də deyə bilərik: ortada yalnız və yalnız düşüncə məktəbləri, 

fiqhi məzhəblər və tətbiqlə bağlı məhdud fikir ayrılıqları mövcuddur.  

Biz  bu  ixtilafı  donuqlaşdıran  və  ya  qəlizləşdirən  siyasi  amilləri 

aradan  qaldırsaq  da,  fərq  etməz,  –  dondurucu  amillər  olmasa  da  ixtilaf 

yaşayacaqdır; qəlizləşdirici amillərin yoxluğu belə, onun mürəkkəbliyini 

azaltmayacaqdır.  Görünür,  bu,  adətkərdəliyə  tuş  gəlmiş  ənənəvi  prob‐

lemdir. 

XX  əsr  boyu  İngiltərədə  hakimiyyət  uğrunda  üç  böyük  partiya 

bir‐biri  ilə  ağlasığmaz  şəkildə  rəqabət  aparmışdır.  Biri  iqtidara  gələndə 

digər  ikisi  müxalifət  cəbhəsi  yaratmışdır.  Məgər  bu,  ingilis  xalqının  üç 

hissəyə parçalanması deməkdirmi?! 

Əgər  islam  ümmətinin  yarandığı  şərait  daha  münasib,  daha 

əlverişli və yaxşı olsaydı, tarix bu dərəcədə mürəkkəb ixtilafların şahidi 

olmayacaqdı.  

Fikir  ayrılıqlarını  gücləndirən,  parçalanmalara  rəvac  verən  mü‐

rəkkəb  hadisələrə  rəğmən,  ümumilikdə  ümmət  sağ‐salamat  qalmışdır; 

İslamın  böyük  alimləri  və  imamları  mö`təzili,  xarici  və  ya  şiə  olmuş 

mömin müsəlmanların dindən xaric edilməsinin yolverilməzliyini dönə‐

dönə vurğulamışlar. 

 

 



 

 

  




 

9

 



 

“Ümmətin firqələrə bölünməsi” hədisi:  

mahiyyəti və əhəmiyyəti

 

 

 

“Ümmətim 73 firqəyə bölünəcək. Biri istisna olmaqla digər bütün 

firqələr  cəhənnəmlikdir”  hədisi  qarşımıza  belə  bir  sual  qoyur:  Xilas 

olacaq firqəyə kimlər daxildir?  

Bu firqə Peyğəmbərin (Ona Allahın xeyir‐duası və salamı olsun!) 

və  səhabələrinin  yolu  ilə  gedən  firqədir.  Hədislərin  birində  deyilir  ki, 

qurtulacaq firqə camaat

 halında olan insanlardır. 



Elə  bir  müsəlman  tapılmaz  ki,  sözündə  və  əməlində  Allahın 

rəsulunun yolu ilə getmədiyini desin.  

Sələflər, xələflər, sünnilər, şiələr, sufilər, islam filosofları – onların 

hər biri islama xidmət göstərib Peyğəmbərə (Ona Allahın xeyir‐duası və 

salamı olsun!) kömək etdiyini, dinin bayrağını daşıdığını düşünür: 

–  Ayələri  və  hədisləri  hərfən  izah  edənləri  (əl‐hərfiyyun

inandırmaq  çətindir  ki,  rasionalistlər  (əl‐əqliyyun)  haqqa  daha  yaxın‐

dırlar və əksinə... 

–  Qəlb  əhlindən  olan  duyğupərəstləri  rəhbərgötürülmə  və  ya 

nümunəviliyə fəqihlərin daha layiq olmalarına inandırmaq və ya əksini 

etmək müşkül məsələdir... 

–  Əhli‐beyt  sevgisi  içərisində  itib‐batan  şiələri  razı  salmaq 

çətindir  ki,  Peyğəmbərə  yaxın  olub  məsum  sayılanların  ətrafına  cəm 

olmaqdansa, imamı seçmə və ya istefaya göndərmədə respublika sistemi 

daha münasibdir və əksinə... 

Bizim  yuxarıda  adları  çəkilənlərin  məzhəblərinə  münasibət 

bildirmək niyyətimiz yoxdur. Şair gözəl deyib: 

 

Hər kəs Leyliyə qovuşduğunu iddia edir, 

Ancaq iddia ilə Leylinin vüsalına çatmaq mümkün deyil. 

                                                 



Camaat: (ərəb. “topluluq”). Müsəlmanların din qardaşlığı prinsipinə əsasən təsis etdikləri və 

üzv olduqları sosial-dini birlik, toplum; namaz zamanı imamın arxasında duranlar; bu və ya 

digər əqidə və hərəkat nöqteyi-nəzərindən müsəlmanların yaratdığı birlik. Burada yuxarıdakı 

mənalardan birincisi nəzərdə tutulub – tərcüməçinin qeydi.  




 

10

Habelə, biz həqiqətin hər qaba görə rəngini dəyişən maye olması 



fikrini rədd edirik. Həqiqətin konkret sərhədi yoxdur ki, bəziləri bundan 

xəbər tutduğu halda, bəziləri də bixəbər qalsınlar. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

11

 



 

 

“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır”

1

 

 

 



Özünü  Allaha  təslim  edən,  qəlbinə  vəhdaniyyəti  (tövhidi)  aşı‐

layan, əzalarını rəbbinin əmrlərinə tabe etdirən hər bir kəs müsəlmandır. 

Madam  ki,  o,  Quranı  təsdiqləyib  əmr  və  buyruqlarından  yararlanır, 

Məhəmmədə  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!)  iman  gətirib 

onun  yolu  ilə  gedir,  elə  isə  onu  yanıldığı  ictihadında  üzrlü  saymaq 

lazımdır.  

Səmimiyyət bizə diktə edir ki, müxaliflərimizə rəy xətası  nisbət 

edək, onları fasiq və asi kimi təsvir etməyək. 

Mən  çox  vaxt  İmam  Şeyxülislam  Təqiyyədin  ibn  Teymiyyənin

∗∗

 



və İmam Hüccətülislam əbu Hamid əl‐Qəzalinin

∗∗∗


 əsərlərini oxuyuram; 

sanki  özümü  iki  böyük  şəxsiyyətin  qarşısında  hiss  edirəm.  O  iki 

şəxsiyyətin  ki,  onlar  Allaha  sadiq,  haqqa  da  səmimi  olmuş,  müsəl‐

manlara daima tövsiyə vermişlər. 

Buna  baxmayaraq,  onların  fikirləri  arasında  dərin  fərqlər, 

metodikaları arasında isə aşkar uzaqlıq vardır. 

Bu  fərqlər  və  uzaqlığa  görə,  onlardan  birini  dinində  ittiham 

etməyə  haqqım  yoxdur.  Çünki  belə  bir  ittihamın  irəli  sürülməsi  Allah 

qarşısında  böyük  cəsarət  tələb  etməklə  yanaşı,  Onun  seçilmiş  qullarına 

iftira olardı. 

Bəli, mənim və ya qeyrisinin deməsi mümkündür ki, bu haqlıdır, 

o biri isə yanılıb; Əbu Hamid yolunu azıb, İbn Teymiyyə də ifrata varıb. 

Yanılma və haqlılıq geniş və əngin sahələrdir. 

Ciddi  araşdırmalar  və  tədqiqatçıların  böyük  əksəriyyətinin 

zəhmətkeşliyi  bir  çox  həqiqəti  ortaya  çıxarır.  Halbuki,  bu  həqiqətlərin 

səfeh  mübahisələr  və  xoruzların  döyüşdürülməsinə  oxşayan  disputlar 

nəticəsində bizlərə əyan olması qeyri‐mümkündür. 

İmam Müslimin rəvayət etdiyi və tərəfimizdən mötəbərliyi qəbul 

                                                 

1

 “Ali-İmran” surəsi, 19-cu ayə. 



∗∗

  Təqiyyədin ibn Teymiyyə (1263-1328) böyük islam alimi, mütəfəkkiri və novatorudur – 



tərcüməçinin qeydi

∗∗∗


  Əbu Hamid Məhəmməd ibn Məhəmməd  əl-Qəzali (1058-1111) məşhur müsəlman 

sxolastiki, mütəfəkkiri və ilahiyyatçısıdır – tərcüməçinin qeydi




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə