Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

31

Əgər  insanlar  müfəssəl  olan  şey  mütəvatir  olduğunu  güman  etsələr, 



yanılmış  olarlar.  Çünki  “doğru  olan  mütəvatirlik”  dedikdə  yalan  üzrə 

cəm  olmaları  qeyri‐mümkün  olan  bir  qrup  insan  tərəfindən,  onların 

özlərinin  şahidi  olduqları  bir  şeyin  eyni  keyfiyyətlərə  malik  digər 

insanlar  qrupuna  ötürülməsi  başa  düşülür.  Məlum  keyfiyyətli  qrup‐

lardan digərinə ötürmələr bu minvalla bizə çatanadək davam edir. Allah 

tərəfindən  insanlara  elçi  göndərildiklərini  deyən  kəslər  haqda  biliklər, 

dünyanın məşhur ölkələri barəsində məlumatlar buna misaldır. 

Mütəvatirliyi  güman  edilənə  gəlincə,  əslində,  o,  mütəvatir 

deyildir.  Müxtəlif  dövrlərdə  belə  şeylər  çox  baş  verib.  Ancaq  onların 

qeyri‐mütəvatirliyindən insanların qətiyyən xəbəri olmayıb. 

Fərdləri  bir  məsələ  ətrafında  cəm  edən  birliyə  (həmrəyliyə) 

münasibətdə xüsusi amillərin birləşdirdiyi digər həmrəyliyin yaranması, 

insanları özündə birləşdirən ordenlər, şəxslərə hökm edən təəssübkeşlik 

mütəvatirlik kimi görünsə də, bu belə deyildir. 

Məsələn,  bəzi  şiələr  iddia  edirlər  ki,  Əli  ibn  əbu  Talibin  (Allah 

ondan  razı  olsun!)  imamətə  layiq  olması  haqda  Pak  və  Uca  Allahın 

kəlamı mövcuddur və imamət məhz Əli və onun övladlarına aiddir. 

Bu  iddiaya  qarşı  onların  rəqiblərinin  mütəvatirliklə  ötürülmüş 

dəlil‐sübutları qoyulur. 

Biz  şiələrin  bu  iddiası  ilə  razılaşmırıq,  ancaq  onları  buna  görə 

kafir adlandıra da bilmərik. Çünki onların dedikləri – iyrənc və puç olsa 

da, dinin əsaslarından hansı isə birinə əhəmiyyətli zərər toxundurmur.  

Habelə,  şiələr  iddia  edirlər  ki,  Həzrəti  Əlinin  (Allah  ondan  razı 

olsun!)  övladlarından  sayılan  on  ikinci  imam  ölməyib  və  İraqdakı 

mağaraların birində gizlənib. O, bu mağaradan çıxacaq və dünyanı idarə 

edəcək. 


Onların  bu  iddialarının da  səfeh  səslənməsinə  rəğmən,  dinə  heç 

bir zərəri yoxdur. Bunun zərəri hər gün evindən imamı qarşılamaq üçün 

çıxan,  həmin  mağaranın  yanına  gedən  və  axşam  düşdükdə  isə  ümidsiz 

halda geri qayıdan kütbeyin şiəyə olur. Bu, yalnız sahibinə zərər vuracaq 

bir sərsəmləmədir” (Qəzali sözünü bitirir). 

Yuxarıda deyilənlərdən belə nəticəyə gələcəksən ki, Əbu Hamid 

ixtilaf haqda təfərrüata keçmədən qabaq puç görüş sahiblərini müsəlman 

hesab edərək, onların imanının müdafiəsinə qalxmışdır. 

Deyirik: “Bəli, bəli və bəli! O, bunu etmişdir. Burada nə qəbahət 

var ki?  

Əgər  bir  insan  Şanı  Uca  Allaha və peyğəmbərinə (Ona Allahın 



 

32

xeyir‐duası  və  salamı  olsun!)  iman  gətirirsə,  Qurani‐Kərimin  hər  bir 



hərfini  müqəddəs  sayıb  İslamın  qeyrətini  çəkirsə,  onda  hökmlərdən 

birini müəyyən formada başa düşməyinə baxmayaraq, onu kafir və fasiq 

çağırmaq olmaz.  

Şeyx  Məhəmməd  Zahid  əl‐Kövsərinin  zahirilər,  onların  fiqhi 

görüşləri  və  dini  dərketmə  üslubları  haqqında  yazdıqlarını  oxuduğum 

zaman  məni  kədər  bürüyür.  Halbuki,  Şeyx  əl‐Kövsəri  Böyük  İmamın 

(Əbu Hənifə nəzərdə tutulur – mütərcim) qızğın tərəfdarı olmuş, fəzilətli 

hənəfi alimidir.  

Mən  zahiri  əhlindən  deyiləm  və  düşüncə  baxımından  onların 

metodikasını  da  mənimsəməmişəm.  Ancaq  mən  onlar  haqda  belə 

deməyi  özümə  rəva  bilmirəm:  “Zahirilər  hər  iki  yozumdan  birini  rədd 

etmiş  səfeh  insanlardır”.  Onların  şüarı  belə  səslənirdi:  “Allahın  və 

peyğəmbərinin  dediklərindən  qeyrisini  söyləyə  bilmərik!”  Puç  məq‐

sədlər üçün istifadə edilən haqq sözlər! 

Zahirilər  qiyası

  qəbul  etmədiklərinə  görə  də  kafirlikdə 



təqsirləndirildilər! 

Axı, nə üçün, nə səbəbdən, ey insan?  

Zahirilərin haqlı və elmli olmalarını gözün götürmürsə, onda heç 

olmazsa,  de  ki,  onlar  səhv  ediblər,  dillən  ki,  onlar  nadanlıq  göstəriblər. 

Amma onları kafir adlandırmaq heç bir ağırlığı olmayam bir heçlikdir. 

Əbu  Hamidin  (Allah  ondan  razı  qalsın!)  ixtilaflara,  onların 

daşıyıcılarına  və  firqələrə  dair  dediklərini  münasibdir  ki,  qəbul  edək. 

Onun  dediklərinə  əməl  etmək  sayəsində  biz  öz uzun  keçmişindən  ibrət 

götürmək istədiyi təqdirdə ümməti yenidən dirçəldə bilərik. 

 

 



 

 

 



 

 

 



 

                                                 

 Qiyas: islam fiqhi termini olub Quran və Sünnədə barəsində münasibətin bildirilmədiyi dini 



bir məsələ barəsində ayə və hədislərdə izahını tapmış digər oxşar məsələ əsasında analogiya 

vasitəsi ilə hökmçıxarma – tərcüməçinin qeydi




 

33

 



 

 

Bir daha “Müsəlmanların parçalanması”  hədisi haqda 

 

 

“Ümmətin  yetmiş  firqəyə  bölünməsi”  hədisi,  qoy  sənin  ürəyinə 

xal  salmasın.  Axı  biz  sənə  izah  etdik  ki,  səmimi‐qəlbdən  müctəhidlik 

edən hər bir kəs nicat tapmışlardandır.  

Habelə,  bu  hədis  –  əsasında  hökm  çıxarılacaq  səhih  hədislərdən 

sayılmır; nə Buxari, nə də Müslim onu rəvayət etmişdir. 

Şeyx əl‐Kövsəri sözügedən hədis barəsində deyir: 

“Ümmətin  yetmiş  üç  firqəyə  bölünməsi  haqda  çoxlu  sayda 

hədislər  rəvayət  olunub.  Onların  birində  cəhənnəmədüşmə  haqqında 

danışılmır.  Başqa  birisində  isə  deyilir  ki,  yalnız  bir  firqə  qurtulacaq, 

qalanlar  da  cəhənnəmə  vasil  olacaqlar.  Zındıqlar  firqəsindən  başqa 

bütün firqələrin qurtulacağı haqda hədis də mövcuddur. 

Alimlər  bu  hədislərin  təsbitində,  onların  hamısının  və  ya 

bəzilərinin isə sübutluğu məsələsində fikir ayrılığına varmışlar. Habelə, 

onlar  hədislərdə  göstərilmiş  sayla  nəyin  nəzərdə  tutulduğu  haqda 

ixtilafa  düşmüşlər;  görəsən,  burada  söhbət  ümmətdənmi  gedir?  Əgər 

gedirsə, onda, görəsən bu, öyrədən yoxsa öyrənən ümmətdir? 

Bəzi  alimlər  deyirlər  ki,  “Daha  sonra  onu  yetmiş  arşın  uzun‐

luğunda  zəncirlə  bağlayın!”

1

 ayəsində  olduğu  kimi,  burada  da  say 



sadəcə  çoxaltma  üçündür.  Əl‐Mərcani  özünün  “əl‐Üzadiyyə”  kitabında 

bu  fikirdədir.  Başqa  bir  görüşə  görə,  sözügedən  say  heç  bir  məna  ifadə 

etmir və onu artırmaq da olar. Ancaq onu azaltmaq olmaz. Habelə, iddia 

olunur  ki,  məlum  sayla  əsas  firqələr  nəzərdə  tutulur,  ikinci  dərəcəli, 

törəmə  firqələr  deyil.  Belə  yanaşmaya,  bu  hədisi  yazdığı  təfsir  çox‐

cildliyində  zəif  saymasına  rəğmən,  İmam  Fəxrəddin  Razinin

  “əl‐Miləl 



vən‐nihəl” kitabında rast gəlirik.  

Həmçinin,  elələri  də  vardır  ki,  hədisdə  göstərilmiş  sayı  xüsusi 

firqələrlə  məhdudlaşdırırlar.  Ancaq  adı  çəkilmiş  sayın  aid  edildiyi 

firqələr ətrafında belə, həmin kəslər arasında həmrəylik görmürsən”. 

                                                 

1

 “əl-Haqqə” surəsi, 32-ci ayə. 



 Fəxrəddin Razi XII əsrin məşhur müfəssiri olub çoxcildli “Məfatih əl-Qeyb” və ya “ət-Təfsir 

əl-Kəbir” təfsir toplusunun müəllifidir – tərcüməçinin qeydi. 



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə