Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   43   44   45   46   47   48   49   50   ...   115

XLII FƏSİL
Sürix Depozitar Bankı bütün günü işləyirdi və İsveçrə banklarının ən yaxşı
ənənələrinə uyğun olaraq xidmətin bütün növləri üzrə müştərilərin anonimliyini
saxlayırdı. Sürixdə, Kuala-Lumpurda, Nyu-Yorkda və Parisdə şöbələri olan bank son
illər ərzində xidmət sahələrini genişləndirmişdi. Hər şeydən əlavə, bankda qiymətli
əşyaların saxlanılması üçün anonim kompüter kodu ilə açılan seyflər də vardı.
Əsas gəlir də məhz bu qədim kəşfdən – anonim depozitar hücrələrdən və ya
seyflərdən gəlirdi. Aksiyalar və istiqraz vərəqələrindən tutmuş rəsm əsərlərinə
qədər müxtəlif qiymətli əşyaları saxlamaq arzusunda olan müştərilər adlarını və
soyadlarını demədən öz əmlaklarını burda yerləşdirə bilərdi. Bu zaman ən müasir
texnologiyalardan istifadə edilməklə çoxpilləli müdafiə təmin edilirdi. Öz əmlakını
hücrələrdən götürmək də istənilən vaxt mümkün və tamamilə anonim idi.
Sofi maşını bankın binasının qarşısında saxladı. Lenqdon binaya baxaraq anladı
ki, Sürix Depozitar Bankı ciddi təşkilatdır. Bina pəncərəsiz və hər tərəfdən
gülləkeçirməz poladla üzlənmiş dördkünc tikili idi. Nəhəng metal kərpicə oxşayan
bina yoldan maksimal məsafədə uzaqda idi və onun fasadını on beş fut
hündürlükdə bərkidilmiş neon işıqlı xaç bəzəyirdi.
Yüksək dərəcədə etibarlılıq və gizlilik təmin edən İsveçrə bankları bu ölkəyə
məhz bank əməliyyatlarından külli miqdarda gəlir gətirirdi. Bu bankların xidməti
incəsənət işbazları tərəfindən xüsusilə qiymətləndirilirdi, belə ki, məhz İsveçrə
banklarında hər cür oğrular və fırıldaqçılar oğurlanmış qiymətli əşyaları lazım
gələrsə, uzun müddət, hay-küy yatana qədər saxlaya bilirdilər. Depozit seyflər
xüsusi qanunlarla polisdən müdafiə edilirdi. Hesablara köçürülmüş pullar isə
konkret adlara deyil, rəqəmli şifrələrə bağlı idi. Oğrular oğurladıqları əşyaların tam
təhlükəsizlikdə olduğunu və onları heç kim, heç vaxt təqib etməyəcəyini bilərək
rahat yatırdılar.
Sofi maşını girişin qarşısını kəsən böyük darvazanın yanında saxladı. Qapıların
üstündə quraşdırılmış videkameralar düz onlara baxırdı. Lenqdon özünü birtəhər
hiss etdi, sanki bu kameralar Luvrdakı videkameralardan fərqli olaraq hər şeyi
görür və qeyd edirdi.
Sofi şüşəni aşağı salıb qapıya bərkidilmiş elektron lövhəyə baxdı. Ekranda bir
neçə dildə yazı vardı. Yuxarıdakı sətir ingiliscə idi:
AÇARI SALIN
Sofi cibindən xaçlı qızıl açarı çıxardı. Ekranın aşağısında üçbucaq şəkilli kiçik
deşik vardı.
- Məncə, bizim açar uyğun gələcək, - Lenqdon dedi.


Sofi açarı deşiyə salıb onu axıra qədər itələdi. Görünür ki, açarı burmaq lazım
deyilmiş: polad qapılar dərhal aralandı. Sofi ayağını əyləcdən çəkib ikinci darvazaya
qədər sürdü. Onlar getdikdən sonra birinci qapı dərhal bağlandı, maşın gəmi
şlyuzda olduğu kimi qapalı yerdə idi.
Lenqdonun əti ürpəşdi. Təkcə, ikinci darvazanın da açılmasına ümid etmək
qalır.
İkinci lövhədə də həmin yazı müxtəlif dillərdə yazılıb:
AÇARI SALIN
Sofi açarı saldı və darvaza dərhal açıldı. Bir neçə saniyədən sonra onların
maşını artıq yeraltı qaracda idi.
Çox da böyük olmayan qaracın içi yarıqaranlıq idi. Lenqdon uzaq küncdə
binaya girişi gördü. Boz beton döşəmədə, ilk baxışdan bütöv metaldan düzəldilmiş
kimi görünən qapıda qırmızı xalça sərilmişdi.
Xoş gəlmisiniz, kənar şəxslərə isə giriş qadağandır, Lenqdon düşündü.
Sofi maşını qapıdan azca aralı saxlayıb mühərriki söndürdü.
- Yəqin ki, silahı burda saxlasaq yaxşıdır.
Əlbəttə, Lenqdon öz-özünə dedi və tapançanı oturacağın altına soxdu.
Onlar maşından düşüb qırmızı xalçanın üstü ilə qapıya tərəf addımladılar.
Qapının dəstəyi olmasa da, onun yanındakı divarda artıq tanış olan üçkünc deşik
görünürdü. Bu dəfə isə lövhə gözə dəymirdi.
- Bu yalnız öz adamları üçündür, - Lenqdon dedi.
Sofi əsəbi halda güldü.
- Hə, irəli! – o, açarı deşiyə salan kimi qapı açıldı. Sofi ilə Lenqdon bir-birinə
baxıb içəri girdilər. Qapı dərhal küt tıqqıltı ilə bağlandı.
Sürix Depozitar Bankının vestibüli Lenqdonu heyrətə saldı. Bankların
əksəriyyətində vestibüllər cilalanmış mərmərdən və qranitdən tikilirdi, burda isə
bütün divarlar metal panellər və bərkidicilərdən ibarətdi.
Maraqlıdır, kimdir dizayner? – Lenqdon düşündü. «Ellayd stil» poladtökmə
korporasiyasımı?
Bina Sofidə də eyni təəssüratı oyatmışdı. O, ətrafa maraqla baxırdı.
Hər yerdə boz metal. Döşəmə, divarlar, qapılar, dayaqlar, vestübildəki
kreslolar belə metaldan düzəlmişdi. Heyranedici səhnədir. Şəraitin özü sanki
deyirdi: siz seyfə girmisiniz.
Dirəyin arxasında dayanmış yekəpər kişi gözlərini qaldırıb onlara baxdı. Sonra
balaca televizoru söndürdü və onları təbəssümlə salamladı. İnkişaf etmiş
əzələlərinə və qoltuğunun altında koburdakı tapançaya baxmayaraq bütünlüklə
nəzakət mücəssəməsi idi.
- Bonsoir (Axşamınız xeyir – frans.) – o dedi. – Necə kömək edə bilərəm?
İki dildə salamlaşma bütün müasir Avropa təşkilatları və idarələri üçün
xarakterik idi. Bu öhdəlik deyildi, sadəcə müştərilərə rahat olan dili seçməyə imkan
verirdi.


Amma Sofi ona cavab vermədi. Sadəcə açarı dirəyin üstünə qoydu. Kişi ona
baxıb dərhal dikəldi.
- Hə, əlbəttə, buyurun. Sizin liftiniz dəhlizin sonundadır. İndii əməkdaşı
xəbərdar edərəm, o, sizi qarşılar.
Sofi başını tərpədib açarı götürdü.
- Neçənci mərtəbədir?
Mühafizəçi onu qəribə baxışlarlarla süzdü:
- Harda dayanacağını açar liftə bildirəcək.
Sofi ona baxıb gülümsədi:
- Ah, əlbəttə ki!
Mühafizə onların dalınca baxdı. O, Sofi ilə Lenqdonun liftə necə
yaxınlaşdıqlarını, açarı saldıqlarını, liftə girib gözdən itdiklərini müşahidə etdi.
Onların arxasınca qapı bağlanan kimi əlini telefona atdı.
O, bu adamların gəlişi ilə bağlı heç kimi xəbərdar etmək istəmirdi, heç buna
ehtiyac da yox idi. Müştəri xüsusi açarla birinci qapını açan kimi seyflərin
mühafizəçisi dərhal xəbərdar olurdu.
Yox, mühafizəçi bankın növbətçisinin, gecə menecerinin nömrəsini yığırdı.
Dəstəkdə siqnal səsi eşidildi və o, dərhal televizoru yandırıb gözlərini ekrana zillədi.
Xəbərlər buraxılışı qurtarmaq üzrəydi. Nə isə, bu mühüm deyil. O, bir də ekrana
baxanda iki nəfərin iri planda təsvirini gördü.
- Oui? – dəstəkdən menecerin səsi eşidildi.
- Burda, aşağıda ştatdankənar vəziyyət yaranıb.
- Nə baş verib?
- Fransız polisi iki nəfəri axtarır?
- Hə, nə olsun?
- Bu adamlar indicə bizim banka girdi.
Menecer şeytana lənət oxuyub dedi:
- Yaxşı. İndi müsyö Berne ilə əlaqə saxlayaram.
Mühafizəçi dəstəyi asıb dərhal bir nömrəni də yığdı. Bu dəfə – İnterpolu.
Lenqdon təəccübləndi: adama elə gəlirdi ki, lift qalxmır, əksinə uçuruma
düşür. Liftin qapıları açılanda, yerin altına neçə mərtəbə endikləri haqqında onun
qəti anlayışı yox idi. O, bu lənətəgəlmiş liftdən nəhayət ki, çıxacaqlarına sevindi.
Qapılar açıldıqda onları artıq gözləyirdilər. Səliqəli, ütülənmiş kostyumda xoş
görünüşlü yaşlı kişi. O, burda yersiz kimi görünürdü – ən müasir yüksək
texnologiyalar dünyasında köhnə dəbli bank xidmətçisi.
- Bonsoir, - kişi dedi. - Axşamınız xeyir. Xahiş edirəm, mənimlə gəlin, sil vous
plait (Buyurun – frans.) – Və cavab gözləmədən o, çevrilib ensiz metallik dəhlizlə
cəld addımladı.
Lenqdonla Sofi bir neçə dəhlizdən, kompyüterlər qoyulmuş otaqların yanından
keçdilər.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə