Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə79/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   74   75   76   77   78   79   80   81   82

 
321 
 
Həqiqətən xeyirxah olan o kəsdir ki, bütün qəddar hesab 
edilənlərlə vəhdətdədir. 
 
Bizim 
hamımız 
məhbusuq, 
ancaq 
bəzilərinin 
kameralarının pəncərəsi var, bəzilərinin yoxdur.  
 
Təəccüblüdür  ki,  biz  öz  yalnışlıqlarımızı  daha  çılğın 
müdafiə edirik, nəinki öz haqlılığımızı. 
 
Biz  öz  günahlarımızı  bir-birimizə  etiraf  etsəydik, 
gülərdik ki, bizim necə də az uydurmalarımız var.  
Bir-birimizə  məziyyətlərimizi  açsaydıq,  yenə  eyni  şeyə 
gülərdik.  
 
Fərd  insanın  qoyduğu  şərtilikləri  keçməyənə  qədər 
insanın  qoyduğu  qanunların  fövqündədir;  ondan  sonra  isə  o, 
bizdən nə ucadır, nə aşağı.  
 
Başqasının  nöqsanını  deməkdən  böyük  nöqsan  varmı 
görəsən? 
 
Kimsə sənə gülsə sənin ona yazığın gələ bilər, amma sən 
də ona gülsən, bunu özünə bağışlaya bilməzsən. 
Kimsə səni incitsə, sən bu incikliyi unuda bilərsən, amma 
sən onu incitsən, bunu həmişə xatırlayacan. 
Doğurdan,  o  biri  sənin  ən  həssas  mahiyyətindir,  sadəcə 
başqa bir bədənə bürünüb. 
 


 
322 
Gözəlliyin hüdudlarından kənarda nə din var, nə elm. 
 
Mən  –  odam,  mən  həm  də  quru  çırpıyam,  mənim  bir 
hissəm digər hissəmi məhv edir.  
Müdriklik  o  zaman  daha  müdriklik  olmur  ki,  ağlamaq 
üçün  çox  qürurlu,  gülmək  üçün  çox  ciddi,  özündən  qeyrisini 
axtarmaq üçün çox özünəqapalı olur. 
 
Biz səninlə, dostum, həyata, bir-birimizə,  
Öz özümüzə yad olacağıq,  
O günə qədər ki, sən səslənəcən və mən səni eşidib, 
Düşünəcəm ki, bu, mənim öz səsimdir; 
Mən sənin qarşında dayananda,  
Özümü güzgünün qarşısında hesab edəcəm.  
 
Ancaq  ürəkləri  sirrlər  saxlayan  kəslər  bizim  ürəklərin 
sirlərini anlamağa qadirdir.  
 
Sənin sevincin və kədərin böyüyəndə bütün dünya kiçilir. 
 
İstək – həyatın yarısıdır, laqeydlik – ölümün yarısıdır.  
 
İman  –  ürəklərdəki  oazisdir  ki,  ora  təfəkkürün  karvanı 
heç vaxt çata bilməz.  
 
Qəribədir ki, onurğası olmayan varlıqların ən bərk zirehi 
var. 
 


 
323 
Mən  sənin  qarşında  təmiz  güzgü  kimi  dayananda,  sən 
mənə baxdın və öz əksini gördün. Onda sən mənə dedin: «Mən 
səni sevirəm». 
Əslində, sən məndə özünü sevdin.  
 
Sən  öz  məhəbbətinlə  başqa  birinə  yapışırsansa,  o, 
məziyyət olmaqdan çıxır.  
  
Mən  öz  ürəyimdən  inci  yaratmağa  çalışan  balıqqulağı 
kimiyəm.  Ancaq  deyirlər  ki,  inci  balıqulağının  xəstəliyindən 
başqa bir şey deyil. 
 


 
324 
 
 
 
 
 
Səlahəddin Xəlilov 
 
Son söz əvəzi:  
Cübran və Azərbaycan  
ədəbi-fəlsəfi fikri 
 
Böyük şair – bizim sükutumuzu 
 ifadə edə bilən şairdir 
C.X.Cübran 
 
C.X.Cübran 
Azərbaycan  oxucusunun  təsəvvürünə 
professor  Aida  İmanquliyevanın  təqdimat  prizmasından  həkk 
olunmuşdur. Aida xanım Cübranı elə sevdirə bilmişdir ki, o, bu 
gün  də  xatirəmizdə  öz  doğma  mütəfəkkirlərimizdən  biri  kimi 
qalmaqdadır.  Əslində  bir  az  geniş  miqyasda  baxdıqda 
C.Cübran  Şərqi  təmsil  etməklə  məhz  bizim  dünyamıza  aiddir. 
Onun  yaradıcılığı  da  ilk  növbədə  Şərq  ruhunu  və  nə  qədər 
təəccüblü olsa da, məhz İslam Şərqini təmsil edir. Özü xristian 
ailəsində  dünyaya  göz  açsa  da,  onun  idealı  və  səcdəgahı 
müsəlman  peyğəmbəridir.  «Peyğəmbər»  əsərinin  qəhrəmanı 
kimi  əl-Mustafa  (Məhəmməd  peyğəmbərin  təxəllüslərindən 
biri) obrazının seçilməsi də təsadüfi deyildir.  


 
325 
Şərq  ruhunu  Qərbdə  ən  yüksək  səviyyədə  ifadə  edən, 
klassik  Şərqin  əzəmətini  və  ecazkarlığını  yeni  dövrün  ifadə 
vasitələri  ilə  amerikanların  öz  dilində  onlara  təqdim  edən 
böyük  ərəb  mütəfəkkiri  Cübran  Xəlil  Cübran  bu  gün  də 
qəlbləri riqqətə gətirir. Öz sözünü ən çox şeir dilində, poeziya 
ilə  çatdıran  Şərq,  Hegelin  də  vurğuladığı  kimi,  epik  düşüncə 
vərdişlərinə çox az yiyələnmişdir ki, bu da bir çox mətləblərin 
çağdaş  Qərb  adamının  başa  düşəcəyi  şəkildə  çatdırılmasına 
mane  olur.  Əlbəttə,  C.Cübranın  nəsri  də  şairanədir.  O, 
Amerikada  yaşasa  da,  məhz  Şərq  ruhunu  təcəssüm  etdirir. 
Amma  bu  işi  elə  yüksək  səviyyədə  həyata  keçirir  ki,  ona 
heyran olmamaq mümkün deyil. O, təkcə sözün yox, fikrin də 
virtuozudur.  
Bir  çox  tədqiqatçılar  Cübran  Xəlil  Cübran  yaradıcılığına 
Qərb mütəfəkkirlərindən Bleyk, F.Nitsşe, Uitmen və s.-in ciddi 
təsir etdiyini vurğulayır, müqayisələr aparırlar. Belə bir təsirin 
mövcudluğu  şübhə  doğurmur.  Amma  bununla  belə  Cübran 
Xəlil  Cübranın  yaradıcılığı  təpədən-dırnağa  Şərq  hadisəsidir. 
Bənzəyiş  isə  daha  çox  dərəcədə  adı  çəkilən  Qərb 
mütəfəkkirlərinin  də  öz  növbəsində  Şərq  mənbələrindən 
təsirlənməsinin  nəticəsidir.  Yəni  təməldə  Şərq  dayanır.  Əgər 
F.Nitsşe  ənənəvi  Şərq  üslubuna  müraciət  edirsə  və  təfəkkür 
baxımından da Şərqlə Qərbin sintezindən çıxış etməyə çalışırsa 
və bu ahəng böyük daxili səylər hesabına əldə edilirsə Cübran 
buna heç bir çətinlik çəkmədən nail olur. Onun təkcə düşüncəsi 
yox, ruhu da Şərq ruhudur. Əksinə, Cübranın göstərdiyi səylər 
yazdıqlarını  Qərb  oxucusu  üçün  daha  anlaşıqlı  etmək 
istiqamətində  ola  bilər.  Nəticələr  isə  bir-birinə  necə  də 
bənzəyir. Şərq ruhunun Qərb düşüncəsinə doğru qət etdiyi yol 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə