Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   31   32   33   34   35   36   37   38   ...   115

Sofi mühafizə rəisinin öz adamları ilə yenə də əlaqə yaratmaq istədiyini eşitdi.
Fikirləş, fikirləş!
O, «Mona Liza»nı qoruyan şüşənin üstündə yazılmış sözləri xatırladı. İnsan
düşüncəsi qaranlıq və yalanlarla doludur. Onun baxdığı əsərin qarşısında qoruyucu,
gülləkeçirməz şüşə olmadığından yazmağa da yer yox idi. Sofi bilirdi ki, babası heç
vaxt əsərin üstünə nəsə yazıb onu korlamaz. Birdən o, ayılmış kimi oldu. Rəsmin
üst tərəfinə heç nə yazmaz. O, gözlərini qaldırıb tavandan asılmış əsəri saxlayan
qaytanlara baxdı.
Bəlkə, burdadır? Sofi çərçivənin sol tərəfindən tutub rəsmi özünə tərəf çəkdi.
Sonra fənəri yandırıb rəsmin arxa tərəfinə baxdı. İntuisiyasının bu dəfə onu
aldatdığını anlamaq üçün bir neçə saniyə kifayət idi. Rəsmin arxa tərəfi tər-təmiz
idi. Heç bir yazı gözə çarpmırdı, yalnız xırda qara nöqtələr, köhnəlmiş kətanda ləkə
və…
Yox, dayan bir!
Sofi ağac çərçivənin aşağı hissəsində, kətanın ona yapışdığı yerdə nəsə
parıldadığını gördü. Əşya kiçik idi və çərçivə ilə kətan arasındakı yarığa düşmüşdü.
Yalnız qızıl zəncirin ucu görünürdü. Sofi zəncirdə yuxarı hissəsi xaçla gerbdən ibarət
olan tanış qızıl açarı görüb təəccübləndi. O, axırıncı dəfə bu açarı doqquz yaşında
görmüşdü. Sirli P.S. hərfləri olan fleur-de lis. Sofi sanki həyula səsi eşitdi, babası
onun qulaqlarına pıçıldadı: Vaxt gələcək, bu açar sənin olacaq. Qəhər boğazını
tutdu, anladı ki, babası ölüm anında öz vədinə sadiq qalıb. Bu açar mücrünü açır,
mən mücrüdə müxtəlif sirlər saxlayıram, babası o vaxt demişdi.
Yalnız indi Sofi anladı ki, babası tərəfindən bu gün qurulmuş sözlərlə oyun bu
açarı tapmaq üçün imiş. Babası öldürüləndə açar onun üstündəymiş. Açarın
polislərin əlinə düşməsini istəməyən babası onu bu rəsmin arxasında gizlədibmiş.
Və onu tapmaq üçün, nəinki bir yığın qarmaqarışıqlığı çözmək tələb olunurdu,
bunun üçün Sofi Neve kimi doğulmaq lazım idi.
- Au secours! (Köməyə gəlin! – frans.) – mühafizəçi qışqırdı.
Sofi zəncirli açarı çıxarıb onu fənərlə birlikdə cibinə qoydu. Çərçivənin
arxasından baxıb gördü ki, mühafizəçi ratsiyanın köməyi ilə kiminləsə əlaqə
yaratmağa çalışır. O, döşəməyə uzanmış Lenqdonu nişan alaraq çıxışa tərəf
addımlayırdı.
- Au secours! – o, yenə də qışqırdı.
Cavabında anlaşılmaz səslər və xışıltı.
Sofi, bu zala gələn turistlərin «Mona Liza»ya baxdıqlarını evə xəbər
verməkdən ötrü boş yerə mobil telefonlarla zəng etməyə çalışdıqlarını xatırlayaraq
mühafizəçinin heç kəsə məlumat verə bilməyəcəyini anladı. Zalın divarları
mühafizə qurğularının naqilləri ilə elə doldurulmuşdu ki, telefonlar yalnız burdan
çıxdıqdan sonra işləyirdilər. İndi mühafizəçi tələsik qapıya tərəf yeriyirdi. Sofi cəld
hərəkət etmək lazım olduğunu anladı.


Böyük rəs yaxşı sipər idi. Sofi düşündü ki, Leonardo da Vinçi bu gün ikinci dəfə
onun köməyinə gələ bilər.
- Lap az, bir neçə metr qalıb, - Lenqdonu nişan almağa davam edən Qruar öz-
özünə dedi.
- Arretez! Ou ce la detruis! (Dayanın! Yoxsa mən onu məhv edəcəm! – frans.)
– qadın səsi zalda əks-səda verdi.
Qruar çevrilib yerindəcə dondu.
- Mon dien, non! (Mənim Allahım, yox! – frans.)
Qırmızımtıl dumanlı işıqda o, qadının divardan böyük rəsmi çıxardığını və onu
qalxan kimi qarşısına tutduğunu gördü. Rəsm, demək olar ki, onu bütünlüklə
örtürdü. Qruarın ağlına gələn ilk fikir bu oldu: siqnalizasiya niyə işləmədi? Sonra
xatırladı ki, ayrı-ayrı eksponatlara çəkilmiş kabel ötürücülərini bu gün qoşmayıblar.
O, nə edir?
Mühafizəçini soyuq tər basdı.
Rəsmin ortası şişdi, Müqəddəs Məryəmin, körpə İsanın və xaç vuran İohannın
tutqun cizgiləri əyildi.
- Non! – Da Vinçinin dəyərsiz əsərinə necə ziyan vurulacağını dəhşətlə
müşahidə edən Qruar qışqırdı. Qadın rəsmin düz ortasından dizi ilə basırdı. – Non!
Qruar çevrilib qadını nişan aldı, amma dərhal başa düşdü ki, bu boş hədədir.
Rəsm etibarlı sipər idi – axı, ona 6 milyon dollar qiymət vermişdilər.
Mən Da Vinçiyə güllə ata bilmərəm.
- Silahı və ratsiyanı döşəməyə qoyun! – qadın fransız dilində sakitcə əmr etdi.
– yoxsa, rəsmi dizimlə cıraram. Yəqin ki, sən bilirsən, babam buna necə münasibət
göstərərdi.
Bədbəxt mühafizəçinin başı gicəlləndi.
- Xahiş edirəm… lazım deyil! Axı bu, «Madonna mağarada» əsəridir – deyə
mühafizəçi tapança və ratsiyanı döşəməyə atıb əllərini yuxarı qaldırdı.
- Sağ olun, - qadın dedi. – İndi isə, deyiləni yerinə yetirsən, sənə yaxşı olar.
***
Bir neçə saniyə sonra ürəyi az qala yerindən çıxan Lenqdon Sofi ilə birlikdə
pilləkənlə aşağı düşürdü. Onlar zaldan çıxdıqdan sonra bir kəlmə də
kəsməmişdilər. Lenqdon mühafizəçinin tapançasını əlində tutmuşdu və ondan
qurtulacağını səbirsizliklə gözləyirdi. Tapança ona çox ağır göründü, ondan
doğrudan da təhlükə yağırdı.
Birdən-birə iki pilə tullanan Lenqdon Sofinin az qala məhv edəcəyi əsərin
qiymətsiz olduğunu anlayıb-anlamadığını düşünürdü.
Əksər incəsənətşünasların fikrincə Sofinin özünə sipər etdiyi Da Vinçinin
«Madonna Mağarada» əsəri, eynilə «Mona Liza» kimi gizli bütpərəst simvolları ilə
doludur.
- Siz çox qiymətli girov götürmüşdünüz, - o, qaçaraq dedi.


- «Madonna mağarada» - Sofi cavab verdi. – Amma onu mən yox, babam
seçib. Çərçivənin arxasına balaca bir şey qoyub. Mənim üçün.
Lenqdon təəccüblə ona baxdı:
- Nə? Axı, siz necə bildiniz ki, bu əşya məhz orda gizlədilib? Niyə «Madonna
mağarada»?
- İnsan düşüncəsi qaranlıq və yalanlarla doludur. – o, gülümsündü. – Əvvəlki
iki anaqramı mən aça bilməmişdim, Robert. Amma üçüncüsünün öhdəsindən
gəlmək mənim borcum idi.
XXXI FƏSİL
- Onlar ölüblər! – Sandrin bacı telefon dəstəyinə dedi. Bu sözlər avtocavablayıcı
üçün nəzərdə tutulmuşdu. – Xahiş edirəm, dəstəyi götürün. Onlar hamısı ölüb!
Onun siyahıda olan ilk üç nömrəyə etdiyi zənglər dəhşətli xəbərlər gətirdi –
isterik hönkürtülər vuran dul qadın, cinayət yerinə çağırılmış detektiv, yetim qalmış
ailəni ovudan qaşqabaqlı keşiş. Zəng etdiyi adamların üçü də ölmüşdü. İndii o,
dördüncüyə, siyahıda lap axırıncı olana zəng edirdi. Bu adama yalnız o vaxt zəng
etməyə icazə verilirdi ki, ilk üç adamla əlaqə yaratmaq mümkün olmasın. Bu dəfə
avtocavablayıcının səsi eşidildi. Həmdə dəstəkdən gələn səs abonentin adını
çəkmir, yalnız zəng edəndən məlumatı söyləməsini xahiş edirdi.
- Döşəmə sındırılıb! - Sandrin bacı yalvarışlı səslə dilləndi. – Qalan üç nəfər
ölüblər.
Sandrin bacı dörd telefon nömrəsinin sahibləri ilə şəxsən tanış deyildi, lakin
çarpayının altında yaxşıca gizlədilmiş bu nömrələrə yalnız bir halda zəng etməyə
icazə verilirdi.
Xarici görkəmini unutmuş kişi onu təlimatlandırmışdı ki, əgər döşəməni
sındırıb gizli yeri tapsalar, bu o deməkdir ki, yuxarı eşalon itki verib. Deməli,
bizlərdən birini ölümlə hədələyiblər və o yalan danışmağa məcbur olub. Xəbər
vermək üçün, siz hamıya zəng etməlisiniz. Çalışın ki, bizi pis vəziyyətdə
qoymayasınız.
Bu həyəcan siqnalı idi. Özünküləri xəbərdar etmək üçün etibarlı və təhlükəsiz
üsul. O, ilk dəfə bu barədə biləndə, planın sadəliyi onu heyrətə salmışdı. Əgər
cəmiyyət üzvlərindən hər hansı biri ölümcül təhlükəyə məruz qalarsa, o, yalan
danışa bilər. Və buy alan qalanlarını xəbərdar etmək üçün mexanizmi dərhal işə
salır. Görünür, bu gün eyni zamanda üç nəfər təhlükəyə tuş gəlib.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə