Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   40   41   42   43   44   45   46   47   ...   115

Sürücü titrəyə-titrəyə maşından çıxdı, əllərini başına dayayıb bir neçə addım
atdı.
Sofi pəncərəni aşağı salıb qorxudan az qala dəli olmuş taksiçini nişan aldı.
- Robert, - o, sakitcə dedi. – Sükanın arxasına keçin. İndi siz sürəcəksiniz.
Lenqdon əlində odlu silah tutan qadınla mübahisə etmədi. Maşından çıxıb,
birinci oturacağa, sükanın arxasına keçdi. Sürücü əllərini başının arxasında tutub
söyüş söyürdü.
- Robert, - arxada oturmuş Sofi dedi, - mən hesab edirəm ki, siz meşənin
gözəlliyinə bəs qədər baxdınız?
O, başını tərpətdi:
- Çox gözəl. Burdan getmək lazımdır!
Lenqdon sürət qutusuna baxdı, onun üzündən çaşqınlıq yağırdı. Lənət
şeytana! O, əlini dəstəyə atdı.
- Bəlkə, siz sürəsiniz, Sofi?..
- İrəli! – Sofi qışqırdı.
Meşənin qaranlığından bir neçə avara çıxıb nə baş verdiyinə baxdı. Bir qadın
mobil telefonu çıxarıb nəsə danışdı. Lenqdon motoru işə saldı. Sonra qətiyyətsizcə
pedalı basdı.
Maşın birdən yerdən götürüldü və avaralar dərhal kənara çəkildilər. Adamlar
hara gəldi qaçırdılar. Mobil telefonlu qadın kolluğa tullandı, maşın az qala onu
vuracaqdı.
- Doucement! – (Sakit! – frans.) – Sofi ucadan dedi. – Siz nə edirsiniz?
- Mən xəbərdarlıq etmək istədim! – deyə Lenqdon cavab verdi. – Mən yalnız
avtomatik sürət qutusu olan maşını sürə bilirəm!
XXXIX
Ryu Labryuer küçəsindəki kərpic evin kasıb otaqlarında hər cür əzab-əziyyət
görməsinə baxmayaraq, bu acılar Saylasın indi hiss etdiyi ağrı ilə müqayisədə heç
nə idi. Məni aldadıblar! Hər şey batdı!
Bəli, onu həqiqətən də aldatmışdılar. Cəmiyyətin üzvləri ölümü üstün tutaraq,
öz sirlərini açmadan yalan demişdilər. Saylasın Ustada zəng edib ona bu haqda
məlumat verməyə sadəcə cəsarəti çatmırdı. Axı o, nəinki guşəli daşın yerini bilən
cəmiyyətin dörd üzvünü öldürmüş, həm də Sen-Sülpis kilsəsinin rahibəsini də qətlə
yetirmişdi. Rahibə Allaha qarşı çıxmışdı! O, «Opus Dei»nin fəaliyyətini ittiham
etmişdi.
Saylas qətli tamamilə impulsiv olaraq törətmişdi, lakin bu qadının ölümü
vəziyyəti çox mürəkkəbləşdirirdi. Saylası Sen-Sülpis kilsəsinə buraxmağı yepiskop
Arinqarosa xahiş etmişdi; rahibənin cəsədini görən abbat nə düşünəcək? Saylas
rahibəni çarpayıya uzadıb üstünü ədyalla örtsə də, qadının başındakı yara işin
üstünü açırdı. Saylas döşəmədki yarığın üstünü örtmək istədi, bu da uğursuz alındı.
Zədə dərhal gözə çarpırdı. Onlar burda kiminsə olduğunu anlayacaqlar.


Saylas tapşırığı yerinə yetirdikdən sonra «Opus Dei»də gizlənməyi
planlaşdırmışdı. Yepiskop Arinqarosa məni müdafiə edəcək. Albinos «Opus Dei»nin
mənzil-qərargahında dualarla keçən sakit və tənha həyatı həmişə arzulamışdı.
Ordan çölə bir addım da atmayacaq! Bu sığınacaqda ona lazım olan hər şey var.
Məni onsuz da heç kim axtarmayacaq. Amma Saylas yaxşı anlayırdı ki, yepiskop
Arinqarosa kimi məşhur insanın gizlənməyi isə, təəssüf ki, çətin olacaq.
Mən yepiskopun həyatını təhlükə altına qoymuşam. Saylas gözlərini
döşəməyə zilləyib həyatı haqqında düşünürdü. O, hər şey üçün Arinqarosaya
borcludur. Yepiskop onun həyatını xilas edib… onu İspaniyadakı kiçik mənzilində
gizlədib, ona təhsil verib, həyata baxışını dəyişib, məqsədini göstərib.
- Mənim dostum, - Arinqarosa ona demişdi, - sən albinos doğulmusan. Buna
görə başqalarının sənə gülməyinə icazə vermə. Məgər başa düşmürsən ki, Allah
səni albinos yaratmaqla başqalarından ayırıb? Sən bilirsən ki, Nuh peyğəmbər də
albinos olub?
- Nuh peyğəmbər? – Saylas bunu ilk dəfə idi ki, eşidirdi.
Arinqarosa gülümsündü:
- Bəli, Nuh peyğəmbər. O da albinos olub. Onun da sənin dərin kimi ağappaq
dərisi olub. Fikirləş! Nuh yer üzündə həyatı xilas edib! Saylas, səni də böyük işlər
gözləyir. Allah səni başqalarından elə-belə ayırmayıb. Sən seçilmiş adamsan. Sənin
köməyin Allaha lazımdır. Vaxt ötdükcə Saylas özünə tamam başqa gözlə baxırdı.
Mən təmizəm. Mən ağappağam. Mən gözələm. Lap mələk kimi.
Və birdən uzaq keçmişdən onun qulağına səs gəldi. Atasının səsi. Məyus və
qəzəbli:
- Eres un desastre. Un spectre. (Sən eybəcərsən. Həyulasan – ispanca)
Taxta döşəməyə dizi üstə çökmüş Saylas bağışlanmağı üçün Allaha yalvarırdı.
Sonra sutanasını çıxarıb özünü qamçılamağa başladı.
XL FƏSİL
Lenqdon maşını birtəhər idarə edib onu Bulon meşəsinin mərkəzindən xeyli uzağa
sürdü. Əgər taksimotor parkının dispetçerinin radiodan eşidilən səsi olmasaydı,
vəziyyət gülməli di:
- Voiture cing-six-trois. Ou etes-vous? Repondez! (Maşın beş-altı-üç!
Hardasınız! Cavab verin! – frans.)
Lenqdon maşını parkın çıxışına tərəf sürüb dərindən nəfəs aldı və əyləci basdı.
- Siz sükanın arxasına keçsəniz yaxşı olar.


Sofi həvəslə sürücünün yerinə keçdi. Və bir neçə saniyə sonra maşın «yer
cənnəti»ni geridə buraxaraq qərbə tərəf de Loşion xiyabanı ilə şütüyürdü.
- Bəs, Akso küçəsi harda yerləşir? – Lenqdon spidometrdəki əqrəblərin sürəti
saatda yüz kilometr göstərdiyini müşahidə edərək soruşdu.
- Taksiçi dedi ki, bu Rolan Qarros stadionunun yaxınlığındadır, - Sofi gözlərini
yoldan çəkməyərək dedi. – mən bu rayonu tanıyıram.
Lenqdon yenə də ağır açarı cibindən çıxarıb ovcunda atıb-tutdu. O, bu əşyanın
baş verənləri anlamaq üçün gərəkli olduğunu hiss edirdi. Bəlkə də, bu açarın
köməyi ilə o, öz azadlığını qazanacaq.
Bir az əvvəl, Sofiyə cəngavər-tampliyerlər haqqında danışarkən o anlamışdı:
açarın üstündə Prioratın möhüründən başqa, onu bu təşkilatla bağlayan daha bir
cəhət vardı. Bərabərtərəfli xaç – tarazlıq və harmoniyanın rəmzi olmaqla yanaşı,
həm də tampliyerlər ordeninin nişanı idi. Ağ geyimləri bərabərtərəfli qırmızı
xaçlarla bəzədilmiş cəngavər-tampliyerlərin təsvirləri hamıya məlumdur.
Kvadrat xaç. Açarın üstündəki kimi.
Lenqdon bu açarın nəyi açdığını anlamağa çalışırdı. Qraal piyaləsinin
saxlanıldığı yerimi? O, bu fikrinin mücərrədliyinə güldü. Şayilərə görə, Qraal
piyaləsi tampliyerlər tərəfindən İngiltərədə, kilsələrin birinin altında qazılmış
torpaqda gizlədilmişdi. 1500-cü ildə Böyük Ustad Da Vinçinin dövründə.
İkinci minilliyin ilk əsrlərində cəmiyyət qiymətli sənədlərin yerini bir neçə dəfə
dəyişib gizlətmişdi. Tarixçilərin fikrincə, piyalə Yerusəlimdən Avropaya
gətirildikdən sonra onun yeri altı dəfə dəyişdirilmişdi. Qraal piyaləsi axırıncı dəfə
1447-ci ildə camaata nümayiş etdirilmişdi və bu tamaşa az qala faciə ilə
nəticələnəcəkdi. Birdən-birə alovlanmış yanğın qiymətsiz sənədləri qarsamış, lakin
onları xilas etmək mümkün olmuşdu. Sənədlər altı nəfərin ancaq götürə biləcəyi
dörd böyük və çox ağır sandıqda təhlükəsiz yerə aparılmışdı. Bundan sonra heç kim
Qraal piyaləsini öz gözləri ilə gördüyünü deməmişdi.
Yalnız şayiələr qalmışdı. Ən çox irəli sürülən fərziyyə o idi ki, xəzinə böyük
Britaniyada kral Arturun və Dairəvi Masa cəngavərlərinin torpağında gizlədilib.
Amma buna baxmayaraq, iki mühüm faktor mövcud idi.
Leonardo da Vinçi Qraal piyaləsinin harda gizlədildiyini bilirmiş.
Mümkündür ki, piyalə bu gün də həmin yerdədir.
Məhz bu səbəbə görə Qraal piyaləsinin axtarışına girişmiş entuziastlar Da
Vinçinin gündəlik və rəsmlərinə dönə-dönə müraciət edirdilər ki, böyük rəssamın
işlərində xəzinənin yerini göstərən hər hansı gizli açar-rəmzi tapa bilsinlər. Bəzi
tədqiqatçılar təkid edirdi ki, «Madonna mağarada» rəsmindəki dağlıq fon
Şotlandiya təpələrinin topoqrafiyasına uyğun gəlir. Başqaları deyirdi ki, «Gizli
axşam» rəsmində həvarilərin stol arxasında qəribə şəkildə yerləşməsi də bir növ
koddur. Üçüncülər deyirdi ki, «Mona Liza»nın rentgen analizi bu əsərin çəkildiyi
kətanda əvvəl göy rəngli lyapislə İlahə İsidanın rəsminin çəkildiyini aşkarlayıb.
Sonralar Da Vinçi nə üçünsə rəsmi pozaraq onun üstündə «Mona Liza»nı çəkib.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə