Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   39   40   41   42   43   44   45   46   ...   115

- Əfsanələrdə bu haqda çox şeylər deyilir. Bir şeyi yadda saxlamaq lazımdır:
Priorat onları ciddi-cəhdlə qoruyur və ola bilsin ki, həqiqəti açmaq üçün münasib
tarixi anı gözləyir.
- Hansı həqiqəti? Görəsən, cəmiyyət hansı qüdrətli sirri qoruyur?
Lenqdon dərindən nəfəs aldı.
- Sofi, Sanqril – qədim sözdür. Vaxt keçdikcə bus öz yeni terminə çevrilib… - o,
sözünə ara verdi. – Və mən bu yeni sözü sizə desəm, onun haqqında çox bildiyinizi
anlayacaqsınız. Demək olar ki, yer üzündəki hər bir insan heç olmasa bir dəfə
Sanqril haqda eşidib.
Sofinin üzü qəribə ifadə aldı:
- Şəxsən mən heç zaman eşitməmişəm.
- Əminəm ki, eşidibsiniz. – Lenqdon gülümsədi. – Sizə bu iki söz yaxşı
məlumdur: Qraal piyaləsi.
XXXVIII FƏSİL
- Sanqril adlanan şey Qraal piyaləsidir. Fransız sözü olan Sangraal-dan əmələ gəlib.
Özünüz də görə bilərsiniz ki, bus öz iki ayrı San və Greal sözlərinə necə asanca
çevrilir.
Müqəddəs Qraal!.. «Qəribədir, - Sofi düşündü, - mən bunu niyə dərhal
anlamadım». Amma Sofi Lenqdonun indicə dediklərinə inana bilmirdi.
- Mən həmişə düşünmüşəm ki, Qraal – piyalədir. Amma siz, indicə dediniz ki,
Sanqril – gizli sənədlər toplusudur.
- Bəli, amma Sanqril sənədləri – Müqəddəs Qraal xəzinəsinin yalnız bir
hissəsidir, yarısıdır. Onlar piyalə ilə birlikdə məbədin dağıntıları altında olub… bu
da onun əsil mənasını anlamağa kömək edir. Bu sənədlərin köməyi ilə Qraalın əsil
təbiətini öyrənmək mümkün olduğundan onlar tampliyerlərə böyük güc və
hakimiyyət verib.
Qraalın əsil təbiətini? Sofi tamamilə özünü itirmişdi. O, həmişə düşünmüşdü
ki, Qraal piyaləsi İsanın «Gizli axşamlar» zamanı istifadə etdiyi camdır. Sonralar
İosif Arifameyski çarmıxa çəkilmiş İsanın qanının damcılarını bu qaba yığırmış.
- Qraal – Məsihin piyaləsidir. – o dedi. – Bundan sadə nə ola bilər?
- Sofi, - Lenqdon ona tərəf əyilib pıçıltıyla dedi. – Sion Prioratına inansaq, Qraal
heç də piyalə deyil. Cəmiyyətin üzvləri deyir ki, Qraal haqqında əfsanə çox qüdrətli
bir şeyi anladan metaforadır, gözəl alleqoriyadır. – O, bir anlığa susdu, sonra yenə


davam etdi. – Babanızın rəmzi işarələrlə demək istədiyi və müqəddəs «qadın
başlanğıcı» ilə bağlı olan əfsanə.
Lenqdonun sözlərinin doğruluğuna inanmayan Sofi ona baaxdı. Lenqdon
gülümsəyirdi, amma gözlərində ciddi ifadə vardı.
- Yaxşı, - o dedi. – Tutaq ki, belədir. Onda Qraal piyalə deyilsə, bəs nədir?
Lenqdon bu sualı gözləyirdi, amma ona necə cavab verəcəyini qərara
almamışdı. Cavabı müəyyən tarixi kontekstlərə əsaslanıb vermək olardı, əks halda
Sofi heç nə başa düşməyəcəkdi. Bir neçə ay əvvəl Lenqdon belə anlaşılmaz ifadəni
əlyazmasını gətirərən redaktorun üzündə görmüşdü.
- Deməli, siz deyirsiniz ki… - redaktor çəçidi, öskürdü, şərab dolu qədəhi stolun
üstünə qoyub gözlərini ona zillədi. – Siz ciddi deyirsiniz? Belə şey ola bilməz!
- Tamamilə ciddidir. Mən tədqiqatlara boş yerə bir il sərf etməmişəm.
Nyu-Yorkun məşhur redaktoru Conas Faukman əsəblə keçi saqqalını didişdirdi.
Özünün parlaq karyerası boyunca, qəribə ideyalarla dolu kitablarla az
üzləşməmişdi, amma beləsi ilə ilk dəfəydi ki, rastlaşırdı.
- Qulaq asın, Robert, - o dedi, - məni düz başa düşün. Sizin işiniz mənim
xoşuma gəlir, biz həmişə bir-birimizi anlamışıq. Amma, bu kitabın çap edilməsinə
razılıq versəm, mənim nəşriyyatımın qarşısında aylarla piket keçiriləcək. Bundan
başqa, sizin reputasiyanızı məhv edəcək. Siz ki, Harvardın müəllimi, tarixçi
alimsiniz, qazanc dalıyca qaçan ucuz sensasiyalar müəllifi deyilsiniz. Bu versiyanı
təsdiq edən hər hansı möhkəm dəliliniz varmı?
Lenqdon gülümsündü və tvid pencəyinin cibindən kağız vərəqini çıxartdı. Onu
Faukmana uzatdı. Bu, orta əsrlər və müasir dövrün məşhur tarixçilərinin yazdığı əlli
adda kitabın siyahısı idi. Bu kitabların əksəriyyəti çoxdan elmi bestsellerlərə
çevrilmişdi. Təkcə onların adı Lenqdonun fərziyyəsini dolayı yolla təsdiqləyirdi.
Faukman siyahıya baxdı və onun üzü yer kürəsinin müstəvi olduğunu qəfildən
öyrənmiş insanın üzündəki ifadəni aldı.
- Hə, bu müəlliflərdən bəzilərini tanıyıram. Onlar…əsil tarixçidirlər!
Lenqdon gülümsədi:
- Görürsünüz Conas, bu yalnız mənim nəzəriyyəm deyil. Bu nəzəriyyə çoxdan
beyinlərə yerləşib. Mən sadəcə olaraq, bu nəzəriyyəyə görə kitabımı qururam. Heç
bir ciddi tarixi yazıda Qraal piyaləsi haqqında əfsanə simvolik nöqteyi-nəzərdən
tədqiq olunmayıb. Bu nəzəriyyəni təsdiq edən tapdığım ikonoqrafik dəlillər də
kifayət qədər inandırıcıdır.
Faukman gözlərini siyahıdan çəkmirdi.
- Aman allah! Bu kitablardan biri Kral Tarix Cəmiyyətinin üzvü ser Lyu Tibinq
tərəfindən yazılıb.
- Tibinq, demək olar ki, bütün ömrünü Qraal piyaləsini öyrənməyə sərf edib.
Ümumiyyətlə, məhz o, məni bu işdə ruhlandırıb. O, burda göstərilmiş başqa
müəlliflər kimi, bu nəzəriyyəyə inanır.


- Siz demək istəyirsiniz ki, bütün bu tarixçilər inanırlar ki… - Faukman sözünün
davamını gətirə bilmədi.
Lenqdon yenə gülümsədi:
- Ümumi qəbul edilmiş fikrə görə, Qraal piyaləsi – bəşər tarixi ərzində
insanların tapmağa çalışdıqları xəzinədir. Onun haqqında çoxlu əfsanələr yaranıb.
O, bəzi insanların ömrünü sərf etdiyi axtarışların və müharibələrin səbəbi olub.
Əgər doğrudan da Qraal adi bir piyalədirsə, bütün bunlara dəyərmi? Əgər
belədirsə, onda başqa relikviyalar, məsələn tikanlı çələng, yaxud İsanın çarmıxa
çəkildiyi xaç niyə belə marağa səbəb olmayıb? Tarix boyu Qraal piyaləsi insanların
beyində xüsusi yer tutub. – Lenqdon gülümsündü. – Nəyə görə belədir, indi bunu
bilirsiniz.
Faukman inamsızlıqla başını yırğaladı.
- Amma bu haqda çoxlu kitablar yazılıbsa, onda sizin nəzəriyyəniz barədə niyə
deyilməyib?
- Sadəcə olaraq bu kitablar, əsrlər boyu yaranıb möhkəmlənən fikrə təsir
etmək gücündə olmayıb. Xüsusən nəzərə alsaq ki, bu fikrin formalaşmasına bütün
dövrlərin və xalqların bestsellərləri təsir edib.
Faukman gözlərini döydü:
- Birdən deyərsiniz ki, «Harri Potter»də də Qraal piyaləsi haqqında söhbət
gedir?
- Mən İncil haqqında danışıram.
Faukman üzünü turşutdu:
- Mən belə də başa düşmüşdüm.
- Haissez-le! (Dayanın! – frans.) – Sofi çığırdı. – Dayanın, tez söndürün!
Lenqdon bu çığırtıdan diksindi. Sofi oturacağa Sarı əyilib sürücünün üstünə
bağırırdı. Lenqdon yalnız indi gördü ki, taksiçi radioötürücünün mikrofonunu
əlində tutub nəsə deyir.
Sofi çevrilib əlini Lenqdonun tvid pencəyinin cibinə soxdu. Nə baş verdiyini
anlamağa macal tapmamış, Lenqdon Sofinin tapançanı sürücünün gicgahına
söykədiyini gördü. Sürücü əlindəki mikrofonu yerə saldı və bir əlini yuxarı qaldırdı.
- Sofi? – Lenqdon əsəbi halda dedi. – Nə olub…
- Arretez! - deyə Sofi sürücüyə əmr etdi.
O, maşını saxladı.
Lenqdon taksimotor parkının dispetçerinin radioqəbuledicidən gələn metallik
səsini eşitdi.
- … qui sappelle Agent Sophie Neveu… - xışıltı, sonra yenə səs: - Et un
Americain, Robert Langdon… (…Sofi Neve adında… və amerikalı Robert Lenqdon…
- frans.)
Lenqdon əsəblərinin gərildiyini hiss etdi. Demək, onlar bizi tapıblar?
- Descendez! – Sofi əmr etdi. – Rədd ol burdan!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə