Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   36   37   38   39   40   41   42   43   ...   115

Yuxarı mərtəbədəki geniş dəhliz, üstündə ASTRONOMİK KİTABXANA yazılmış
mis lövhəli, hündür palıd qapılara tərəf aparırdı.
Arinqarosa Vatikanın məşhur Astronomik kitabxanası haqqında eşitmişdi.
Şayiələr gəzirdi ki, burda iyirmi beş min cilddən yuxarı kitab, o cümlədən Kopernik,
Qaliley, Kepler, Nyuton və digər məşhur alimlərin əsərləri saxlanılır. Onu da
deyirdilər ki, papa kilsə iyerarxiyasının yüksək çinli şəxsləri ilə görüşləri… məzmunu
Vatikandan kənara çıxmaması gərəkli olan görüşlər məhz burda, kitabxanada
keçirir.
Palıd qapılara yaxınlaşan yepiskop Arinqarosa onu orda hansı utandırıcı
xəbərlərin gözlədiyini, bu görüşün necə dəhşətli hadisələr zəncirinin başlanğıcı
olacağını təsəvvür edə bilməzdi. Yalnız bir saat sonra, kitabxanadan qətiyyətsiz
addımlarla çıxdıqda, içəridə eşitdiklərinin necə dağıdıcı nəticələr verəcəyini
tamamilə anladı. Cəmisi altı ay qalıb, o düşündü. Allah bizə kömək olsun!
İndii budur, «Fiat»da oturmuş yepiskop Arinqarosa yumruğunu sıxaraq ilk
görüşü xatırladı. Sonra barmaqlarını açıb dərindən nəfəs aldı.
Hər şey yaxşı olacaq, o düşündü. Qəribə də olsa, mobil telefon susur. Ustad
niyə zəng etmir? Axı, Saylas guşəli daşı çoxdan tapmış olsun, gərək.
Yepiskop sakitləşməyə çalışaraq üzüyünün qaşına baxdı. Onun hamar və
soyuq səthinə toxunaraq öz-özünə dedi ki, bu üzük – tezliklə əldə edəcəyi
hakimiyyətin simvoludur.
XXXV FƏSİL
Sen-Lazarın daxili görkəmi Avropanın başqa dəmiryol vağzallarından heç nə ilə
fərqlənmirdi. Gözləmə zalında adi səhnə: sinələrindən karton lövhəciklər asılmış
evsizlər, hansısa kollecdə təhsil alan yuxulu gənclər qrupu – bəziləri çantalarına
söykənib yatır, digərləri maqnitafonu açıb musiqi dinləyir. Küncdə göy uniforma
geymiş yükdaşıyanlar bekar dayanıb siqaret çəkirlər.
Sofi başını qaldırıb qatarların gəlmə və yoladüşmə vaxtlarını göstərən nəhəng
tabloya baxdı. İnformasiya daxil olduqca ağ və qara cədvəllərdə yeni rəqəmlər,
yeni sözlər peyda olurdu. Budur, məlumatların təzələnməsi başa çatdı və Lenqdon
da gözlərini tabloya dikdi. Yuxarıdakı hissədə yazılmışdı:
LİLL – SÜRƏT QATARI – 306
- Heyf, bundan tez qatar yoxdur, - Sofi dedi, - Neynək, qoy Lill olsun.


Əvvəl? Lenqdona saatına baxdı: 2.59. Qatar yeddi dəqiqədən sonra yola
düşür, onlar isə heç bilet də almayıblar. Sofi Lenqdonu kassa pəncərəsinə
yaxınlaşdırıb dedi:
- Kredit kartınızla iki bilet alın.
- Mən elə bilirəm ki, kredit kartının izinə istənilən anda düşmək olar və …
- Tamamilə doğrudur.
Lenqdon etiraz etməməyi qərara aldı, - əlbəttə, Sofi Neve daha yaxşı bilər.
«VİSA» kartından istifadə edib kupe üçün iki bilet aldı və onları Sofiyə uzatdı.
Onlar platformaya çıxdılar, Lillə gedən sürət qatarına miniyin başlanması elanı
səsgücləndiricidən eşidildi. Onların qarşısında on altı yol var idi. Sağ tərəfdə, bir az
uzaqda üç nömrəli platformadan onların qatarı tərpənməyə hazırlaşırdı. Amma
birdən Sofi qətiyyətlə Lenqdonun əlindən tutub onu tamam başqa istiqamətə
apardı. Onlar tələsik yan vestibulun içindən keçib, gecə kafesinin yanından ötdülər.
Sonra uzun dəhlizlə gedib vağzalın binasından sakit küçəyə çıxdılar.
Səkinin yanında taksi dayanmışdı.
Sürücü Sofini gördükdə faraları yandırıb söndürdü. Sofi arxa oturacaqda
oturdu. Lenqdon da eləcə.
Taksi vağzal binasından uzaqlaşdı. Sofi sviterinin cibindən indicə alınmış
biletləri çıxarıb parça-parça etdi.
Yetmiş dolları çölə atdım, Lenqdon ah çəkdi.
Maşın şimala tərəf istiqamət götürmüşdü və yalnız ryu de Klim çayına
çatdıqda Lenqdon təqibdən xilas olduqlarını anladı. Sağ tərəfdə Monmartr sarayı
və Sakre-Ker kilsəsinin gözəl günbəzləri görünürdü. Əks istiqamətdə hərəkət edən
polis maşınları sürətlə onların yanından ötüb keçirdilər. Belə də Sofi və Lenqdon
tez-tez başlarını gizlədirdi.
Sofi sürücüyə konkret ünvan demədi, yalnız şəhərdən çıxmağı xahiş etdi. İndii
dodaqlarını möhkəm sıxmış Sofiyə baxdıqca Lenqdon onun növbəti addım
haqqında düşündüyünü anladı.
Lenqdon yenidən açara baxmağa başladı, hətta onu gözlərinə yaxınlaşdırıb
diqqətdən qaça bilən nəsə axtardı. Amma onların yanından ötüb keçən küçə
fənərlərinin işığında gizli cəmiyyətin gerbindən başqa heç nə görmədi.
- Mənası yoxdur, - o, mızıldadı.
- Nəyin? – Sofi soruşdu.
- Bu açarla nə edəcəyinizi bilmədən, onu tapmaqdan ötrü babanızın belə bir
macəraya sizi sürükləməsinin.
- Razıyam.
- Siz əminsiniz ki, o, rəsmin əks tərəfində heç nə yazmamışdı?
- Mən hər şeyə baxdım. Orda heç nə yox idi. Açarsa rəsmlə çərçivə arasındakı
yarığa düşmüşdü. Gerbi görən kimi açarı cibimə qoydum, sonrasa biz çıxdıq.
Lenqdon qaşlarını çataraq açarın küt ucuna diqqətlə baxırdı. Heç nə. O, yenə
açarı gözlərinə yaxınlaşdırıb onun baş tərəfinə baxdı. Yenə heç nə yoxdur.


- Məncə, bu yaxınlarda açarı təmizləyiblər.
- Nədən bildiniz?
- Ondan spirt iyi gəlir.
Sofi çevrilib ona baxdı:
- Bağışlayın, başa düşmədim.
- Ondan elə iy gəlir ki, əminəm, kimsə onu xüsusi spirt məhlulu ilə silib.
Lenqdon açarı Sofinin burnuna yaxınlaşdırdı.
- Açarın o biri üzündən daha daha güclü iy gəlir.
O, açarın digər tərəfini çevirdi.
- Bəli, təmizləyici maddə əlavə edilmiş spirt məhlulu. Yaxud… - Lenqdon birdən
susdu.
- Yaxud nə?
O, açarı işığa tutub xaçın hamar səthinə baxdı. Onun bəzi yerləri parıldayırdı,
sanki yaş idi.
- Siz, bu açarı cibinizə qoymamışdan əvvəl ona yaxşı-yaxşı baxdınızmı?
- Yox, elə də yox. Mən tələsirdim, axı.
- Fənər özünüzdədir? – Lenqdon soruşdu. Sofi cibindən ultrabənövşəyi fənəri
çıxardı. Lenqdon fənəri yandırıb nazik işıq şüasını açarın üstünə saldı.
Açarın üstündə dərhal hərflər göründü. Orda nə isə yazılmışdı. Təlsik, xüsusi
markörlə, amma oxumaq mümkün idi.
- Hə, - Lenqdon gülümsündü, - indi biz bilirik ki, bu açardan niyə spirt iyi
gəlirmiş.
Sofi xaçın əks tərəfindəki rəqəm və sözlərə təəccüblə baxdı.
- 24 RYU AKSO. Ünvan! Babam mənə ünvanı yazıb!
- Bu haradır? – Lenqdon soruşdu.
Çevrilib həyəcanla sürücüdən soruşdu:
- Connaissez vous la Rue Haxo? (Akso küçəsinin harda olduğunu bilirsinizmi? –
frans.)
O, bir neçə saniyə fikirləşib başını tərpətdi. Və Sofiyə dedi ki, bu küçə Paris
ətrafındakı tennis kortlarının yanında, burdan qərbdə yerləşir. Sofi onları təcili ora
aparmağı xahiş etdi.
- Bulon meşəsindən keçib getsək tez olacaq, - sürücü fransızca dedi. – Nə
deyirsiz?
Sofi üz-gözünü turşutdu. Daha yaxşı marşrut seçmək olardı, amma bu gün
bunun yeri deyildi.
- Yaxşı. – Yəqin ki, amerikalı şoka düşəcək.
Sofi yenə açara baxdı və ryu Aksoda onları nəyin gözlədiyi barədə düşündü.
Hansısa kilsə? Cəmiyyətin mənzil qərargahı?
On il əvvəl babasının bağ evində şahidi olduğu sirli ritual haqda xatirələr yenə
üzə çıxdı. O, ah çəkdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə