Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   12   13   14   15   16   17   18   19   ...   115

On səkkiz yaşı olanda, liman şəhərlərinin birində vetçina konservləri ilə dolu
qutunu oğurlayarkən yaxalanmışdı. Atası kimi pivə qoxusu verən iki matros onu
döymüşdü. Onda o qədər nifrət hissi baş qaldırmışdı ki, gücü onqat artmışdı.
Matrosun birinin boynunu sındırmış, ikinci matrosu isə bu aqibətdən polislər xilas
etmişdi.
İki ay sonra qollarına qandal vurularaq Andorra həbsxanasına göndərilmişdi.
- Sən kabus kimi ağsan! – mühafizəçilərin müşaiyəti ilə çılpaq halda, soyuqdan
titrəyə-titrəyə dəhlizlə yeriyərkən məhbuslar qəh-qəhə çəkib gülürdülər. – Mira el
espectro (Siz bir ona baxın, - ispan.). Əgər kabusdursa, deməli, divarlardan da keçə
bilər.
On iki il dustaqxanada yatmışdı. Elə düşünürdü ki, onun canı və ruhu sıxılaraq
görünməz və şəffaf olub.
Mən kabusam.
Mənim cismim yoxdur.
Yosoy un espectro… palido coto unfantasma… caminando este mundo o solas
(Siz bir baxın… kabus kimidir… bu dünyada tək-tənha avaralanır – ispan.)
Bir dəfə gecə «kabus» dustaqların qışqırığından yuxudan ayıldı. Nəinki onun
yatdığı döşəməni, hətta onun daş qəfəsinin divarlarını da titrədən qüvvənin nə
olduğunu anlamadı. Ayağa qalxmışdı ki, yekə bir çay daşı onun indicə uzandığı yerə
düşdü. Başını qaldırdı ki, daşın hardan düşdüyünə baxsın və təəccüblə daş
qəfəsdəki böyük deşiyi gördü. Ordan isə on il görmədiyi bir şeyi – ayı gördü.
O, dar tuneldən keçəndə yer hələ titrəyirdi. Və birdən özünü dağın təpəsindəki
meşədə gördü. Bütün gecəni aclıqdan, soyuqdan sayıqlaya-sayıqlaya aşağıya doğru
qaçdı.
Sübh çağı özünə gəldikdə gördü ki, meşənin içindən keçən qatar yolunun
yanındadır. O, yuxudakıtək sayıqlayaraq dəmiryolu boyunca yeridi. Sakitlik və
sığınacaq axtara-axtara boş yük vaqonunu görüb mindi. Ayılanda isə qatarın
hərəkət etdiyini bildi. Çox vaxt keçib? Hara? Acından qarnında dözülməz ağrılar
başlamışdı. Mən ölürəm ki? Və yenə yuxuya getdi. Öz çığırtısından yuxudan ayıldı:
kimsə onu döyüb vaqondan aşağı tullamışdı. Başdan-ayağa qan içində yemək
tapmaq üçün balaca bir kəndin ətrafında uzun müddət avaralandı, amma heç nə
tapmadı. O qədər zəiflədi ki, yolun ortasında yıxılıb huşunu itirdi.
Sonra qəfildən ətraf işıqlandı və «kabus» nə zamandan bəri öldüyünü
düşündü. Bir gün əvvəl? Yoxsa, üç gün?... Axı, bunun nə əhəmiyyəti var… Yorğan-
döşəkbulud topaları kimi ağappaq, həm də yumşaq idi, havadan ətirli şamların
qoxusu gəlirdi. İsa da burdaydı, düz ona baxırdı. Mən burdayam, İsa dedi.
Qəbirüstü daşı götürdülər və sən təzədən doğuldun.
O, hey yatırdı. Beyni dumanlanmışdı. O heç vaxt, o dünyanın mövcudluğuna
inanmamışdı, buna baxmayaraq, ona elə gəlirdi ki, İsa baxışlarıyla onu süzür.
Çarpayının kənarında yemək peyda oldu və «kabus» acgözlüklə, son tikəsinə qədər
hamısını yedi. Sonra yenə yatdı. Ayılıb gördü ki, İsa gülümsəyərək ona baxır və


deyir: Mənim övladım, sən xilas edilmisən. Kim mənim yolumla gedir, o, xeyir
tapacaq.
Sonra yenə onu yuxu apardı.
Qəzəbli qışqırıqlar və fəryad səsləri onu yuxudan ayıltdı. Çarpayıdan durub,
ayaqları bir-birinə dolaşa-dolaşa səs gələn tərəfə getdi. Mətbəxə girib gördü ki,
sağlam bir kişi özündən zəif və boydan qısa birini döyür. Özü də səbəbini bilmədən
«kabus» yekəpərin yaxasından tutu bonu divara çırpdı. Yekəpər döşəməyə yıxıldı,
sonra ildırım sürətilə ayağa qalxıb qaçdı. «Kabus» keşiş sutanasında olan gəncin
başı üstündə durub ona baxırdı. Keşişin burnu sınmışdı, sifəti qan içindəydi.
«Kabus» onu qaldırıb otağa gətirdi və ehtiyatla divana uzatdı.
- Sağ ol, mənim dostum, - keşiş fransızca zorla danışırdı, - Məbədin tikintisi
üçün yığılmış pul, oğru üçün yaxşı şikardır. Yuxuda sən fransızca danışırdın. İspanca
necə, bilirsən?
«Kabus» başını buladı.
- Adın nədir? – keşiş fransızca dedi.
Valideynlərinin qoyduğu adı o, xatırlaya bilmirdi.
Keşiş gülümsədi.
- No hay problema (Bu, problem deyil, - ispan.) Mənim adım Manuel
Arinqarosadır. Mən madridli missionerəm. Bura İsa Məsihin şərəfinə məbəd
tikmək üçün göndərilmişəm.
- Mən hardayam? – «kabus» sakitcə soruşdu.
- Ovyedoda. İspaniyanın şimalında.
- Bura necə düşmüşəm?
- Kimsə səni mənim evimin astanasına gətirib atmışdı. Sən xəstə idin. Mən səni
yedizdirdim. Sən çoxdandır burdasan.
«Kabus» öz xilaskarına baxdı. Axırıncı dəfə kimin ona mərhəmət göstərdiyi
yadında deyildi.
- Sağ ol, ata.
Keşiş əlini partlamış dodaqlarına sürtdü.
- Əslində, mən sənə minnətdar olmayılam, mənim dostum.
Səhər yuxudan duranda «kabus» başındakı dumanın çəkildiyini hiss etdi. O,
uzanıb çarpayının baş tərəfində divardan asılmış xaça baxırdı. İsa onunla daha
danışmasa da, öz mövcudluğunu hiss etdirirdi ona. O, yataqda oturdu və tumbanın
üstündəki qəzetə təəccüblə baxdı. Məqalə bir həftə əvvəl çıxmışdı, həm də
fransızca yazılmışdı. Onu oxuyanda qorxuya düşdü. Məqalədə deyilirdi ki, dağlarda
baş vermiş dəhşətli zəlzələ nəticəsində həbsxana tamamilə dağılıb və təhlükəli
cinayətkarlardan bir neçəsi qaçıb.
Ürəyi möhkəm döyünürdü. Deməli, keşiş bilir, mən kiməm! O, çoxdan idi ki,
belə hiss keçirməmişdi. Ayıb hissi. Günah. Bu hisslər ələ keçməyin qorxusu ilə
qarışmışdı. O, çarpayıdan dərhal qalxdı. Hara qaçmaq?
- Əməl kitabıdı, - arxadan səs eşidildi.


«Kabus» diksinib çevrildi.
Keşiş qapıda durub gülümsəyirdi. Onun burnuna bint bağlanmışdı, əlində isə
İncil vardı.
- Sənin üçün, fransızca tapmışam. Başlığı da nişanlamışam.
«Kabus» çaşqın halda keşişin əlindəki kitabı alıb nişanlanmış yeri tapdı.
Bu başlıqda Saylas adlı əsirdən söhbət gedirdi. O, çılpaq və döyülmüş halda
zirzəmidə uzanıb Allaha dua edirdi. «Kabus» 26-cı sətiri oxuyub diksindi.
Qəfildən zəlzələ oldu, zirzəminin divarları uçdu, dərhal bütün qapılar açıldı,
vurulmuş qandallar boşaldı.
O, gözlərini qaldırıb keşişə baxdı.
Keşiş mehribanca gülümsəyirdi:
- Mənim dostum, əgər sənin adın yoxdursa, bundan sonra səni Saylas
çağıracağam.
«Kabus» özünü itirmiş halda başını tərpətdi. Saylas. Mənim adım Saylasdır.
- İndi isə səhər yeməyinin vaxtıdır, - keşiş dedi. – Bu məbədi tikməkdə mənə
kömək etmək istəyirsənsə, güc toplamalısan».
Aralıq dənizinin üstündən 20 min fut hündürlükdə uçan «Amitaliya» 1618
təyyarəsinin bortu birdən titrədi və bütün sərnişinlər təşvişə düşdü, təyyarə
turbulent axına girmişdi. Amma yepiskop Arinqarosa buna əhəmiyyət vermədi.
Onun fikri «Opus Dei» ilə bağlı gələcək işlərdə idi. O, Parisdə işlərin necə getdiyini
öyrənməyə tələsir və Saylasa zəng etmək istəyirdi. Amma edə bilməzdi, Ustad
bunu da nəzərə almışdı.
- Bu yalnız sənin təhlükəsizliyin üçündür, - o, ingilis dilində fransız ləhcəsiylə
Arinqarosaya demişdi.
- Mən elektron rabitəni yaxşı bilirəm. Bütün zənglərə qulaq asmaq çox
asandır. Nəticə isə çox ağır ola bilər.
Ustadın haqlı olduğunu Arinqarosa anlayırdı. Ümumiyyətlə o, çox ehtiyatlı
insan idi. Onun əsil adını hətta Arinqarosa da bilmirdi. Verdiyi əmrləri yerinə
yetirməyin və məsləhətlərə qulaq asmağın gərəkli olduğunu Ustad dəfələrlə sübut
etmişdi. Həm də ki, o, çox gizli informasiyanı əldə edə bilmişdi. Cəmiyyətin yüksək
ranqlı dörd üzvünün adları. Məhz bu məlumat yepiskopu əmin etmişdi ki, yalnız
Ustad «Opus Dei» üçün qiymətli xəzinənin yerini tapa bilər.
Uçuşdan qabaq Arinqarosanın onunla belə söhbəti olmuşdu.
- Yepiskop, - Ustad dedi, - mən hər şeyi ölçüb-biçmişəm. Və bizim planın baş
tutması üçün siz bir neçə gün ərzində Saylasa yalnız mənim zənglərimə cavab
verməyə icazə verməlisiniz. Siz bir-birinizlə danışmamalısınız. Mənsə onunla
etibarlı kanallar vasitəsi ilə əlaqə saxlayacam.
- Ona ehtiram göstərəcəyinizi vəd edirsinizmi?
- Mömin insan ən yüksək hörmətə layiqdir.
- Çox gözəl… Belə başa düşürəm ki, hər şey qurtaran qədər mən Saylasla əlaqə
yaratmamalıyam.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə