Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
1   2   3   4   5   6   7   8   9   10   11

 

29

Qəzali  sözünə  davam  edir:  “Buna  əsaslanaraq,  deyirəm  ki,  hər 



bir  firqə,  düşməninin  dəlil‐sübut  məsələsində  yanıldığını  görsə  belə,  

onu kafir adlandırmamalıdır.  

Bəli,  o,  qarşı  tərəfi  xətada,  özünün  doğru  saydığı  yoldan  sap‐

mada xarakterizə edə bilər.  

Habelə,  bilmək  vacibdir  ki,  iki  mühüm  məqama  diqqət 

yetirilməlidir: birincisi avam kütlə, adi insanlar məsələsidir. Bu məsələdə 

doğru  olan  –  sələflərin  yolu  ilə  getmək,  zahiri  mənaları  baş‐ayaq 

etməkdən  əl  çəkmək,  səhabələrin  bəyan  etmədiyi  məsələlərdə  “yara‐

dıcılıq”  və  yozumdan  çəkinməkdir.  Habelə,  adi  insanların  qarşısında 

belə  mövzulardan  söz  salmaq  istəyənlərə  mane  olmaq  lazımdır.  İmam 

Malik  də  (Allah  rəhmət  etsin!)  belə  etmişdir.  Rəvayət  olunur  ki,  İmam 

“Rəhman  ərşə  yüksəlmişdir”

1

 ayəsindəki  “yüksəlmişdir”  sözünün 



mənası  haqda  sual  edən  şəxsə  belə  cavab  vermişdi:  “Yüksəlmə” 

məlumdur,  ona  iman  etmək  isə  vacibdir.  Yüksəlmənin  necəliyi  bizə 

məlum deyil. Bu barədə sual etmək isə bidətdir.”  

İkinci  məsələ  isə  əqidələri  təlatümə  gəlmiş  tədqiqatçılarla  (bəhs 

əhli  ilə)  əlaqədardır.  Onlar  zərurət  daxilində  bu  kimi  məsələləri 

araşdırmalıdırlar.  Yalnız  qəti  dəlilə  sahib  olduqları  təqdirdə  zahiri 

mənaları yoza bilərlər. 

Hər  hansı  bir  firqə  özünün  doğru  hesab  etdiyi  məsələdə  digər 

firqənin  yanıldığını  güman  etməklə  onu  küfrdə  günahlandıra  bilməz. 

Çünki söhbət dərk edilməsi asan olmayan məsələlərdən gedir. 

Habelə, bilməlisən ki, zənnə uyaraq, ayə və hədislərin yozumuna 

təşəbbüs göstərənləri belə, bütün məqamlarda kafirlikdə ittiham etməyə 

tələsməməliyik. 

Əksinə,  bu  zaman  həmin  şəxslərin  dedikləri  nəzərdən  keçiril‐

məlidir;  əgər  onların  tə`villəri  etiqadın  ana  məsələləri  ilə  bağlı  olmayan 

mövzulara  aiddirsə,  onlara  kafir  deməməliyik.  Buraya,  məsələn,  belə 

deyənlər daxildir: “Musanın dənizi bölməsi suyun çəkilməsi vasitəsi ilə 

baş vermişdi”. Halbuki, belə yozum Allah təalanın bu kəlamı ilə üst‐üstə 

düşmür:  “Onda  Musaya  belə  vəhy  etdik:  “Əsanla  dənizə  vur!”  (Musa 

əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər hissə böyük (uca) bir 

dağ  kimi  oldu”  (əş‐Şüəra,  63).  Ancaq  bu,  bizim  ona  kafir  deməyimizə 

əsas  vermir.  Biz  burada  onu  yalnız  və  yalnız  yanılmada  ittiham  edə 

bilərik. 

                                                 

1

 “Taha” surəsi, 5-ci ayə. 




 

30

Mühüm  etiqad  əsaslarını  sırf  zənnə  qapılaraq  yozmağa  gəlincə, 



qəti dəlil olmadan dini mətnlərin zahiri mənalarını dəyişdirənlər küfrdə 

ittiham  olunmalıdırlar.  Məsələn,  Qiyamət  günü  cəsədlərin  dirilməsi  və 

axirətdə  hissi  cəzalandırma  məsələlərini  zənnə,  puç  iddialara  əsas‐

lanaraq inkar edənlər belələrindəndir.  

Bil  ki,  kafirsayma  və  saymamağa  əsas  verən  məsələlərin  şərhi 

uzun‐uzadı  təfərrüata  varmağı  zəruri  edir.  Ancaq  sən  həm  aşağıdakı 

qanunla, həm də tövsiyə ilə qane ol. Tövsiyəmiz belədir: “Lə iləhə illəl‐

lah,  Muhəmməd  rəsulullah”  dedikləri  və  bunu  təkzib  etmədikləri 

müddətcə qiblə əhli barədə hərzə‐hədyan danışmaqdan dilini hifz et!” 

Təkzib o deməkdir ki, onlar (qiblə əhli – mütərcim) Peyğəmbərin 

(Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!)  adından  yalan  danışmağı 

şəriət baxımından icazəli hesab edirlər. 

Qanun  isə  belə  səslənir:  “Bilməlisən  ki,  əqli  (rasional)  müzakirə 

və mühakimə ilə həll edilən məsələlər iki növdür: a) etiqadın əsasları ilə 

bağlı olanlar; b) ikinci dərəcəli, törəmə məsələlərlə bağlı olanlar.  

İman  əsasları  üçdür:  Allaha,  peyğəmbərinə  (Ona  Allahın  xeyir‐

duası və salamı olsun!) və axirətə iman. 

Bundan qeyriləri isə törəmə məsələlərdir. 

Bil ki, törəmə məsələlərə görə kiməsə kafir demək olmaz. Ancaq 

bir  istisna  mövcuddur.  Bu,  qəti  mütəvatirlik

  əsasında Peyğəmbər  (Ona 



Allahın  xeyir‐duası  və  salamı  olsun!)  tərəfindən  təsbit  edildiyi  məlum 

olan  və  ümmətin  firqələrinin  “icma”

∗∗

  nümayiş  etdirdiyi  bir  hökmün 



inkarıdır. Məsələn, beşvaxtlıq namazın və ya Ramazan orucunun inkarı 

bu qəbildəndir. 

Habelə, birisi durub deyə bilər ki, Məkkədəki tikili Allahın həcc 

etməyi buyurduğu Kə`bə deyildir. Bu küfrdür. Çünki Peyğəmbərin (Ona 

Allahın  xeyir‐duası  və  salamı  olsun!)  dəvətinin  çatdırıldığı  bütün 

insanlara mütəvatirlik əsasında məlumdur ki, Kə`bə həmin tikilidir.  

Bil  ki,  doğru  və  doğru  olmayan  mütəvatirlik  dəqiqləşdirilmiş 

anlayışlardır. Amma ola bilsin ki, bu anlayışlar çoxlarına qaranlıq qalıb. 

                                                 

  Mütəvatirlik: hər hansı bir informasiyanın mötəbər sayılan bir insan qrupundan eyni 



məziyyətli digər qrupa ötürülməsini ifadə edən dini termin. Mütəvatir hədis dedikdə isə hədis 

rəvayətçilərinin bir neçə nəslinin hər birindən olan çox saylı mötəbər rəvayətçilərin bilavasitə 

və ya dolayısı ilə Peyğəmbərə istinadən silsiləvi olaraq rəvayət etdikləri hədis növü başa 

düşülür – tərcüməçinin qeydi. 

∗∗

 İcma: İslam alimlərinin dini bir məsələnin şəriət statusu ətrafında yekdil qərara gəlmələri 



və bütün müsəlmanların bu qərarı həmrəyliklə qəbul etmələrini ifadə edən termin; konsensus

müsəlman hüququnun (fiqh) üç mənbəyindən biri – tərcüməçinin qeydi.  




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə