Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   8   9   10   11   12   13   14   15   ...   115

Sandrin bacı yataqda oturdu. İndi saat neçədir? O, zəng edənin səssini
tanımışdı. Xidmət etdiyi on beş il ərzində bir dəfə də olsun bu səs onu yuxudan
oyatmamışdı. Abbat mömin insan idi və axşam messasından (messa – katolik
ibadətlərindən birinin adı – S.B.) sonra dərhal evə yatmağa gedərdi.
- Əgər sizi yuxudan etdimsə, bağışlayın bacı, - abbatın səsi həmişəkindən fərqli
olaraq əsəbiydi, - Sizdən bir xahişim var. Mənə indicə, nüfuzlu amerikalı yepiskop
zəng etmişdi. Manuel Arinqarosa. Bəlkə də, tanıyırsız?
- «Opus Dei»nin rəhbəri? – əlbəttə, o tanıyırdı. Kilsə xadimlərindən kim onu
tanımırdı ki? Son illərdə Arinqarosanın mühafizəkar prelaturasının nüfuzu çox
artmışdı. 1982-ci ildə II İohann Pavel «Opus Dei»yə gözlənilmədən «papanın şəxsi
prelaturası» rütbəsini verərək onu daha yüksək pilləyə qaldırmışdı. Bu o deməkdi
ki, onların bütün dini fəaliyyətlərinə papanın özü rəsmən sanksiya verir. «Opus
Dei»nin yüksəlişi qəribə də olsa o ilə təsadüf edirdi ki, şaiyələrə görə, həmin vaxt
varlı bir sekta «Vatikan bankı» adı ilə tanınan Vatikan Dini Tədqiqatlar İnstitutunun
hesabına təxminən bir milyard dollar köçürərək onu iflasdan xilas etmişdi. Və
Roma papası gözlərini qırpmadan, dərhal «Opus Dei»yə «yaşıl işıq» yandırmış,
beləliklə, həlli yüz illərlə gözlənilən məsələni iyirmi ilə qanuniləşdirmişdi. Rahibə
Sandrin bacı hiss etməyə bilməzdi ki, bu təşkilatın Romadakı vəziyyəti yumşaq
desək, şübhəlidir, amma zati-əqdəsləri ilə kim mübahisə edə bilərdi ki?..
- Yepiskop Arinqarosa bir iş üçün məndən xahiş etmişdir, - abbat səsi titrəyə-
titrəyə dedi, - Onun bir yaxını bu gün Parisə gəlib…
Sonra Sandrin bacı səbrlə qəribə bir xahişi dinlədi və əhvalı korlandı.
- Bağışlayın, siz dediniz ki, «Opus Dei»dən olan bu adam səhərə qədər gözləyə
bilməz?
- Qorxuram ki, yox. Onun təyyarəsi sübh tezdən uçur. O, isə Sen-Sülpisi
həmişə görmək arzusunda olub.
- Amma bizim kilsə gündüz daha maraqlı olur. Rəngli şüşələrdən düşən günəş
şüaları, qnomonda kölgələrin oyunu (qnomon- kölgəyə əsasən günortanı və
günorta xəttinin istiqamətini təyin edən qədim astronomik cihaz) bizim kilsəni
daha unikal edir.
- Sizinlə razıyam, bacı, lakin… Qısası, onu qeç olmasa az bir müddətə içəri
buraxsanız, mənə böyük lütfkarlıq göstərmiş olarsınız. O dedi ki, gecə saat birdə
kilsəyə gələcək. Deməli, iyirmi dəqiqədən sonra.
Sandrin bacı narazı halda dilləndi: - Hə, əlbəttə. Kömək etməyə şadam.
Abbat ona minnətdarlıq edib dəstəyi asdı.
Rahibə, tamamilə pərişan halda yuxusunu qovmağa çalışaraq bir neçə saniyə
də isti yatağında oturdu. Altmış yaşlı qadın əvvəllər olduğu kimi yatağından cəld və
yüngül qalxa bilmirdi, həm də bu zəng onun halını tamam pozmuşdu.
Ümumiyyətlə, «Opus Dei»nin adı çəkiləndə o, əsəbləşirdi. Nəfsin öldürülməsi üçün
edilən dəhşətli rituallardan savayı, onun üzvləri yumşaq desək, qadına orta əsr
baxışlarıyla münasibət göstərirdilər. Orada, kişilər messada olarkən, qadınların


onların otaqlarını heç bir haqq ödənilmədən təmizləməyə məcbur edilmələrini;
kişilərin saman doldurulmuş döşəklərdə, qadınların isə quru döşəmədə yatdığını;
«nəfsin öldürülməsi» zamanı ilkin günaha cəza kimi qadınların əlavə ritulları yerinə
yetirməsinə məcbur edilməsini öyrəndikdə o, dəhşətə gəlmişdi. Bir sözlə, onlar
«dərketmə ağacı»ndan almanı dərən Həvvanın günahına bütün ömürləri boyu
cavab verməli idilər. Bu çox acınacaqlı idi, xüsusi ilə nəzərə alınsa ki, katolik
kilsələrinin əksəriyyəti tədricən düzgün istiqamət götürərək qadın hüquqlarına
hörmət etməyə çalışırdılar. «Opus Dei» isə bu tərəqqiyə maneə idi. Buna
baxmayaraq Sandrin bacı vədinə əməl etməli idi.
O, ayaqlarını çarpayıdan yerə qoyub yavaş-yavaş ayağa qalxdı. Daş döşəmənin
soyuğu onun yalın ayaqlarını gizildətdi. Bu soyuq, sanki, ayaqlarından yuxarı
qalxaraq bütün bədənini titrədirdi, birdən ürəyinə ağırlıq çökdü.
Bu nədir? Qadın intuisiyasımı?
Sandrin bacı əsil dindar kimi çoxdan həyəcanını, ruhunu sakitləşdirməyi
öyrənmişdi. Amma bu gün sakitləşdirici səslər nəyə görəsə susurdu. Kilsədə də
cansıxıcı sakitlik hökm sürürdü.
VIII FƏSİL
Lenqdon parketdəki qırmızımtıl hərf və rəqəmlərdən gözlərini çəkə bilmirdi.
Lenqdonun anladığına görə, Cak Sonyerin yazdıqları ölən adamın vida sözlərinə
heç də oxşamırdı. Kurator bunu yazmışdı:
13-3-2-21-1-1-8-5
Div nar idol an od iç!
O zalim an!
Lenqdon bütün bunların nə demək olduğunu anlamırdı, amma indi ona artıq
aydın idi ki, Faş niyə israrla beşguşəli ulduzun şeytana ibadətə və ya bütpərəstliyə
aid olduğunu iddia edir.
Div nar idol an od iç! Sonyer hansısa idolu nəzərtə tuturdu. Bir də bu,
anlaşılmaz rəqəmlər.
- Bu yazının bir hissəsi rəqəmli şifrdir.
- Bəli, - Faş başını tərpətdi. – Bizim kriptoqraflar artıq bunun üzərində
işləyirlər. Düşünürük ki, bu rəqəmlər qatili göstərən açardır. Ola bilər ki, bu telefon


nömrəsi ya da sosial sığorta kartının nömrəsi olsun. Bəlkə siz deyəsiniz, bu
rəqəmlər hansısa bir simvolik məna daşıyırmı?
Lenqdon bu rəqəmlərin rəmzi mənasını açmaq üçün saatlarla vaxt lazım
olduğunu anlayaraq bir daha onlara baxdı. Əgər Sonyer bununla nəsə demək
istəmişsə. Rəqəmlər, təsadüfi seçilmiş rəqəmlərə oxşayırdı. Lenqdon rəmzi
silsilələrə çox rast gəlmişdi, bunlardan nəsə məna çıxarmaq mümkün idi. Amma
burda hər şeyin: beşguşəli ulduz, mətn və rəqəmlərin bir-birilə hər hansı əlaqəsi
görünmürdü.
- Əvvəl siz dediniz ki, - Faş dilləndi, - Sonyerin ölüm anında bütün hərəkətləri
ona yönəlib ki, özündən sonra nəsə bir məlumat, xəbər saxlasın… İlahəyə ibadət və
ya nəsə bu tipdə. Bəs, Sonyerin döşəməyə yazdıqları bu sxemə necə uyğundur?
Lenqdon anladı ki, sual yalnız bəlağət xatirinə verilib. Rəqəmlərin və
anlaşılmaz sözlərin qarışığı Lenqdonun ilahə kultu ilə bağlı versiyasına qəti uyğun
gəlmirdi.
Div nar idol an od iç? O zalim an?
- Sizə elə gəlmir ki, - Faş dedi, - bu mətn, ittiham kimi səslənir?
Lenqdon Böyük Qalereyadan çıxa bilməyib ölümünü gözləyən kuratorun son
dəqiqələrini təsəvvür etməyə çalışdı. Faşın sözlərində müəyyən məntiq var idi.
- Bəli, qatilin ünvanına deyilmiş ittihamlar. Düşünürəm ki, belə də ola bilər.
- Mənim də işim ondan ibarətdir ki, qatilin adını tapım. Mister Lenqdon, icazə
verin sizdən bir şey də soruşum. Rəqəmlərdən başqa, sizin fikrinizcə, bütün bu
yazıda ən qəribə olanı nədir?
Ən qəribə olanı? Can verən insan qalereyaya girişi bağlayır, qarnının üstündə
beşguşəli ulduz çəkir, döşəmədə sirli ittiham sözləri yazır. Sualı başqa cür qoymaq
lazımdır. Burda qəribə olmayan nədir?
-«İdol» sözü? – Lenqdon dedi. Ağlına ilk gələn bu oldu. – «İdol an od iç»
Sözlərin seçimi qəribədir. O, kimi nəzərdə tutur? Tammam anlaşılmazdır.
- «İdol an od iç»? – Faşın səsində səbirsizlik hiss olunurdu. – Mənə elə gəlir ki,
Sonyerin seçdiyi sözlərin elə bir əhəmiyyəti yoxdur.
Faşın nə demək istədiyini Sonyer anlamadı, amma şübhələnməyə başladı; Faş
hansı bir idolunsa öhdəsindən yaxşı gələ bilərdi.
- Sonyer fransız idi, - Faş dedi. – Parisdə yaşayırdı. Amma buna baxmayaraq,
qərara alıb ki, axırıncı sözlərini…
- İngiliscə yazsın, - Lenqdon kapitanın nə dediyini anlayıb tamamladı. Faş
başını tərpətdi:
- Precisement (Düzdür, - frans.). Amma nə üçün? Buna aid nə deyə bilərsiniz?
Lenqdon bilirdi ki, Sonyer ingiliscə yaxşı danışır, amma bu insanın ölümqabağı
yazısını ingiliscə yazmağa məcbur edən səbəbləri anlaya bilmirdi. O, susub
çiyinlərini çəkdi.
Faş mərhumun qarnındakı beşguşəli ulduzu göstərib dedi:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə