Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə82/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   78   79   80   81   82   83   84   85   ...   106

331 

 

      Mezolit dövründə  insanlar öz sələfləriylə  müqayisədə təbii 



nemətlərdən  daha  çox  istifadə  edirdilər.  Dövrün  səciyyəvi  daş 

alətləri  sırasına  çaxmaqdaşından  kiçikölçülü  (mikrolitik)  həndəsi 

formalı  üçbucaq,  seqment  və  trapesşəkilli  alətlər,  müxtəlif 

itiuclular,  bir  yanı  kütləşdirilmiş  lövhələr,  əsasən  kiçikölçülü  və 

müxtəlif  tipli  qaşovlar,  kəsər  və  kəsərciklər,  bizlər,  sıyırcaqlar, 

döymək, çapmaq  üçün alətlər,  iriölçülü qazanlar,  yığılmış dəni  və 

bitki köklərini əzmək üçün süzgəc və s. daxildir. 

             Qobustanın  daş  məmulatı  arasında  çoxluq  təşkil  edən 

müxtəlif  növlü  qaşovlar  gön  və  dəri  işləmədə,  ağac  və  sümük 

alətlərin  və  s.  hazırlanmasında  istifadə  olunmuş  universal 

alətlərdir. Xırda kəsici alətlərdən sümük və ağac üzərində aparılan 

zərif  işlərdə  istifadə  olunurdu.  Ə mək  alətləri  arasında  oxun 

çubuğunu hamarlayan dəvəgözü daşından, üstündə diametri  1 sm-

ə  yaxın  nov  açılmış  əşyalar  Qobustanın  Mezolit  dövrü 

təbəqələrindən tapılmışdır. Qobustanın yüksək estetik zövqə malik 

sakinləri  qayalarda  təsvirlər  çəkməklə  yanaşı,  əmək  alətlərini 

bəzəməyi  də  bacarmışlar.  Hamarlayıcı  daşlardan  birinin  novunun 

yaxınlığında  ceyran  təsvirləri,  bir  neçəsində  isə  novun  kənarları 

zərif  kəsmə  xətlər,  dalğalı  və  bir-birini  kəsən  xətlərlə 

bəzədilmişdir.  1  ədəd  yastı  oval  formalı  çaydaşından  ikiüzlü 

süzgəc,  itiucları  döymə  şaquli  paralel  xətlər,  ətrafı  isə  döymə 

nöqtələrlə bəzədilmişdir. 




332 

 

      Qobustanın  Mezolit  düşərgələrindən  tapılmış  əmək 



alətlərinin  nümunələri  şəkil  172-180-də  göstərilmişdir.  Mezolit 

dövründə  insanlar  arasında  peşəyönlü  ixtisaslaşdırma  böyük 

əhəmiyyətə  malik  idi.  Bu  dövrdə  daşişləmə,  sümük  və  ağac 

işləmə,  əmək  alətləri,  silah  nümunələri,  bəzək  əşyaları,  qayıq 

düzəltmək,  tor  toxumaq,  qarmaqlar  düzəltmək,  hətta  ovlanmış 

heyvanların  doğranmasıyla  belə  ayrı-ayrı  peşəkar  insanlar  və  ya 

insan qrupları məşğul olurdular.  

    Söz  yox  ki,  adı  çəkilən  təsərrüfat  sahələrinin    hamısı  qida 

əldə olunmasına yönəlmişdir.  

    Hər  peşə  sahəsinin  özü  də  bir  neçə  mərhələdə,  müəyyən 

ixtisaslaşmış insanlar tərəfindən icra olunurdu. Ov ətinin doğranıb 

bölünməsi  bir  neçə  əməliyyat  mərhələsindən  keçirdi.  Hər 

mərhələsinin  öz  peşəkar  insanları  var  idi.  Ov  elə  ustalıqla 

bölünməyi  tələb  edirdi  ki,  bu  iş  görülərkən  heç  bir  itkiyə  yol 

verilməsin.  Heç  bir  məhsul  artıq  sayılmır  və  atılmırdı.  Ət  yemək 

üçün  istifadə  edilirdi.  Dəridən  geyim,  ayaqqabı,  baş  geyimi, 

yaşayış evinin üstünü örtmək, döşəməyə salmaq və s. məqsədlərlə, 

göndən zənbil, torba, kəmər və ya kəmərcik və s. hazırlamaq üçün 

istifadə  olunurdu.  Çox  güman  ki,  Qobustanın  qədim  kişi 

təsvirlərinin kəmərciliyi də göndən hazırlanmışdır. 

Buynuz  və  sümükdən  əmək  aləti  və  silah  hazırlanırdı. 

Heyvanın 

qurudulmuş 

damarlarından 

oxun, 

yayın 



333 

 

hazırlanmasında,  ip  əvəzi  müxtəlif  əşyaların  bağlanması    (əmək 



aləti və ya silahın dəstəyə bərkidilməsi)  və s. istifadə olunurdu. 

       Əmək  alətlərinin  hazırlanması  çox  vaxt  tələb  edirdi. 

Insanların bütün əmək tələbatını tam ödəmək üçün alətlər müxtəlif 

növlü olmuşdur.  

    Yemək  sadə  ocaqlarda  hazırlanırdı.  Bəzən  daşdan  xüsusi 

ocaqlara da təsadüf olunurdu. 

    Üst paleolitin sonları  üçün səciyyəvi olan qayaüstü təsvirlər 

Mezolit  dövründə  azlıq  təşkil  edir.  Incəsənət  sxematikləşmiş 

səciyyə  alır.  Həndəsi  naxış  çoxalır.  Əsas  bəzək  növü  xətlər, 

nöqtələr,  kəsmə  xətlər,  sünbülvari  sınıq  xətlər  və  torşəkilli 

bəzəkdən 

ibarət 


olmuşdur. 

Xırda 


heyvan 

və 


insan 

heykəlciklərindən  ibarət  incəsənət  nümunələri  yaranır.  Iqtisadi 

baxımdan  Mezolit  üst  Paleolitdə  ovlanmış  heyvan  sümükləri 

üsullarının  dəyişməsi,  yeni  təsərrüfat  sahələrinin  yaranması  və 

inkişafı ilə fərqlənir. 

  Mezolitin  dövrləşdirilməsi  üçün  hələlik  ümumi  bir  qayda 

işlənməmişdir. 

    Lakin  1973-cü  ildə  Avropa  mezolitinə  həsr  olunmuş 

Varşava simpoziumunda Mezolitin  iki- qədim  və  son  mərhələdən 

ibarət  olması  qaydası  ilə  öyrənilməsi  təklifi  qəbul  olunmuşdur. 

Ilkin Mezolit  dövrü düşərgələrinin daş  məmulatında  hələ paleolit 

elementləri  üstünlük  təşkil  edir,  son  Mezolit  dövrü  insan 




334 

 

kollektivlərinin 



dövrüdür.  Kaspi  sahilində  məskunlaşmış 

Qobustanın  balıqçı  qəbilələri  artıq  dənizin  dərinliklərində  balıq 

ovlanması  üçün  ağac  gövdəsindən  qayıq  hazırlamışlar.  Bunu 

qayadakı  qayıq  təsvirləri  təsdiq  edir.  Balıqçılıq  artıq  müstəqil 

təsərrüfat  sahəsinə  çevrilmişdir.  Qobustan  qayalarında  çəkilmiş 

Mezolit  dövrünə  aid  ovlanmış  heyvan  sümükləri  səhnələrində 

artıq əhliləşmiş itdən istifadə olunduğu göstərilmişdir. 

   Mezolit  dövründə  insanlar  öz  sələflərilə  müqayisədə  təbii 

nemətlərdən  çox  istifadə  edirdilər.  Dövrün  səciyyəsi  daş  alətləri 

sırasına  çaxmaqdaşından  kiçikölçülü  (mikrolitik)  həndəsi  formalı 

üçbucaq,  seqment  və  trapes  alətlər,  müxtəlif  tipli  qaşovlar,  kəsər 

və  kəsərciklər,  bizlər,  sıyırğaclar,  döymək,  çapmaq  üçün  alətlər, 

iriölçülü yerqazanlar, yığılmış dənli və bitki köklərini əzmək üçün 

sürtgəc və s. daxildir. 

    Qayalarda  təsvirlər  həkk  etmək  işiylə  yəqin  ki,  bu  işdə 

təcrübəli  və  qabiliyyətli,  incə  zövqü  olan  insanlar  məşğul 

olmuşlar. 

     Mezolit dövründə sümük əşyaların çeşidi artır  və onlardan 

geniş  istifadə  olunmağa  başlanır.  Sümükdən  və  buynuzdan  balıq 

tutmaq  və  vurmaq  üçün  qarmaqlar,  nizə  tipli  yığma  alətlər  üçün 

əsaslar,  ox  ucları,  xəncər,  bıçaq  və  s.  başqa  alət  və  ucluqlar 

hazırlanırdı. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə