Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   37   38   39   40   41   42   43   44   ...   115

- Robert, bir şeyi mən sizə etiraf etməliyəm… - Sofi sözünə ara verib ona baxdı.
– Amma əvvəlcə, bu təşkilat haqqında bildiklərinizin hamısını mənə danışın. Sion
Prioratı haqqında.
XXXVI FƏSİL
«Mona Liza» asılan zalın çıxışında Bezu Faş mühafizəçinin dolaşıq izahatına qulaq
asırdı. Onun sifəti hirsindən qıpqırmızı qızarmışdı. Qruar, Sofi və Lenqdonun onu
necə tərksilah etdiklərindən danışırdı. Sən, bu lənətəgəlmiş rəsmə niyə atəş
açmadın?
- Kapitan! – leytenant Kolle kapitanı çağırdı. – Kapitan, mən indicə ratsiya ilə
eşitdim ki, agent Nevenin maşını tapılıb.
- Səfirliyin yanında?
- Yox. Vağzalın yanında. Onlar iki bilet alıblar. Qatar indicə yola düşüb.
Faş əli ilə Qruara işarə etdi ki, o gedə bilər. Sonra Koleni küncə çəkib pıçıltıyla
soruşdu:
- Hansı istiqamətdə?
- Lillə tərəf.
- Bəlkə, bizi azdırmaq istəyirlər. – Faş bundan sonra nə edəcəklərini düşündü. -
- Yaxşı. Ən yaxın stansiyadakı polislə əlaqə saxlayın, qoy qatarı saxlayıb axtarsınlar.
Nevenin maşını dayandığı yerdə qalsın. Ora mülki geyimli detektivlər göndərin.
Bilmək olmaz, onlar qayıdıb maşını götürə bilərlər. Adamlar göndərin, qoy
stansiyanın yaxınlığındakı bütün küçələri axtarsınlar, bəlkə onlar piyada getməyi
qərara alıblar. Vağzaldan hansı istiqamətəsə avtobus işləyirmi?
- Bu vaxtlar yox, ser. Orda yalnız taksilər dayanır.
- Çox gözəl. Sürücüləri dindirin. Bəlkə, onlar nəsə görüblər. Sonra taksimotor
şirkəti ilə əlaqə saxlayın, onlara qaçanların təsvirini Verin. Mən isə İnterpola zəng
edəcəm.
Kolle təəccübləndi:
- Siz istəyirsiz ki, bu haqdı hamı bilsin?
Əlbəttə, bu arzuedilməz idi, lakin Faş başqa çıxış yolu görmürdü.
Tələ nə qədər tez qapansa, o qədər yaxşıdır.
İlk anlar həmişə kritik olur. Qaçanların əvvəlcə nə edəcəklərini bilmək o qədər
də çətin deyil. Onların hamısına eyni şey lazımdır. Nəqliyyat. Yaşamaq üçün yer.
Nəqd pul. Bu üç şey onlara hava və su kimi lazımdır. Ona görə də İnterpol bu üç
faktordan istifadə edib onların izinə düşə bilir. Lenqdon və Sofinin şəkillərini


Parisin bütün nəqliyyat idarələrinə, otellərə və banklara faksla göndərmək
lazımdır. Onda qaçanların heç bir şansı qalmaz. Onlar risk etmədən şəhərdən çıxa
və sığınacaq tapa bilməzlər. Hesabdan nəqd pul götürmək isə daha çətindir. Bir
qayda olaraq, onlar panikaya düşür və mütləq axmaqlıq edirlər. Maşın qaçırırlar.
Mağaza qarət edirlər. Çıxılmaz vəziyyətdə olduqlarından kredit kartından istifadə
edirlər. Nə səhv edirlərsə etsinlər, tezliklə harda olduqlarını büruzə verirlər.
- Yalnız Lenqdon barədə məlumat vermək istəyirsiniz? – Kolle soruşdu. – Yəqin
ki, Sofi Neveni ələ verməssiniz? O, bizim kollegadır axı.
- Elə, birinci onu ələ verəcəm! – Faş çığırdı. – Bu, bəd əməlləri törətməkdə
Lenqdona o kömək edir! Şəxsən mən onun dosyesi ilə məşğul olacam! Hər kəsi –
dostlarını, ailəsini, şəxsi əlaqələrini yoxlayın. Onun kömək üçün xahiş edəcəyi hər
kəsi. Bilmirəm o, nə düşünür və özünü niyə belə aparır, ancaq bu, ona baha başa
gələcək!
- Mənim rabitədə qalmağımı yoxsa axtarışlara qoşulmağımı istəyirsiniz?
- Axtarışa qoşulun. Vağzala gedin, bizimkilərin işini əlaqələndirin. İdarəetməni
öz üzərinizə götürün, amma hər addımda mənimlə məsləhətləşin, aydındır?
- Bəli, ser! – deyib, Kolle otaqdan çıxdı.
Faş pəncərənin qarşısında durmuşdu. Burdan şüşə piramida görünürdü.
Əlimizin altından qaçdılar, FAş düşündü. Sonra sakitləşmək, əsəblərini cilovlamaq
istədi. İnterpolun təzyiqinə hətta ən təcrübəli agent də dözə bilməz.
Onda qala hansısa müəllim və şifrəaçan qız olsun!.. Sübhə qədər onları tutub
gətirəcəklər.
XXXVII FƏSİL
Parislilər məşhur Bulon meşəsinə nə kimi adlar verməmişdilər! Amma bilicilər
arasında bu park Yer Cənnəti Bağı adı ilə məşhur idi. Ürəyəyatan epitet olsa da,
əslində buə ks məna daşıyırdı. Və istənilən adam Bosxun eyniadlı qorxunc rəsm
əsərini gördükdə, bunun mənasını anlayırdı. Qüdrətli rəssamın əsərində meşədəki
əyri budaqlı ağaclar qara rəngdə verilmişdi, - əxlaqsızlar və fırıldaqçılar üçün ən
uyğun sığınacaq. Gecələr yolun kənarında, Bulon meşəsinin sıx kolları arasında,
qaranlıqda yüzlərlə ağ bədən düzülürdü. İstənilən ağlagəlməz istəyi yerinə
yetirməyə hazır olan satlıq bədənlər – onların arasında kişi, qadın və aralıq cinsin
nümayəndələri də vardı.
Lenqdon Sion Prioratı haqqında Sofiyə danışmaq üçün fikirlərini cəmləyərkən
taksi meşənin içinə girdi və çınqıl tökülmüş yolla qərbə tərəf getdi. Lenqdon


fikirləşə bilmirdi, belə ki, meşənin gecə sakinləri faraların işığını görüb yolun
kənarında dayanaraq öz «malları»nı nümayiş etdirirdilər. Budur, irəlidə qurşağa
kimi soyunmuş iki yeniyetmə qız göründü, onlar taksiyə tərəf işvəli baxışlarla
baxdılar. Sonra qaranlıqdan yağ sürtülmüş kimi dərisi parıldayan yekəpər zənci
oğlan çıxdı. Onun bədənində yalnız ayıb yerini örtən sarğı kimi bir şey vardı. O,
arxasını çevirib lüt yambızlarını oynatdı. Onun yanında dolu bədənli sarışın qız
dayanmışdı. Mini-yubkasını qaldıran kimi aydın oldu ki, o, qadın deyil.
İlahi, özün kömək ol! Lenqdon gözlərini onlardan çəkib, dərindən nəfəs aldı.
- Sion Prioratı haqqıda danışın, - Sofi təkrar etdi.
Lenqdon başını tərpətdi. Onun danışacağı əfsanəyə bundan pis fonu təsəvvür
etmək çətin idi. Axı, nədən başlamalı?.. Cəmiyyətin tarixi min ildən yuxarı idi və bu
tarix sirlərlə, xəyanətlərlə, şantacla və hətta papanın əmri ilə edilmiş qəddar
işgəncələrlə dolu idi.
- Sion Prioratı Cəmiyyəti, - o, söhbətə başladı, - fransız kralı Qodfrua de Buyon
1099-cu ildə Yerusəlimi işğal etdikdən sonra onun tərəfindən bu şəhərdə yaradılıb.
Sofi gözlərini ondan çəkməyərək qulaq asırdı.
- Əgər əfsanəyə inansaq, kral Qodfrua fövqəladə mühüm sirrə malik idi. Məhz
bu sirr onu belə qüdrətli etmişdi. Sirr Məsihin dövründən başlayaraq atadan oğula
ötürülürdü. Ölümündən sonra sirin itəcəyindən qorxan kral gizli cəmiyyətin, Sion
Prioratının əsasını qoydu və ona sirri qorumağı, onu nəsildən nəsilə ötürməyi
tapşırdı. Cəmiyyət Yerusəlimdə fəaliyyət göstərdiyi illərdə İrod məbədinin
xarabalıqları altında qalmış çox mühüm sənədlər tapdı. Bu məbəd Süleyman
padşahın sarayının dağıntıları üstündə tikilmişdi. Cəmiyyətin fikrincə, bu sənədlər
kral Qodfruanın sirrini təsdiqləyirdi və elə dağıdıcı qüvvəyə malik idi ki, hətta Kilsə
bu sənədləri əldə etmək üçün heç nədən çəkinməzdi.
Sofi şübhə ilə baxdı.
- Və Priorat qərara aldı ki, sənədləri dağıntıların altından çıxarıb onu qorumaq
lazımdır ki, həqiqət heç vaxt itməsin. Bu məqsədlə cəmiyyət hətta xüsusi hərbi
bölmə yaratdı – «Süleyman məbədinin və Məsihin yoxsul cəngavərləri ordeni»
adını alan doqquz cəngafərdən ibarət qrup. – Lenqdon sözünə ara verdi. – Amma
bu qrup tampliyerlər ordeni kimi məşhurdur. (Tampliyerlər – orta əsrdə dini-
cəngavər cəmiyyəti – S.B.)
Sofi başını tərpətdi, bu ad ona tanış idi.
Lenqdon tampliyerlər ordeni haqqında kifayət qədər mühazirə oxumuşdu.
Ona görə də bilirdi ki, bir çox insan bu orden haqqında eşitsə də, onunla bağlı olan
hadisələri tam bilmir. Alimlərin fikrincə tampliyerlərin tarixi çox şübhəlidir: faktlar
və mülahizələr bir-birinə qarışıb və nəyin həqiqət, nəyin yalan olduğunu ayırd
etmək mümkün deyil. Lenqdon öz mühazirələrində tampliyerlər haqqında fikir
söyləməkdən çəkinirdi, çünki hər dəfə təsdiq olunmamış faktlarla üzbəüz qalırdı.
Sofi həyəcanlandı:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə