Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə69/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   65   66   67   68   69   70   71   72   ...   82

 
276 
Təsir isə müəyyən bir qidadır ki, onu dil kənardan qəbul 
edir  və  sonra  çeynəyərək  udur,  öz  mövcudluğu  üçün  xeyirli 
olan  hər  şeyi  mənimsəyir.  Necə  ki,  ağac  da  işıq,  hava  və 
torpağın  elementlərini  budaqlara,  yarpaqlara,  çiçək  və 
meyvələrə  çevirir.  Amma  əgər  ancaq  dil  varsa,  diş  və  mədə 
yoxdursa, onda  yeməkdən bir fayda olmaz, üstəlik o, öldürücü 
zəhərə  çevrilər.  Nə  qədər  ağaclar  həyatı  aldatmağa  cəhd 
edərək, kölgədə gizlənməyə çalışırlar, amma günəşə çıxan kimi 
solur  və  məhv  olurlar.  Atalar  demişkən,  «tamarzıdan  al, 
dadanmışa ver».   
Qərb  ruhu  –  bəşər  həyatının  mərhələlərindən, 
dövrlərindən biridir. Bəşər həyatı – daim irəli gedən nəhəng bir 
yürüşdür.  Yolda  qalxan  qızılı  tozdan  dillər,  təlimlər,  dövlət 
institutları yaranır. Yaradıcı millətlər bu yürüşə başçılıq edirlər. 
«Yaradıcı» isə «nüfuzlu» deməkdir. Sonda təqlid edən millətlər 
gedir, təqlid etmək – təsirə məruz qalmaq deməkdir. Şərq öndə 
gedəndə,  Qərb  isə  geri  qalanda  bizim  sivilizasiyamızın  onun 
dillərinə  güclü  təsiri  var  idi.  Ancaq  Qərb  irəli  çıxdı  və  biz 
arxadan gələnlər olduq. Təbii ki, Qərb sivilizasiyası həm bizim 
dilimizə, həm düşüncəmizə, həm də əxlaqımıza.  
Qərb  xalqları  keçmişdə  bizim  hazırladıqlarımızla 
qidalanır,  çeynəyir,  udur  və  öz  mövcudluqları  üçün  bütün 
xeyirli  şeyləri  mənimsəyirdilər.  İndi  də  Şərqin  xalqları  Qərbin 


 
277 
hazırladığını  yeyir,  ancaq  xeyirini  mənimsəmirlər,  yalnız 
qərbliləri təqlid edirlər. Bax, məni qorxudan və narahat edən də 
budur!  Şərq  gah  dişləri  tökülmüş  qoca,  gah  da  dişləri  hələ 
çıxmamış körpə təsiri bağışlayır.  
Qərb  ruhu  bizə  həm  dostdur,  həm  düşmən.  Ona  güc 
gəliriksə  –  dost,  o  bizə  qalib  gəlirsə  –  düşməndir.  Ona 
ürəyimizi açırıqsa – dost, ürəyimizi ona veririksə – düşməndir. 
Ondan  bizim  üçün  bütün  xeyirli  şeyləri  götürükürsə  –  dost, 
ruhumuzu ona xoş olan hala salırıqsa – düşməndir. 
Üçüncü.  Müasir  siyasi  inkişafın  ərəb  ölkələrinə  təsiri 
necədir? 
Qərbdə  və  Şərqdə  bütün  yazıçı  və  mütəfəkkirlər  bir 
fikirdə  həmrəydirlər  ki,  ərəb  ölkələri  siyasi,  inzibati  və  ruhi 
xaos vəziyyətindədirlər.  Onlardan  çoxu  əsasən  bu  fikirdədirlər 
ki, xaos – dağılmanın və tənəzzülün səbəbidir.  
Mən isə soruşuram: bu xaosdur, yoxsa yorğunluq? Əgər 
yorğunluqdursa,  onda  bu,  millətin  sonu  və  xalqın  məhvi 
deməkdir.  Yorğunluq  –  alatoranlıqda  canvermədir,  yuxuda 
ölümdür.    
 Əgər  bu,  həqiqətən  də  xaosdursa,  mənim əqidəmə  görə, 
xaos həmişə xeyir gətirir, çünki o, sərxoş yuxu ayılma ilə, his-
siyyatsızlıq fəaliyyətlə əvəz olunanda millətin gizli imkanlarını 
aşkarlayır. Ağacları şiddətlə silkələyən tufan kimi – onları kö-


 
278 
kündən çıxartmır, yalnız qurumuş budaqları sındırır və sarı yar-
paqları  tökür.  Hər  dəfə  hələ  təbii  təməlini  qoruyub  saxlamış 
milləti  xaos bürüyəndə,  bu,  onun  fərdlərində  yaradıcılıq gücü-
nün, cəmiyyətində isə hazırlığın əlamətinə çevrilir. Dumanlılıq 
– həyat kitabında ilk, lakin son olmayan sözdür, dumanlılıq isə 
xaos halında həyatdır.  
Beləliklə, siyasi inkişaf ərəb ölkələrinin xaosunu nizama, 
daxili  çəkişmələri  –  barışığa  çevirər.  Amma  o,  yorğunluğu 
coşquya,  əzginliyi  –  hünərə  çevirə  bilməz.  Dulusçu  gildən 
şərab  va  ya  sirkə  üçün  küp  düzəldə  bilər,  ancaq  qum  və 
qəmbərdən heç nə düzəldə bilməz. 
Dördüncü.  Hər  yerdəmi  –  ali  və  orta  məktəblərdə  tədris 
ərəb dilində aparılır? Bütün fənlər bu dildəmi keçilir? 
Ərəb  dili  hər  yerdə  tədris  dili  deyil,  onun  daxil  edildiyi 
məktəblər  isə  sırf  milli  xarakter  daşıyır.  Məktəblər  xeyriyyəçi 
cəmiyyətlərin,  konfessional  komitələrin  və  dini  missiyaların 
əlindən  dövlətin  əlinə  keçməyənə  qədər  o,  heç  vaxt  bütün 
elmlərin dilinə çevrilməyəcək.  
Suriyada,  məsələn,  bütün  təhsil  sədəqə  kimi  Qərbdən 
alınıb, biz hələ də ac və acgöz kimi bu dilənçi payının çörəyini 
yeyirik.  Bu  çörək  bizi  yaşadır,  amma  həyat  verməklə  yanaşı 
həm  də  ölüm  gətirir.  Həyat  verir,  çünki  bizim  mənəvi 
qüvvələrimizi  oyadır  və  ağlımızı  təravətləndirir;  öldürür  ona 


 
279 
görə ki, düşüncələrimizi ayırır, birliyimizi zəiflədir, ittifaqımızı 
pozur,  icmamızı  parçalayır.  Belə  ki,  bizim  böyük  ölkəmiz 
xarakterinə və meyllərinə görə müxtəlif olan kiçik müstəmləkə 
ərazilərinə  çevrilmişdir.  Hər  müstəmləkə  bir  Qərb  millətinə 
təhkim olunub, onun bayrağı altında  yaşayır və  onun  şərəf və 
şöhrətini  tərənnüm  edir.  Amerika  məktəbində  elmə  yüngülcə 
yiyələnən  gənc  asanlıqla  Amerikanın  nümayəndəsinə  çevrilir. 
İezuit məktəbində elmdən halı olan gənc sanki Fransanın elçisi 
olur. Rus məktəbinin parçasından tikilmiş köynək geyinən gənc 
artıq Rusiyanı təmsil edir. Və beləliklə – hər il hər məktəb öz 
nümayəndələrini  hazırlayır.  Baxış  və  səylər  arasındakı  fərqin 
necə önəmli rol oynamasına ən parlaq sübutu Suriyanın siyasi 
gələcəyinə dair mövqelərdən bilmək olar. Öz biliklərini ingilis 
dilində  almış  olanlar  öz  ölkəsini  Amerika  və  ya  İngiltərənin 
protektoratı  kimi  görmək  istəyirlər.  Fransız  dillilər  isə  onun 
Fransa  tərəfindən  idarə  olunmasını  tələb  edirlər.  Bu  dilləri 
bilməyən  üçüncülər  isə  həmin  dövlətləri  inkar  edərək  öz 
təsəvvür və maraqlarına uyğun siyasət yürüdürlər. 
Himayəsində  oxuduğumuz  dövlətə  siyasi  simpatiyamız 
bəlkə  Şərq  adamına  məxsus  minnətdarlıq  hissinin  ifadəsidir? 
Əgər tikinti üçün bir daş qoyarkən bütöv divarı uçururlarsa, bir 
çiçək bəsləyib bütün meşəni məhv edirlərsə, bir gün bizə həyat 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə