Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə55/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   51   52   53   54   55   56   57   58   ...   106

221 

 

Qazma  paleolit  düşərgəsindən  tapılmış  daş  məmulatının 



texniki  və  tipoloji  tədqiqi  zamanı  müəyyən  olunmuşdur  ki,  əmək 

alətlərinin bir qismi mağarada, digər qismi isə düşərgədən kənarda 

hazırlanmışdır.  Çünki  daş  məmulatı  içərisində  çoxlu  istehsal 

tullantıları  tapıldığı  halda  cəmi  4-5  ədəd  nüvə  qeydə  alınmışdır 

(Cəfərov, 1999). 

Qazma  mağarasının  daş  məmulatı  arasında  levallua 

itiucluları,  dişəklənmiş  levallua  itiucluları,  mustye  itiucluları,  bir 

və  iki  işlək  ağızlı  qaşovlar,  künclü  qaşovlar,  bıçaqlar,  limas  tipli 

alətlər, qaşovcuqlar və ucluqlar qeydə alınmışdır (şəkil 113-117). 

Qazma  düşərgəsinin  əmək  alətləri  içərisində  əsas  yeri 

levallua  və  mustye  itiucluları  və  qaşov  tipli  alətlər  tutur.  Qeyd 

olunan  alətlər  tipoloji  cəhətdən  bir  neçə  qrupa  bölünür.  Bu  da 

düşərgənin əmək alətlərinin  tipoloji  xüsusiyyətlərinin  geniş tədqiq 

olunmasına imkan verir (şəkil 113-115). 

 Düşərgənin  daş  məmulatı  içərisində  istehsal  tullantılarının 

qeydə  alınması  sübut  edir  ki,  düşərgədə  qədim  insanlar  əmək 

alətlərinin bir qismini hazırlamışlar. 

Qazma  mağarası  Naxçıvan  Muxtar  Respublilası  ərazisində 

orta  Paleolit    dövrünə  aid  tapılmış  ilk  qədim  insan  düşərgəsidir. 

Əgər bu  vaxta qədər Naxçıvan  ərazisində  insanların  yaşaması 5-6 

min  il  bundan  əvvəllərə  aid  edilmişdisə,  yeni  tapıntı  bu  ərazidə 

qədim  insanların  hələ  80-90  min  il  bundan  əvvəl  yaşadıqlarını, 




222 

 

eyni  zamanda  hələ  orta  Paleolit  dövründə  Naxçıvan  ərazisində 



qədim  insanların  yaşaması  üçün  əlverişli    təbii  coğrafi  şəraitin 

olduğunu göstərir. 

Naxçıvan  diyarından  ilk  dəfə  olaraq  sənədləşdirilmiş 

çoxtəbəqəli  mustye  düşərgəsinin  qeydə  alınıb  tədqiq  olunması  

Azərbaycan  ərazilərində  neandertal  tipli  insanların  daha  geniş 

ərazidə  məskunlaşmasını  göstərir. Maraqlıdır ki, belə qədim  insan 

düşərgələri  cənubi  Azərbaycan  ərazisində  də  tapılıb  tədqiq 

olunmuşdur.  Güman  etmək  olar  ki,  gələcəkdə  Azərbaycan 

ərazisində  aparılacaq  arxeoloji  tədqiqat  işləri    bəşəriyyətin 

keçmişinə  dair  yeni  düşərgələrin    müəyyən  olunmasına  şərait 

yaradacaqdır. 

 

 



Buzeyir paleolit düĢərgəsi 

 

Buzeyir  mağara  düşərgəsi  1985-ci  ildə  Ə.Q.Cəfərov 

tərəfindən  qeydə  alınmışdır  (Cəfərov,  1987).  Buzeyir  mağarası  

Lerik  rayonu  ərazisində  olub,  Talış  dağlarının  ən  yüksək 

zirvəsində  yerləşir.  Düşərgə  Zuvandçayının  sol  sahilində  olub, 

dəniz  səviyyəsindən  1640  metr  yüksəklikdə,  Zuvandçayının 

müasir  yatağından  300-350  metr  yüksəklikdə  yerləşir.  Buzeyir 

mağarasının  yerləşdiyi  müasir  ərazi Talış dağlarının ən  mənzərəli 




223 

 

guşələrindən biri olub, ətrafları ağac örtüyü  ilə əhatə olunmuşdur 



(şəkil 121-122). 

 

 



Buzeyir düĢərgəsinin daĢ mə mulatı 

 

Buzeyir  mağarasında  aprılan  arxeoloji  qazıntılar  zamanı  63 

ədəd daş məmulatı tapılmışdır. Daş məmulatı içərisində diskşəkilli 

nüvələr, levallua itiucluları, sadə bir işlək ağızlı qaşovlar, bir işlək 

ağızlı  qabarıq  qaşov,  qəlpələr  və  lövhələr  qeydə  alınmışdır  (şəkil 

123). 


Buzeyir  düşərgəsinin  daş  məmulatı  əsasən  çaxmaq,  slanes, 

dəvəgözü  və  andezit  daşlarından  hazırlanmışdır.  Düşərgənin  daş 

məmulatı  içərisində  əsas  yeri  levallua  itiucluları  və  qaşov  tipli 

alətlər  tutur.  Levallua  itiucluları  əsasən  çaxmaqdaşından 

hazırlanmışlar. Maraqlıdır ki, aşkar olunmuş levallua itiuclularının 

heç birinin işlək ağzında dişək izi yoxdur. Qaşov tipli alətlərin biri 

çaydaşı üzərində, ikincisi isə çaxmaqdaşı üzərində hazırlanmışdır. 

Buzeyir  mağarasından  aşkar  olunmuş  daş  məmulatının 

texniki-tipoloji  tədqiqi  onların  Mustye  mədəniyyəti  –  Aşelin  son 

mərhələsində  hazırlandıqlarını  söyləməyə  imkan  verir.  Lakin 

gələcəkdə  Buzeyir  düşərgəsində  aparılacaq  arxeoloji  qazıntılar 



224 

 

abidə haqqında daha yeni- yeni elmi məlumatların əldə olunmasına 



səbəb olacaqdır. 

Buzeyir düşərgəsi   hələlik Talış dağları ərazisində  müəyyən 

olunmuş ilk insan məskənidir (Cəfərov, 1999, 2004). 

1953-2003-ci  illərdə  Azərbaycan  Respublikası  ərazisində 

aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  orta  Paleolit  –  Mustye 

mədəniyyətinə  Azıx  (III  təbəqə),    Tağlar,  Daşsalahlı,  Damcılı, 

Qazma və  Buzeyir düşərgələri qeydə alınıb tədqiq olunmuşdur. 

Azərbaycanın  orta  Paleolit  düşərgələrində  aparılan  elmi 

tədqiqatlar  burada  yaşamış  ulu  sakinlərin  həyat  tərzi,  alət 

hazırlama  texnikası    və  ovçuluq  təsərrüfatı  haqqında  geniş  elmi 

məlumatlar  verməklə  bərabər,  neandertal  tipli  insanların    Mustye 

mədəniyyəti  dövründə  daha  geniş  ərazilərdə  məskunlaşmasını 

göstərir (Hüseynov, 1985; Cəfərov, 1999, 2004). 

 

 



 

 

 



 

 

 



 


225 

 

IX FƏSĠL 



 

AZƏRBAYCANDA ÜST PALEOLĠT MƏDƏNĠYYƏTĠ 

 

Son  50  ildə  Azərbaycan  Respublikası  ərazisində  aparılan 

kompleks  elmi  tədqiqatlar  nəticəsində  üst  Paleolit  mədəniyyətinə 

aid  maddi  mədəniyyət  qalıqları  Tağlar  paleolit  düşərgəsinin  II 

təbəqəsində, Damcılı  mağara düşərgəsinin daş  məmulatı arasında, 

Qobustanın  “Qayaarası”  düşərgəsində,  Kəlbəcərin  Zar  kəndi 

ərazisində  və  Qazax  rayonunun  Yataq  yeri  ərazisindən  qeydə 

alınıb tədqiq olunmuşdur (Cəfərov, 2004; Mənsurov, 2000). 



Tağlar  paleolit  düşərgəsinin  II  təbəqəsindən  tapılmış  üst 

Paleolitə  aid  daş  məmulatının  texniki-tipoloji  xüsusiyyətləri. 

Tağlar  paleolit  düşərgəsinin  II  təbəqəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  cəmi  1214  ədəd  daş  məmulatı  tapılmışdır. 

Həmin  daş  məmulatının  texniki-tipoloji  tədqiqi  zamanı  onların 

arasında  üst  Paleolitə  aid  alətlər  qeydə  alınmışdır.  Düşərgənin  II 

təbəqəsindən  qeydə  alınmış  üst  Paleolitə  aid  alətləri  aşağıdakı 

tiplərə ayırmaq olur: 

1.

 



qaşovcuqlar 

(13 


ədəd); 

2.

 



bizlər (12 ədəd); 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə