Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   29   30   31   32   33   34   35   36   ...   115

Yük maşınının sürücüsünü buraxdılar və Faş öz adamlarına tapşırıq verməyə
başladı. Robert Lenqdon bu gün onlara az problem yaratmamışdı. İndi ona agent
Nevenin də kömək etdiyi nəzərə alınsa, onda Lenqdonu küncə sıxmaq onun
düşündüyündən də çətin olacaq.
Və Faş risk etməyi qərara aldı.
Öz adamlarının yarısını bütün giriş və çıxışlara nəzarət etmək üçün geriyə
Luvra göndərdi. Qalanlarını isə Lenqdonun Parisdə sığınacaq tapa biləcəyi yeganə
məkana yolladı.
XXVIII FƏSİL
Lenqdon gülləkeçirməz şüşənin üstünə yazılmış altı sözə heyrətlə baxdı. Sanki bu
sözlər Mona Lizanın müəmmalı təbəssümünə kölgə salaraq havada buxarlanırdı.
- Priorat, - Lenqdon pıçıldadı. – Babanızın cəmiyyətin üzvü olduğunu
təsdiqləyən daha bir sübut!
Sofi ona təəccüblə baxdı:
- Bunun nə olduğu sizə aydındır?
- Bəli, - Lenqdon fikirli-fikirli başını tərpətdi. – Bu cəmiyyətin fundamental
fəlsəfi prinsiplərindən biridir.
Sofi qırmızı rənglə yazılmış sözlərə çaşqın halda baxırdı: İNSAN DÜŞÜNCƏSİ
QARANLIQ VƏ YALANLARLA DOLUDUR.
- Sofi, iş ondadır ki, - Lenqdon dedi, - cəmiyyətdə ilahəyə pərəstiş ənənəsinin
əsasında o inam dururdu ki, ilkin xristanlıq dövrünün qüdrətli adamları yalan dolu
ideyaları təbliğ edərək dünyanı «aldatmışdılar». Bu ideyalar «qadın başlanğıcı»nın
dəyərini qiymətdən salır, «kişi başlanğıcı»nı isə göylərə qaldırırdı.
Sofi şüşəyə yazılmış sözlərə baxaraq cavab vermədi.
- Sion Prioratı hesab edirdi ki, Konstantin (Birinci və ya Böyük Konstantin –
roma imperatoru, bütpərəstlik kultunu saxlayaraq xristian kilsələrini müdafiə
edirdi) və onun xələfləri dünyanı matriarxal bütpərəstlikdən uzaqlaşdırıb,
patriarxal xristanlığa sövq etdilər. Onlar müqəddəs qadın başlanğıcını
demonlaşdırmaq məqsədilə təbliğat kampaniyası apardılar, bu da müasir dinlərdə
ilahənin aradan qalxmasına gətirib çıxardı.
Sofinin üzündən inamsızlıq oxunurdu.
- Babam məni bura göndərib ki, bu yazını tapım. Güman ki, o, daha çox şey
demək istəyirmiş.


Onun nə düşündüyünü Lenqdon anladı. Sofi daha bir kodun olduğunu zənn
edirdi. Amma bu cümlədə gizli bir məna olub-olmadığını Lenqdon hələlik bilmirdi.
İnsan düşüncəsi qaranlıq və yalanlarla doludur, o öz-özünə dedi.
Narahat müasir dünyamıza xristian kilsəsinin böyük fayda verdiyini heç kim
danmağa cürət etməz, buna baxmayaraq Kilsə tarixi zorakılıq və yalanla doludur.
Bütpərəstlərə xristianlığı qəbul etdirmək və «qadın başlanğıcı»na sitayişlə
bağlı olan dinləri məhv etmək məqsədilə qanlı xaç yürüşləri üç əsr boyu davam
edib və yadfikirlilik qəddarcasına boğulub.
Katolik inkvizisiyasının çap etdiyi kitabı heç bir mübaliğəyə yol vermədən bəşər
tarixində ən qanlı kitab adlandırmaq olar. Onun adı «Malleus Maleficarum» və ya
latıncadan tərcümədə «Cadugər toppuzu» idi. Kitab dünyaya «qadınlar arasında
azadfikirliliyin yayılması təhlükəsi» barədə xəbərdarlıq edir. Həmçinin cadugərləri
necə tapmaq və məhv etmək, onlara necə işgəncə vermək haqqında keşişləri
məlumatlandırırdı. O vaxtlar xristian kilsəsi «cadugərlər»in sırasına bütün alim-
qadınları, müqəddəs qadınları, qaraçı qadınları, təbiət və mistikanı sevən qadınları,
nəbatatla məşğul olan qadınları, ümumiyyətlə «Təbiət aləminə şübhəli maraq
göstərən» istənilən qadını daxil edirdi. Doğan qadınların ağrısını yüngülləşdirmək
üçün müxtəlif yuxugətiricilərdən istifadə etdiklərinə görə mamaçaları da
öldürürdülər. Kilsə doğuş zamanı ağrıkəsicilərdən istifadə etməyi küfr adlandırırdı.
Kilsə deyirdi ki, bu əzablar Həvvanın günahına görə Allah tərəfindən qadınlara cəza
kimi göndərilib. Üç əsr ərzində Kilsə cadugərləri məhv etmək bəhanəsilə beş
milyon qadını tonqallarda yandırdı!
Təbliğat və zorakılıq öz bəhrəsini verdi. Bu günkü dünya – buna canlı sübutdur.
Əvvəllər müqəddəs dini başlanğıc hesab edilən qadınlara yüksək vəzifələr
tutmaq qadağan edildi. Dünyada qadın ravvinlər, katolik keşişləri, islam müftiləri
yoxdur. Kişi və qadının nəinki cismani, hətta ruhi cəhətdən birləşməsi olan təbii
seksual yaxınlıq bir vaxtlar müqəddəs akt hesab edilirdi. İndi isə buna pis əməl kimi
baxılır. Sutana geymiş kişilər hətta öz təbii seksual hisslərindən belə qorxurlar,
bunu şeytan əməli sayırlar. Guya şeytan öz sadiq köməkçisi olan qadının vasitəsilə
kişiləri yoldan çıxarır.
Hətta sol təmayüllü qadın təşkilatları da Kilsə tərəfindən təqib olunub. Fransa
və İtaliyada «sol» sözünün özü – gauche və sinistre – neqativ xarakter daşıyır.
Əksinə, «sağ» sözü düzgünlüyün, haqlılığın, ədalətin sinonimi kimi qəbul edilir.
İndinin özünə kimi radikal fikirli siyasətçiləri sol qanada aid edirlər, irrasional
düşüncəni – solçuların adına yazırlar. Sinistre sözü isə «pis», «səfeh», «qəddar»
kimi başa düşülür.
İlahənin sonu çatdı, Əqrəb digər tərəfə istiqamətləndi. Ana Torpaq kişi
dünyasına çevrildi, xarabalıq və müharibə allahlarının əlinə girəvə düşdü. İki min il
ərzində söndürülən kişi eqosu azadlığa çıxdı. Sion Prioratı hesab edirdi ki,
Müqəddəs qadın başlanğıcının məhv edilməsi müasir həyatda fenomen
yaratmışdır, hansı ki, holi qəbiləsindən olan amerikan hinduları bunu


«poyyaniskvatse» - «tarazlıqsız həyat» adlandıraraq, bununla müharibələrdən
əziyyət çəkən dünyanın qeyri-sabit vəziyyətini, qadına nifrət edilən cəmiyyətlərin
çoxluğunu və Ana Torpağa sayğısızlığın artmasını göstərmişlər.
- Robert, - Sofi pıçıldadı, - deyəsən, bura kimsə gəlir!
O, dəhlizdə addım səsləri eşitdi. Onlar yaxınlaşırdılar.
- Bura! – Sofi fənəri söndürərək pıçıldadı və Lenqdon qaranlıqda onu görmədi.
Bir anlığa o, tamamilə korlaşdı. Bura? Haraya? Sonra gözləri tədricən qaranlığa
öyrəşdi və o, Sofinin siluetini gördü. Sofi otağın ortasında qaçaraq özünü
səkkizguşəli böyük divanın arxasına atdı. Lenqdon da qaçmağa hazır idi, amma gur,
uca səs onu dayandırdı.
- Arretez! (Dayanın! – frans.) – deyə, qapıda durmuş adam əmr etdi.
Luvrun təhlükəsizlik xidmətinin agenti əlində tapança Sal de Eta zalına girdi. O,
Lenqdonun düz sinəsini hədəf almışdı. Lenqdon instinktiv olaraq əllərini qaldırdı.
- Coushes-vous! – deyə, kişi uca səslə əmr etdi. – Yerə uzanın!
Və bir saniyə sonra Lenqdon üzüquylu döşəməyə uzandı. Agent çəkmələri ilə
zərbə vuraraq onun ayaqlarını və əllərini araladı.
- Mauvaise idee (Pis fikirdir, - frans.) Monsieur Langdon, - o dedi və
tapançanın lüləsini Lenqdonun kürəyinə söykədi. - Mauvaise idee.
Əlləri və ayaqları aralanmış şəkildə üzüquylu döşəməyə uzanan Lenqdon
ironik müqayisə aparmaqdan özünü saxlaya bilmədi. Lap «Vitruvian insanı»
kimiyəm, o düşündü. Təkcə üzüm döşəməyə tərəfdir.
XXIX FƏSİL
Saylas mehrabdan ağır, dəmir şamdanı götürüb sütunun yanına qayıtdı. Lap yerinə
düşdü, bundan rıçaq kimi də istifadə etmək olar. Altında boşluq olan boz mərmər
plitəyə baxa-baxa o, birdən anladı ki, səs-küy salmadan döşəməni sökmək
mümkün olmayacaq.
Mərmərə dəmirlə vurmaq. Bütün kilsəyə səs yayılacaq.
Əgər rahibə eşitsə, nə olacaq? Yəqin o, indi yatır. Amma gurultu onu
ayıldacaq. Saylas belə işlərdə risk etməyi xoşlamırdı. Ona görə də dəmir ucluğa
sarımaq üçün əski axtarmağa başladı. Amma mehrabın örtüyündən başqa münasib
bir şey görmədi. Amma mehrabın üstünü açmaq yaxşı deyil. Mənim sutanam, o
düşündü. Kilsədə tək olduğunu bilən Saylas sutananı boynuna bərkidən ipi açdı.
Sutana sürüşüb döşəməyə düşdü. O, ağrıdan üz-gözünü turşutdu – kobud, tiftikli
parça onun kürəyindəki təzə yaralara toxunmuşdu.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə