Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   23   24   25   26   27   28   29   30   ...   115

Onun axır sözləri nəyə görə dünyanın ən məşhur əsərinin adı olub, Sofi bunu
başa düşmürdü. Ağlına yalnız bir fikir gəldi, həm də təhlükəli.
Bu, babasının son sözləri deyil…
İndi o, «Mona Liza»ya baxmalıdır? Bəlkə, babası orda nəsə bir informasiya
qoyub? Ola bilər. Axı, məşhur əsər ayrıca kiçik zalda – Sal de Etada asılmışdı. Bura
isə yalnız Böyük Qalereyadan keçməklə girmək olardı. İndi Sofi hər şeyi aydınca
xatırladı: bu zalın qapıları ilə kuratorun meyidinin tapıldığı yer arasında cəmi 20
metr məsafə vardı.
O, ölümündən qabaq «Mona Liza»ya qədər gedib çıxa bilərdi.
Sofi pillələrə baxdı və hiss etdi ki, şübhələri artır. O anlayırdı: hər şeydən əvvəl
Lenqdonu muzeydən çıxarmaq lazımdır, həm də nə qədər tez olsa, bir o qədər
yaxşı olar. Eyni zamanda intuisiyası ona başqa şey deyirdi. Yenə də xatirələri baş
qaldırdı. Sofi, hələ balaca qız uşağı, ilk dəfə Luvra gəlir. Babası ona sürpriz
hazırlayıb, deyib ki, dünyada çox az yer var ki, orada onu nəhəng və sirli incəsənət
əsəri olan «Mona Liza» ilə görüş gözləyir.
- O, bir az aralıdadır, - babası Sofinin əlindən tutub muzeyin boş zallarından və
qalereyalarından apara-apara pıçıltıyla deyir.
Onda qızın altı yaşı vardı. O, hündür tavanlı nəhəng otaqlara və güzgü kimi
parıldayan döşəmələrə baxaraq özünün çox kiçik olduğunu hiss edirdi. Boş muzey
– onlar muzey bağlandıqdan sonra orda gəzirdilər – onu qorxudurdu, amma bunu
birzə vermək istəmirdi. Yalnız dodaqlarını sıxıb əlini babasının iri ovcundan
qopartdı.
- Bax, orda, irəlidə, - Sonyer dedi. Onlar Luvrun ən məşhur zalına yaxınlaşdılar.
Babası nədənsə sevinirdi və həyəcanlı idi, Sofi isə evə getmək istəyirdi. O, müxtəlif
kitablarda «Mona Liza»nın reproduksiyalarını görmüşdü və bu rəsm onun heç
xoşuna gəlmirdi. Və o, anlamırdı ki, niyə hamı bu rəsmə heyranlıqla baxır.
- C’est ennuyeux – Sofi mızıldadı.
- Darıxdırıcıdır, - babası onun səhvini düzəltdi, - Məktəbdə fransızca. Evdə
ingiliscə.
- Le houvre c’est pas chez moi! – (Bu Luvr mənlik deyil! – Frans.) – O,
inadkarcasına etiraz etdi.
Baba güldü:
- Sən haqlısan. Onda, gəl ingiliscə elə-belə, əyləncə üçün danışaq.
Sofi şıltaqcasına dodaqlarını büzüb yeriməyə davam etdi. Budur, onlar kiçik
zala girdilər. O, gözləri ilə otağı süzdü. Boş otaq, yalnız sağda, divarın ortasında
işıqlandırılmış ləkə. Güllə keçirməz şüşənin arxasında uzun portret. Baba qapının
ağzında dayandı və əli ilə ona rəsmə yaxınlaşmağı işarə etdi.
- Gəl, Sofi. Bu xanımla təkbətək qalmaq şərəfinə çox az adam nail olub.
Sofi yavaş-yavaş addımladı. «Mona Liza» haqqında eşitdiklərindən sonra ona
elə gəlirdi ki, o, kraliçaya yaxınlaşır. Sofi gülləkeçirməz şüşənin qarşısında durub
nəfəsini çəkdi və gözlərini qaldırdı.


Qız, bu məşhur rəsmə baxdıqda nələr hiss edəcəyini bilmirdi. Amma
heyrətlənmədi. Tanış üz kitab səhifələrindəki kimi ona baxırdı. Sofi rəsmin
qarşısında susaraq durdu – bu anlar ona əbədiyyət kimi gəldi.
- Hə, necədir? – babsı dedi və onunla yanaşı dayandı. – Yaxşıdır, elə deyilmi?
- Çox balacadır.
Sonyer gülümsədi:
- Axı, sən də balacasan. Və sən də gözəlsən.
Mən heç də gözəl deyiləm, Sofi düşündü. O, özünün kürən saçlarına və çilli
sifətinə nifrət edirdi. Bir də ki, o, sinifdəki bütün oğlanlardan həm güclü, həm də
hündürboylu idi. Onun baxışları yenə «Mona Liza»ya dikildi və o, başını yırğaladı.
- O, kitabdakılardan da pis görünür. Sifəti nəsə… brameux.
- Dumanlıdır, - babası onun səhvini düzəltdi.
- Dumanlıdır, - Sofi təkrar etdi. Bilirdi ki, ona əvvəllər tanış olmayan bu sözü
əzbərləməyincə söhbətin davamı olmayacaq.
- Bu, sfumato adlanan üslubla çəkilib, - Sonyer dedi. – Çox mürəkkəb
texnikadır, belə effekti əldə etmək çox çətindir. Başqa rəssamlara nisbətən,
Leonardo bunu daha yaxşı bacarırdı.
Amma rəsm Sofinin qəti xoşuna gəlmirdi.
- O, elə baxır ki… sanki başqalarının bilmədiyini o, bilir. Sirri olan məktəbli
uşaqlar kimi.
Baba güldü:
- Hə, elə bir az da bu səbəbdən o, belə məşhurdur. Onun nəyə gülümsədiyini
insanlar uzun müddətdir ki, tapa bilmirlər.
- Bəs, sən bilirsən o, nəyə gülümsünür?
- Bəlkə də bilirəm, - baba göz vurdu. – Gün gələcək, bu haqda sənə danışacam.
Sofi hirslə ayaqlarını yerə döydü:
- Mən axı dedim ki, hər hansı sirrdən zəhləm gedir!
- Prinsessa, - o gülümsündü, - həyat sirlərlə doludur. Və bunların hamısını
dərhal bilmək mümkün deyil.
- Mən qayıtmalıyam, - Sofi dedi.
– «Mona Liza»nın yanına? – Lenqdon soruşdu. – İndi?
Sofi hər şeyi ölçüb-biçmişdi.
- Məndən şübhələnmirlər. Risk etməyə dəyər. Mən öyrənməliyəm ki, babam
nə demək istəyib.
- Bəs səfirlik?
Sofi Lenqdonu belə vəziyyətdə taleyin ixtiyarına buraxdığına görə, özünü onun
qarşısında günahkar hiss edirdi. Amma başqa çıxış yolu yox idi. O, bir pilə aşağıda
yerləşən dəmir qapını göstərdi.
- Bu qapıdan girin. İşarələrə Baxa-baxa çıxışa tərəf gedin. Babam məni məhz
bu qapıdan muzeyə aparardı. Sonra nəzarət turniketlərinə rast gələcəksiniz.
Gecələr onlar avtomatik olaraq açılır. – O, maşının açarlarını Lenqdona uzatdı. –


Mənim qırmızı «smart»ım xidməti dayanacaqdadır. Burdan səfirliyə necə getməyi,
yəqin bilirsiz?
Lenqdon açarı aldı və başını tərpətdi.
- Qulaq asın, - Sofi daha yumşaq səslə dedi. – Məndən inciməyin. Bəlkə də,
babam «Mona Liza»nın yanında məktub qoyub və qətli törədənin kim olduğunu
yazıb. Həm də, öyrənərəm ki, bəs məni niyə təhlükə gözləyi? Və mənim ailəmin
başına nə gəlib? Mən orda olmalıyam.
- Amma o, sizi təhlükədən xəbərdaar etmək məqsədi güdsəydi, bunu
döşəməyə yazmaq daha asan olmazdımı? Bütün bu, mürəkkəb söz oyunları bəs nə
üçündür?
- Buna bir səbəb ola bilər. Babam istəməmişdir ki, bunu başqaları da bilsin.
Hətta polis belə.
Yox, tamamilə aydındır: babası məlumatı məhz ona ötürmək üçün əlindən
gələni edib. Anaqram yazıb, onun ad və familiyasının baş hərflərini işlədib, Robert
Lenqdonu tapmağı tapşırıb. Bu, son təklif onun ən düzgün qərarı idi, məhz
Lenqdon, rəmzlər üzrə amerikalı mütəxəssis kodun şifrəsini açmışdı.
- Bəlkə də bu, sizə qəribə görünsün, - Sofi əlavə etdi, - amma düşünürəm ki,
babam, mənim başqalarından daha tez «Mona Liza»ya baxmağımı istəyib.
- Mən də sizinlə gəlirəm.
- Yox! Biz hələ bilmirik, bəlkə polis geri qayıtdı. Vaxtdır. Siz gedin artıq!
Lenqdon tərəddüd edirdi. Deyəsən, alimlərə xas maraq hissi özünümühafizə
hissinə üstün gəlirdi.
- Gedin. Elə indicə! – Sofi ona baxıb gülümsədi. – Səfirlikdə görüşərik, mister
Lenqdon.
- Sizinlə bir şərtlə görüşməyə razıyam. – Lenqdonun səsi ciddi və quru idi.
Sofi təəccüblə ona baxdı:
- Hansı şərtlə?
- Bir şərtlə ki, bundan sonra mənə mister Lenqdon deməyəsiniz.
O gülümsədi, Sofi də ona təbəssümlə cavab verdi:
- Uğurlar, Robert.
Lenqdon birinci mərtəbəyə düşdü, kətan yağının və alebastrın qoxusu
burnuna doldu. İrəlidə, uzun dəhlizin sonunda işıqlandırılmış lövhəcik asılmışdı:
«SORTİE/ÇIXIŞ».
Lenqdon dəhlizə girdi.
Sağ tərəfdə restavrasiya emalatxanaları vardı, bərpa olunmaq üçün çoxlu
heykəl yığılmışdı. Lenqdon bu tərəfdə Harvardın incəsənət məşğələləri üçün
nəzərdə tutulmuş otaqlarına bənzəyən emalatxanalar da gördü. Molbertlər və
çərçivələr sıra ilə düzülmüşdü, boya dolu tübiklər, şpatellər, çərçivə hazırlamaq
üçün lazım olan alətlər ayrı-ayrı yığılmışdı.
Dəhliz boyu addımlayan Lenqdon düşünürdü ki, indicə bu qəribə yuxudan
ayılıb özünü Kembricdə, evdə, yataqda görəcək! Bu axşam bütünlüklə dəhşətli


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə