Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   32   33   34   35   36   37   38   39   ...   115

- Xahiş edirəm, cavab verin, - o, çarəsizcə dəstəyə pıçıldayırdı. – Siz hardasınız,
harda?..
- Dəstəyi at yerə! – birdən arxadan kişi səsi eşidildi.
Sandrin bacı diksinib çevrildi. Qapının ağzında əlində ağır dəmir şamdan
tutmuş rahib dayanmışdı. O, bütün bədəni əsə-əsə dəstəyi yavaşca yerinə qoydu.
- Onlar hamısı ölüb. – rahib dedi. – Dördü də. Və onlar məni aldadıblar. İndii
sən de, guşəli daş hardadır?
- Axı, mən bilmirəm! – Sandrin bacı tam səmimiyyətlə cavab verdi. – Bu sirri
onlar bilirdilər. İndi ölmüş olanlar.
Kişi ağ əlindəki dəmir altlığı buraxmayraq ona yaxınlaşmağa başladı.
- Axı, sən kilsənin rahibəsisən! Bununla belə, bu əclaflara xidmət edirsən?
- İsa bizə çox həqiqətləri öyrədib, - Sandrin bacı cəsarətlə cavab verdi. – Amma
bu həqiqətlərin heç birini «Opus Dei»nin əməllərində görmürəm.
Rahibin qırmızı gözləri qəzəblə parıldadı. Və əlindəki dəmir altlığı ona tərəf
qolayladı. Sandrin bacı döşəməyə yıxıldı. Onun son fikri ümidsiz idi: Dörd nəfərin
hamısı ölüb. Qiymətli sirr həmişəlik itirilib.
XXXII FƏSİL
Luvrun qərb tərəfindən eşidilən siqnalizasiyanın kəskin səsindən Tüilri bağındakı
bütün göyərçinlər öz yerlərində uçdu. Sofi və Lenqdon binanın giriş tərəfindən
çıxıb Paris qaranlığına üz qoydular və Sofinin maşınına tərəf qaçdılar. Uzaqda polis
avtomobillərinin sirena səsləri eşidilirdi.
- Budur o! – Sofi qışqırdı. Və meydanın axırında dayanmış qırmızı rəngli kiçik
maşını göstərdi.
Hə, o, pis zarafat etmir. Lenqdon indiyə qədər belə kiçik maşın görməmişdi.
- «Smart» adlanır, - Sofi dedi. – Yüz kilometrə bir litr işlədir.
Lenqdon qabaqdakı oturacaqda təzəcə oturmuşdu ki, Sofi motoru işə saldı və
maşın daş səkinin üstündən irəliyə, çınqıl daş tökülmüş yola tərəf şütüdü. Sonra o,
səkidən keçib Karuzel de Luvrun qarşısındakı dairəvi döngəyə çıxdı.
Lenqdona ani olaraq elə gəldi ki, Sofi indicə dönmək əvəzinə, düz irəliyə sürüb
ortadakı qazonun üstünə çıxacaq.
- Yox! – Lenqdon qışqırdı. O bilirdi ki, çəpər rolunu oynayan kol bitkiləri,
çevrilmiş piramida şəkilli çuxuru gizlətmək üçün əkilib. O, bunu muzeyin
pəncərəsindən görmüşdü. Sofinin miniatür maşınını bu dərə bir anda udar.


Xoşbəxtlikdən Sofi sükanı cəld hərəkətlə sağa fırlayıb şimala tərəf aparan yola
çıxdı. Sonra sürəti artırıb ryu-de Revaş istiqamətində şütüdü.
Polis sirenalarının səsi daha bərkdən eşidilirdi. Lenqdon yan güzgüdə faraların
işığını gördü. Sofi Luvrdan tezliklə uzaqlaşmaq üçün askelatorun pedalını axıra
qədər basdıqda «smart»ın mühərriki etiraz edirmiş kimi nərildədi. Əlli yard irəlidə,
Rivoli ilə kəsişən yolda qırmızı işıq yandı. Sofi sakitcə şeytana lənət oxuyub irəli
sürməyə davam etdi. Lenqdon gərgin vəziyyətdə idi. – Sofi!..
Yolayrıcına çatdıqda o, azca sürəti azaltdı, faraları söndürüb yandırdı, ətrafa
baxdı, sonra yenə də askelatoru axıra qədər basıb sola döndü və Rivoli yoluna
çıxdı. Bu küçə ilə qərbə doğru təxminən dörddə bir mil gedib tezliklə enli Yelisey
küçəsinə buruldu.
Lenqdon geriyə çevrilib arxa şüşədən Luvr tərəfə baxdı. Deyəsən, polislər
onları daha təqib etmirdilər. Mavi işıqlar muzeyin qarşısındakı meydanda bərq
vururdu.
Lenqdon bir qədər sakitləşərək dedi:
- Bu çox əyləncəli idi.
Sofi, görünür, onun sözlərini eşitmədi. Onun gözləri irəliyə, rahat Yelisey
küçəsinə dikilmişdi. Təxminən iki mil boyunca hər iki tərəfdə təmtəraqlı
mağazaların vitrinləri düzülmüşdü, məhz buna görə çox vaxt küçəni Parisin Beşinci
Avenyusu adlandırırdılar. ABŞ səfirliyi indi bir mil onlardan aralıda idi. Lenqdon
sakitləşib oturacağın arxalığına söykəndi.
İnsan düşüncəsi qaranlıq və yalanlarla doludur.
Bəli, Sofinin məharətinə söz yoxdur.
«Madonna mağarada».
Sofi dedi ki, babası rəsmin arxasında onun üçün nəsə qoyub. Axırıncı ismarıc?
Sonyerin axırıncı gizli yeri bu qədər incəliklə seçməsindən Lenqdon heyrətlənməyə
bilməzdi. «Madonna mağarada» bu günkü rəmzlər zəncirində daha bir çatışmayan
halqa idi. Deyəsən, Sonyer hər bir addımında Da Vinçinin yaradıcılığının qaranlıq və
mistik tərəfi ilə maraqlandığını nümayiş etdirirdi.
Leonardo da Vinçi «Madonna mağarada» əsərinə sifarişi Qüsursuz Mayalanma
Qardaşlığından almışdı; onlara Milandakı San-Françesko kilsəsində, mehrabın
mərkəzi hissəsinə divar naxışı vurmaq lazım idi. Rahibələr Leonardoya bütün lazımi
ölçüləri, həmçinin təxmini süceti də vermişdilər: rəsmdə Müqəddəs Məryəm,
körpə İohann, Mələk və körpə İsa təsvir olunmalı idi. Qəribə də olsa, rəssamın
əsərində adəti qaydalara xilaf olaraq məhz körpə İohann İsaya xeyir-dua verirdi…
İsa isə tamamilə ona itaətdə idi! Bu azmış kimi, Məryəm bir əlini yuxarı qaldırıb
körpə İohannın başı üzərində tutmuşdu və bu hədələyici cest təsiri bağışlayırdı.
Barmaqları, kiminsə görünməyən başından tutmağa hazır olan qartal caynaqlarına
oxşayırdı. Və nəhayət, orda daha bir qorxunc obraz var idi: Məryəmin vəhşicəsinə
əyilmiş barmaqlarının düz altında dayanmış Uriyel, Müqəddəs Məryəmin
caynaqlarına keçmiş görünməz başı sanki əlinin kənarı ilə kəsmək istəyirdi.


Lenqdonun tələbələri həmişə təəccüblə öyrənirdilər ki, Da Vinçi sonralar
«Madonna mağarada» rəsminin ikinci, «yumşaldılmış» variantını ortodoksal
üslubda çəkməklə Qüsursuz Mayalanma Qardaşlığının könlünü ələ ala bilmişdi.
İkinci variant indi London Milli Qalereyasında yerləşirdi və başqa ad – «Madonna
qayalıqda» adını daşıyırdı. Amma Lenqdonun özü daha maraqlı olan Luvr
variantına üstünlük verirdi.
Sofi maşını Yelisey küçəsi ilə sürürdü. Lenqdon soruşdu:
- Rəsm… onun arxasında nə var idi?
Sofi gözlərini yoldan çəkmədi.
- Sonra göstərərəm. Təhlükəsiz yerdə, səfirlikdə olanda.
- Göstərərsiniz? – Lenqdon təəccübləndi. – Deməli o, rəsmin arxasında əşya
gizlədib?
Sofi başını tərpətdi:
- Bəli. Heraldik zanbaqla və P.S. hərfləri ilə bəzədilmiş əşya.
Lenqdon qulaqlarına inanmadı.
Biz yarıb keçəcəyik, Sofi maşını birdən sağa döndərərək düşündü. Budur maşın
dəbdəbəli «De Kriyon» otelinin yanından keçdi və onlar Parisin çoxlu ağaclar
əkilmiş diplomatik rayon adlandırılan yerə gəlib çıxdılar. Səfirliyə bir mildən də az
qalmışdı. İndi rahat nəfəs almaq olar.
Sofi hətta maşını sürərkən cibindəki açar haqqında düşünürdü. Onu xeyli
əvvəllər ilk dəfə gördüyünü və üstündə adi dişciklər əvəzinə batıq olan,
bərabərtərəfli xaçla, heraldik naxışla və P.S. hərfləri ilə bəzədilmiş bu açarın onda
necə heyrət doğurduğunu xatırladı.
O vaxtdan uzun illər keçdiyinə görə babasının açarını nadir hallarda
xatırlamasına baxmayaraq, polis idarəsində işləmək ona çox şeyi öyrətmişdi, o
cümlədən təhlükəsizliyi təmin edən vasitələri də. Və indi açarın qeyri-adi forması
ona o qədər də müəmmalı görünmürdü. Lazer vasitəsilə düzəldilmiş matrisa.
(matrisa – hərflər düzəltmək üçün qəlib – S.B.). Belə üsulla hazırlanmış açarın
dublikatını düzəltmək praktiki olaraq mümkün deyil. Adi dişcikləri olmayan bu tip
açarın üstündə lazerlə yandırılmış xırda batıqlar vardı və bu batıqlara kilidin yalnız
xüsusi elektron qurğusu reaksiya verirdi. Əgər qurğu altıgüşəli batığın düzgün
yerləşdiyini təyin etsəydi, onda kilid açılırdı.
Sofi bu açarın nəyi aça biləcəyini təsəvvürünə belə gətirmirdi. Amma hiss
edirdi ki, bu işdə Robert ona kömək edə bilər. Axı o, açarın üstündəki emblemi bir
dəfə də olsun görmədən onun mənasını izah edə bilmişdi. Açarın yuxarı
hissəsindəki xaç onun hansısa xristian təşkilatına məxsus olduğunu göstərirdi.
Lakin, Sofi lazer vasitəsilə hazırlanmış bu cür matris açarların hansı kilsələrdə
istifadə olunduğunu bilmirdi.
Bundan başqa, mənim babam əsla xristian deyildi…


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə