Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə61/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

 
243 
Növbəti  dəfə  onu  komanın  yaxınlığındakı  üzüm  bağının 
ortasında gördüm və ona yaxınlaşaraq dedim:  
– Mən dünən eşitdim ki, bu komanın on dördüncü əsrdə 
bir tərki-dünya nəstoiri tərəfindən tikilib. Mənim ağam, sən bu 
barədə  daha nə isə bilirsən?  
O sərt şəkildə cavab verdi:  
–  Bu  komanın  kimin  tikdiyini  bilmirəm  və  bilmək  də 
istəmirəm. – Sonra üzünü yana çevirərək istehsa ilə əlavə etdi: 
–  Bəs  bu  barədə  nənəndən  niyə  soruşmursan?  O  ki  kifayət 
qədər yaşlıdır və bu vadilərin keçmişi barədə çox bilir.  
Mən qarayaxalığımdan pərt olub, ondan ayrıldım.  
Eləcə  iki  il  keçdi,  bu  insanın  sirlərlə  əhatə  olunmuş 
həyatı  isə  mənim  təxəyyülümü  narahat  edir,  bütün  fikirlərimə 
hakim kəsilirdi.  
 

Payız  günlərinin  birində  Yusif  əl-Fəxrinin  yaşadığı  ko-
manın yaxınlığındakı təpələrdə və yamaclarda dolananda güclü 
tufana düşdüm. Coşqun dəniz gəmi ilə oynayıb, onun sükanını 
qırıb, yelkənim parça-parça etdiyi kimi tufan da mənimlə oyna-
yırdı. Mən komaya tərəf dönərək öz-özümə dedim: «Bu zahidə 
baş çəkmək üçün ən münasib məqamlardan biridir. Tufan mə-
nim  üzrxahlığım,  islanmış  paltarım  isə  mənim  müdaifəm  ola-
caq». 
Mən məzlum bir görkəmdə komaya yaxınlaşdım və qapı-
nı  döyməyə  macal  tapmamış  qarşımda  görüşünə  can  atdığım 


 
244 
insanın peyda olduğunu gördüm. O əllərində başı sinəsinə düş-
müş,  tükləri  pırpızlaşıb,  can  verən  kimi  titrəyən    bir  quş  tut-
muşdu.  
Mən salamlaşaraq dedim:  
– Mənim ağam, qarşına belə bir görkəmdə çıxdığıma gö-
rə  üz  istəyirəm.  Lakin  tufan  getdikcə  güclənir,  mən  isə  evim-
dən çox uzaqdayam.  
O  qaşlarını  çataraq  mənə  baxdı  və  təkəbbürlə  cavab 
verdi:  
–  Ətrafda  o  qədər  mağara  var  ki.  Sən  onlardan  birində 
özünə sığınacaq tapa bilərdin.  
O  bunu  deyərək quşun  başını    nadir  hallarda    gördüyüm 
bir nəvazişlə  tumarladı  və  bu  insanda  ziddiyyət təşkil  edən  iki 
hissin  –  mərhəmətin  və  qəddarlığın  –  eyni  zamanda  təzahür 
etməsi məni həddən artıq təəcübləndirdi. Mən pərt oldum, o isə 
sanki mənim nə barədə düşünməyimdən xəbər tutaraq, sınayıcı 
nəzərlə və maraqla mənə  baxdı və dedi:  
– Əlbəttə, tufan turşumuş qidaya toxunmur. Ona görə də, 
ondan qorxmağın və qaçmağın mənası yoxdur.  
– Şübhəsiz tufanın nə duzlu, nə də turşdan xoşu gəlməsə 
də,  nəm  və  soyuq  qida  onun  ürəyincədir.  Mən  ikinci  dəfə 
tufana  düşsəm  onun  üçün  yağlı  tikəyə  çevriləcəyimə  şübhə 
etmirəm, – deyə mən cavab verdim.  
Onun siması bir qədər açıldı və o dedi:  
– Əgər tufan səndən bir tikə qopartsaydı, bu, sənin üçün 
layiq olmadığın şərəf olardı.  


 
245 
– Mənim ağam, siz haqlısınız – deyə mən cavab verdim, 
– elə buna görə də, layiq olmadığım şərəflə mükafatlanmamaq 
üçün sənin qapına gəlmişəm.  
O,  təbəssümünü  gizlətmək  üçün  üzünü  yana  çevirdi, 
sonra  da korun-korun  yanan ocağın  qarşısındakı  taxta  kürsüyə 
işarə edərək:  
– Əyləş və paltarını qurut, – deyə təklif etdi. 
Mən  ona  minnətdarlığımı  bildirərək,  ocağın  kənarında 
oturdum. O isə qarşımdakı  qayada yonulmuş kürsüdə oturaraq, 
barmaqlarını  gil  qabda  ərinmiş  yağda  isladıb  yaralı  quşun 
qanadını  və  başını  yağlamağa  başladı.  Sonra  o  mənə  tərəf 
çevrilərək dedi:  
–  Bu  qaratoyuğu  külək  yolundan  azdırdı  və  o,  ölümcül 
vəziyyətdə qayaların üzərinə düşmüşdür.  
– Mənim ağam, eyni külək məni də sənin qapına gətirib. 
Bilmirəm, o, mənim qanadımı qırıb yoxsa  başımı yaralayıb, – 
deyə mən cavab verdim.  
O mənim üzümə diqqətlə baxdı və dedi:  
–  Hərgah  insan  zərrə  qədər  də  olsa  quşlara  bənzəsəydi! 
Hərgah  tufan  insanın  qanadlarını  qıraraq,  başlarını  əzsəydi! 
Lakin  çox  əfsuslar  olsun  ki,  insan  qorxaq  və  cəsarətsizdir  və 
tufanın  ilk  həmləsində  ya  dərələrə  girir,  ya  da  torpaqdakı 
çalalarda gizlənir.  
Mən söhbəti davam etdirməyə can ataraq dedim:  
– Əlbəttə, insanda olmayan cəhət quşda var. Lakin insan 
özü  üçün  yaratdığı  qanunların  və  adət-ənənələrin  kölgəsi 


 
246 
altında  yaşayır.  Quşlar  isə  yer  kürəsini  günəşin  ətrafında 
fırladan ümumi mütləq qanuna tabe olaraq yaşayırlar.  
Onun  gözləri  parıldadı,  siması  isə  işıqlandı.  Sanki  o 
məndə ümid verən bir şagird gördü.  
– Əla, çox yaxşı, – deyə o dilləndi, – əgər sən həqiqətən 
də  dediklərinə  inanırsansa,  o  zaman  əxlaqsız  qanunlara  və 
bayağı ənənələrə itaət edən insanları tərk elə və quşlar kimi hər 
kəsdən  uzaqda,  torpağın  və  səmanın  qanunlarının  hökm 
sürdüyü bir yerdə yaşa.  
–  Mənim  ağam,  mən  söylədiklərimə  inanıram,  –  deyə 
mən təsdiq etdim.  
O, əlini qaldıraraq inakdarlıq və qətiyyətlə dedi:  
–  İnanmaq  –  məsələnin  bir  tərəfi,  etiqada  uyğun  olaraq 
hərəkət  etmək  isə  məsələnin  digər  tərəfidir.  Bir  çoxları  dəniz 
kimi bəlağətli olsalar da, onların həyatı bataqlığı xatırladır. Bir 
çoxları  başlarını  dağların  zirvəsindən  də  yuxarı  qaldırsalar  da, 
onların ruhu zülmət mağaralarda uyuyur.  
O  bu  sözlər  ilə  mənə  etiraz  etmək  üçün  imkan 
verməyərək, tələsik  yerindən qalxdı və qaratoyuğu pəncərənin 
yanındakı köhnə yağmurluğun üzərinə qoydu. Sonra o bir dəstə 
quru budaqları  götürüb alova ataraq əlavə etdi:  
– Ayaqqabılarını soyun və ayaqlarını qızdır. Axı rütubət 
insana zərərlidir. Paltarını yaxşıca qurut, utanma.  
Mən  alova  yaxınlaşdım  və  mənim  islanmış  paltarımdan 
buxar  qalxmağa  başladı.  O  isə  qapının  ağzında  dayanaraq, 
tufanın eşikdə necə şiddətləndiyini müşahidə edirdi.  


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə