Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə75/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   71   72   73   74   75   76   77   78   ...   82

 
302 
mədh  edən  bir  səs,  yatmış  həyatı  irəli  yürüməyə,  yayılmağa, 
yer üzünü doldurmağa oyadan bir səs. 
Ölüm  gəlib,  həyat  dramının  sonuncu  səhnəsi  oynananda 
biz kədərləndirici musiqi eşidir, o ağrıdıcı saatda, ruh bu gözəl 
aləmin  sahillərinə  vida  deyib,  öz  maddi  bədənini  ağı  deyib 
ağlayanlar  qarşısında  tərk  edərək  əbədiyyət  dənizində  üzəndə 
musiqinin  səmanı  kədər  kabusları  ilə  doldurduğunu  görürük. 
İnsanlar hüzn və təəssüf dolu səslər çıxara-çıxara ah-uf edir, o 
cansız maddənin üstünü nəm torpaqla örtür, onu inciklik ifadə 
edən  sədalarla,  kədər  və  əzab  dolu  mahnılarla  yola  salırlar. 
Onlar  bu  mahnıları  ölən  adamın  torpağı  köhnələnə  qədər 
qəlblərində yaşadır, qəbir köhnəldikdən sonra isə bu mahnıların 
sədaları  onların  bədən  üzvlərinin  toxumalarında  qəlb,  ölən 
adamı xatırladıqca qalır. 

 
Bir  dəfə  Allahın  şirin  səs  verdiyi,  musiqinin  və  ritmin 
fəlsəfəsinə  vaqif  etdiyi  bir  nəfərin  məclisində  oldum. 
Ətrafındakıların  onu  diqqətlə,  mütiliklə,  nəfəs  verib-almadan, 
sakitliyi pozmadan dinlədiklərini gördüm. Onlar özlərini qəribə 
sirlər  açan  bir  yaradıcı  qüvvəyə  təslim  etmiş  şairlər  kimi 
gözlərini  ona  zilləmişdilər.  Müğənni  mahnı  oxuyub  qurtaran 
kimi oradakılar onu uzun-uzadı ah çəkib alqışlayaraq «Əhsən! 
Əhsən!»  –  dedilər.  Bu  ahlar  musiqi  sədalarının  gizli 
duyğularını  həyəcana  gətirdiyi  ürəklərdən  gəldiyi  üçün  belə 
şirin  nidalara  çevrildi.  «Ah»  elə  bir  nidadır  ki,  o  yalnız 
xatirələrin  cana  gətirdiyi  yüksək  ləyaqətli  qəlblərdən  qopur. 
«Ah»  kiçik  bir  sözdür,  ancaq  böyük  mənası  var.  Bu  ahları 
çəkənlər nə müğənninin oxuduğu mahnının sözlərindən, nə də 
onun üzünün gözəlliyindən vəcdə gəlmişdilər. Onlara bu ahları 


 
303 
çəkdirən  diqqətlə  dinlədikləri,  qırıq-qırıq  ah  ilmələrindən 
toxunmuş  mahnı  idi.  Bu  canlı  ahlar  hər  kəsin  keçmiş  həyat 
romanından  bir  fəsli  təmsil  edir,  yaxud  onun  qəlbində 
gizlənmiş bir sirri açır. 
Mən dəfələrlə həssas dinləyicinin üzünə diqqətlə baxanda 
onun  üz  qırışlarını  gah  yığılıb,  gah  açıldığını,  mahnının 
təranələri  dəyişdikcə  onların  da  haldan-hala  düşdüyünü 
görmüşəm.  Bu  zaman  mən  həmin  adamın  fiziki  varlığından 
mənəviyyatına  yol  tapmış,  zahiri  vasitəsilə  batini  ilə  söhbət 
etmişəm. 
Musiqi də poeziya və rəssamlıq kimidir. İnsanın müxtəlif 
hallarını  əks  etdirir,  qəlbin  vəziyyətlərinin  cizgilərini  çəkir, 
nəfsin  meyllərinin  fantaziyalarını  izah  edir,  xatirdə  dolaşan 
şeyləri  müəyyən  şəkillərə  salır,  bədənin  ən  gözəl  istəklərini 
vəsf edir. 
 
NƏHAVƏND [muğamı] 
Nəhavənd  sevgililərin  ayrılığını,  vətən  həsrətini  ifadə 
edir, son mənzilə yola salınan əziz adama sonuncu baxış anını 
təsvir  edir.  Ehtiras  alovunun  doğurduğu  üzücü  ürək  ağrılarını 
təcəssüm  etdirir.  Nəhavənd  məhzun  qəlbin  dərinliklərindən 
gələn  bir  səsdir.  Tərk  olunmaq  üzrə  olub,  ayrılıq  dərdindən 
üzülməzdən  qabaq  son  anda  mərhəmət  diləyənin  hisslərini 
təcəssüm etdirən melodiyalar toplusudur. Acı həyatdan bezmiş 
adamın  dərindən  köks  ötürməsi,  çəkdiyi  əzablardan  səbri  və 
dözümü  tükənərək  ümidsizliyə  qapılmış  adamın  ahlarıdır. 
Nəhavənd  payızı  –  ağacların  saralmış  yarpaqlarının  sakit, 
səssiz  tökülməsi,  küləyin  onları  oynadaraq  səpələməsi 
mənzərəsini  canlandırır.  Nəhavənd  oğlunu  uzaq  səfərə  yola 


 
304 
salandan  sonra  gecəni  ayrılıq  dərdi  ilə  mübarizədə  keçirən, 
ümidsizlik qılıncı ilə hücum çəkən, bu dərdin qarşısını səbir və 
ümid  qalxanı  ilə  kəsən  bir  ananın  duasıdır.  Nəhavənddə  elə 
məna, daha doğrusu, mənalar və sirlər var ki, onları yalnız ürək 
başa  düşər,  qəlb  anlayar.  Bunlar  elə  sirlərdir  ki,  dil  onları 
demək  istəsə,  gücü  çatmayıb  quruyar,  qələm  yazmaq  istəsə, 
bənd-bənd qırılar. 
İsfahan [muğamı] 
İsfahanı dinlədim, qulağımın gözü ilə həyatı sönmək üzrə 
olan  aşiqin  hekayətinin  son  fəslini  müşahidə  etdim.  Onun 
sevgilisi  ölmüş,  ümid  bağları  qırılmışdır.  O,  ara  vermədən  ah-
nalə edir, son gücünü toplayıb sevgilisini ağlayır, qalan anlarını 
sevgilisinə  ağı  deməklə  keçirir.  İsfahan  həyat  sahili  ilə 
əbədiyyət  dənizi  arasındakı  ölüm  gəmisində  dayanmış,  can 
çəkişmələri içrə olan insanın sonuncu nəfəsidir. İsfahan insanın 
ara  verməyən  kəsik-kəsik  hıçqırtılarla,  dərindən  ah  çəkə-çəkə 
öz-özünə  ağı  deməsidir.  O  elə  bir  nəğmədir  ki,  onun  sakit 
sədasında  ölüm  və  ümidsizlik  acısı,  göz  yaşı  və  vəfa  şirinliyi 
bir-birinə qarışmışdır. 
Əgər  Nəhavənd  yaşamağa  azacıq  ümidi  olan  insanın 
kədəridirsə, İsfahan ümid bağları qırılmış insanın naləsidir. 
 
Səba [muğamı] 
Səbanı  eşidirik,  qəm-qüssəyə  bürünmüş  ürəklərimiz 
oyanır,  canlanır,  kökslərimizdə  rəqs  etməyə  başlayır.  Çünki 
Səba  elə  bir  şən  melodiyadır  ki,  insana  qəm-qüssəsini 
unutdurur,  insan  şərab  istəyir,  onu  qəribə  bir  iştahla  içir,  bir 
daha  içmək  istəyir.  Sanki  o,  sevinc  sərxoşluğunun  şərab 
sərxoşluğu  ilə  yarışıb  qalib  gələcəyini  bilir.  Səba  riskə  gedib 


 
305 
tale  ilə  çarpışaraq  ayrılağa  qalib  gəlmiş,  gecələr  uzaq  bir 
guşədə  öz  gözəl  sevgilisi  ilə  görüşdən  həzz  alan,  bu  görüşün 
şadlıq  və  xoşbəxtlik  bəxş  etdiyi  aşiqin  hekayətidir.  Səba 
keçdiyi  yoldakı  çəmən  çiçəklərinin  iftixar  və  sevincdən 
həyəcana gəlib titrədikləri səba yellərinə bənzəyir. 
 
Rəsəd (Rast) [muğamı]
1
 
Rastın  gecənin  sakitliyində  duyğularda  buraxdığı 
təəssürat  uzaq  ellərə  gedib  çoxdan  sorağı  gəlməyən  doğma, 
əziz  adamdan  gəlmiş  məktubdakı  sözlərin  təsirinə  bənzəyir. 
Budur,  məktub  gəlib  ümid  hissini  oyadır,  ruhu  görüşə 
                                                 
1
  Müəllif  Şərq  muğamat  musiqisi  kontekstində  ərəb  ladlarından  bəhs 
edərkən  bir  musiqişünas  kimi  deyil,  özünün  həmin  musiqi  növündən 
duyduğu  emosional  vəziyyətlərdən  çıxış  edərək  bəhs  açır.  Ərəb  muğam 
ladlarından  da  ikisinin  (Nəhavənd,  İsfahan)  ərəb  sözləri  ilə 
adlandırılmaması  bu  musiqi  növünün  ümumşərq  mənsubiyyətini  bir  daha 
təsdiq edir. Qalan iki muğamdan (Səba, Rəsəd) birincisinin (Səba) adı türk 
və  fars  muğam  sistemində  şöbə,  yaxud  guşə  olaraq  eyni  sözlə  adlandığı 
halda,  ikincisinin  (Rəsəd)  fərqli  adlandırılması  maraq  doğurur  və  bunun 
mümkün qədər izaha ehtiyacı var. Azərbaycan muğamları içərisində xüsusi 
yer tutan Rast muğamının adının farsca rast (doğru, düz, rast gəlmək,  «sağ 
əl»  mənaları  var)  sözündən  götürüldüyü  fikri  ilə,  demək  olar  ki,  bütün 
mütəxəssislər  razıdır.  Bir  muğam  adı  kimi  müxtəlif  izahlarından  ona 
səslərinin  əksəriyyətinin  əsas  pərdə  ilə  rastlaşdığına  görə  bu  adın  verildiyi 
fikri  diqqəti  çəkir.  Onun  bahar  küləyinin  hərəkətindən  götürüldüyü  də 
deyilmişdir.  Bu  muğam  ladının  ərəblərdəki  Rəsəd  adına  gəlincə,  bu  söz 
«rəsədxana» sözünün birinci komponentini təşkil edən sözdür, «müşahidə», 
«pusqu»  («gözləmə»),  «tilsim»  kimi  əsas  mənaları  var.  Ərəb  dilində  bu 
kökdən olan «əsas yol», «aydınlıq», «platforma» «tilsimlənmiş» və b. məna 
çalarları olan sözlər çoxdur. XV əsr Azərbaycan musiqişünas alimi Fətullah 
Şirvaninin  aşağıdakı  fikri  də  Cübran  Xəlilin  Rastı  gündüzlə,  gözlənilən 
aydınlıqla,  yaxşı  sonluqla  əlaqələndirilməsinə  uyğun  gəlir:  «Günəşin 
üfüqdən  iki  nizə  uzunluğu  hündürlüyündə  ucaldığı  zaman  Rast... 
çalınmalıdır» (Fətullah Şirvani. «Musiqi məcəlləsi», B. «Şərq-Qərb»; 2006, 
səh.82). 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə