326
qarşı tərəfin Şərq ruhuna doğru qət etdiyi yolla ortaq nöqtədə
kəsişir. Və bu zaman unutmaq olmaz ki, kəsişmə xətti və
eyniyyət məqamı daha çox formaya, üsluba aiddir. Məzmuna
gəldikdə isə burada bənzəyişdən daha çox fərq vardır. Təsadüfi
deyil ki, Aida İmanquliyeva da diqqəti məhz bu məqama
yönəldir: «Nitsşe belə hesab edirdi ki, müharibələr bəşəriyyəti
zəiflik qarışığından və şübhələrdən təmizləyir, gücün
təntənəsinə və şəxsiyyətin bütövlüyünə doğru aparır. Lakin
Nitsşeyə məxsus olan «kütləyə» həqarətlə baxmaq və nifrət
etmək, fərdiyyətçilik şüuru üçün tipik cəhət olan «kütlənin»
«seçilmiş şəxsiyyətə», «fövqəlinsana» qarşı qoyulması Şərq
romantikləri üçün xüsusilə yabançı idi».
1
Aida İmanquliyeva
«Mən həmişə onun (Nitsşenin – A.İ) üslubunun inandırıcı
olduğunu hiss etmişəm, lakin onun fəlsəfəsi mənə dəhşətli və
tamamilə yalnış fəlsəfə təsiri bağışlayıb».
2
Həqiqətən də,
«gözəllik pərəstişkarı» olan Cübran nihilizmi, dünyanın qara
rənglərlə təsvirini qəbul edə bilməzdi. Təsadüfi deyildir ki,
«bütün zamanların dahisi» kimi Cübran nitsşeləri deyil, İslam
dünyasının böyük filosofu İbn Sinanı dəyərləndirir.
C.Cübranın ilham mənbəyi insan daxili aləminin nurlu
məqamları ilə bərabər, həm də təbiətin işıqlı ruhudur. Onun
yaradıcılığında təbiət canlı bir obraz kimi iştirak edir. Bu cəhəti
xüsusi vurğulayan Aida xanım İmanquliyeva Cübran
yaradıcılığının cazibəsini ilk növbədə təbiətdən ilham alması
ilə izah edir: «Cübran təbiəti ilahiləşdirir, təbiətə canlı bir insan
kimi müraciət edirdi. …O, təbiətdə məhəbbət və nifrət, sevinc
1
А.Имангулийева. Йени яряб ядябиййаты корифейляри, Б., «Елм»,
2003, с. 122.
2
Йеня орда.
327
və kədər, səadət və bədbəxtlik arayır. Yazıçı təbiətlə danışır,
onu özünün müəllimi və ilhamvericisi hesab edir».
1
Bu baxımdan, müasir türk dünyasının böyük yazıçısı
Ç.Aytmatov da Cübranla müqayisə oluna bilər. Onun da
yaradıcılığında təbiət canlanır, Boz qurd, Qara nər, Ana maral
insaniləşir, duyğuların daşıyıcısı olan konkret varlıqlar arxa
plana keçir və dünya özü duyğuların vahid məkanına çevrilir.
Başqa sözlə, cisimlər, varlıqlar arasındakı münasibətlər
mücərrədləşrək və ümumiləşdirilərək duyğular arasında
münasibət kimi, artıq simvollaşmış dünyanın nağılları şəklində
təqdim olunur. Onun bədii təfəkkürünün işığında təbii təbiətlə
yanaşı, ikinci – ictimailəşmiş təbiət və siyasiləşmiş dünya da
Şərq müdrikliyinin ənənəvi üslubunda şərh olunur. Rus dilində
yazan Aytmatov da, ingilis dilində yazan Cübran da mahiyyət
müstəvisində Şərq lirizmindən bəhrələnirlər.
İnsanla, təbiətlə bağlı, hikmətlə dolu hədislər, qanadlı
sözlər, aforizmlər klassik Şərqdə elə yüksək bədii təcəssüm sə-
viyyəsinə qalxmışdır ki, heç bir Qərb yazıçısı onlarla yarışa
girə bilməz. Lakin zaman özü dəyişmişdi. Yeni dövr elə yeni
problemlər qoymuşdu ki, bunların şərhinə ancaq Qərb
tədqiqatçılarının və yazarlarının əsərlərində rast gəlmək olurdu.
Şərq şairləri isə təəssüf ki, yenə də köhnə hava çalırdılar.
Cübran və onun Əmin ər-Reyhani, Mixail Nuayme kimi
həmkarları bununla fərqlənirlər ki, onlar məhz çağdaş
problemləri ənənəvi Şərq müdrikliyinin predmetinə çevirir,
yeni dövrün hikmət salnaməsini yazırdılar.
İctimai inkişafda Şərqə qayıtmaq yox, əksinə, Qərb də-
1
А.Имангулийева. Жцбран Хялил Жцбран, Бакы, Елм, 2002, с. 78.
328
yərlərini mənimsəmək və onları Şərqin ruhu ilə isidərək can-
landırmaq, maddi həyatın cansıxıcı aurasına təravət gətirmək,
texnika əsrini insani mahiyyətdən məhrum edən ifrat rasiona-
lizmə liriklik, həzinlik, şəfqət qatmaqla yeni dövrü daha ahəng-
dar etmək missiyası Cübran sənətinin leytmotivi sayıla bilər.
Cübran Xəlil Cübran təbii ki, orta əsrlərin ab-havasını hər
nə olursa-olsun saxlamağa çalışan konservativ qüvvələri tənqid
edir. Aida İmanquliyeva yazır: «Ətalətin və cəhalətin ifşası,
azadlığın buxovlanması əleyhinə etiraz, dini ehkamlara qarşı
çıxmaq, həyatdan və onun ictimai normalarından narazı qalaraq
bəzən reallıq aləmindən sehrçilik aləminə, xəyal və fantaziya
aləminə qaçmaqda, mədəniyyətdən uzaqlaşıb təbiətdə pənah
tapmaqda və onunla qovuşmağa çalışmaqda özünü göstərən
məyusluq Cübranın yaradıcılıq yolunun xarakterik mərhələləri,
onun əsərlərinin əsas xüsusiyyətləridir».
1
XIX əsr Avropa ədəbi mühitində Şərq poetik ənənələrinə
və Şərq dəyərlər sisteminə marağın artması və bu prosesdə
Emerson, Uitmen və s. ilə yanaşı, ərəb mənşəli şairlərin
(C.Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə və s.) iştirakı, bu
yeni keyfiyyətli sintez hadisəsinin elmi-nəzəri şərhi ilk dəfə Ai-
da İmanquliyeva tərəfindən verilmişdir. O, yazır: «Cübran və
ər-Reyhaninin
yaradıcı
potensialı
Qərbin
romantizm
dəyərlərinin mənimsənilməsi sayəsində güclənirdi ki, bu da
ərəb yazıçılarını daha geniş, qlobal, ümumbəşəri problemlər
qoya bilmək səviyyəsinədək yüksəldir və son nəticədə onları
yalnız dünya ədəbi prosesinin bərabərhüquqlu iştirakçısı deyil,
1
А.Имангулийева. Жцбран Хялил Жцбран, Б., «Елм», 2002, с.118.
Dostları ilə paylaş: |