Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   9   10   11   12   13   14   15   16   ...   115

- Deməli, bunun şeytana ibadətlə heç bir əlaqəsi yoxdur? Siz, əvvəlki kimi,
buna əminsinizmi?
Lenqdon artıq heç nəyə əmin deyildi.
- Rəmzlər və mətn uyğun gəlmir. Bağışlayın, burda mən sizə heç bir kömək edə
bilmərəm.
- Bəlkə bu, vəziyyəti daha da aydınlaşdırar… - Faş cəsədin yanından kənara
çəkilib lampanı qaldırdı və daha geniş sahə işıqlandı. – Bəs indi?
Lenqdon kuratorun cəsədinin ətrafında çəkilmiş xəttə heyrətlə baxdı. Yəqin ki,
Sonyer döşəməyə uzanaraq, elə həmin markörün köməyi ilə bədəni boyu dairə
çəkmişdi.
Və indi hər şey dərhal aydınlaşdı.
- «Vitruvian insanı»! – Lenqdon ah çəkərək dedi. Sonyer Leonardo da Vinçinin
məşhur əsərinin təbii ölçülərdə surətini yaratmaq istəyib.
O zamanlarda bu rəsm anatomik nöqteyi-nəzərdən insan bədəninin dəqiq
təsviri idi. Və nəticədə mədəniyyətin ikonası oldu. Bu rəsmi plakatlarda, kompüter
siçanları üçün altlıqlarda, maykalarda və çantalarda həkk etdilər. Da Vinçinin
çəkdiyi məşhur rəsmdə yupyumru dairənin içində çılpaq kişi təsvir olunurdu…
Ölmüş Sonyerin əlləri və ayaqları hansı vəziyyətdə idisə, rəsmdəki çılpaq kişinin
əlləri və ayaqları elə idi.
Da Vinçi. Lenqdon sarsılmışdı, hətta bədəni ürpəşdi. Sonyerin məqsədinin
aydınlığını inkar etmək olmaz. Kurator ömrünün son dəqiqələrində paltarını
çıxararaq qəsdən Leonardo da Vinçinin məşhur «Vitruvian insanı» əsərindəki kimi
dairənin içində uzanmışdı.
Məhz bu dairə çətin məsələnin həlledici və çatışmayan elementi idi. Çılpaq kişi
bədəninin ətrafında çəkilmiş dairə – qadın müdafiə rəmzi, kişi və qadın
başlanğıcının harmoniyasını bildirirdi. İndi bir sual qalır: Sonyer nə üçün məşhur
əsəri imitasiya etmişdi?
- Mister Lenqdon – Faş dedi, - sizin kimi adamlar bilməlidirlər ki, Leonardo da
Vinçinin qara qüvvələrə xüsusi rəğbəti olub. Bu da onun yaradıcılığında öz əksini
tapıb.
Leonardo da Vinçi haqqında belə təfərrüatların Faşa məlum olması Lenqdonu
heyrətləndirirdi, yəqin ki, məhz buna görə kapitan şeytana ibadətdən danışır. Da
Vinçi həmişə çətin tədqiqat obyekti olub, xüsusən də xristian ənənələrinə sadiq
tarixçilər üçün. Heç bir şübhə doğurmayan dahiliyinə baxmayaraq, Leonardo da
Vinçi qatı homoseksualist olmuşdu, həm də təbiəti Tanrı kimi qəbul edirdi. Bu isə
onu günahkara, kafirə çevirirdi. Bu azmış kimi, dahi rəssamın eksentrik hərəkətləri
ona demonik aura yaradırdı: da Vinçi insanın anatomiyasını öyrənmək məqsədi ilə
meyidləri ekshumasiya edirdi; öz sirli fikirlərini sağdan-sola qarmaqarışıq xətlə
curnallara yazırdı; özünü kimyagər hesab edirdi, inanırdı ki, qalayı qızıla çevirə
biləcək. Və hətta Allah-Təalaya əks gedərək, guya ölümsüzlük eliksiri yaratmışdı.


Bundan başqa indiyə qədər görünməmiş, son dərəcə dəhşətli işgəncə alətləri və
silahlar düzəltmişdi.
Anlaşılmazlıq - inamsızlıq yaradır, - Lenqdon düşündü.
Da Vinçinin hətta xristian ənənələrinə cavab verən nəhəng əsərləri şübhə ilə
qəbul edilirdi. Kilsə xadimləri hesab edirdilər ki, bu rəsmlər dahi rəssamın mənəvi
ikiüzlülüyünü, yalançılığını təsdiqləyir. Təkcə Vatikandan Leonardo yüzlərlə sifariş
alırdı. Amma xristianlıq mövzusuna aid rəsmləri ürəyinin hökmü ilə, ya da dini
inanclarına görə çəkmirdi. Yox, o, bu sifarişləri kommersiya maraqlarından, pozğun
həyat tərzi keçirmək üçün lazım olan vəsaiti əldə etməkdən ötrü qəbul edirdi.
Bədbəxtlikdən Da Vinçi zarafatcıl və nadinc idi, tez-tez əylənirdi, bununla da öz
oturduğu budağı baltalayırdı. Xristianlıq mövzusundakı bir çox əsərlərdə
xristianlığa aid olmayan gizli işarələr və rəmzlər çəkmişdi, bununla da kilsəni ələ
salmış, öz həqiqi inanclarına isə hədiyyə vermişdi. Hətta Lenqdon bir dəfə bu
haqda Londonun Milli Qalereyasında mühazirə də oxumuşdu. Mühazirə belə
adlanırdı: «Leonardonun gizli həyatı. Xristianlıq mədəniyyətində bütpərəstlik
simvolları».
- Başa düşürəm ki, siz narahatsınız, - Lenqdon dedi, - amma inanın ki, - Da
Vinçi qara magiya ilə heç zaman məşğul olmayıb. O, kilsə ilə daim konfliktdə olsa
da, ruhani və istedadlı bir insan idi. – O, sözünü qurtarmışdı ki, birdən onun ağlına
gözlənilməz fikir gəldi. O, yenə döşəməyə sarı əyilib sözlərə baxdı. Div nar idol an
od iç! O zalim an!
- Bəli? – Faş dedi.
Lenqdon ehtiyatla dilləndi:
- Bilirsiniz, mən, indicə düşündüm ki, Sonyer Da Vinçinin dini baxışları ilə
razılaşırmış və müasir dindən müqəddəs qadın başlanğıcı anlayışını istisna edən
kilsə xadimlərini təqdir etmirmiş. Ola bilsin ki, Da Vinçinin məşhur əsərini imitasiya
etməklə Sonyer demək istəyib: Leonardo kimi o da, kilsənin İlahəyə şeytani qüvvə
kimi baxmasından əzab çəkib.
Faş qaşqabaqla baxdı.
- Demək, siz hesab edirsiniz ki, Sonyer kilsənin «idol an od iç» adlandıraraq
«zalim an»ı da ona aid edib.
Lenqdon etiraf etdi ki, o, bu qədər də dərin fikirləşmir. Lakin, beşguşəli ulduz
onu bu ideyaya yenidən qaytarırdı.
- Mən sadəcə olaraq demək istədim ki, mister Sonyer öz həyatını İlahənin
tarixini öyrənməyə həsr edib. İlahənin isə dünyada heç kim katolik kilsəsi qədər
təhqir etməyib. Sonyer də öz ölümqabağı aktı ilə buna öz təəssüfünü bildirmək
istəyib.
- Təəssüfünü? – Faşın səsi acıqlı idi. – Sizə elə gəlmir ki, o, bunu ifadə etmək
üçün ifrata varıb?


Lenqdonun səbir kasası daşdı: - Qulaq asın, kapitan, siz soruşdunuz ki, mənə
intuisiyam nə deyir, xahiş etdiniz ki, Sonyerin niyə bu pozada tapıldığını
aydınlaşdırım. Mən də öz bildiyim kimi izah edirəm.
- Siz hesab edirsiniz ki, bu, kilsənin ittihamıdır? – Faş qəzəbini güclə boğaraq
dilləndi. – Mister Lenqdon, mən çox ölüm görmüşəm, mənim işim belədir və icazə
verin, deyim ki, əgər bir insan digərini öldürürsə, mən inanmıram, bu vaxt ölən
adamda heç kimin aça bilməyəcəyi, dumanlı bir dini müraciət yazmaq kimi qəribə
fikir yaransın. Mən şəxsən hesab edirəm ki, o, yalnız bu haqda düşünüb. La
vengeance (qisas haqqında – frans.). Və düşünürəm ki, bunu yazmaqla qatilinin
kim olduğunu göstərmək istəyib.
Lenqdon təəccüblə ona baxdı:
- Amma sözlərin heç bir mənası yoxdur!
- Yoxdurmu?
- Yox, - o, təəssüflə, yorğun-yorğun dedi. – Siz özünüz dediniz ki, Sonyerə
kabinetdə hücum ediblər. Özünün içəri buraxdığı adam hücum edib.
- Bəli.
- Bundan belə çıxır ki, kurator qatili tanıyırmış.
Faş başını tərpətdi:
- Davam edin.
- Əgər Sonyer həqiqətən öz qatilini tanıyırdısa, onda burda hansı işarələr qatili
göstərir? – Lenqdon döşəmədəki işarələri göstərdi. – Rəqəmli kod? Hansısa «od iç
idolu»? «Zalim an»? Qarnının üstündəki ulduz? Çox qarmaqırışıqdır?
Faş üzünü elə turşutdu ki, sanki, bu ideya onun ağlına heç gəlməmişdi.
- Bəli, doğrudur.
- Hər şeyi nəzərə alsaq, - Lenqdon davam etdi, - əgər Sonyerin məqsədi bizə
qatilin kim olduğunu demək idisə, sadəcə bu adamın adını yazardı, vəssalam.
Bütün bu vaxt ərzində ilk dəfə idi ki, Faşın dodaqlarında təbəssüm görünürdü.
- Precisement, - o dedi, - precisement.
- Mən əsil ustanın işinin şahidi oldum, leytenant Kolle Faşın səsini qulaqcıqlar
vasitəsi ilə eşidərək düşündü. Agent anlayırdı: məhz buna oxşar anlar, fransız güc
xidmətlərinin iyerarxiyasında yüksək post tutmağa kapitana kömək etmişdi.
Faş başqasında olmayan cəsarətə malikdir.
İncə yalan – indi mühafizə orqanları tərəfindən az istifadə olunan məharətdir,
bu, çətin vəziyyətdə özünü ələ almağı tələb edir. Çox az adam əməliyyatı belə incə
apara bilər, Faş isə, sanki bunun üçün doğulub. Onun soyuqqanlılığına və səbrinə,
hətta robot paxıllıq edə bilər.
Lakin, bu gün o, azca təlaşlı idi, elə bil ki, həll edəcəyi məsələni daha çox
ürəyinə salmışdı. Düzdür, bir saat əvvəl öz adamlarına verdiyi instruksiyalar adəti
üzrə olduğu kimi lakonik və çətin idi.
- Mən bilirəm, Cak Sonyeri kim öldürüb, - Faş demişdi. - Siz isə bilirsiniz, nə
etmək lazımdır. Heç bir səhv buraxmayın.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə