Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə57/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   53   54   55   56   57   58   59   60   ...   106

230 

 

1.



 

prizmaşəkilli  nüvələr 

– 6 ədəd; 

2.

 



diskşəkilli  nüvələr  – 

2 ədəd; 


3.

 

birzərbəsəthli nüvələr 



– 3 ədəd; 

4.

 



ikizərbəsəthli  nüvələr 

– 2 ədəd. 

Prizmaşəkilli 

nüvələrin 

hamısı 

çaxmaqdaşından 



hazırlanmışdır.  Nüvələr  üzərində  istənilən  qədər  lövhələr 

qoparılmışdır.  Təsvir  olunan  prizmaşəkilli  nüvələr  üst  Paleolit 

üçün  xarakterik olan  nüvələrdən  ibarətdir.  Damcılı düşərgəsindən 

tapılmış  üst  Paleolitə  aid  nüvələrin  nümunələri  106-cı  şəkildə 

göstərilmişdir. 

Damcılı düşərgəsinin daş  məmulatı arasından qeydə alınmış 

2 ədəd diskşəkilli  nüvələr çaxmaqdaşından  hazırlanmışdır.  Təsvir 

olunan  nüvələrin  ancaq  bir  üzündən  qəlpə  və  lövhələr 

qoparılmışdır.  Nüvənin  əks  üzündə  isə  təbii  qabıq  olduğu  kimi 

saxlanılmışdır. 

Düşərgədən aşkar edilmiş 3 ədəd birzərbəsəthli  nüvələrin 2 

ədədi  çaxmaqdaşından,  bir  ədədi  isə  slanes  daşından 

hazırlanmışdır. 



231 

 

Damcılı  düşərgəsinin    daş  məmulatı  içərisindən  qeydə 



alınmış  ikizərbəsəthli  nüvələrin  hər  ikisi  çaxmaqdaşından 

hazırlanmışdır.  Təsvir olunan  nüvələrin  üzərindən çoxlu qəlpə  və 

lövhələr  qoparılmışdır.  Ona  görə  də  təsvir  olunan  nüvələr  qalıq 

nüvələrə çevrilmişdir. 

1953,  1956-1958-ci  illərdə  Damcılı  mağara  düşərgəsində 

arxeoloji  qazıntılar  zamanı  6894  ədəd  daş  məmualtı  aşkar 

edilmişdir.  Onların  342  ədədi  əmək  alətlərindən,  qalanları  isə 

istehsal  tullantıları  və  nüvələrdən  ibarətdir  (Hüseynov,  1975; 

Cəfərov, 1999). 

Damcılı düşərgəsindən tapılmış daş məmulatı içərisindən üst 

Paleolitə aid aşağıdakı alətlər qeydə alınmışdır:  

1.

 



qaşovcuqlar 

(19 


ədəd); 

2.

 



bizlər (11 ədəd); 

3.

 



kəsicilər (9 ədəd); 

4.

 



bıçaqlar (6 ədəd); 

5.

 



şalelperron 

tipli 


alətlər (4 ədəd); 

6.

 



levallua  itiucluları  (8 

ədəd); 


7.

 

dişəklənmiş  levallua 



itiucluları (5 ədəd); 


232 

 

8.



 

üzərində  işlək  izi 

olan lövhələr (28 ədəd)4 

9.

 



ucluqlar (4 ədəd) 

 Qaşovcuqlar  (19  ədəd).  Onların  12  ədədi  çaxmaq,  5  ədədi 

dəvəgözü,  2  ədədi  isə  slanes  daşlarından  hazırlanmışdır. 

Qaşovcuqların  zərbə  səthləri  və  zərbə  düyünləri    olduqca  yaxşı 

saxlanılmışdır. Təsvir olunan alətlərin  işlək ağızları  incə,  nazik və 

itiləyici  dişəklə  işlənmişdir.  Tağlar  düşərgəsinin  II  təbəqəsindən 

qeydə  alınmış  qaşovcuqlar  daha  incə  hazırlanmışdır.  Bu  da  üst 

Paleolitin  II  inkişaf  mərhələsində  (solyutre)  hazırlanmış  alətləri 

xatırladır. Təsvir olunan qaşovcuqların  nümunələri 106, 1, 2 və 3-

də göstərilmişdir. 

Bizlər (11 ədəd). Onların 6 ədədi çaxmaq, 3 ədədi dəvəgözü 

və  2  ədədi  isə  slanes  daşlarından  hazırlanmışdır.  Təsvir  olunan 

alətlərin  ucları  olduqca  incə  və  itiləyici  dişəklə  işlənmişdir. 

Sonuncu qeyd olunan xüsusiyyət alətlərdən  iş prosesində əlverişli 

istifadə  edilməsinə    imkan  verir.  Həmin  bizləri  dəstək  hissəyə 

bağlayıb,  ovçuluqda  istifadə  etməyə  yararlı  olur.  Təsvir  olunan 

alətlərin nümunələri şəkil 106, 5, 11-də göstərilmişdir. 

Kəsicilər  (9  ədəd).  Alətlərin  5  ədədi  çaxmaq,  4  ədədi  isə 

dəvəgözü  daşlarından  hazırlanmışdır.  Kəsicilərin  işlək  ağızları 

olduqca  incə  dişəklə  işlənmişdir.  O nların  vasitəsilə  hər  hansı  bir 



233 

 

əşyanı  asanlıqla  kəsmək  olur.  Təsvir  olunan  alətlərin  nümunələri 



şəkil 107-də göstərilmişdir. 

Bıçaqlar  (6  ədəd).  Onların  4  ədədi  çaxmaq,  2  ədədi  isə 

dəvəgözü  daşlarından  hazırlanmışdır.  Alətlərin  zərbə  səthi  və 

zərbə  düyünü  yaxşı  saxlanılmışdır.  Bıçaqların  4  ədədinin  işlək 

ağızları  incə  itiləyici dişəklə  işlənmişdir.  Iki bıçağın  işlək ağzı  isə 

dişəksiz  iti  formaya  salınmışdır.  Damcılı  düşərgəsindən  tapılmış 

bıçaqlarla  Tağlar düşərgəsinin  II təbəqəsindən  tapılmış bıçaqların 

oxşar  cəhətləri  vardır.  Təsvir  olunan  bıçaqların  nümunələri  şəkil 

108-də göstərilmişdir. 



Şatelperron  tipli  alətlər  (4  ədəd).  Alətlərin  hamısı 

çaxmaqdaşından  hazırlanmışdır.  Təsvir    olunan  alətlərin  zərbə 

səthi  və  zərbə düyünü olduqca  yaxşı saxlanmışdır.  Alətlərin  işlək 

ağızları  nazik  itiləyici  və  dik  dişəklə  işlənmişdir.  Qobustanın 

“Qayaarası”  düşərgəsinin    daş  məmulatı  içərisindən  də  bir  neçə 

Şatelperron  tipli  alətlər  qeydə  alınmışdır.  Belə  əmək  alətləri  üst 

paleolit mədəniyyəti üçün xarakterik olan alətlər hesab olunur. 

Levallua itiucluları  (8  ədəd).  Alətlərin  5  ədədi  çaxmaq,    2 

ədədi  slanes  və  1  ədədi  isə  dəvəgözü  daşından  hazırlanmışdır. 

Levallua  itiuclularının  hamısının  zərbə  səthi  və  zərbə  düyünü 

yaxşı saxlanmışdır.  Təsvir olunan  alətlərin bir  neçəsinin  üzərində 

iş  prosesində  əmələ    gəlmiş  geniş  qopuq  izləri  nəzərə  çarpır. 

Damcılı  düşərgəsinin  daş  məmulatı  içərisində  qeydə  alınmış 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə