Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə72/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   68   69   70   71   72   73   74   75   ...   82

 
289 
Fərz  etmək  olardı  ki,  bu  birlik  maddi  maraq  üzərində 
qurula  bilər,  amma  o  qədər  xalqlar  var  ki,  maddi  maraqlar 
onların  arasında  rəqabət  və  düşmənçəlikdən  başqa  bir  şey 
yaratmayıb.  
Onda  bəs  bu  ictimai  əlaqələr  nədir  və  millətlərin 
pöhrələri hansı zəmində yetişir?  
Milli birlik haqqında mənim öz fikrim var. Ola bilsin ki, 
bəzi  filosoflar  bunu  qeyri-adi  saysınlar.  Belə  ki,  mənim 
mühakimələrimin  və  nəticələrimin  məğzinə  nüfuz  etmək  asan 
deyil.  
Mənim nöqteyi-nəzərim bundan ibarətdir. Hər bir xalq öz 
əsasına  və  təbiətinə  görə  ayrıca  insanın  mahiyyəti  ilə  uyğun 
olan ümumi mahiyyətə malikdir. Bununla belə, bu ağac susuz, 
torpaqsız,  işıqsız,  istisiz  yaşaya  bilmədiyi  kimi,  bu  ümumi 
mahiyyət  də  öz  mövcudluğu  üçün  qidanı  fərdlərdən  alır.  Eyni 
zamanda, bu mahiyyətin məxsusi həyatı, əlahiddə iradəsi vardır 
və o, xalqdan asılı deyil. Ayrıca adamın mahiyyətinin nə vaxt 
yetişdiyini  müəyyənləşdirmək  çətin  olduğu  kimi,  ümumi 
mahiyyətin  də  yaranma  tarixini  müəyyənləşdirmək  çətindir. 
Hər  halda  mən  düşünürəm  ki,  məsələn,  misirli  mahiyyəti  Nil 
sahillərində ilk dövlətin meydana  gəlməsindən təqribən 500 il 
əvvəl  formalaşmışdır.  Misir  öz  ictimai  dayaqlarını,  dinini  və 
incəsənətini  bu  ümumi  mahiyyətdən  əxz  etmişdir.  Misir 


 
290 
haqqında  deyilənlər  Assuriyaya,  Persiyaya,  Yunanıstana, 
Romaya,  ərəblərə  və  orta  əsrlərin  sonlarında  formalaşmış 
müasir millətlərə də aiddir. 
Mən  dedim  ki,  ümumi  mahiyyətin  öz  xüsusi  həyatı  var. 
Bəli,  bu  belədir.  Əgər  hər  bir  canlının  öz  dövrü  vardırsa, 
ümumi  mahiyyətin  də  qabaqcadan  müəyyənləşmiş  zəruri 
hüdudu  vardır.  Hər  bir  insanın  varlığı  uşaqlıq,  gənclik, 
yetkinlik  və  qocalıqdan  keçir.  Ümumi  mahiyyət  də  həmin 
pillələri  keçir:  yuxunun  gözəl  örpəyini  qaldıran  sübh 
şəfəqindən  günəşin  qızmarında  işləməyə,  ondan  da 
yorğunluqdan  yoğrulan  axşam  məşğuliyyətinə,  bunlardan  da 
gecə mürgüsünə və nəhayət, dərin sükuta.  
Belə  ki,  ellin  mahiyyəti  miladdan  əvvəl  onuncu  əsrdə 
oyandı,  eramızdan  əvvəl  beşinci  əsrdə  inamla  addımlamağa 
başladı.  Xristianlıq  dövründə  isə  ayaqüstü  yuxulardan  bezən 
mahiyyət  nəhayətsiz  xəyalların  ağuşunda  yatmaq  üçün 
əbədiyyət yatağına endi.  
Ərəb mahiyyəti islamdan 3 əsr əvvəl formalaşmış və öz 
fərdi  varlığını  dərk  etmiş  olsa  da,  ancaq  Məhəmməd 
peyğəmbərlə  doğuldu  və  qarşısındakı  maneələri  qasırğa  kimi 
dəf edən möhtəşəm bir əzəmətlə yüksəldi.  
Abbasilər  dövründən  başlayaraq  isə  bu  mahiyyət 
Hindistandan Əndəlusa qədər saysız-hesabsız sütunlar üzərində 


 
291 
qərar tutan taxt-taca sahib oldu. O,  öz qürub çağında  Şərqdən 
Qərbə  doğru  genişlənən  monqol  mahiyyətinin  təsirinə 
qapılaraq gümrahlığını itirdi və yuxuya getdi; amma yuxu çox 
sayıq  oldu.  Mümkündür  ki,  o,  ruhunun  gizli  məqamlarının 
təzahürü  ilə  yenidən  oyanacaq.  Necə  ki,  italyan  İntibahı 
dövründə  Roma  mahiyyəti  yenidən  dirçəlmişdi.  Venesiyada, 
Florensiyada,  Milanda  tənəzzül  zamanının  başlanğıcında 
german  xalqlarının  istilasına  qədər  o,  öz  fəaliyyətini 
tamamlamış oldu.  
Tarixdə  ən  heyrətamiz  mahiyyət  –  fransız  mahiyyətdir. 
O,  iki  min  il  gün  işığında  mövcud  olmuş  və  hələ  də  öz 
çiçəklənmə  dövründədir;  bu  gün  o,  öz  tarixinin  daha  incə 
təfəkkürə, daha kəskin baxışa, daha mükəmməl elm və sənətə 
malik olan mərhələsindədir.  
Roden,  Karrier,  Püvi  de  Şavann,  Hüqo,  Renan,  de  Sasi, 
Sen  Simon;  onlar  hamısı  XIX  əsrdə  yaşayırdılar  və  hamısı 
dünyanın  böyük  sənətkarları,  alimləri,  xəyalpərəstləri  idilər. 
Bu,  onu  sübut  edir  ki,  bəzi  ümumi  mahiyyətlər  başqalarına 
nisbətən  daha  uzunömürlü  olurlar.  Misir  mahiyyəti  3  min  il, 
ellin mahiyyəti isə min ildən də az yaşadı. Mümkündür ki, ayrı-
ayrı  adamların  uzunömürlülüyü  və  həyatdan  erkən  getməsinin 
səbəbi olduğu kimi, bunun da bir səbəbi vardır. 


 
292 
Hər  halda  ümumi  mahiyyətlər  varlıq  səhnəsində  öz 
rolunu oynadıqdan sonra nə baş verir? Onlar da öz növbəsində 
sonrakı  nəsillərə  xatirələrdən  başqa  heç  nə  buraxmadan  ölüb 
gedirlərmi? Sanki heç vaxt belə bir mahiyyət olmamışdır?!  
Mən  əminəm  ki,  ruhani  təbiət  zahirən  dəyişsə  də, 
tamamilə itmir və heçliyə çevrilə bilməz. Maddi təbiət kimi o 
da  bir  formadan  başqasına,  bir  növdən  digərinə  keçərək 
dəyişilir,  amma  onu  təşkil  edən  hissələr,  atomlar  saxlanılır. 
Millətin  ümumi  mahiyyəti  yata  bilər,  amma  öz  toxumlarını 
torpağa  tapşırmış  çiçəklərin  yuxusu  ilə!  Onların  ətri  isə 
əbədiyyət dünyasına yüksələcəkdir. Mən düşünürəm ki, çiçəyin 
ətri millətin ətri kimi mütləq substansiya, mücərrəd həqiqətdir. 
Fivin,  Babilin,  Nineviyanın,  Afinanın,  Bağdadın  ətri  indi  də 
Yeri əhatə  edən  efir təbəqəsində mövcuddur. Üstəlik, o, bizim 
hər  birimizin  və  hamımızın  –  ümumi  mahiyyət  varislərinin 
qəlbinin dərinliyində mövcuddur.  
Lakin  bu  irs  elə  yüksəkdir  ki,  hələ  öz  xüsusi  həyatı  ilə 
yaşayan  və  öz  məxsusi  iradəsi  olan  bir  mahiyyətin  təməlini 
qoyan  millət  formalaşmadan  o,  bu  millətə  aid  ayrıca 
adamlardakı hissi formaları qəbul etmir.    
 


 
293 
 
 
 
 
 
 
MUSİQİ 
 
Sevgilimin  yanında  əyləşib  onun  söhbətinə  qulaq 
asırdım.  Onu  diqqətlə  dinləyir,  özüm  isə  bir  kəlmə  də 
danışmırdım. Birdən onun səsində elə bir qüvvət duydum ki, o 
qüvvət  qəlbimi  elektrik  cərəyanı  vurmuş  kimi  ehtizaza  gətirdi 
və  məni  özümdən  ayırdı.  Ruhum  qanadlanıb  ucsuz-bucaqsız 
səmaya  uçdu,  ona  kainat  bir  yuxu,  bədən  dar  bir  zindan  kimi 
göründü. 
Qəribə bir sehr sevgilimin səsinə qarışıb duyğularımı alt-
üst  etdi.  Məni  nəsə  onun  sözlərini  dinləməkdən  yayındırdı. 
Sözlər mənə mənasız göründü. 
Ey  insanlar!  Bu,  musiqi  idi.  Mən  onu  hər  dəfə  sevgilim 
bəzi  sözlərdən  deyəndən  sonra  ah  çəkəndə,  bəzi  sözləri 
deyəndən  sonra  gülümsəyəndə  eşidirdim.  Mən  o  musiqini 
sevgilim  kəsik-kəsik  sözlərlə  danışanda  da,  bütöv  cümlələr 
deyəndə  də,  sözün  yarısını  deyib,  yarısı  onun  dodaqları 
arasında qalanda da eşidirdim. 
Bunlar  sevgilimin  ürəyinin  döyüntüləri  idi.  Mən  onları 
qulağımın  gözü  ilə  görür,  onlar  məni  sevgilimin  söhbətinin 
məğzindən uzaqlaşdırıb  onun duyğularının musiqidə təcəssüm 
edən məğzinə bağlayırdı. Bu, ruhun səsi idi. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə